Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

Şəmil 
Sadiq
30
(208 səhifə) qrammatik qaydaları, tərifləri bir yerə topla-
san, cəmi 6 səhifə edər. Bunun faciə kimi təqdim edilməsi-
nin özü bir faciədir. Əgər Mübariz İbrahimov kimi qəhrə-
manı olan xalqın istənilən bir övladı onun haqqında bir-iki 
kəlmə söz deyəndə qürurla, iftixar hissi ilə məhvərindən 
silkələnmirsə, Vətənin keşiyində – səngərdə duran bir əs-
gər  efir  vasitəsilə      “atama,  anama  salam  deyirəm,  mən-
dən nigaran qalmasınlar, tezliklə qələbə müjdəsi ilə qayı-
dacağıq!..” – deyib, ona baxan milyonlarla insanda sabaha 
ümid,  mübarizə  ruhu,  ordumuza  inam  yarada  bilmirsə, 
düşmən  saytların  təxribatyönümlü  məlumatlarının  altın-
da savadlı, tutarlı cavab yazmaqdansa, onu söyürsə, sosial 
şəbəkələrdəki müzakirələrdə yersiz və etikadan kənar ifa-
dələrlə çıxış edirsə, özünün haqlı olduğunu dəlillərlə sü-
but edə bilmirsə, onda biz Azərbaycan dilini niyə öyrədi-
rik? Axı unutmamalıyıq ki, Azərbaycan dili dərsliklərinin 
üstündə Azərbaycan dilinin qrammatikası yazılmayıb.
Dərslərimin birində bir müəllim Azərbaycan dili dərs-
liyini  tənqid  edərək  belə  demişdi:  Dərslikdə  bir  mətndə 
yazılıb ki, “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yu-
vasının qabağında bitər” atalar sözünün mənşəyi belədir: 
“İlanın zəhləsi yarbuzdan gedər, o da gəlib yuvasının qa-
bağında bitər”. Əslində “yarpız” yox, “yarbuz” olmalıdır. 
Çünki quraqlıqda yaşayan ilanla, sulu yerdə bitən yarpız 
arasında heç bir əlaqə yoxdur. “Yarbuz” bir heyvan, “bit-
mək” isə “dikilmək” mənasındadır. Bunu əlində əsas tutan 
“müəllim” deyir ki, bəyəm indi biz bundan sonra uşaqlara 
deyəcəyik ki, atalar sözünü belə deyin? Bu nə biabırçılıq-
dır?! Müəllimə “su kiçiyin, yol böyüyün” yox, “suç kiçiyin, 
yol ulunun” olmalıdır, deyib, fikrimi izah etmək istəyirəm 
ki, sözümü kəsib deyir: onda bunu televiziyadan elan elə-
sinlər, qoy hamı bilsin də. Daha uşaqların başını niyə xa-
rab edirik? Bunu deyən müəllim yeni təlim metodunun nə 
olduğunu hardan biləcək? Yeni dünyanın dəyişdiyini qə-
bul etmək istəməyən müəllim, məncə, gələcəyini qurmaq 
istəyən gəncliyə heç nə öyrədə bilməz. Dövlətin bu qədər 
vəsait ayırıb vətəndaşını çağdaş tələblərlə ayaqlaşdırmaq 
istəyini dərk etməyən, onu “boş şey” kimi qələmə verənin, 
məncə, müəllim olmağa haqqı yoxdur. Şahidi olduğum va-


Şəmil 
Sadiq
31
lideyn iclaslarının birində müəllim yeni dərsliyi əlinə alıb 
– Əziz valideynlər, bu ildən dərslərimiz kurikulumdur-nə-
dir, bilmirəm, onunla keçiriləcək. Məndən soruşsanız, bu, 
boş  şeydir.  İndi  bizə  deyirlər  ki,  gündəlik  yığışdırılacaq. 
Bəs  mən  bu  qiymətləri  hara  yazım?  Siz  istəmirsinizmi 
uşaqlarınız savadlı olsun? Sizə nə var, mən onlara istədi-
yim  kimi  öyrədəcəm,  direktordan  gizlincə  gündəlikləri-
nizə də qiymət yazacağam. Yox, əgər istəmirsinizsə, mən 
onlar dediyi kimi edim?  – deyərək, sərsəmləmişdi.
Müəllimin dövlətin dəstəklədiyi sənədi bu cür təqdim 
etməsindən sonra ona ilahi qüvvə kimi baxan, yeni təlimin 
tələblərinin nədən ibarət olduğunu bilməyən valideynlər 
isə demişdilər: “Yox, ay müəllim, siz necə istəyirsiniz, elə 
də edin”. Kurikulumdan xəbəri olan bir valideyn də əlini 
qaldırıb,  yeni  təlimin  tələblərindən  birinin  “müəllim  hər 
həftə  valideynə  qiymət  əvəzinə,  hesabat  verməli  oldu-
ğunu”  demək  istəyəndə  müəllim:  “Bax,  görürsünüz?  Ta 
özünüz bilərsiniz”, – deyərək, məsuliyyətdən yayınmağa 
çalışdı. Bütün valideynlər kurikulumdan xəbəri olan vali-
deynə tərəf dönüb: “Köhnə hamama təzə tas qoymayın” 
– deyib, qeyzləndilər. Və beləcə, valideynin gözündə döv-
lət də, millət də, təhsil də  heç oldu. Müəllim getdiyi və 
ya adını yazdırıb müxtəlif yollarla yayındığı yeni kursları, 
o  kurslara  dövlətin  çəkdiyi  xərci  dəyərsizləşdirir.  Bu  lap 
İbrahimxəlil kimyagərin “ay camaat, istəyirsiniz ki, mislə-
riniz qızıla dönsün, onda ağlınızdan meymun keçirməyin” 
fikrinə oxşayır.
Kurikulumun  faydalı  olduğunu  birtəhər  inandırdıq-
da,  müəllimlərin  son  sözü  belə  oldu:  “Müəllimə  verilən 
əməkhaqqı ilə, istənilən tələblər ayaqlaşmır”. Buna sözüm 
yoxdur, amma mənim düşüncəmə görə, müəllimin dərsi-
nin  keyfiyyəti  veriləcək  məbləğlə  heç  vaxt  dəyişməməli-
dir. Əgər müəllimsənsə, bu adı şərəflə daşı, fədakarlığını 
maddiyyata  görə,  hesablama.  Çünki  sənin  yetişdirdiyin  
vətəndaş şəxsiyyət kimi gələcəkdə nəinki sənə, millətinə, 
dövlətinə başucalığı gətirə bilər.
Məncə,  vətəndaş  kimi  yetişdirmək  istədiyimiz  öv-
ladlarımız düşünməli, düşündürməli, yeri gələndə haqqa 
inanıb, ona inandırmağı bacarmalı, həyatda ayaq üstə dur-


Şəmil 
Sadiq
32
mağın düzgün yollarını anlamalı, böyüyə, kiçiyə hörmət 
etməyi dərk etməlidir. Əziz müəllimlər, birmənalı şəkildə  
qəbul etməliyik ki, vicdanlı, əqidəli, şərəfli, əxlaqlı insanla-
rın heç birini məktəbdə öyrədilən nə qrammatika, nə ədə-
biyyat tarixi, nə də ədəbiyyat nəzəriyyəsi yetişdirib. Onları 
yetişdirən  həyat  məktəbidir,  el  tərbiyəsidir,    böyüklərin 
düzgün  məsləhətidir,  oxuduğu  bədii  əsərlərin,  eşitdiyi 
şifahi xalq ədəbi nümunələrinin ideyasından çıxardığı nə-
ticələrdir. Bəzən bir-birimizə təhqir kimi səsləndirdiyimiz 
“çoban” peşəsinin nümayəndələri bir akademikdən daha 
yararlı, ağıllı, bacarıqlı, əxlaqlı adamlar kimi bəşəriyyətdə, 
cəmiyyətdə yüksək mövqe sahibi ola bilərlər.
Kurikulum olmadan da, cəmiyyət üçün yararlı insan-
lar yetişdirmək mümkündür. Bu da o deməkdir ki, əlləri 
öpüləsi müəllimlərimiz indi də az deyil. Amma belə  müəl-
limlər təəssüf ki, çox azdır. Yeni təlim metodlarını öyrənib 
onun yaxşı tərəflərini əldə əsas tutmaq pis bir şey deyil. 
Sadəcə, bir az zəhmət çəkmiş olacağıq. Şagird belə olmalı-
dır: hansı ki, məktəbdə paltarımızın ətəyinin toza batdığı-
nı görüb onu təmizləməyi müəllimə deməkdən həya etsin, 
müəllimin qiymət zopasından qorxaraq yalan danışmasın, 
həqiqəti  deməkdən  çəkinməsin,  müəllimin  xoşuna  gəl-
mək üçün vətən mövzusunda yazılacaq inşanı haradansa 
köçürməsin,  “2”  alıb  sinifdə  qalmaq  qorxusundan  mək-
təbdən  yayınıb  bara,  tinlərə,  kompüter  klublarına  gedib 
vaxtını orda keçirməsin. O şagird ki, müəllimə və məktəbə 
nifrət hissi ilə baxmasın, sifətin tərifini bilib əlaməti key-
fiyyətdən ayıra bilsinlər, “Mənim tanrım gözəllikdir, sev-
gidir” misrasını dinə təhqir hesab edib, şeiri öyrənməkdən 
vaz  keçməsinlər.  Qoy  onlar  həqiqəti  deyib  haqqını  tələb 
edən, ürəyindən keçən arzusunu çəkinmədən dilə gətirib 
xarakterini  açan,  sevib-sevilməyi,  ağı  qaradan  seçməyi 
bacaran, təbiətdəki gözəllikləri görüb, Tanrının qayəsinin 
sevgi olduğunu dərk edən açıqfikirli, intellektli, cəmiyyət-
lə sıx təmasda olan, hisləri ilə deyil, ağlı ilə gələcəyə işıq 
salan  bir şəxsiyyət olsunlar.
Ümidvaram  bu  yazının  hansısa  proqramın,  layihə-
nin, dərsliyin ideallaşdırmasına xidmət etdiyinə heç kim 
inanmaz.  Əlbəttə,  dərsliklərimiz  də,  proqramlarımız  da 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə