Şəmil
Sadiq
106
BAKİRƏLİYİNİ İTİRMƏMİŞ LƏYAQƏT
17 dekabr 2015-ci il dekabrın 17-də “Anamın Kitabı”
ədəbi mükafatının 1-in premyerası, 2-nin isə təqdimat mə-
rasimini keçirdik. Bu layihəni ideya kimi irəli sürəndə çox
ciddi qəbul edib alqışlayanlar da oldu, ironiya ilə gülərək
“bizdə teatr var?” – deyib, qeyri-ciddi yanaşanlar da. Əsə-
rin səhnədə oynanılması bir daha göstərdi ki, hədəf vurul-
muşdur.
Mükafatı təsis etməkdə məqsədim M.F.Axundzadə-
dən başlamış milli teatrımıza dəstək, gəncliyin yolunu te-
atra yaxınlaşdırmaq idi. Birinci məqsəd, əlbəttə ki, hamı-
mızın ürəyindən keçən və arzusunda olduğumuz amildir.
Amma mən daha çox ikinci mətləbin üzərində dur-
maq istəyirəm. Çünki bugünkü gəncliyin heç də hamısı
Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Cəfər
Cabbarlı, Hüseyn Cavid kimi fədakar deyil. Hamısı gözlə-
yir ki, kimsə onu yuxuda görəcək və dəvət edəcək. Bunun
bir səbəbi gənclərin laqeydliyidirsə, ikinci səbəbi, bəlkə də,
əsas səbəbi gənclərin bəziləri tərəfindən həmişə burunla-
rından vurulması”dır. Ona görə də bir dəfə teatra gedən
sonra getmir. Bilirsiniz niyə? Başıma gələn kiçik hadisəni
xatırladım, bəlkə fərqinə varmaqda kömək oldu. Onsuz da
sizin bildiyinizi bilirəm.
2005-ci ildə “Qana qan qarışdı” pyesimi götürüb üz
tutdum birbaş teatrlarımıza. Kitab halında çap edilmişdi.
Teatrlarla elə bir ciddi əlaqəm də yox idi. Birtəhər Akade-
mik Milli Dram Teatrında adını unutduğum biri ilə gö-
rüşdüm və əsərimi tamaşa üçün təqdim etmək istədiyimi
bildirdim. Dedi – “Cavan oğlan, bilirsən necədir? Gərək sə-
nin bu əsərin “Azərbaycan” və ya “Ulduz” jurnalında çap
edilsin”.
Tənbəllik etmədim. Getdim deyilən ünvanlardan bi-
rinə, “Azərbaycan” jurnalının redaksiyasına. Jurnalın baş
redaktoru İntiqam Qasımzadə ilə görüşdüm. Teatrda mənə
deyilənləri ona danışdım. Yüngülvari gülümsədi. Bir sözlə
Şəmil
Sadiq
107
o da məni şirin dillə yola saldı. Onun da dediyindən belə
çıxdı ki, əsər səhnədə oynanılsın, sonra çap etmək olar. Və
məni Gənc Tamaşaçılar Teatrına istiqamətləndirdi. Orda
da rəhmətlik Hüseynağa Atakişiyevlə görüşdüm. O, həm
də şagirdlərimdən birinin əmisi idi. Hüseynağa müəllim
çox böyük ehtiramla qarşıladı məni. Əsəri qəbul etdi və
“5-10 gündən sonra gələrsən” – dedi. Bütün bunlar harda-
sa bir il çəkmişdi. 2006-ci ilin aprel ayında təkrar getdim
Gənc Tamaşaçılar Teatrına. Onda Hüseynağa müəllim ar-
tıq rəhmətə getmişdi. Beləcə, mənim dramaturq olmaq ar-
zum ürəyimdə qaldı. Hüseyn Cavidin təsiri altına düşdü-
yümdən iki dram əsəri də yazmışdım. Düzdür, sonralar
“Qana qan qarışdı” əsərini 20 nömrəli məktəb-liseydə şa-
girdlərimlə səhnələşdirdim, amma teatr arzusu başqa idi.
Bu əsər bir də xeyli sonra, 2010-cu ildə Naxçıvan Musiqili
Dram teatrında səhnələşdirildi. Amma mən dramaturq
kimi tear üçün pyeslər yazmaqdan çoxdan vaz keçmişdim.
Məhz bu cür neqativ amillər gəncləri teatrlardan uzaq-
laşdırır. Klassiklərimizə qarşı soyuq münasibətin yaranma
səbəblərindən biri də budur. Buna görə də düşündüm ki,
bəlkə bizim vasitəmizlə imkanı olmayanlar teatra yol ta-
palar. Və buna nail olduq. Akademik İsa Həbibbəylinin də
böyük sevinclə dəstək verdiyi mükafat, nəhayət, baş tutdu
və Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmi-
dovun verdiyi sözə əməl etməsi gənclərə bir daha stimul
verdi.
Gələk tamaşaya....
Sevinc Elsevərin müəllifi olduğu “Ürəyində arzu tut”
birpərdəli pyesinin quruluşçu rejissoru Gülnar Hacıye-
va idi. Əsər “Arzu və Murad” adı ilə tamaşaçılara təqdim
edildi.
Bir hekayənin motivləri üzərində qurulmuş əsərin
mövzusu hamımızı narahat edən, ağrılı yerimiz, qan yad-
daşımız olan Xocalı faciəsi idi. Gerçəklikləri özündə əks
etdirən bu əsərə psixoloji məzmun çox yaraşdı. Amma
gerçəklik o qədər ağırdı ki, insan əsərdəki reallıqla həyat-
dakını yan-yana qoyanda hansının daha ağır olduğuna qə-
Şəmil
Sadiq
108
rar verə bilmir.
Mövzu baxımından müharibədən sonrakı qaçqın hə-
yatını və əsirlikdən qayıtmış bir gəncin faciəsini ifadə edən
əsərdə müəllif, məncə, məqsədinə çatdı. Əsərdə hər kəsi
düşündürən cavabsız suallar vardı: Əsirlikdən qayıtmış
bir qızı evdə gəlin etmək istəməyən oğul anası haqlı idimi?
Əsirlikdən qayıtmış bir qız həyatda özünə necə yer tapa
bilər? Əsirlikdən qayıtmış bir qız yenidən sevə və ailə qura
bilərmi, onun buna haqqı çatırmı? Bir kişi əsirlikdə müxtə-
lif işgəncələr yaşamış bir qız ilə qayıtdıqdan sonra necə
rəftar etməlidir? Əsirlikdən gələn qız sadəcə fahişə olma-
lıdırmı? Cavabı sadəcə subyektiv dəyərlərə görə dəyişən
bu cür suallar əsərin ana xətti idi. Amma müəllif əsərin so-
nunda yox, lap ortasında (bu ortanı həm kulminasiya, həm
də sonluq adlandırmaq olardı) kulminasiyanı və sonluğu
təqdim etdi bizə. Çünki sonluq nə əsərdə, nə də tamaşada
öz həllini tam tapmamışdı. Dediyim kulminasiya və son-
luq isə Arzunun “Mən bakirəliyimi itirmişəm, ləyaqətimi
yox!” nidası bakirə və ləyaqətsiz bəşəriyyətə ünvanlanan
hayqırtısı idi. Çox ağır sözdür. Bəşər övladı namus və qey-
rəti hələ də dar çərçivədə görür. Bunun üçün də Arzular
Muradına yaxud çatmır, ya da ləkələnərək çatır. Müəllif
erməni vəhşiliklərini öz faciəmizin içində verməklə çox
yaxşı manevr etmişdi. Əsərin bir süjet xətti də odur ki, er-
məni əməllərinin bir hissəsini də Azad edir. Arzunun əsir-
likdə olduğunu biləndə içkili halda onunla yatmaq istəyir.
Rejissorun bu səhnəni ötəri təqdim etməsi diqqətimi çək-
di. Sanki yola verilib, ya da Azad rolunu oynayan aktyo-
run sönük ifası bizi belə düşünməyə vadar edir. Əslində
müəllifi düşündürən faciə Azadın “erməni ilə yatmısan,
mənimlə də yat” – deyərək, az öncə evlənmək təklif etdiyi
qıza qarşı təcavüz etməsi idi. Əslində müəllifi düşündürən
faciə, problem düzgün qoyulsa da, düşünürəm ki, bu
problemin həlli düzgün tapılmayıb. Bu əsərlə müəllif bir
daha onu demək istəyir ki, Azad kimi alçaqların olduğu
bir cəmiyyətdə yaşayırıq. Onlardan isə qurtulmağımızın
yolu maarifçilikdir. Ölümlə cəzalandırılma heç bir halda
düzgün deyil. Məhz buna görə də Hüseyn Cavidin “Ana”
əsərində Ana oğlunun qatilini bağışlayıb, qisas hissini
Dostları ilə paylaş: |