Refereat I



Yüklə 94,77 Kb.
səhifə3/3
tarix12.04.2022
ölçüsü94,77 Kb.
#85374
növüYazı
1   2   3
VI Referat

İ rəvan geyimləri — köynək, tuman və uzunqol arxalıqdan ibarətdir. Tuman və arxalıq Naxçıvanda olduğu kimidir, köynəy isə fərqlidir. Yaxası oyma formalı kəsimə malik, yaxasının kənarlarına haşiyə tikilirdi. İrəvan qadınlarının alt köynəyi dizdən bir qədər yuxarı olub, qolu uzun, düz xişdəkli tikilərmiş. Davamlı olmaq üçün alt köynəyin yaxasına bir qarış enində ikinci qatın qoyulması dəb halını almışdır. Bəzən xişdək uzun biçildiyindən qol altından başlayıb ətəyədək uzanır və bununla köynəyin gövdəsini genişləndirməyə imkan verirdi. İrəvan qadınlarının alt köynəyi çox vaxt ağdan, bəzən də güllü çit və ya kətandan tikilərdi. İrəvanda geyinilən uzun ətəkli üst köynəyin ön tərəfi 3 hissə parçadan ibarət biçilib tikilərmiş. Göbəyin altına qədər olan birinci hissə ensiz, ikinci və üçüncü hissələrin hər biri əvvəlkindən bir qədər gen götürülərək büzmələnirmiş. Köynəyin ikinci və üçüncü hissələrini birləşdirən tikişin üzərinə, adətən "ətəklik" tikilərdi. İrəvan mahalında varlı qadınların üst tumanı topuğa qədər uzun olurmuş. 3–4 taxta parçadan tikilən bu tumanlar büzməli və qırçınlı olmaqla iki cür tikilərmiş. Tumanın belinə nifə tikilib, "belbağı" (qonçar) salınarmış. Belbağı xüsusi bağ toxuma dəzgahında toxunarmış. İrəvanda da geyinilən alt tumanı "şəltə" adlanardı. Lakin burada geyinilən "şəltə"' Naxçıvan şəltəsinə nisbətən xeyli uzun olardı. Burada şəltə, bir qayda olaraq, üst tumanından dörd barmaq enində qısa tikilərmiş. Arxalığın yaxsı düzbucaqlı və ya oval formada biçilmiş, açıq və ya meydan yaxalı arxalıqlar daha geniş yayılmışdır. İrəvan geyim dəsti Naxçıvan geyim dəstinə tamamilə bənzədiyindən biçim xüsusiyyətlərinin eyni olduğu da aydın nəzərə çarpır .

Ədəbiyyat siyahısı

  1. AMEA Nəsimi adına Dilçilik İnstitutu: “Azərbaycan dilinin dialektoloji lüğəti” Bakı “Şərq-qərb” 2007.

2.Məmmədağa Şirəliyev- Azərbaycan dialektologiyasının əsasları

Elektron mənbə

https://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycan_milli_geyiml%C9%99ri
Yüklə 94,77 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə