Referat mövzu: Xərclərin təsnifatı və quruluşunun öyrənilməsi Tələbə: Astanov Ruslan Qrup: 636 Kurs: 2



Yüklə 220,66 Kb.
səhifə2/2
tarix16.11.2017
ölçüsü220,66 Kb.
#10598
növüReferat
1   2

Bu orqanların tərkibinə bütün nazirliklər və ali dövlət orqanları da-xildir. Qeyd edək ki, bu təsnifat ayrı-ayrı ölkələrdə müxtəlif cür həyata keçirilir. Azərbaycan Respublikasında 2000-ci ildə büdcə xərclərinin tərkibinə idarəçilik prinsiplərinə görə aşağıdakı qurumların xərcləri da-xil idi:


  • Milli Məclis,

  • Prezident aparatı,

  • Nazirlər Kabineti,

  • Konstitusiya Məhkəməsi,

  • İqtisadi İnkişaf Nazirliyi,

  • Maliyyə Nazirliyi,

  • Ədliyyə Nazirliyi,

  • Xarici İşlər Nazirliyi,

  • Müdafiə Nazirliyi,

  • Milli Təhlükəsizlik Nazirliyi,

  • Daxili İşlər Nazirliyi,

  • Energetika və Yanacaq Nazirliyi,

  • Rabitə Nazirliyi,

  • Kənd Təsərrüfatı Nazirliyi,

  • Təhsil Nazirliyi,

  • Mədəniyyət və Turizm Nazirliyi,

  • Səhiyyə Nazirliyi,

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

  • Gənclər və İdman Nazirliyi,

  • Nəqliyyat Nazirliyi,

  • Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi,

  • Prokurorluq,

  • Ali Məhkəmə,

  • İqtisad Məhkəməsi,

  • Xalq məhkəmələri,

  • Dövlət Statistika Komitəsi,

  • Dövlət Qaçqınlar Komitəsi,

  • Dövlət Gömrük Komitəsi,

  • Dini İşlər İdarəsi,

  • Yerli hakimiyyət orqanları və s.

Bu zaman xərclər, bir qayda olaraq, ümumi idarəetmə, hüquq və daxili təhlükəsizlik orqanları, milli müdafiə, beynəlxalq əlaqələr, iqtisa-diyyat, mədəniyyət və təhsil qurumları, sosial xidmət idarələri arasında bölüşdürülür.

Bəllidir ki, dövlət bir sıra funksiyalar yerinə yetirir. Bu iş üçün pul vəsaiti lazımdır ki, onun da əsas mənbəyi büdcədir. Dövlət xərclərinin funksional təsnifatını məhz büdcə xərclərinin dövlətin hər hansı funksiyasının gerçəkləşdirilməsində istifadə olunan istiqamətlərindən çıxış edərək aparırlar. Büdcə kəsir-lərini bu xərclərdən istifadə edən dövlət orqanları təsnifləşdirdiyi halda, funksional təsnifatı həmin xərclərin yönəldiyi dövlət fəaliyyəti sahələri həyata keçirir. Bunların sırasına müdafiə, təhsil, səhiyyə, sosial müdafiə və s. daxildir.

Qeyd etmək lazımdır ki, büdcə xərclərinin funksional təsnifatı daha konkret, daha dəqiq, daha aşkar olur. Ondan hər bir ölkənin iqtisadiy-yatının təhlilində və proqnozlaşdırılmasında istifadə edilir və bunun əhə-miyyəti böyükdür. Ola bilər, bəzi ölkələrdə belə təsnifləşmə rəsmi qay-dada aparılmasın, lakin, dediyimiz kimi, hər bir ölkədə iqtisadi və sosial göstəricilərin təhlili və proqnozlaşdırılması üçün o, çox vacibdir. Funksional təsnifat dövlətin bu və ya digər fəaliyyət formasına nə qədər büdcə vəsaiti sərf olunduğunu konkret əks etdirir. Təsnifatın baş-qa növləri buna imkan vermir. Dövlət xərclərinin Beynəlxalq Valyuta Fondunun prinsipləri əsa-sında funksional təyinat üzrə müasir təsnifatını aşağıdakı kimi təsvir et-mək olar:


  • əsas hökumət xidmətləri,

  • müdafiə,

  • təhsil,

  • səhiyyə,

  • sosial müdafiə və rifah,

  • mənzil tikintisi və ictimai iaşə,

  • istirahət, mədəniyyət və dini işlər,

  • enerji və yanacaq,

  • kənd, meşə və balıq təsərrüfatları, ovçuluq,

  • dağ-mədən sənayesi və tikinti,

  • nəqliyyat və rabitə,

  • digər iqtisadi işlər və xidmətlər.

Azərbaycan Respublikasında xərclərin funksional təyinata görə təs-nifatı da təxminən eyni tərzdə aparılır.

Beynəlxalq Valyuta Fondunun üzvü olan bəzi ölkələrdə mərkəzi hökumət xərclərinin strukturu ilə aşağıdakı cədvəldə tanış olmaq müm-kündür:təsnifat Dövlət xərcləri təsni-fatının qarşıya qoyduğu məqsəd aydındır. Bu zaman həyata keçirilən xərclərin məbləğləri ilə yanaşı, təsnifləşdirmə həm də xərcəlrin tərkibi haqqında da lazımi məlumatları əks etdirməlidir, çünki dövlət xəclərinin tərkibi bəzən, xüsusən də iqtisadi təhlil aparılarkən, bu xərclərin məblə-ğindən daha çox əhəmiyyət kəsb edir. Digər tərəfdən, iqtisadiyyatın müasir inkişaf səviyyəsində dövlət xərclərinin artması dövlət xərclərinin təsnifləşdirilmə prosesini bir qədər mürəkkəbləşdirmişdir.

Xüsusiyyətlərinə, keyfiyyətlərinə, iqtisadi və sosial həyata göstər-diyi təsirlərə uyğun olaraq, daha doğrusu, iqtisadi mahiyyətinə görə dövlət xərclərini bir neçə qrupa bölmək mümkündür. Bu zaman dövlət xərclərinin iqtisadi və sosial sahələrə göstərə biləcəyi təsirlər yetərincə aydın göstərilməlidir. Dövlət xərclərini iqtisadi mahiyyətinə görə təsnif-ləşdirməyin digər vacib şərti göstərilən sahələrə onların təsirlərini bila-vasitə gerçəkləşmə anında nəzərə almaqdır. Başqa sözlə, təsnifat zamanı real vəziyyətdən çıxış edilməlidir. Planların bütün il boyu öz sabitliyini saxlaya bilməsi əsas amil sayılır.

Dövlət xərclərinin iqtisadi aspektdə təsnifatının çox mühüm əhə-miyyəti var. Yuxarıda deyildiyi kimi, xərclərin iqtisadi təsnifatı bir neçə qrupdan ibarət istiqamətlər üzrə həyata keçirilir. Bunlardan birincisi xərclənmə metodlarına görə müəyyən olunur.

Büdcə xərcləri reallaşma metodalrına görə adi və fövqəladə xərc-lərə bölünür. Dövlətin normal fəaliyyəti ilə bağlı olan və əvvəlcədən planlaşdırıla bilən xərclər adi xərclərdir. Amma bununla bərabər, büdcə ili ərzində dövlət əvvəlcədən nəzərdə tutulmayan hadisə və vəziyyətlərlə də qarşılaşır. Məsələn, hərbi münaqişələr, müharibədən sonrakı bərpa iş-ləri, təbii fəlakətlər, inflyasiya, bədbəxt hadisələr və s. bu qəbildəndir. Bu hadisələrin nəticələrini aradan qaldırmaq üçün hökümət, adətən, eh-tiyat fondlardan maliyyələşən fövqəladə xərclər həyata keçirir. Azər-baycanda belə ehtiyatlar fondu dövlət büdcəsi xərclərinin ümumi həc-minin 5 %-ni təşkil edir.

İqtisadi təsnifatda digər xərclər qrupu onların hansı məqsədə yönəl-dilməsi ilə əlaqədardır. Bu əlamətlərə görə büdcə xərcləri cari xərclərə və investisiya xərclərinə bölünür. Cari xərclər hökumətin sosial və mü-dafiə funksiyalarının həyata keçirlməsi ilə bağlıdır. Buraya sosial-iqtisadi tədbirlər, müdafiə, idarəetmə və digər istehlak xarakterli xərclər daxildir. İnvestisiya xərcləri isə bilavasitə kapital qoyuluşlarının maliy-yələşdirilməsinə yönəldilən xərclərdir. Bünlar Azərbaycan Respublika-sının büdcəsində ayrıca planlaşdırılır və hər il hökumətin təsdiq etdiyi ti-tul siyahılarına görə həyata keçirilir.

İqtisadi təsnifata görə büdcə xərcləri həm də beynəlxalq, milli və regional xərclərə ayrılır. Beynəlxalq xərclərə ölkənin beynəlxalq təşkilatlara köçürdüyü ödənclər, beynəlxalq kreditlər, onların faizləri-nin qaytarılması və s. daxildir. Milli xərclər ölkənin bütövlükdə inkişafı ilə əlaqədar xərclərdir. Regional xərclər regional maliyyənin əsasını təş-kil edir və regional idarəetmə xərclərindən, regional proqramların ma-liyyələşdirilməsi xərclərindən və s. ibarətdir.

İqtisadi istiqamətinə görə büdcə xərcləri milli iqtisadiyyatın, sosial-mədəni tədbirlərin, müdafiə, idarəetmə sistemlərinin və s. maliyyələş-dirilməsi xərclərinə ayrılır. Bu təsnifatın tətbiq dairəsi genişdir. Milli iq-tisadiyyatın maliyyələşdirilməsi xərclərinə kapital qoyuluşları, dövriyyə vəsaitlərinin artımı, əməliyyat xərcləri və s. aiddir. Sosial-mədəni təd-birlərə maarif, elm, mətbuat, bədən tərbiyəsi aiddir. Müdafiə xərcləri si-lahlı qüvvələrin, idarəetmə xərcləri isə dövlət idarəetmə aparatının sax-lanılması xərclərindən ibarətdir.

Nəhayət, iqtisadi təsnifləşmədə ən mühüm və beynəlxalq praktika-da geniş yayılmış dərəcələnmə büdcə xərclərinin real və transfer xərc-lərinə ayrılmasıdır.

Beynəlxalq Valyuta Fondunun iqtisadi mahiyyətə görə apardığı bölgüyə uyğun olaraq bəzi ölkələrdə mərkəzi hökumətlərin xərc struk-turu aşağıda göstərildiyi kimidir (cədvəl 9.3.2).

Azərbaycan Respublikasında büdcənin xərcləri özəl xüsusiyyətlərə malikdir. Aşagıdakı cədvəl məlumatlarından göründüyü kimi (cədvəl 9.3.3.), büdcə xərcləri son dövrlərdə sürətlə artmışdır. 2000-ci illə mü-qayisədə büdcənin xərcləri 764 milyon manatdan 10774 milyon manata yüksəlmiş və ya 14,1 dəfə artmış, həm də ciddi keyfiyyət dəyişikliyinə nail olunmuşdur. Belə ki, Azərbaycan iqtisadiyyatı üçün vacib olan iqti-sadiyyatın maliyyələşdirilməsi xərcləri həmin son dövrdə 56 dəfə artı-rılmışdır ki, bu da iqtisadi inkişafın vacib amillərindən biridir. Əgər 2005-ci ildə büdcənin cəmi 21%-i iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilirdisə, 2008-ci ildə bu rəqəm 46%-ə çatdırılmışdır. Bu da, əlbəttə, özünü iqtisadi artım səviyyəsinin yüksəldilməsində göstərmiş-dir.

Keçmiş SSRİ-də və müasir Azərbaycanda iqtisadi təsnifatın bu sa-həsinin yetərincə işıqlandırılmadığını nəzərə alaraq onların transfer xərclərinə ayrıca paraqraf həsr etmək daha məqsədəuyğundur. Dövlət xərclərinin real və transfer növlərinə bölünməsini elmi ədə-biyyata ilk dəfə İngiltərə iqtisadçıları Piqou və Dalton gətirmişlər. İndi bu təsnifat modeli müxtəlif adlarla büdcə təsnifatında geniş tətbiq olu-nur. Bu gün real xərclər dedikdə, dövlətin mal və xidmətlər üçün ödədi-yi pul nəzərdə tutulur. Əslində dövlətin həyata keçirdiyi idarəetmə xərclərinin hamısı real xərclərdən ibarətdir. Bütövlükdə mal və xidmətlərin satın alınması, faiz-lərin ödənməsi xərcləri, yerli hakimiyyət orqanlarına dotasiyalar, trans-fer xərclər və s. bu təsnifat üzrə həyata keçirilir. ABŞ-da Federal büdcə xərclərinin strukturu aşağıda verilir. Mal və xidmətləri satın almaq üçün iqtisadiyyatda yeni gəlir kanalları yaranır və milli gəlir artır. Transfer xərclər isə əvəzi ödənilməyən, təmənnasız xərclərdir, milli gəlirə birbaşa təsir göstərmir, ayrı-ayrı şəxslərin və sosial təbəqələrin alıcılıq qabiliyyətinin dəyişdirilməsinə və ya qüvvətləndirilməsinə gəti-rib çıxarır. Əhalinin müəyyən hissəsinin alıcılıq qabiliyyətinin güclən-məsi təmənnasız olaraq həyata keçirilir, mal və xidmət dövriyyəsində birbaşa dəyişiklik əmələ gətirmir.Transfer xərclərə birbaşa subsidiyalar, subvensiyalar, sosial xərclər, faizlər və s. daxildir. Bu xərclərin büdcədən maliyyələşdirilməsi əhali-nin alıcılıq qabiliyyətini artırır. Dövlətin transfer xərclərindən istifadə edən sosial təbəqələrin xərcləri iqtisadiyyatda məcmu xərclərin artması-na səbəb olur.Real xərclər dövlətin öz ümumi funksiyalarını yerinə yetirərkən həyata keçirdiyi xərclərdir. Buraya hərbi xərclər, idarəetmə xərcləri, milli təhsil xərcləri və s. daxildir. Transfer xərclərin tərkibi isə başlıca olaraq dövlət borclarının faizlərindən, sosial yardımlardan, iqtisadi xa-rakterli maliyyə yardımlarından, özəl investisiyaları cəlb etmək məq-sədilə verilən avanslardan və s. ibarətdir.Bəzən maliyyə məsələləri ilə əlaqədar aparılan araşdırmalarda bü-tün dövlət xərclərinin transfer xərclər olduğu təkid edilir və bunu belə bir məntiqlə izah etməyə çalışırlar ki, bütün dövlət xərclərinin mənbəyi vergilər olduğu bir şəraitdə dövlətdən əməkhaqqı alan qulluqçularla bü-tövlükdə vergi ödəyiciləri arasındakı əlaqə, gəlirlərin vergi ödəyici-lərindən alınıb qulluqçulara verilməsi transferdən başqa bir şey deyil. Bu fikir tam düzgün hesab edilə bilməz. Belə ki, qeyd etdiyimiz kimi, transfer xərcləri dövlət orqanları əvəzsiz olaraq həyata keçirir və əvəzin-də kompensasiya almır.

Transfer xərclərlə bağlı olan digər bir məsələ dövlət borclarına görə ödənilən faizlərlə bağlıdır. Məsələyə bir qədər dərindən yanaşsaq, ilk baxışda belə bir fikri əsaslandırmaq olar ki, dövlət borclarından səmərəli və faydalı sahələrdə istifadə edilərsə, onda borc faizləri real xərclərə aid edilməlidir. Buna müvafiq olaraq, tutaq ki, hər hansı hərbi tədbirin maliyyələşdirilməsinə, yaxud qeyri-rentabelli, iqtisadi cəhətdən gəlirsiz yerlərə sərf olunan borclara görə ödənilən faiz xərcləri də transfer xərclərə aid edilməlidir, çünki hərbi və başqa müvafiq sahələrə xərclən-mək üçün alınmış borc tamamilə, iqtisadi ödənc əldə edilmədən xərc-lənir. Bununla bərabər, inkar etmək olmaz ki, dövlət xərcləri içərisindən borc məbləğinin nə qədərinin səmərəli, nə qədərinin səmərəsiz sahələrə xərcləndiyini mütləq dəqiqliklə müəyyən etmək çox çətindir. Məsələn, abadlıq və ya bərpa işlərinin səmərəli, fayda gətirən, müharibə ilə əla-qədar işlərin isə faydasız olması kimi ümumiləşdirmələr bizə ancaq üz-də olan gerçəklikləri göstərə bilər.

İndi maliyyəçilərin əksəriyyəti dövlət borclarının məbləğinin və faizinin ödənilməsi xərclərini transfer xərclər hesab edir.

Transfer xərclər dövlət xərclərinin mühüm hissəsini təşkil edir və bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi hadisələrin tənzimlənmə-sində ildən-ilə daha böyük rol oynayır. Məsələn, 1930-cu illərdə bazar iqtisadiyyatı ölkələrinin büdcələrində transfer xərclərin payı təxminən 1-2% idisə, indi hökumət xərclərinin üçdə birindən çoxu, bəzi ölkələrdə isə (məsələn, Fransada) yarısı transfer xərclərin ödənilməsinə yönəldilir. Bununla əlaqədar olaraq istifadə olunan transfer xərclərin istiqamətləri də genişlənir. Müasir şəraitdə transfer xərclərin çoxsaylı istiqamətləri meydana gəlib. Onları müxtəlif aspektlərdən nəzərdən keçirmək və təsnifləşdirmək olar:

Birbaşa transfer xərclərə dövlət borclarının faizlərinin ödənilməsi, müharibə əlillərinə və veteranlara əməkhaqqı verilməsi, sosial müavi-nətlər, təxsisatlar, sosial sığorta yardımı, təqaüdlər və s. daxildir. Bu xərclərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onları alanların gəlirləri birbaşa artır. Dolayı transfer xərclər subsidiyaları və subvensiyaları əhatə edir, istehlakçıların və istehsalçıların gəlirlərini dolayısilə çoxal-dır. Qeyd etmişdik ki, transfer xərclər heç də həmişə gəlir gətirmir, yəni onu alanların gəlirlərini ar-tırmaq məqsədi güdmür, bir çox hallarda isə əslində kapitalın transferi rolunda çıxış edir. Kapital transferləri də öz növbəsində birbaşa və do-layı (vasitəli) olur.

Birbaşa kapital transferlərinə məğlub ölkələrin qalib ölkələrə ver-diyi müharibə təzminatı xərcləri, dolayı kapital transferi xərclərinə isə yaşayış məntəqələrinin, körpülərin salınması, evlərin və s. tikilməsi, müəyyən sənaye sahələrinə qoyulan xərclər daxildir. Dolayı kapital transferləri, əsasən, gəlir gətirən transferlərdəndir, yəni əksər hallarda rentabelli olur.

Transfer xərclər başqa bir aspektdə, onların rentabelli, yaxud renta-belsiz olması cəhətdən də xarakterizə olunur. Bu parametrlərə görə iqti-sadi istiqamətli maliyyə yardımını rentabelli, sosial yönlü subsidiyaları isə nisbətən rentabelsiz hesab edirlər.

Bu və ya digər xərclərin rentabelli-rentabelsiz olması məsələsi, əs-lində. hələ də mübahisəli olaraq qalır.

Bazar iqtisadiyyatı sistemli ölkələrdə iqtisadiyyatın intensiv inki-şafı ilə bağlı transfer xərclər də xeyli artıb. Gəlirlərin şəxslər, bölmələr, regionlar arasında bərabər bölüşdürülməsi baxımından bu xərclərin çox böyük əhəmiyyəti var.

Ümumiyyətlə, cəmiyyətin bölüşdürmə mexanizmində və bölüşdür-mə sisteminin inkişafında transfer xərclərin rolu böyükdür. Dövlət büd-cəsində rentabelli transfer xərclərinin artırılıb rentabelsiz transfer xərc-lərin azaldılması məqsədəuyğundur və dövlət bu istiqamətə xüsusi diq-qət yetirməyə borcludur.

Biz, istiqamətlərə görə iqtisadi təsnifatdan çıxış edərək xərcləri ayrı-ayrı yönlər üzrə nəzərdən keçirdik. Bu təsnifat növü keçmiş SSRİ-nin bütün respublikalarında məşhur idi və bu gün də ondan geniş istifadə olunur.

Milli iqtisadiyyatın maliyyələşdirilməsi xərcləri (keçmiş büdcə təs-nifatında «Xalq təsərrüfatının maliyyələşdirilməsi xərcləri» adlanırdı) milli iqtisadiyyatın inkişafı və iqtisadiyyatın idarə olunmasına müdaxilə ilə bağlı bütün hökumət xərclərini əhatə edir. Bunların tərkibinə istehsal və sosial infrastrukturun inkişafına yönəldilmiş xərcləri, dövlət inves-tisiya xərclərini, özəl biznesə yardım xərclərini, əməliyyat xərclərini, geoloji kəşfiyyat işlərinə, ekologiyanın maliyyələşdirilməsinə çəkilən xərcləri, xalq təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına yönəldilən dotasiyaları və s. daxil etmək olar.

SSRİ dövründə dövlət büdcəsinin xərcləri arasında əsas yeri milli iqtisadiyyatın maliyyələşdirilməsi xərcləri tuturdu, büdcənin yarıdan ço-xu bu məqsəd üçün ayrılırdı, çünki bütün mülkiyyət dövlətin sərən-camında idi. Hərbi xərclərin nəzərə alınmaması və çox hissəsinin bu xərclərin tərkibində əks olunması da bu prosesə təsir edirdi.

Təcrübə göstərir ki, bazar iqtisadiyyatı şəraitində büdcələrdə milli iqtisadiyyatın inkişafına yönəldilən dövlət xərclərinin payı azalmağa doğru meyl edir və büdcənin milli iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilən xərclərində əsas yeri investisiya xərcləri tutur. İnvestisiya anlayışı əsas fondların yaradılması, genişləndirilməsi və yenidən qurul-ması ilə əlaqədar olan xərclər, daha doğrusu, gələcəkdə istehsalı və xidmətləri genişləndirməyə imkan verəcək, başqa formalarda fayda ve-rəcək kapital qoyuluşudur. Hər bir dövlət investisiya qoyuluşunu çoxalt-mağa və bununla da ümumi milli məhsulun və milli gəlirin artımına nail olmağa çalışsa da, investisiya mənbələri tapmaq daim əsas problem kimi ortaya çıxır. Belə mənbələr, adətən, aşağıdakı vəsaitlərdən ibarət olur:


  1. Dövlət büdcəsi vəsaiti.

  2. Hüquqi və fiziki şəxslərin şəxsi vəsaitləri.

  3. Kreditlər.

  4. Xarici maliyyə mənbələri.

Sadalanan mənbələr içərisində ən mühümü dövlət büdcəsinin vəsaitidir. Həm də dövlət xərclərinin tərkibində ən rentabelli komponent investisiya təxsisatlarıdır. Xalq təhsilini, tibbi xidməti əhatə edən cari və transfer xərclər iqtisadi inkişafda müəyyən rol oynasa da, axırda onların iqtisadi cəhətdən rentabelsiz olduğu aşkarlanır. İstənilən ölkədə inves-tisiyaların həcminin artırılması investisiya sahiblərinin cari xərclərinin çoxalmasına gətirib çıxarır. Əslində bu xərclər də iqtisadi inkişafın cari xərclərinin tərkibinə daxil olmalıdır. İnvestisiya xərcləri daim bu xərc-lərin həcmini artırmağa çalışan inkişaf etmiş ölkələrin dövlət büdcə-lərində çox sanballı yer tutur. Bundan əlavə, daim yeni investisiya mən-bələri axtarılıb tapılır.

İnvestisiya iqtisadiyyatda kapital artımını və məhsul bolluğunu tə-min edən xərclərdir. Ona görə də bu xərclər bir tərəfdən milli gəlirin bo-yunu və həcmini, digər tərəfdən isə iqtisadi məşğulluğun dərəcəsini artı-rır. Bu, elə şəraitdə baş verir ki, investisiyaların çoxaldılması prinsipinə əməl olunsun. Həmin prinsip isə o zaman səmərəli olur ki, milli gəlirin artımı iqtisadiyyata investisiya qoyuluşunun həcmi ilə mütanasiblik təş-kil etsin.

Milli gəlirin intensiv artımını və sabit iqtisadi inkişafı təmin edən ən zəruri vasitə investisiyaların çoxaldılmasıdır. Gerçəkləşdirilən inves-tisiyaların həcmi hər bir ölkədə milli gəlir normasının əsas göstəricisidir. Digər tərəfdən, milli gəlir və məşğulluq həcmi anlayışları mahiyyətcə bir-birinə bağlı olduğundan gerçəkləşdirilən investisiyalar dolayısilə milli gəlir normasını artırırsa, deməli, eyni vaxtda məşğulluq səviyyəsi də artır.

İnvestisiya xərclərinin rolu iqtisadiyyatda istehsal normasının yük-səlməsi ilə məhdudlaşmır, bu xərclər eyni zamanda istehsal potensialını da çoxaldır. Buradan aydın olur ki, investisiyaların təmin etdiyi səmərə ötəri deyil, uzunmüddətli xarakter daşıyır.

İnvestisiya xərclərindən danışarkən iki məqama aydınlıq gətirmək lazımdır. Birincisi, hansı xərcləri investisiya xərcləri saymaq, ikincisi, hansı investisiya xərclərini dövlət investisiyasına aid etmək məsələsidir. İnvestisiya xərclərinin tərkibləri müxtəlif ölkələrdə bir-birindən fərqlə-nir, lakin qeyd etdiyimiz kimi, onların birləşdirici, ümumi xüsusiyyəti ondan ibarətdir ki, dövlətin investisiya xərcləri zaman keçdikcə artıq-lamasilə ödənir və əlavə gəlir gətirməyə başlayır. Yəni bu xərclər renta-bellidir. Onların gerçəkləşdirilməsi milli gəliri artıraraq gələcəkdə döv-lət büdcəsini əlavə gəlir vəsaiti ilə təmin edir. Dövlətin maliyyə fəaliy-yətinin başlıca vəzifələrindən birinin dövlət xərclərini artırmaq olduğu-nu nəzərə alsaq, investisiyaların və onların çoxaldılmasının nə qədər böyük əhəmiyyəti olduğunu görmək çətin deyil.

Müasir şəraitdə istehsala və xidmətlərə qoyulan, yeni istehsal sahə-ləri yaradılmasına, eləcə də mövcud sahələrin genişləndirilməsinə və modernləşdirilməsinə yönələn xərclər investisiya xərcləri hesab olunur. Bütövlükdə, əlavə gəlir əldə etmək üçün gerçəkləşdirilən xərclər inves-tisiya xərcləri olmaqla, əsasən, istehsal və xidmət sahələrini əhatə edir. İstehsal və qeyri-istehsal infrastrukturla, kommunikasiya və rabitə ilə, yol çəkilişi ilə, habelə iri istehsal layihələrinin yerinə yetirilməsi ilə bağlı olan investisiyalar dövlət vəsaiti hesabına maliyyələşir.

Bəs hansı investisiyaları dövlət investisiya xərcləri hesab etməli? - Bu mövzunu müzakirə edən maliyyəçilər dövlət investisiyalarına bun-ları aid edirlər:


  • birbaşa dövlətin gerçəkləşdirdiyi investisiyalar;

  • dövlətin maliyyə yardımı və iştirakı ilə gerçəkləşdirilən investisi-yalar;

  • dövlətin yaradıb idarə etdiyi kredit təşkilatlarının hesabları vasitə-silə həyata keçirilən investisiyalar;

  • dövlətin müharibə dağıntılarını, təbii fəlakətlərin nəticələrini ara-dan qaldırmaq üçün həyata keçirdiyi investisiyalar və s.

Dövlət investisiyaları bununla da məhdudlaşmır. Dövlət (eləcə də özəl) investisiyalarının böyük bir hissəsi gəlirlərdən əldə olunan mənfəət hesabına gerçəkləşdirilir. İlbəil milli iqtisadiyyata qoyulan investisiyalar dövlətin «cibindən» –vergi gəlirləri artdıqca investisiya xərclərini ço-xaltmağa imkan verən büdcədən (xəzinədən) çıxır. Başqa sözlə, büd-cənin gəlir hissəsi onun xərc hissəsini təmin edir. Bu tarazlıq pozulanda, bildiyimiz kimi, büdcə kəsiri meydana gəlir və belə hallarda kəsirə qarşı görülən tədbirlərdən biri, çox vaxt isə ilk əks-tədbir kimi investisiyaların azaldılmasına əl atılır. Amma bu addımların da öz həddi var. Axı inves-tisiya xərclərini məcburi qaydada azaltmaqla dövlət gələcəkdə istehsalın və müvafiq olaraq büdcə gəlirlərinin azalmasına getmiş olur. Büdcə kəsirinin maliyyə örtümünün istehlaka deyil, investisiyalara yönəldil-məsi isə nəinki yeni problem yaratmır, əksinə, ölkənin gələcək dinamik inkişafını təmin etməyə qadirdir. 1991-1996-cı illərdə Azərbaycanda investisiyaların həcmi 4 dəfə azalmış və bu proses özünü büdcədə daha qabarıq göstərmişdi. Hələ sovet dövründə ümumi milli məhsulun 30-40%-i inıestisiyalara yönəldildiyi halda daha sonra bu göstərici 4-5%-ə enmişdir (xarici investisiyaları nəzərə almırıq). Bu, o deməkdir ki, belə vəziyyətdə hətta fəaliyyətdə olan əsas fondları da bərpa etmək mümkün deyil. Amma son dövrlər neft istehsalı artdıqca bu imkanlar artmışdır. Hazırda ölkənin normal inkişafını təmin etmək üçün ümumi milli məhsulun 40-50%-i həcmində investisiya həyata keçirilir. Əhalinin və müvafiq olaraq əmək ehtiyatlarının sürətlə artması, işsizlik səviyyəsinin yüksək (40-45%) olması, bazar iqtisadiyyatı şəraitində və texniki tərəqqi ilə əlaqədar yeni işsizlər ordusunun meydana gəlməsi kimi amillər bunu zəruriləşdirir və yeni iş yerləri açılmasını aktuallaşdırır.

Dünya ölkələrinin əksəriyyətində kapital xərclərinin payı büdcə xərclərinin ümumi həcminin 10-50%-ni təşkil edir. Azərbaycan Respub-likasında isə bu rəqəm son dövrlərdə ciddi surətdə artırılmışdır ki, bu da iqtisadi artımın yüksəlməsinə cox müsbət təsir göstərmişdir.

Milli iqtisadiyyatın inkişafı üzrə büdcə xərclərində kənd təsərrüfa-tının inkişafına yönəldilən dotasiyaların mühüm əhəmiyyəti var. Dünya-nın, demək olar, bütün ölkələrində hökumət kənd təsərrüfatının inkişa-fına dəstək verir və bu da, təbii ki, maliyyələşmə tələb edir. Kənd təsər-rüfatının maliyyə dəstəyi birbaşa subsidiyalar vermək, kənd təsərrüfatı məhsullarına qoyulan qiymətləri müdafiə etmək, kənd təsərrüfatı məh-sullarının ixracına yardımçı olmaq yolu ilə gerçəkləşdirilir.

Bəzi ölkələrdə kənd təsərrüfatına qiymət tənzimlənməsi vasitəsilə gizli subsidiya ayrılır, yəni kənd təsərrüfatında işlədilən mallara aşağı qiymət qoyulur. Məsələn, Azərbaycanın qonşuları olan İranda, Türk-mənistanda neft məhsulları Azərbaycandakına nisbətən 20 dəfə ucuzdur. Buna görə də kənd təsərrüfatı sahəsində Azərbaycanın İran, yaxud Türk-mənistanla rəqabətə girməsi çətindir. Buna görə də Azərbaycanda kənd təsərüfatında yanacağa və digər işlərə büdcədən subsididyalar ayrılır.

1993-cü ildə Ümumdünya Ticarət Təşkilatı (o vaxtkı QATT) üzv-ləri 6 il müddətinə dotasiyalaşan kənd təsərrüfatı məhsullarının ixracının azaldılmasına razılıq vermiş, bəzi kənd təsərrüfatı məhsullarının idxalı-na qadağa qoymuşdular. Bütün bu tədbirlər kənd təsərrüfatı məhsulları-nın qiymətlərinin nisbətən sabitləşməsinə kömək etmişdi.

Hər bir dövlətin yerinə yetirdiyi funksiyalar sırasında sosial funk-siya xüsusi yer tutur. Əhalini ictimai məhsul və xidmətlərlə (public goods) təmin etmək hökumətin borcudur. İctimai məhsullar dövlət təh-silini, səhiyyəni, dövlət televiziyasını, müdafiəni və s. əhatə edir. Təhsil, səhiyyə, sosial təminat dövlətin sosial funksiya obyektləridir. Bu funk-siyanı yerinə yetirmək üçün çox böyük vəsait lazımdır ki, o da, əsasən, büdcə hesabına maliyyələşir.

Bütövlükdə cəmiyyətin sosial xərcləri bir neçə mənbədən maliyyə-ləşir: büdcə, əhalinin və özəl firmaların şəxsi vəsaiti, dövlət müəssisələ-rinin və s. vəsaiti. Bunların arasında əsas yeri büdcə vəsaiti tutur.

Ümumiyyətlə, Qərbdə sosial-mədəni tədbirlər üçün xərclər büdcə xərclərində ayrıca nəzərdə tutulmur, təhsilə, səhiyyəyə, sosial müdafiəyə və rifaha, mədəniyyətə və istirahətə aid ayrı-ayrı bəndəlrdə göstərilir. MDB ölkələrində bu cür təsnifat olub və yenə də qalmaqdadır. Büdcə prosesində o, mühüm əhəmiyyətə malikdir.

Funksional təyinatına görə sosial-mədəni tədbir xərcləri aşağıdakı növlərə bölünür:


  • maarif və elm;

  • səhiyyə və bədən tərbiyəsi;

  • sosial təminat və sosial müdafiə.

Büdcədən sosial-mədəni tədbirlərə ayrılan xərclər içərisində maari-fin və elmin maliyyələşməsi xərcləri böyük yer tutur. Belə xərclər ali və orta ixtisas məktəblərinin, uşaq müəssisələrinin, mədəniyyətin, mətbu-atın və s. maliyyələşməsinə yönəldilir.

Hökumətin maliyyələşdirdiyi sahələr sırasında ən mühümlərindən biri cəmiyyətin inkişafında böyük əhəmiyyəti olan təhsildir. Məhsul istehsal etməsə də, təhsil, ictimai inkişafın və bütövlükdə tərəqqinin bazasını təşkil edir. Hesablamalardan məlum olur ki, istehsala qoyulan hər dollar orta hesabla 1 dollar gəlir gətirdiyi halda, təhsilə qoyulan hər dollar gələcəkdə 4 dollar gəlir gətirməyə qadirdir. Təcrübə göstərir ki, cəmiyyətin inkişaf səviyyəsi, texniki tərəqqi ilə təhsilə çəkilən xərc ara-sındakı asılılıq düz mütənasibdir, yəni təhsilə, elmə nə qədər çox vəsait ayrılarsa, cəmiyyətin inkişafı bir o qədər yüksək olar.

Müasir bazar iqtisadiyyatı şəraitində müəssisələr öz fəaliyyətlərini uğurla davam etdirmək və istehlakçı məmnuniyyətini qazanmaq üçün keyfiyyətli məhsul istehsal etmək və/və ya xidmət göstərmək məcburiyyətindədirlər.

Müasir bazar iqtisadiyyatı şəraitində müəssisələr öz fəaliyyətlərini uğurla davam etdirmək və istehlakçı məmnuniyyətini qazanmaq üçün keyfiyyətli məhsul istehsal etmək və/və ya xidmət göstərmək məcburiyyətindədirlər. Hər bir müəssisənin uğurlu fəaliyyəti üçün keyfiyyət və sertifikatlaşdırma ilə yanaşı, bunların həyata keçirilməsinin vacib maddi resursu, yəni məsrəf (xərc) əsas rol oynayır.



Kommersiya bankının gəlir və məsrəflərinin qiymətləndirilməsinin əsas üsulları kimi qeyd etdiyimiz kimi, gəlir və məsrəflərin nisbi səviyyəsini xarakterizə edən maliyyə əmsallarının hesablanmasını da daxil etməklə struktur təhlil, gəlir və məsrəflərin dinamikliyinin təhlili təşkil edir. Üsulların vəhdəti bankın gəlir və məsrəflərinə kəmiyyət və keyfiyyət baxımından qiymət verməyə icazə verir.


1


Yüklə 220,66 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə