Referat fakültə: Biznes və marketinq. Qrup: 418-A. Kurs


İnkişaf  etmiş  bazar  ölkələrinin  təcrübəsi



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix31.12.2021
ölçüsü0,73 Mb.
#81567
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Vüsal Əliyev.

İnkişaf  etmiş  bazar  ölkələrinin  təcrübəsi

  göstərir  ki,  dövlət  tərəfindən 

xüsusi mülkiyyət hüququnun müdafiəsi və bağlanmış sazişlərin icrasının təmin 

edilməsi normal sahibkarlıq fəaliyyətinin ən zəruri ilkin şərtləridir və bu sahədə 

dövlətin  vacib  funksiyalarından  biridir.  Xüsusi  mülkiyyət  hüquq ilə  sıx  əlaqəli 

çıxış  edən  məsələlərdən  biri  də  sahibkarlar  arasında  bağlanmış  sazişlərin 

icrasına  dövlət  tərəfindən  zəmanət  verilməsidir.  Məlumdur  ki,  bazar 

iqtisadiyyatının  əsas  fərqləndirici  cəhətlərdən  biri  iqtisadi  resursların,  hazır 

məhsulun  və  s.  əmtəələrin  könüllü  mübadiləsidir.  Əgər  mübadilə  prosesi  bazar 

subyektləri  tərəfindən  bir-birilə  müvafiq  iqtisadi  əlaqələrə  girmək  haqqında 

qərar  qəbul  etdikdən  dərhal  sonra  baş  verirsə,  bu  halda  mübadilə  prosesi 

dövlətin  heç  bir  hüquqi  müdaxiləsi  olmadan  da  etibarlı  şəkildə  həyata  keçirilə 

bilər.  Lakin,  bir  çox  hallarda  bağlanmış  sazişlərlə  onların  reallaşdırılması, 

əmtəənin  pulunun  ödənməsi  ilə  onun  real  şəkildə  əldə  edilməsi  arasında 

müəyyən  vaxt  keçir.  Buna  misal  olaraq  kreditlər,  sığorta  və  s.  haqqında  olan 

sazişləri göstərmək olar. Bu halda dövlət tərəflər arasında bağlanmış sazişlərin 

həqiqətən  icrasının  müdafiəsində  dayanır,  hər  hansı  bir  tərəfin  mənafeyinin 

pozulmasına qanunvericilik qaydasında yol verilmir, sazişlərin icrasında hər cür 

saxtakarlığa,  zorakılığa  və  digər  bu  kimi  hallara  qarşı  qanun  bütün  gücü  ilə 

mübarizə aparır. Əlbəttə belə düşünmək olmaz ki, bazar iqtisadiyyatı şəraitində 

dövlət  sahibkarlar  arasında  bağlanmış  hər  cür  müqavilənin  icrasına  təminat 

verir.  



 

BAKI-2021 



Bu halda hansı sazişlərin dövlət tərəfindən hüquqi cəhətdən dəstəkləndiyi, 

hansılarınsa  inkar  edildiyi  haqqında  bazar  subyektlərinin  əvvəlcədən 

məlumatlandırılması  qanunvericilik  sisteminin  əsas  vəzifələrindən  birini  təşkil 

edir.  



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə