Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

Şəmil 
Sadiq
33
qüsurdan  və  xətadan  xali  deyil.  Aparılan  müzakirələr, 
təhlillər,yanaşmalar  nikbin  olarsa,  əldə  olanlardan  daha 
yaxşılarına sahib ola bilərik. Ən azından bu il tenderdən 
keçməyən dərslik müəlliflərindən biri də mənəm. Amma 
bugünkü  sinfin  nə  istədiyini  bilib,  o  tələblərə  cavab  ver-
mək istəməyən və bu yolda zərrə qədər də iş görməyən, 
hər  şeyə  birtərəfli  baxan  bəzi  müəllimlərimiz  bu  haqda 
yaxşı-yaxşı düşünməlidirlər. Bunun adını kurikulum yox, 
nə  qoyursunuz  qoyun,  amma  bugünkü  dünya  bizdən 
başqa  şey  umur.  “Seyrə  balonlarla  çıxan”  camaat  sadəcə 
zəkanın hesabına əldə edib bu mərtəbəni. Biz hələ də hər 
şeyə qulp qoyur, istiqamətdən yayınırıq. Necə ki biz “Qu-
ran”ı oxuyub hələ də ağladığımızda, onu oxuyan “kafir” 
ordakı elmi fikri əsas tutaraq elmi ixtiralar edir, eləcə də 
müəllimlərimizin bir qismi Yusif Sərracı bəyənməyən küt-
lə kimidir. Düzgün vətəndaş yetişdirib heç olmasa övlad-
larının gələcək taleyinə yardım etmək istəmirlər.
“Məndən hazır düşüncələri deyil, düşünməyi öyrənə-
cəksiniz”.  İ.Kant
“Mənə oxuduğum kitabların ən gözəlinin hansı oldu-
ğunu soruşsanız, “müəllimim” deyərdim”. B.Məmmədov
“Təhsil-öyrənilənlərin  hamısı  unudulduqdan  sonra 
yadda qalanlardır”. M.Fon


Şəmil 
Sadiq
34
MÜƏLLİMLƏRƏ CAVAB
Əziz  müəllim  həmkarlarım,  bu  yaxınlarda  “Faktor.
az” saytında bir neçə il öncə yazdığım  “Alim yetişdirmək 
adam yetişdirməkdən asandır” adlı məqaləm yayımlandı.
Yazıya qarşı müəllimlərin və təhsil ictimaiyyətinin cid-
di reaksiyasını gördüm. Öncədən deyim ki, həmkarlarımın 
mövzuya bu qədər diqqət yetirdiyini və ciddi yanaşdığı-
nı görüb şad oldum.  Məhz buna görə onlara təşəkkürü-
mü bildirirəm. Yazıdakı fikirlərə qarşı sayğı göstərənə də, 
göstərməyənə də...  Amma qeyd etmək istərdim ki, sadəcə 
yazının  başlığını  oxuyub  münasibət  bildirənlər  də  az  ol-
madı. Mən yenə də fərq qoymaq istəmirəm, kim zəhmət 
çəkib  münasibətini bildiribsə, çox sağ olsun.
Onu da deyim ki, bu yazı dərc olunandan sonra  bir 
məsələdə əminliyim daha da artdı: təəssüf ki, hələ də tən-
bəl  müəllimlərimiz  çoxdur.  Yazımdakı  fikrimin  üstündə 
dayanıram və  yenə də israrla deyirəm ki, təhsilə yanaş-
ma dəyişməlidir. Bunun da yolu yalnız oxumaq və maarif-
lənməklə mümkündür. Heç nə oxumadan, araşdırmadan 
yeni yanaşmanı tənqid etmək düzgün deyil.
Haqqında danışdığım yazı sosial şəbəkələrdə də geniş 
yayıldı. Yazını bəyənərək və ya bəyənməyərək paylaşan-
lar oldu. Həmin paylaşımların altında çoxlu sayda fikirlə-
rimlə razılaşanlar olsa da, yazıdakı fikirlərimi bəyənməyib 
məni  buna  görə  qınayıb  tənqid  edənlər  də  oldu.    Sanki 
mən  müəllimlərə  düşmənəm.  “Mən  də  müsəlmanam,  a 
şirvanlılar’’ misrasını xatırlayıb gülümsündüm...  Qəribəsi 
də budur ki, bir nəfər xanım paylaşımların birində “pala-
za bürün, el ilə sürün” prinsipini əsas tutaraq,  yazını oxu-
madan ciddi şəkildə tənqid etmişdi. Daha sonra isə həmin 
xanım eyni yazını başqa yerdə oxuyub bəyənmişdi və bu 
dəfə xoş sözlərlə birgə özü də paylaşmışdı. Təkcə bu fakt 
göstərir ki, əksəriyyətimiz mahiyyətə bələd olmadan ön-
yarğılı oluruq!
Redaktorun yazı oxunsun deyə qoyduğu başlığa görə, 
qınaq obyektinə çevrilmişdim. Saytın redaktoru olan dos-
tumuz Əziz Əlibəyliyə yazının başlığına qoyduğu sensasi-


Şəmil 
Sadiq
35
ya xarakterli başlığa görə etirazımı bildirsəm də, sonradan 
dərin minnətdarlıq hissi duydum. Demək ki, işinin ustası-
dır. Bu yazı həm bloqumda (shamil-sadiq.blogspot.com), 
həm də digər saytlarda illər öncə yerləşdirilsə də, bu qədər 
marağa səbəb olmamışdı. Yazıya redaktor tərəfindən qo-
yulan başlıq sübut etdi ki, təhsildə də şou öz işini görür. 
Bir daha qeyd edim ki, məqaləmin adı “Alim yetişdirmək 
insan yetişdirməkdən daha asandır” adlanır.
Görünən  budur  ki,  redaktor    yazıya  “Bunker  müəl-
lim  və  ya  repetitorların  sonu  gəldi”    başlığını  qoymaqla 
məqsədinə  çatıb.
Mən dövlət məmuru deyiləm. Nə o zaman, nə də indi 
ailəmi kurikulumla dolandırmışam. Hətta onu da deyim 
ki, yeni sistem həm bir iş adamı kimi, həm də dərs vəsait-
ləri  müəllimlərin də dəstəyi ilə ən çox satılan müəllif kimi 
mənim maddi maraqlarıma ziddir.
Əvvəldə qeyd etdiyim kimi, yazı bir neçə il öncə ya-
zılsa da,  aktuallığını itirmədiyi üçün yenidən yayımlandı. 
Təhsilə  yeni  yanaşmaya,  lap  elə  kurikuluma,  oxumadan, 
araşdırmadan düşmən kəsilənləri birmənalı şəkildə cahil 
adlandırıram.
“Kurikulum  yox  idi,  elm-savad  yox  idi?”  –  prinsipi-
ni əsas tutanlar çox bəsit şəkildə özlərini haqlı çıxarmağa 
çalışırlar. Əlbəttə, kurikulumun olmadığı bir dövrlərdə də 
elm təhsil inkişaf edib, incəsənət şöhrət qazanıb və s.  Nə-
sirəddin Tusi kimi alimlərimizi, Füzuli, Nəsimi kimi dahi 
şairlərimizi yetişdirən köhnə təhsil olub. İndi bu o demək 
deyil ki, onları yetişdirən təhsil şallağı ilə, birlikdə daima 
yaşamalıdır. Bir az müasir dövrümüzdən nümunə göstər-
sək, Lütfizadə də, Bill Qeyts də kurikulum görməyib. Buna 
baxmayaraq, həqiqət budur ki, həyat inkişaf edir. Necə ki, 
maddi  varlıq  olan  telefonlarımızı,  bilgisayarlarımızı  hər 
yenisi çıxanda dəyişməyə ehtiyac duyuruq. Mücərrəd var-
lıq olan təhsil də belədir: adı nə olur-olsun, yeni tələblərə 
cavab  verməlidir!  Bunun  zəhməthaqqının  ödənib-ödənil-
məməsinin isə bu yazıya dəxli yoxdur. Bu mövzuda etiraz-
lara qatılıram!


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə