Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   2   3   4   5   6   7   8   9   ...   42

Şəmil 
Sadiq
23
orta məktəbin sonuncu sinfində bir alim övlad görmək və 
ya yetişdirmək uğrunda mübarizə aparırlar. Hələ də başa 
düşmürük ki, çağdaş dünyamızın orta məktəbdən gözlən-
tisi tamam başqa mətləbdir. Axı, orta statistik bir vətəndaş 
üçün elmin dərinliklərinə bu qədər varması o qədər də va-
cib deyil. Alqoritmin, qarşılaşdırma budaq cümləli tabeli 
mürəkkəb cümlənin nəzəri əsaslarının ana və ya atanın bir 
ailə başçısı, yaxşı insan olmasına nə dəxli var? Nə vaxtadək  
orta məktəbdən bu qədər ağır iş tələb edəcəyik. BDU-dakı 
müəllimlərim məndən inciməsin, amma mən universitetə 
hazırlaşanda Azərbaycan dilinin qrammatikasını öyrəndi-
yim qədər BDU-nun 4 kursunda öyrənmədim. Daha doğ-
rusu, hazırlıqda  qrammatikanın dərinliyinə o qədər var-
mışdıq ki, ali təhsilin geniş izahatına ehtiyac yox idi. Eləcə 
də indiki qəbul qaydaları... Bir filoloq, bir tarixçi, bir fizik 
bu nəzəri məsələləri savadlı abituriyent səviyyəsində belə 
bilmir. Bu da, sözsüz ki, valideynləri orta məktəbdən uzaq-
laşdırmağa, təhsildən əlini üzməyə gətirib çıxarır. Beləcə, 
rəqəm sevdası yaranır.
Dünya universitetləri barədə kiçik araşdırma aparsaq, 
görərik ki, onlar heç bir halda universitetə dərin elmi bi-
lik əsasında tələbə qəbul etmirlər. Sadəcə, mükəmməl dil 
bilgisi  və  məntiqi  təfəkkürün  yerində  olması  Oksfordda, 
ODTÜ də oxumaq üçün yetərlidir. Prinsip belədir ki, bir 
insanın məntiqi təfəkkürünün, anlama və anlatma qabiliy-
yətini ifadə etmək üçün dil bilgisinin normal olması yetir 
ki, onu həkim də edəsən, tarixçi də, mühəndis də. Məgər 
biz bu yolu seçə bilmərik? Əlbəttə, mümkündür və gərəkli 
olan da elə budur. Amma bu yolu seçmək və yolda addım-
lamaq üçün hökmən  şüurumuzda inqilab etməliyik. Bun-
dan sonra təhsilimizi də, onu qiymətləndirməni də başqa 
cür edəcəyik.
Məncə,  bir  Azərbaycan  ziyalısı  övladına  elm-bilik 
yox, rəqəm istədiyi müddətcə bu inqilab baş verməyəcək. 
Dəfələrlə  professor,  akademik  olan  valideynlər  məndən 
övladına, nəvəsinə sadəcə, “5” yazmağı xahiş edib müxtəlif 
yollarla buna nail olmağa çalışıblar. Xalqın “parlaq sima-
lar”ı hesab etdiyimiz belələri cəmiyyətin qaranlıq üzüdür.
Qiymətləndirmə anlayışı bizimlə dünyanın inkişaf et-


Şəmil 
Sadiq
24
miş tərəfləri  arasında tamam fərqli şəkildədir. Azərbaycan 
təhsilində  qiymət  dedikdə,  sadəcə  jurnala  yazılan  rəqəm 
nəzərdə  tutulur.  Qiymət  təhsil  səviyyəsi  yüksək  olan 
ölkələrdə həyata keçirilən, bizdə isə yeni təhsil adlandırı-
lan sistemdə sadəcə şagirdin əldə etdiyi bilik və bacarığın 
ölçü vahididir. Nə şagird müəlliminə qiymətə görə hörmət 
etmək  məcburiyyətindədir,  nə  də  müəllim  şagirdini  qiy-
mətlə qorxudacaq səviyyədə.
Bu ölçü meyarı isə şagirdlərin bilik və bacarıqlarının 
bir-birindən  fərqlənməyinə  və  imkanlarının  ölçülməsinə 
xidmət  edir.  Kurikulum  sənədindəki  nəticəyönümlü  tə-
limdə qeyd edilir ki, şagird nailiyyətlərinin qiymətləndi-
rilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə 
etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların 
toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsəd-
lərə xidmət edir:
●şagirdin irəliləyişlərinin (geriləməmələrinin) izlənil-
məsi (monitorinqi);
● təlim prosesində qərarların qəbulu;
● şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.
Məncə, təhsilə və qiymətləndirməyə bu cür yanaşmanı 
həyata keçirmək üçün müəllimlərdən yox, birbaşa validey-
nlərdən  başlamaq  lazımdır.  Çünki  valideyn  yeni  sistemi 
anlamadığı və dərk etmədiyi təqdirdə müəllimin sinifdəki 
zəhməti hədərdir. Çin təhsilində uşağın nəticələrinin aşağı 
olmasına görə ilk valideyn günahkar görülür. Hətta övladı 
məktəbdə aşağı nəticə göstərən valideynə müəyyən cəza-
lar da tətbiq edilir.
Bir  rus,  türk,  avropalı  məktəblisinə  ünvanlayacağın 
sualın cavabını nə qədər dolğun eşidə bilərsənsə, bir azər-
baycanlı məktəblisindən bir o qədər natamam cavab eşi-
dərsən. Çünki o çərçivələr, şablonlar içində övladlarımız 
daima boğulur, bunun da səbəbkarı biz müəllimlər və biz 
valideynlərik.
2007-2008-ci  illərdə  dünyanın  30-dan  çox  ölkəsində 
keçirilən müsabiqələrdən birində azərbaycanlı uşaqlarının 
yazılarını yoxlayan komissiyanın üzvlərindən biri də mən  
idim.  Qiymətləndirməyə  başlamazdan  öncə  bizim  üçün 


Şəmil 
Sadiq
25
təşkil olunmuş seminarın əsas qayəsi o idi ki, bir uşağın 
verdiyi  düzgün  cavaba  yox,  onu  necə  əsaslandırdığına 
“əla” qiymət yazılmalıdır. Təəssüflər olsun ki, həmin mü-
sabiqədə Azərbaycan məktəbliləri sonuncu yerdə qərarlaş-
dı. Yaxşı ki, riyaziyyat üzrə ilk üçlükdə yer aldılar. Bu da o 
deməkdir ki, Azərbaycanlı şagirdin məntiqi güclüdür, sa-
dəcə, bunu duyub dəyərləndirmək lazımdır. Nə qədər ki, 
valideynlərimiz  məktəbdəki  təhsilin  qarşılığını  bir  kağız 
parçasında görəcək, oxumaq deyəndə sadəcə həyati baca-
rıqları yox, elmi biliyi nəzərdə tutacaq, Azərbaycan müəl-
limi sinifdə tərif, qayda əzbərlətdirərək xronoloji ardıcıllıq 
soruşacaq, o vaxta kimi də əsl insan və vətandaş olmaqda 
qüsurlu olacağıq.
Bir dəfə 5-ci sinif şagirdlərinə lüğətdən istifadə qay-
dalarını  öyrətmək  üçün  onları  kitabxanaya  aparmışdım. 
Tapşırıq  da  bu  olmuşdu  ki,  hər  kəs  ona  verilən  vaxt  ər-
zində müəyyən sözlərin ingiliscə tərcüməsini və düzgün 
yazılışını müəyyənləşdirsin. Tapşırığı verdiyim andan bi-
zim təsəvvürümüzdə formalaşdırdığımız yaxşı oxuyan şa-
girdlər kitabxananı alt-üst etdilər. Kitabların içində bir növ 
itib-batdılar. “Oxumayan” damğasını vurduğum iki şagird 
isə bir kənara çəkilib telefonla oynadılar. Sanki, bu tapşırıq 
onlara aid deyil. Sonda isə “oxumayan” o iki uşaq düzgün 
nəticəni hamıdan tez təqdim etdi. Səbəb isə onların tele-
fonla internetə daxil olub elektron tərcümə lüğətindən is-
tifadə etməklə sözlərin düzgün yazılışlarını tapmaları idi.
Bizim orta məktəb şagirdindən istəyəcəyimiz bu olma-
lıdır. Yoxsa ki riyazi düsturları mükəmməl bilib büdcəsini 
idarə  edə  bilməmək,  anatomiyadakı  sümüklərin  adlarını 
əzbər  bilib  burnunun  qanının  kəsilməsi  üçün  ilkin  tibbi 
yardım  etməyi  bacarmamaq,  fizikanın  təriflərini  əzbərlə-
yib, evdəki adi bir lampanı dəyişə bilməmək, tarixi faktları 
ardıcıllıqla sadalayıb, kim olduğunu unutmaq, Nizaminin, 
Füzulinin doğum və ölüm tarixlərini, əsərlərinin yazılma 
tarixini  əzbərləyib  mənəviyyatdan  və  insanlıqdan  uzaq 
olmaq, konstitusiyanın bəndlərini tutuquşu kimi əzbərlə-
yib, pozulmuş haqqını belə tələb edə bilməmək, vasitəli, 
vasitəsiz  nitqin  qaydalarını,  sxemlərini  əzbərləyib  fikrini 
əsaslandırmaq  üçün  kimdənsə  bir  sitat  gətirə  bilməmək, 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə