Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
#35602
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   18

13 

 

sertifikаtlаşdırılmаsı 



üzrə 

оrqаnlаrа, 

sertifikаtlаşdırmа 

üzrə 


оrqаnlаrın 

аkkreditləşdirilməsinə) ümumi tələblər müəyyən edildi.     

Uyğunluğun qiymətləndirilməsi fоrmаlаrındаn biri də keyfiyyət sistemləridir.   

2.Yüngül sənayedə məhsulun rəqabət qabiliyyətinin 

 yüksəldilməsinə kömək edən keyfiyyət modellərinin təhlili  

Müasir  bazar  malların  qiymətini  tez  bir  vaxtda  aşağı  saldı  və  onların 

istehsalçılarının  diqqətini  istehlakçıların  tələbatının  ödənilməsinə  yönəltdi,  yəni 

keçmiş  «istehsalçılar bazarı»  hazırda  «istehlakçılar bazarına» çevrildi. Bu şəraitdə 

məhsul  istehsalçılarının  müvəffəqiyyəti  onların  istehlakçıların  tələblərini  hissetmə 

sürətindən  və  adekvatlığından  asılıdır.  Elə  bu  da  kimin  lider,  kimin  isə  uğursuz 

olacağını  təyin  edir.  Istehsalçıların  müvəffəqiyyəti  yuxarı  rəhbərlik  tərəfindən 

dəqiq  müəyyənləşdirilmiş  məqsədin  tez  realizə  edilməsindən  asılıdır.  Bu  məqsəd 

yüksək  keyfiyyətli  məhsulun  hazırlanması  zamanı  minimum  xərcləri  və  deməli, 

istehlakçılar üçün onun minimal qiymətini təmin etməkdən ibarətdir. 

Məhsulun  rəqabət  qabiliyyətinin  yüksəldilməsinə  kömək  edən  keyfiyyətin 

daha  effektiv  işçi  modeli  Total  Qualiti  Management  (TQM)  modelidir.  Bu, 

«keyfiyyətin  ümumi  idarə edilməsi» kimi  tərcümə olunur.  Əgər  rəqabətçi TQM-i 

və  ya  heç  olmasa  keyfiyyət  menecmenti  sistemini  sizdən  tez  tətbiq  etməyə 

qadirdisə,  onda  rəqabət  sürəti  əmələ  gəlir,  deməli,  sizin  aranızda  məsafə 

böyüyəcəkdir.  Siz  nə  qədər  ləng  tərpənsəniz,  öz  rəqibinizdən  o  qədər  geri 

qalacaqsınız  [1]. 

Rəqabət qabiliyyətinin  yüksəldilməsinin daha effektiv  yolu –  istehlakçıların 

dəyişən  tələbatlarının  minimum  xərclərlə  ödənilməsindən  asılı  olaraq  məhsulun 

keyfiyyətini  operativ  idarəetmə  bacarığıdır.  Uğurlu  biznes  hazırda  mənfəət-

məhsulun  layihələndirilməsi  və  istehsalına  çəkilən  minimum  xərclərlə  onun 

keyfiyyətinin düzgün idarə edilməsinin nəticəsidir. 




14 

 

Beləliklə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin biznesmenlərini öz müəs-



sisələrində  məhsulun  keyfiyyətinin  təmin  edilməsi  və  onun  yaxşılaşdırılması 

probleminə ciddi diqqət yetirmələrinə məcbur edən ilkin səbəblər aşağıdakılardır: 

  XX əsrin 60-cı illərində yüksək keyfiyyətli və nisbətən ucuz yapon malları 

tərəfindən qərb ölkələrinin mallarının bazarlarda sıxışdırılması; 

  məhsulun  keyfiyyətinə  nəzarət  metodları  və  vasitələri  haqqında 

Edvards  Deminqin  təliminin  yüksək  səmərəliliyi.  Bu  təlimin  vacibliyi  yapon  iş 

adamları tərəfindən bir daha nümayiş etdirildi [3]. 

XX  əsrin  70-ci  illərində  qərb  ölkələrinin  iş  adamları  və  müəssisə  rəhbərləri 

başa  düşdülər  ki,  keyfiyyətin  idarə  edilməsi  rəqabət  qabiliyyətinin  yüksəldilməsi 

üçün  vacib  alətdir.  Lakin  bu  problemlə  məşğul  olan  mütəxəssislərə  uzun  illər 

dırnaqarası  baxırdılar  [3].  Artıq  80-cı  və  90-cı  illərdə  iş  adamlarının  böyük 

əksəriyyəti  keyfiyyət  üzrə  mütəxəssislərin  məhsulun  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi  və  kompaniyaların  müasir  bazarda  yaşaması  məsələlərinin  həllində 

böyük rolunu başa düşdülər. 

Sxematik  olaraq  məhsulun  ömür  tsiklinin  şəkil1.-də  göstərilən  əsas 

mərhələlərinə baxaq. 

Birinci  mərhələ -  məhsulun buraxılışının planlaşdırılması  və ona tələbələrin 

işlənib  hazırlanması  -  məhsulun  təcrübi  nümunəsinin  və  ya  maketinin  ortaya 

çıxmasına  qədər  başlayır.  Bu  mərəhələ  üzrə  məsuliyyət  müəssisədə  marketinq 

şöbəsinin  üzərinə  düşür.  Bu  şöbə  bazarı  öyrənir,  potensial  istehlakçıları 

müəyyənləşdirir, hansı məhsulu layihələndirmək və istehsalata qoymaq, hansı növ 

buraxılan  məhsulu  isə  modernləşdirmək  haqqında  yuxarı  rəhbərliyə  təkliflər 

hazırlayır.  Yeni  məhsulun  istehsalata  qoyulduğu  hallarda  bu  mərhələnin  əsas 

nəticəsi  məhsula  tələblərin  (texniki  şərtlərin)  hazırlanması  və  layihələndirmə 

şöbəsinə tapşırığın verilməsindən ibarnətdir. 

 



15 

 

Məhsulun buraxılmasının planlaşdırılması və ona 



tələblərin işlənib hazırlanması 

 

 



Məhsulun layihələndirilməsi və işlənməsi 

 

 



Məhsulun istehsalı 

 

 



Məhsulun istismarı (istifadəsi) 

 

 



Resursu 

qurtardıqdan 

sonra 

məhsulun 



utilləşdirilməsi 

 

Şəkil 1. Məhsulun ömür tsiklinin əsas mərhələləri 

Ikinci  mərhələdə-məhsulun  layihələndirilməsi  və  işlənməsi  –  konstruktorlar 

və  texnoloqlar  məhsula  tələbləri  çertyoj  və  texniki  təlimatların  dilinə  çevirirlər. 

Bunlara 


uyğun 

olaraq 


müəssisənin 

istehsal 

sexləri 

keyfiyyətli 

və 

rəqabətqabiliyyətli  məhsul  buraxmalıdır.  Bu  mərhələ  layihələndirilmiş  məhsulun 



təcrübi nümunələrinin sınaqlarının keçirilməsi ilə başa çatır. 

Üçüncü mərhələ-məhsulun istehsalı - zəruri materialların, komplektləş-dirici 

məmulatların,  avadanlıqların,  nəzarət  vasitələrinin  və  s.  alınması  ilə  başlanır, 

bundan  sonra  müəssisə  yeni  məhsulun  istehsalına  başlayır.  Bu  mərhələdə  işin 

nəticəsi  məhsulun  seriyalı  buraxılışıdır;  məhsul  əvvəlcə  anbara,  sonra  isə 

istehlakçıya çatdırılır. 




Yüklə 423,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə