Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   34   35   36   37   38   39   40   41   42

Şəmil 
Sadiq
146
ey  sənəm,  şamu  səhər  yanaram”,  Məhəmməd  Füzulinin 
“Usanmazmı” qəzəlinin yerinə “Əql yar olsaydı” qəzəli sa-
lınmışdı. Bir müəllim olaraq, o zaman bunun mahiyyətini 
anlaya bilmirdim. Sözsüz ki, təsəlli olaraq, “böyüklərimiz 
nəsə bilir”, – deyib, susurduq. Çünki müəllimin mayasın-
da azadlıq olmalı olsa da, biz müəllimlər, adətən, “yuxarı-
lar daha dəqiq bilir”, – deyərək, səsimizi çıxarmamağı üs-
tün tuturuq. Mən də bu durumda olmağıma baxmayaraq, 
aspiranturada oxuduğum üçün professor Zaman Əsgərli 
ilə tez-tez ünsiyyətdə olurdum. Məktəbdə bu sual tez-tez 
səsləndiyi üçün mən də o suallardan birini eynilə Zaman 
müəllimə verdim: – bu şeirləri dəyişməkdə məqsəd nə idi? 
Zaman müəllimin cavabı belə olmuşdu: Mən ədəbiyyatda 
nə  edə  bilərəm,  nazirlik  qarşımızda  yeni  tələb  qoydu  ki, 
dərslik dəyişilməlidir. Biz də Nəsimini çıxarası deyildik ki 
proqramdan,  bunun  ən  yaxşı  yolu  müəlliflərin  əsərlərini 
dəyişməklə yeni dərslik yaratmaq idi ki, biz də onu etdik.
Əminəm ki, bu izahı heç bir müəllim qəbul etməz. Çün-
ki “Sığmazam” qəzəlinin istər bədii, istərsə də nəzəri yükü 
dəyişdirilən qəzəldən qat-qat güclüdür. Dərsliklər dəyişil-
məlidir deyiləndə də hansısa şeirin, hekayənin dəyişilməsi 
vacib deyil, məncə, ən önəmli olan yanaşmanın dəyişilmə-
sidir. Çünki bunu zaman tələb edir. Düzdür, həmin dərslik 
nəşr  ediləndə  “Milli  kurikulum”  təsdiq  edilməmişdi.  Və 
bütün dərsliklər müstəqil dövlət olandan sonra ikinci dəfə 
idi ki, yenidən əsaslı şəkildə yenilənirdi. Ənənəvi metod-
la dərs keçən müəllimlər hardasa bütün fənlərdə olduğu 
kimi ədəbiyyatı da mühazirə üsulu ilə keçirdi. Bunun da 
nəticəsi olaraq şagirdlərimiz həmişə konkret etalonları əz-
bərləyir, dərslikdə hansısa bir müəllifin verdiyi təhlili əsas 
tutaraq nə dərslikdəki müəllifə, nə əsərə, nə də əsər qəh-
rəmanlarına fərqli baxış sərgiləyə bilmirdi. Təəssüflər ol-
sun ki, bu indi də belədir. Belə ki, “Ölülər” əsərində bütün 
obrazlar mənfi, İskəndər müsbət obraz, Vaqif xalqın şairi, 
Nizami, Sabir kasıb bir sənət adamı və sairə kimi təbliğ və 
təhlil  edilir.  Şagirdlər  də  bunları  əzbərləyib  bizə  danışır, 
verilmiş  bütün  şeirlər    durğu  işarələrinə  kimi  əzbərlədi-
lib qiymət alınır. Hansısa bir şagird M.Ə.Sabirin ərəb-fars 
izafətləri  zəngin  olan  “Səttarxana”  şeirinin  bir  misrasını 


Şəmil 
Sadiq
147
unudarsa, qiyməti aşağı salınır. Hətta müəllimlər arasın-
da bir zarafata çevrilən şablon suallar da var: Koroğlunun 
hansı atının, hansı qıçına nə batmışdı, Yusif Sərracın evi 
Göy  məscidin  hansı  tərəfində  idi?..  və  sairə.  Bu,  yaddaş 
məktəbinin  qalıqlarıdır.  Bugünkü  təhsil  isə  sırf  təfəkkür 
məktəbinə keçidi dəstəkləyir ki, bunu da təhsil ekspertləri 
düz on ildir uca səslə ifadə edirlər. Bir şeyi də qeyd edim 
ki, TQDK-nın Universitetlərə qəbul formatı dəyişməsə, bu 
cür  də  gedəcək.  Universitetə  qəbulda  şagirddən  dünya-
görüş, təfəkkür, məntiq, sərbəst düşüncə qiymətləndirmə 
meyarı olmadıqca, bilik yönümlü tədrisdən qaça bilməyə-
cəyimiz qənaətindəyəm.
Diqqətinizə çatdırım ki, bu gün təhsili ilə öndə olan 
ölkələrin heç birində şeirin əzbərlənməsi bir tələb kimi qo-
yulmur.  Mahiyyət  və  məzmun  daha  önəmlidir  və  insan 
institutları buna istiqamətlənib. Hansısa bir poemanı əzbər 
bilməklə yaxşı adam olmaq mümkün deyil.
Sovet ideoloji maşınının bizə sırıdığı “Şair xalq” me-
yarından  hələ  də  çıxa  bilməməyimiz  bu  faciənin  indi  də 
davam etməsini göstərir. Hətta xalq arasında da bir şeiri 
belə  əzbər  bilməyən  adamı  savadsız  kimi  qəbul  edirik. 
Halbuki türk milləti sözü də, qılıncı da bir yerdə sevənlər-
dəndir.  Buna  sərkərdə  Tonyukukun  yazılarını,  hökmdar 
Qazi Bürhanəddinin, Şah İsmayıl Xətainin şeirlərini misal 
göstərmək  olar.  Hətta  əfsanəvi  xalq  qəhrəmanı  olan  Ko-
roğlunun da qılıncını sözləri itiləyirdi. Mövzudan yayın-
maq istəmirəm. Bu məsələyə “Türk hökmdarlarının sözü 
və qılıncı” adlı məqaləmdə ayrıca toxunmuşam.
Deməyim odur ki, bizim indiyə qədərki təhsilimizdə 
şagirdə düşünməyə, fərqli fikir sərgiləməyə şərait yaradıl-
mayıb, əksinə, onlara şablon fikirlər ifadə etməyi öyrətmi-
şik. Təhsilin qarşısında duran müasir tələblərdən birincisi 
öyrənməyi yox, öyrənməyi öyrətmək durur.
2006-cı  ildə  təsdiqlənmiş  “Milli  Kurikulum”da  Ədə-
biyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun 
olaraq məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdiril-
mişdir.


Şəmil 
Sadiq
148
–  ədəbiyyat və həyat həqiqətləri;
şifahi nitq;
–  yazılı nitq.
Bu  məzmun  xətti  onu  göstərir  ki,  bütün  dərsliklər 
bu ana xətt üzrə yazılmalı, dərslər də bu xətlər üzrə təd-
ris edilməlidir. Gördüyünüz kimi, bu məzmun xətlərində 
nəzəri  biliklər  də  minumuma  endirilib.  Çünki  orta  mək-
təbdə  şagirdə  nə  ədəbiyyat  tarixi,  nə  də  ədəbiyyat  nəzə-
riyyəsi vacibdir. Bir vətəndaş kimi ona ədəbiyyatın nəzəri 
və tarixi materialları yox, ədəbi yolla təqdim edilən həyat 
həqiqətlərini öyrənib dərs çıxarması vacibdir. Bu məzmun 
xətlərinin  izahında  da  bu  aydın  görünür.  “Milli  Kuriku-
lum”dan çıxarış edərək, sizə təqdim edirəm.
“Ədəbiyyat” fənni üzrə şagird:
● oxuduğu ədəbi nümunələri bədii-emosional və ob-
razlı qavradığını nümayiş etdirir;
● ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradı-
cı xarakterli yazılar təqdim edir;
● mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə va-
sitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nü-
munələr üzərində araşdırmalar aparır;
● ədəbi nümunələri mövzu, janr, problem baxımından 
müqayisə edir, əsaslandırılmış rəy bildirir;
● ədəbi əsərin məzmununa və ideyasına onun yaran-
dığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik 
dəyərlər kontekstində qiymət verir;
●  ədəbi  mövzulara  aid  tədbirlərin  təşkilində  iştirak 
edir, ədəbi nailiyyətlərə münasibət bildirir;
● mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyət-
lər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər 
barədə materiallar toplayır, müxtəlif ədəbi mövzular-
da təqdimatlar hazırlayır. (Milli Kurikulum, 2006)
Ədəbiyyat  fənninin  qarşısında  bir  nömrəli  məqsəd 
kimi qoyulmuş fikirlərin vurğulu sözlərini seçərək ayrıca 
təqdim edirəm ki, fikrimin izahında anlaşılmazlıq qalma-
sın.
“nümayiş etdirir”, “təqdim edir”, “araşdırmalar apa-
rır”, “qiymət verir”, “münasibət bildirir”, “təqdimatlar ha-


Şəmil 
Sadiq
149
zırlayır”...
Ümid edirəm ki, yeni hazırlanan dərsliklər alimlərin 
öz prizmasından etdiyi təhlillərlə doldurulmayacaq, müəl-
limlər də bu mətnləri şagirdlərə əzbərlətməyəcək. Sadəcə 
verilən mətnlər müzakirə ediləcək, öz fikrini ifadə etmək 
imkanı tapacaq şagirdlər bununla gələcəyimizi xilas edə-
cək. Çünki hörmətli alimlərin gəldiyi qənaəti kor-koranə 
qəbul etmək, o çərçivədən kənara çıxa bilməmək müti in-
san yetişdirməkdən başqa bir şey deyil. Bir sinfin gəldiyi 
qənaət daha önəmlidir, nəinki bizim onlara sırıdığımız fi-
kirlər. Çünki dünya dəyişdiyi kimi, düşüncələr də dəyişir. 
Qoy şagird ədəbiyyatımızın dühası hesab etdiyimiz Niza-
mini belə tənqid edə bilmə cürətinə sahib olsunlar. Hamı 
Nizami  Gəncəvini  sevməlidir  prinsipini  hamı  Nizamini 
anlamalıdır prinsipinə keçirməsək, ədəbiyyat bizim üçün 
sadəcə  ədəbiyyat  tarixi  olaraq  qalacaqdır.  Bizim  millətə 
xas  olan  bütləşdirmə  düşüncəsi  onu  xristian  dünyasın-
dan geri salan ən birinci amildir. Xristian dünyası XV-XVI 
əsrdən İsa  Peyğəmbəri  də,  onun  təqdim  etdiyi Allahı  da 
müzakirə etməkdən çəkinmədiyi üçün bu gün bizə örnək 
halına gəlmişdir.
Necə  ki,  b
ir  şagirdim  orta  məktəbdə  “Ölülər”  əsəri-
nin müzakirəsi zamanı mənə demişdi ki, müəllim, İskən-
dər obrazını az tərifləyin. Dedim: – “Niyə?” Dedi: “O, kişi 
deyil.  Kişi  olsaydı,  Şeyx  Nəsrullahı  öldürərdi.  Gözünün 
qabağında az qalır ki, bacısını ələ keçirsin, bu isə boş-boş 
danışır”. O vaxt şagirdimə ciddi bir cavab verə bilmədim. 
Cavan  idim,  səriştəsiz  idim.  Birtəhər  yola  vermişdim. 
Amma sonralar o uşağın, o fikri həmişə məni narahat et-
mişdi.  Bunun  cavabını  isə  əsərdə  Kefli  İskəndərin  özü 
verir:  “Əgər  mən  bir  şey  olsaydım,  cibimdən  bir  bomba 
çıxarıb bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan 
lotusunu  kərpiclərin  altında  diri-diri  dəfn  edərdim.  Yox, 
yox, o mənim işim deyil. O igid işidir. Siz tək camaatın da 
igidi mən tək olar”.


Şəmil 
Sadiq
150
OPERATİV DİL MƏRKƏZİNƏ EHTİYAC VAR
On ildən çoxdur ki, ixtisasım üzrə Azərbaycan dili və 
ədəbiyyat fənnini tədris edirəm. Şagirdlərimlə də, tələbələ-
rimlə də, cəmiyyətin müxtəlif peşə sahibləri ilə də söhbət-
lərimizdə dilimizlə bağlı qarşımıza çoxlu sayda problem-
lər çıxır. Əvvəllər bunun yalnız dilçilik elmində olduğunu 
düşündüyüm üçün “elm mübahisələri sevər, müxtəlif ya-
naşmalar ola bilər”, – deyirdim. Hətta bəzi məsələləri mü-
zakirə  edərkən  TQDK  qəbul  qaydalarını  dərsliklərin  də 
üstünə atmaqla düşdüyümüz çətin vəziyyətdən çıxmağa 
çalışırdıq.  Lakin  bəzən  cavabsız  qalmış  suallar  da  olur. 
“Müəllim,  “vkluçatel”,  “vilka”  sözlərinin  azərbaycanca 
qarşılığı varmı, yoxsa bunu dilimizdə elə bu cür işlədək?” 
–  deyib,  maraq  və  ümidlə  cavab  gözləyən  şagirdimizin, 
“ismarıc,  yoxsa  ismarış?”  –  deyə,  sual  verən  jurnalistin, 
“lüğətdə  şeriyyət  yazılıb,  sizcə,  bu,  düzdürmü?  “i”  səsi 
düşməlidirmi? Apostrof  əlifbamızdan  çıxarılandan  sonra 
“Kənan”, “sürət” sözlərini hecalara necə bölməliyik? Axı 
apostrof həm də bəzi sözlərin hecalara bölünməsini göstə-
rirdi” – deyə, sual verən müəllimlərin qarşısında nə deyə-
cəyimizi bilmirik.
Hələ 2013-cü ildə çap edilən sonuncu “Orfoqrafiya lü-
ğəti”ni AMEA Nəsimi adına Dilçilik İnstitutunun direkto-
ru, akademik, əziz müəllimim Tofiq Hacıyevin çıxışlarında 
tənqid etməsi və qüsurların olduğunu qeyd etməsi, yenə 
əziz müəllimim akademik Nizami Cəfərovun Tofiq müəl-
limin haqlı olduğunu deməsi, əlbəttə, bu lüğət haqqında 
danışmağa qətiyyən bizə haqq vermir.) sosial şəbəkələrdə 
fəal olduğum üçün hər gün, bəlkə, onlarla bu cür sualla 
qarşılaşdığımı demirəm.
Bu  yaxınlarda  jurnalist  və  yazıçı  Dilqəm  Əhmədin 
“Ərzurum  valisinin  adı  Ahmet  Altıparmakdır.  Azərbay-
can dilində necə yazaq? 1. Ahmet Altıparmak  2. Əhməd 
Altıbarmaq   3. Əhməd Altıparmak” statusu və ora yazılan 
rəylər bu mövzuya toxunmağıma səbəb oldu. İndi azacıq 
Azərbaycan dili savadı olan biri deyəcək ki, burada nə var 
ki?! Əhməd Altıbarmaq olmalıdır. Bəli, elə mən də məhz 
bu cür cavab yazdım. Cavabında da Dilqəm yazdı ki, bəs 


Şəmil 
Sadiq
151
Orhan Pamuku necə edəcəyik?
Lakin problemin mahiyyətinə bir az uzaqdan, bir az 
da yaxından baxanda, bu sahədəki problemlərdən məlu-
matlı  şəxs  çətin  bir  sual  olduğunu  bilir.  Əslində,  bu  cür 
sualları  hansısa  bir  statusda  qoymaqla  həll  etmək  müm-
kün deyil. Hətta akademiklərimizdən soruşulsa belə, aşa-
ğı-yuxarı yaxın bir cavab olacaq. Çünki dilimizə gələn alın-
ma sözlərin hansı prinsiplərlə uyğunlaşdırılması qaydaları 
XX əsrin 70-80-ci illərində yazılıb. Həmin qaydalarda Tür-
kiyə türkcəsindən gələn sözlər nəzərdə tutulmayıb. Haqlı 
idilər, əlbəttə, Mirzə Ələkbər Sabir demiş:
Mümkün iki dil bir-birinə tərcümə, amma
Osmanlıcadan tərcümə türkə nə deməkdir?!
Amma indi şərtlər başqadır. Ən azından uyğunlaşdı-
rılmaların aparılması üçün qaydalara ehtiyac var. Doğru, 
yaxud  yanlış  olması  ayrı  məsələ,  amma  nizamlayıcı  bir 
sənədin olmaması hamını çaşbaş qoyur. Hələ tərcümə işi 
ilə məşğul olan şəxslərin çəkdiyi əzab-əziyyəti demirəm. 
Axı dilimizə son illər gələn sözlərin, yaranan sözlərin sayı 
idarə olunmaz bir durumdadır. Belə ki, beynəlxalq futbol 
klubları, brendlər, maşın markaları, tanınmış şəxslərin ad-
ları və s. kimi xüsusi adların dilimizdə necə işlənməsi bir 
problem olaraq qalır.
Yadıma bir hadisə düşür. Orta məktəbdə müəllim işlə-
diyim vaxtlarda sinifdə bir söz mübahisəyə səbəb oldu. Şa-
girdlərimdən biri şəkilçi formasında olan “-mı
4
” ədatının 
adlarla işlənən ədatlardan sonra (Dilçilikdə bu məqamda 
olan “də” bağlayıcı kimi qəbul edilib, lakin ədat deyənlər 
də var. Hətta 2004-cü ildə “Lider” nəşriyyatında çap edil-
miş  “Orfoqrafiya”  lüğətində  də  ədat  kimi  veriblər)  gəl-
dikdə sözə bitişikmi, ayrımı yazıldığı sualını eşitdim. Ki-
tablardan tapa bilmədim. Ümidim ona qaldı ki, BDU-nun 
Filologiya  fakültəsinə  gedib  dəyərli  alimimiz,  rəhmətlik 
professor Yusif Seyidovdan soruşum. Hətta nə isə yeni bir 
şey  tapdığımı  düşünüb  bir  az  həvəslənmişdim  də.  Yusif 
müəllim dedi ki, yox, bala, dilin qrammatik qaydaları on-
ları ayrı yazmağa imkan vermir. Dedim, axı Yusif müəllim, 
“Sən  də  mi  atdın  məni,  gülüm”  cümləsində  vurğu  tələb 


Şəmil 
Sadiq
152
edir  ki,  ayrı  yazaq.  Yusif  müəllim:  “Biz  -mı
4
  ədatını  ayrı 
yaza bilmərik”, – dedi. Sonra bir az da düşündü, düşün-
dü, amma razılaşmadı. Elə mən də. Mübahisə edə bilmə-
dim. Fikirli halda geri qayıtdım. Amma hər soruşulanda 
bu məqamda ayrı yazılmalı olduğunu deyirdim. 2004-cü 
ildə “Təhsil xəbərləri” bülletenində bu sözün belə məqam-
da ayrı yazılması qərarının Azərbaycan Respublikası Na-
zirlər Kabineti tərəfindən təsdiqləndiyini oxudum, amma 
mənim sualımdan iki il sonra. Yəqin, mənim kimi o qədər 
müəllim soruşmuşdu ki, bu  qərarın verilməsi zərurəti ya-
ranmışdı. Bu cür operativ qərarlar ən az ayda bir dəfə çap 
olunub  kütləviləşdirilməlidir.  Necə  ki  “selfi”  anlayışının 
yaranığı bir zamanda Türk dil qurumu vaxtında qərar ver-
di ki, “özçəkim” kimi lüğətə daxil edilməlidir.
Hamımızın  hər  gün  az  qala  bir  dəfə  işlətdiyimiz  bir 
sözün düzgün yazılışı ilə bağlı məhz bu məqalə üçün “fa-
cebook” (?) dostları arasında bir sorğu keçirdim. Aşağıdakı 
sözlərdən hansı düzgün yazılmışdır?
1.kompyuter
2.komputer
3.kompüter
4. Kompyüter
Nəticə isə belə oldu:
“Kompyuter” – 28, “komputer” – 14, “kompüter” – 34, 
“kompyüter”– 4 nəfər oldu. Düzdür, sözün düzgün yazılı-
şını bilənlərin sayı digərlərindən daha çoxdur. Sevindirici 
ola bilər. Lakin “kompyuter” yazanların da sayı çox ciddi 
rəqəmdir: 28. Nəzərə alsaq ki, ixtisasca filoloq olduğu üçün 
dostluğumda olanların əksəriyyəti də bu sahəyə yaxındır 
və  yaxud  məhz  bu  sahənin  adamlarıdır.  Bu  göstəricinin 
əsas səbəbi odur ki, cəmi on il bundan öncəki  “Orfoqrafi-
ya” lüğətində (Lider, Bakı 2004) “kompyuter” yazılıb. Yeni 
lüğətin çapından isə əksəriyyətin xəbəri yoxdur.
Əslində,  bütün  bu  kimi  problemləri  nizamlayan  bir 
dil qurumuna və hətta bu dil qurumunun qaynar xəttinin 
olmasına böyük ehtiyac var. Çünki elm və texnikanın inki-
şafı, dünyada gedən  inteqrasiya prosesinin pik nöqtəsinə 
gəldiyimiz bir zamanda dil də canlı orqanizm kimi inkişaf 
edir.  Hələ  Azərbaycanımızın  inkişafda  olması,  müxtəlif 


Şəmil 
Sadiq
153
dövlətlər və xalqlarla münasibətlərin ürəkaçan bir  vaxtın-
da dilimiz də sürətlə inkişaf edəcək, yeni sözlərin yaranma 
zərurəti ortaya çıxacaq. Bu da o deməkdir ki, dilin bu cür 
inkişafına diqqət yetirilməsinə və düzgün istiqamətləndi-
rilməsinə ehtiyac var. Ümummilli lider Heydər Əliyevin, 
cənab prezident İlham Əliyevin Azərbaycan dilinin inki-
şafı ilə bağlı imzaladığı sərəncam və fərmanlar da bu zə-
rurətdən doğmuşdur və zamanında verilmiş qərarlardır.
Lakin  aidiyyəti  qurumların,  dilçi  alimlərimizin  üzə-
rinə  daha  çox  məsuliyyət  düşür.  Bu  gün  dilimizdə  belə 
problemlərin vaxtında həll edilməsi, yeniliklərin xalqa çat-
dırılması üçün, düşünürəm ki, bir çox işlərin görülməsinə 
hələ də ehtiyac var. Bir vətəndaş kimi, müəllim kimi mə-
nim düşündüklərim bunlardır;
1.  Qaynar xəttin (telefon, sosial şəbəkə) yaradılması,
2.  Mütəxəssislər  tərəfindən  hazırlanan  yazılışı  və 
tələffüzü müəyyənləşmiş sözlər (lüğəvi mənası da ya-
zılmaqla) olan bir dərginin aylıq kütləvi nəşri,
3.  Dilin  yalnız  praktikada  qarşılaşdığı  problemlərin 
müzakirəsinin aparıldığı televiziya verilişinin olması,
4.  Neologizmlər lüğətinin çap edilməsi (nəzərə alsaq 
ki, son 10 ildə dilimizdə yeni sözlər yaranmışdır, bu 
məsələ çox vacibdir),
5.  Dilimizə gələn sözlərin imkan daxilində özləşdiril-
məsi, yəni qarşılığının tapılıb istifadə olunması.
6.  Lüğətlərin (orfoqrafiya-orfoepiya, izahlı lüğətlərin) 
proqram təminatının hazırlanması və internetdə yer-
ləşdirilməsi və s.
Zənnimcə, bütün bunların yeganə həlli son vaxtlar hər 
kəs tərəfindən arzu edilən “Azərbaycan dil qurumu” və ya 
“Operativ dil mərkəzi” kimi bir təşkilatın yaradılmasıdır. 
Bəlkə də, bu səlahiyyətləri son vaxtlar bir çox cəsarətli ad-
dımlar atan AMEA Dilçilik İnstitutunun Monitorinq şöbə-
sinə vermək olar. Amma istərdik ki, daha yeni ab-hava ilə 
bütün dilçi alimlərimizin tərəddüdsüz yığışıb müzakirələr 
apara  biləcəkləri bir mərkəz olsun.


ŞƏMİL SADİQ
MƏN BİR 
MÜƏLLİMƏM



Çapa imzalanıb: 24.01.2018
Formatı: 70x100 1/16. Ofset çapı
Həcmi: 9.75
Sifariş № 8/245

Document Outline

  • Samil Sadiq cover
    • Page 1
  • Samil Sadiq. Men Bir Muellimem. Təsdiq üçün

Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə