Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Şəmil 
Sadiq
26
romantikanın  nəzəriyyəsini  öyrənib  sevib,  sevilməyi  ba-
carmamaq,  insan  və  cəmiyyət  dərsində  “5”  alıb,  insanla 
heyvana  olan  münasibəti  fərqləndirməyi  bacarmamaq  
hələ şəxsiyyət olmaq deyil. Sadəcə ruhsuz, cansız, şüursuz 
bir robotdur.
Bu gün dünyada bilikli olmağın yox, biliyi tətbiq et-
məyin, nümayiş etdirməyin təntənəli qələbəsi hökm sürür.
P.S. İş yoldaşıma verdiyim sual belə idi: uşaq necədir, 
oxuya  bilir  barı?  Cavab  bu  olmuşdu:  “Əşşi,  oxuyanların 
barmağı bala batıb, o da oxusun?”


Şəmil 
Sadiq
27
ALİM YETİŞDİRMƏK ADAM YETİŞDİRMƏKDƏN
ÇOX ASANDIR
Kurikulum sənədi 2006-cı ildən təsdiqlənsə də, bu ifa-
də meydana gələn gündən elə bil ögey uşaq oldu. Mahiy-
yətinə  vara  bilməyənlər  sadəcə  “Kurrikulum”  (Əvvəllər 
dilimizdə bu cür işlədilirdi, sonradan bir az da sadələşdi-
rilib “kurikulum” kimi yazıldı) ifadəsinin “r”sından tuta-
raq ta bütün MDB-ni, Avropanı, Amerikanı belə gəzdilər. 
Onun nə demək, tələblərinin nədən ibarət olduğunu araş-
dırıb bilmək əvəzinə, bütün ictimaiyyət bu sözün niyə di-
limizə gətirildiyi davasını apardı. Üstündən 6 il keçsə də, 
hələ indi-indi bəzi müəllim və mütəxəssislər bilir ki, sən 
demə, bu elə tədris proqramı, tədris planı və sairədir.
Nəinki respublika ictimaiyyəti, hətta bu sənədin bir-
başa  icraçıları  (müəllimlər)  yeni  təlim  üsullarını  tövsiyə 
edən  “bəyənilməyən  gəlinin”  (“Bəyənilməyən  gəlinin 
yerişi  adama  xoş  gəlməz”.  (Atalar  sözü))  artıq  8-9-cu  si-
nif şagirdlərinə tədris edildiyinin fərqinə varsaq, deməli, 
kim nə deyir-desin, o ayaq tutub yeriyir deməkdir. Dünya 
bankının  dəstəyi  ilə  həyata  keçirilən  bu  layihənin  bütün 
köhnə  ənənələri  darmadağın  edib  yenidən  qurulmasını 
düşünənlər bu işi öyrənəndən sonra bir daha yanıldıqları-
na əmin oldular. Çünki millətini, vətənini sevən, alim yox, 
vətəndaş  yetişdirməyi  qarşısına  məqsəd  qoyan  istənilən 
vicdanlı müəllim dərsini yeni təlim metodları ilə qurmağa 
çalışır və bilmədiklərini araşdırıb öyrənir. Onlar dünyanın 
qabaqcıl  müəllimlərinin  metodikalarından  yararlanırlar. 
Hətta kurikulum olmasa belə... Amma  oxumağı, araşdır-
mağı çoxdan unutmuş bəzi müəllim yoldaşlarımız məsələ-
nin həllini “Sovet təhsilinə nə olmuşdu ki, bəyəm bugünkü 
alimlərimizi yetişdirən həmin təhsil deyilmi?” – deyərək, 
çözmüş sanırlar. Soruşanda ki, ay müəllim, sən bu təklif 
edilən layihə haqqında nəsə oxumusanmı?  “Heç lazım da 
deyil” – deyib, bununla kifayətlənirlər.
Etiraf  edək  ki,  müəllimlərimizin  əksəriyyəti  özünə 
zəhmət vermədən bu işin baş tutmayacağına ürəkdən ina-
nır,  “kimlərəsə  pul  mənbəyi  üçün  lazım  idi”  –  deyərək 
bunu ironiya ilə qarşılayırlar. Məncə, bunun səbəbini bir 


Şəmil 
Sadiq
28
neçə  istiqamətdə  axtarmaq  olar.  Birincisi,  uzun  illər    tu-
tuquşu  kimi  əzbərlədiyi  dərslərin  əvəzində  yenisini  öy-
rənmək  xofu;  ikincisi,  repetitorluqda  “bazarı”  tutan  və 
dəyişəcək testologiyaya uyğunlaşınca, ortalığa yeni repiti-
torların çıxacağı qorxusu. Hər iki istiqamətin tərəfdarları  
yetərincədir. Azərbaycan dilinin qrammatikasını bir dəfə 
öyrənib, 30 il, 40 il dərs deməyə nə var ki? Və ya dar dü-
şüncəli kəslər üçün hər hansı bir şeiri qolunu, qabırğasını 
sındıraraq ucadan, pafosla səsləndirib ədəbiyyat müəllimi 
olmağa nə var ki? Qızğın müzakirəli, mübahisəli, işgüzar 
və səs-küylü sinifdən müəllimin dediklərini və ya kitabda 
yazılanları oxuyub, sabah gəlib lövhənin qarşısında danı-
şan və ya müəllimin tapşırığı ilə mənasını dərk etmədən 
şeir deyən şagirdlərin olduğu sinif daha yaxşıdır. Bu fonda 
müəllimin səsi gözəl, sözə baxan, əli əl üstə oturan şagirdi 
heç  bir  standart  olmadan,  keyfinə  görə  qiymətləndirmə-
sindən asan nə ola bilər ki? Axı, birinci qrup müəllimlər bu 
layihənin həyata keçməsini niyə istəsinlər?..
İkinci qrup müəllimlər uzun illərdir “bunker” müəl-
lim və ya repetitor müəllim olaraq həyat tərzini bu yolla 
nizama salanlardır. İyirmi ildir ki, TQDK-nın test bankına 
yetərincə test verərək, həmin testləri bir mənbə kimi özün-
də saxlayıb şagirdlərinə ilin sonunda pulla işlədən, təsa-
düfən bankın fırlanması zamanı onların yazdığı bir testin 
qəbul imtahanına düşməsindən TQDK-nın da adına ləkə 
yaxaraq “bu testi mən özüm bilərəkdən salmışam” – deyib 
bunkerin işindən xəbəri olmayan valideynləri açıqca soyan 
bir qisim müəllimlər bu sistemin dəyişməsini niyə istəsin-
lər? Bir də ki, yeni təlim metodlarına görə bütün banklar 
dəyişməlidir axı. Yenidən oturub baş sındıraraq yeni, dü-
şündürücü,  məntiqi  təfəkkürün  inkişafına  xidmət  edən 
testlər yazmaq və ya onları həll etmək o qədər də asan de-
yil.
Dərs  dediyim,  tez-tez  görüşüb  müzakirə  apardığım 
müəllimlərin əksəriyyəti, adətən, məntiqi testlərin şagird-
lərə ağır gəldiyini söyləyirlər. Səbəb kimi məktəbdə mən-
tiq dərsinin keçirilməməsini göstərirlər. Qəribi elə burada 
ağlamaq tutur. Hər bir elmin, fənnin öz məntiqi olduğunu 
bilməyən bu “müəllim” şagirddən dəfələrlə geridə qaldığı-


Şəmil 
Sadiq
29
nı bir daha sübut edir. Hətta dəfələrlə özləri də sübut edib 
ki, məntiqi testləri şagirdlər bizdən daha tez həll edirlər. 
Deməli,  bu  gündən  geridə  qalmış  keçmişin  adamlarının 
gələcəyə töhfə  verməsi çox şübhəlidir.
Mən bu kurikulum layihəsinin Azərbaycan dili üzrə 
milli məsləhətçisi kimi bir neçə il işləmişəm. Sonda özüm 
üçün bunu dərk etmişəm ki, şagirdi məktəbdən alim kimi 
yox, insan kimi cəmiyyətə yola salmaq lazımdır. Bunun da 
yolu düşünən və dərk edən, dinləməyi bacaran, öz haqqını 
tələb edən, vəzifəsini bilən, inandırmağı  və inanmağı ba-
caran, düşündürən, özünü təqdim edə bilən bir vətəndaş 
kimi yetişdirmək lazımdır. Bu gün Azərbaycan dili dərs-
lərimizdə,  universitetlərdə  keyfiyyətsiz  dərəcədə  dilçilik, 
ədəbiyyat  dərslərimizdə  isə  ədəbiyyat  öyrədirik.  Nəzəri 
bilikləri şagirdlərimizə əzbərlətdirir, hər hansı bir univer-
sitetə  qəbul  olmasını  nəticə  hesab  edirik.  Axı  atalarımız 
yaxşı deyib ki, alim olmaq asandır, adam olmaq çətin.
Şəxsən mən övladımın bütün elmlərə yiyələnərək en-
siklopedik  bir  şəxs  olub,  ac-yalavac  yaşamasını  heç  vaxt 
istəmərəm. Əgər bir alim bildiklərini təqdim edib, cəmiy-
yəti  öz  fikirlərinə  inandıra  bilmirsə,  bu  öyrəndiklərini 
müsbət  istiqamətdə  həyata  keçirə,  cəmiyyət  üçün  nəyin 
pis,  nəyin  yaxşı  olduğunu  anlaya  bilmirsə,  onda  heç  nə. 
Şair demiş, bir kəndin ki yolgöstərəni mən oldum, o kənd 
yazıq dağılmasın, neynəsin?!
Adətən,  mühazirələrimdə  qrammatikanın  birmənalı 
tərəfdarlarına belə bir sual verirəm: doğmalarınızdan kim-
sə uzun müddət sizdən uzaqda olarsa və sizə bir məktub 
yazarsa,  o  zaman  həmin  məktubun  məzmunu,  mənası 
sizi çox maraqlandırır, yoxsa lazımi yerdə “ki”dən sonra 
vergül qoymaması, “məhəbbət” sözünü “məhəpbət” kimi 
yazması? Əlbəttə, heç kim orada hər hansı bir hərf səhvi ax-
tarmır, məktubda yazılanları acgözlüklə birnəfəsə oxuyub, 
ürəyinin başına qoyur. İstər yazılı, istərsə də şifahi nitq in-
sanlar arasında sadəcə bir ünsiyyət vasitəsidir. Qrammatik 
qaydalar isə bu ünsiyyət vasitəsinin sadəcə daha düzgün, 
səliqəli olması üçündür.
Bir dəfə hörmət etdiyim alimlərimizdən biri yeni 5-ci 
sinif dərsliyini əlinə alaraq demişdi ki, bu boyda kitabda 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə