Referat tələbə: Salehzadə Gülay Elmi rəhbər: Vüsal Mürsəlov Bakı 2023 Plan



Yüklə 25,81 Kb.
tarix07.05.2023
ölçüsü25,81 Kb.
#108891
növüReferat
Statistika 2



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Biznes Universiteti
Fakultə: İqtisadiyyat və idarəetmə
İxtisas: Maliyyə
Qrup: 621 b/S
Kurs: 2
Fənn: Statistika
Mövzu: Əmək haqqının statistik öyrənilməsinin zəruriliyi


REFERAT


Tələbə: Salehzadə Gülay
Elmi rəhbər: Vüsal Mürsəlov


Bakı – 2023

Plan
Giriş
1.Əmək məhsuldarlığının və əmək ödənişinin statistik öyrənilməsinin zəruriliyi və statistikanın vəzifələri
Nəticə
Ədəbiyyat


Giriş
Məhsuldarlıq dedikdə məhsul buraxılışının istehsal amilləri məsrəfinə nisbəti başa düşülür. Yəni, məhsuldarlığı hesablayarkən müəyyən həcmdə istehsal amili hesabına nə qədər məhsul istehsal olunduğu müəyyən edilir. Amillərin məsarifi dedikdə, məhsul istehsalına cəlb olunan bütün amillərin (ümumi məhsuldarlıq), yaxud da müəyyən amilin məsarifi başa düşülür. Əmək məhsuldarlığı dedikdə, konkret əməyin nəticəsi, yəni onun müəyyən vaxt ərzində məhsul yaratmaq qabiliyyəti başa düşülür.

1.Əmək məhsuldarlığının və əmək ödənişinin statistik öyrənilməsinin zəruriliyi və statistikanın vəzifələri
Hazırda əmək məhsuldarlığının tətbiq olunan göstəricisi istehsal olunan məhsulun həcminin sərf edilən əməyin miqdarına nisbətindən ibarətdir. Bu zaman əmək məhsuldarlığının natural göstəricilərində konkret əməyin nəticəsi əks olunur. Natural göstərici iş vaxtı vahidində istehsal olunan istehlak dəyərlərinin miqdarından ibarət olmaqla işçi qüvvəsi fəaliyyətinin nəticəsini əks etdirir.
Məhsul istehsalında canlı və keçmiş (maddiləşmiş) əmək iştirak edir. Canlı əmək məsrəflərinə görə fərdi, lokal və ictimai əmək məhsuldarlığını müəyyən etmək olar. Fərdi əmək məhsuldarlığı işçi yerləri səviyyəsində, ayrı-ayrı kollektivlər (müəssisələr, təşkilatlar, iqtisadiyyat sahələri) üzrə canlı əmək məsrəflərinin səmərəliliyini səciyyələndirir. Canlı əmək məsrəflərinin ölkə miqyasında səmərəliliyi ictimai əmək məhsuldarlığını (İƏM) əks etdirir:

İşçi qüvvəsinə çəkilən xərclərin tərkibində əmək haqqının xüsusi çəkisi təxminən 60-70% təşkil edir. Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq bu kateqoriyanın məzmunu da xeyli dəyişmişdir. Məsələn, hazırda əmək haqqı fondunun tərkibində əlavə olaraq qidaya, yanacağa görə ödənişlər və bir sıra sosial güzəştlər də uçota alınır.
Müxtəlif mülkiyyət münasibətlərinin formalaşdığı şəraitdə iqtisadiyyatın dövlət sektoru ildən-ilə ixtisar olunur və əmək ödənişi məsələlərinin həllində müəssisə və təşkilatların hüquqları xeyli genişlənir.
Müəssisələr əmək ödənişi və maddi həvəsləndirmə formasını, işçilərin tarif dərəcələrini və vəzifə maaşlarını müstəqil olaraq müəyyən edirlər. Bütün bunlar əmək ödənişində yeni proseslərin inkişafına səbəb olmuş və bu da öz növbəsində əmək haqqının təhlilində yeni metodların tətbiqini zərurətə çevirmişdir.
Göstərilənlərlə əlaqədar olaraq sosial-iqtisadi statistika əmək məhsuldarlığının və əmək ödənişinin səviyyəsini ölçməli, onların dinamikasını öyrənməli, müxtəlif amilərin əmək məhsuldarlığına və əmək ödənişinin səviyyəsinə təsirini müəyyən etməlidir. Statistika əmək məhsuldarlığının ölçülməsi metodologiyasını da təkmilləşdirməlidir.

Nəticə
Əmək ödənişi dedikdə işçilərin öz əməyinin nəticələrinəgörə həvəsləndirilməsi üzrə tədbirlərin məcmuu başa düşülür.Əmək ödənişi işçilərin ustehsal olunan məhsula və ya göstə-rilən xidmətlərə, işlənmiş vaxta görə, illik məzuniyyətlərin, bayram və başqa işlənməmiş vaxtın qanunla və kollektiv əməkmüqaviləsinə uyğun olaraq müntəzəm sürətdə əldə etdiklərivəsaitdir.
Əmək ödənişi ümumi daxili məhsuldan işçilərin şəxsi is-tehlakına yönəldilən vəsait olmaqla yanaşı əhalinin sosial gü-zaranını müəyyən edən, onların öz əməyinin nəticələrində mad-di marağını təmin edən başlıca amildir. Bununla yanaşı maddiistehsalda istehsal və tədavül xərclərinin mühüm ünsürünü işçi-lərin əmək ödənişinə çəkilən xərclər təşkil edir. Müxtəlif mül-kiyyət münasibətlərinin formalaşdığı şəraitdə iqtisadiyyatındövlət sektoru ildən-ilə ixtisar olunur və əmək ödənişi məsələ-lərinin həllində müəssisə və təşkilatların hüquqları xeyli geniş-lənir. Müəssisələr əmək ödənişini və maddi həvəsləndirmə for-masını, işçilərin tarif dərəcələrini və vəzifə maaşlarını müstəqilolaraq müəyyən edirlər. Bütün bunlar əmək ödənişində yeni proseslərin inkişafına səbəb olmuş, bu da öz növbəsində əmək-haqqının statistik tədqiqini obyektiv zərurətə çevirmişdir.

Ədəbiyyat
1.Azərbaycan Respublikasının Konstitusiyası B. Azərnəşr 1995.
2. Azərbaycanın statistik göstəriciləri. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. “Səda” nəşriyyatı, 2006.
3. Hacıyev S.M. Statistikanın ümumi nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. B. 2005.
Yüklə 25,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə