Şəmil
Sadiq
92
HALDAN-HALA DÜŞƏN ADLIQ HAL
Adlıq hal uca bir dağ başında öz keçmiş halı ilə
baş-başa vermişdi. Xəyalən dünyanın, kainatın olmadığı
bir dövrə səyahətdə idi. O zaman hər şey tək və saf idi.
Sonralar özü də xəbəri olmadan hallanmağa, bölünməyə
başladı. Öncə öz içindən bir sahib çıxaraq ona yiyələnmək
sevdasına düşdü. Adlıq halın başqalarına aid olan bütün
mal və mülkünə sahiblənmiş və “burda mənəm, bağdad-
da kor xəlifə” demişdi. Elə hər şey bundan sonra başladı.
“Mənəm-mənəm” deyənlərin sayı çoxalmış, hamı “mə-
nim” deyib, əlinə keçəni qəsb edirdi. Yiyəlik halın təkəbbür
və qüruru onu məhv edəcəkdi. Adlıq hal onun bu özbaşı-
nalığından lap təngə gəlmişdi. Sahiblik iddiası onun harın-
ladığından xəbər verirdi. Hərdən etika naminə “bizim” də
deyirdi, amma bu “bizim” o qədər cılız və zəif səslənirdi
ki, “mənim”lərin qarşısında kimsə bu səmimiliyə inanmır-
dı. “Onun”ları isə demək olar ki, “yaxşı olsa ağadan, pis
olsa nökərdən” prinsipini ifadə edirdi. Amma yiyəlik ha-
lın xislətində bu naqisliklər olsa da, bunu elə də şişirtmək
lazım deyildi. Çünki nə qədər zəif olsa da “bizim”lər də,
“sənin”lər də, “onun”lar da var idi. Ən pis halda Yiyəlik
Adlıq hala da sahiblənəcək və yeni meyarlar gətirəcəkdi.
“0” nöqtəsi Yiyəlik hal olacaqdı. Bircə dəfə də olsun keç-
mişini xatırlamır, “mən” kökünün mahiyyətinin fərqinə
varmır, amma özünün mənasız hissəciyi olan “-ın
4
”ü hər
şeydən üstün tuturdu. Düzdür, Yiyəlik halın şəkilçilərinin
əhəmiyyəti böyük idi, amma bilmirdi ki, Adlıq hal olmasa
idi, o heç bir məna daşımır. Amma Adlıq hal o qədər sadə
və ağıllı idi ki, Yiyəlik halın bu xasiyyətindən heç də nara-
hat olmurdu, çünki onu islah edəcək yetərincə gücü vardı.
Bir də axı, böyüklər kiçilməkdən qorxmur, çünki yenidən
yüksəlmək imkanlarının olduğuna əmindirlər. Amma ki-
çiklər olduqları kimi olmaqdan qorxurdular, çünki onlar
özlərini saxta böyük göstərmişdilər. Yiyəlik halın bu dik-
başlığı onu Adlıq haldan, heç də uzaqlaşdırmırdı, əksinə.
Amma Adlıq halı qorxudan başqa hallanmalar idi. Başqa
cür hallanmasını heç istəməzdi o. Bu sırada Yönlük hal da
vardı...