Reference No: 003/10-07



Yüklə 52,88 Kb.
tarix20.09.2018
ölçüsü52,88 Kb.
#69522

bc-f-lela

tərəfindən maliyyələşən

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN ÜMUMİ TRANZİT KONVENSİYASI VƏ MALLARLA TİCARƏTDƏ SƏNƏDLƏŞMƏNİN SADƏLƏŞDİRİLMƏSİ KONVENSİYASINA QOŞULMASI ÜÇÜN HAZIRLIQ" layihəsinə Aİ Dəstəyi

bkp logo-short-converted
Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilmişdir

BKP Development Consortium tərəfindən icra edilmişdir





PRESS-RELİZ

19.07.2018 Bakı, Azərbaycan

(Bakı, 19 iyul, 2018) Avropa İttifaqı tərəfindən maliyyələşən “Ümumi Tranzit Konvensiyası (ÜTK), Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası (VİS) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmağa hazırlıq prosesində Dövlət Gömrük Komitəsinə dəstəyin göstərilməsi” adlı layihə çərçivəsində bağlanış tədbiri Bakı şəhərində Dövlət Gömrük Komitəsinin baş qərargahında baş tutmuşdur.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri cənab Səfər Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Jankauskas və Aİ Layihə Komandasının Rəhbəri, Slovakiya Respublikası Maliyyə Direktoratlığının Gömrük bölməsinin müdir müavini cənab Marian Çodak tədbirdə açılış nitqi ilə çıxış etdilər.

2017-2018-ci illər ərzində həyata keçirilmiş bu layihə çərçivəsində ekspertlərdən ibarət heyət Azərbaycanın ÜTK, VİS və YKTS-ə uğurla qoşula bilməsi üçün qanunvericilik, informasiya texnologiyaları və institusional potensial sahələrində ətraflı təhlil aparmış, eləcə də tövsiyələr irəli sürmüşdürlər. 3 fərqli məqsədi əhatə edən bu layihə zamanı həmçinin gömrük mütəxəssisləri, hökumət müəssisələri və digər maraqlı tərəflər üçün bir neçə seminar, Aİ Üzv Ölkələrinə iki tanışlıq səfəri, eləcə də regional gömrük məntəqələrinə səfərlər təşkil edilmişdir. Layihə üç müxtəlif sahəni əhatə etmişdir: 1. ÜTK, VİS və YKTS üçün qanuni, normativ uyğunluğun müəyyənləşdirilməsi; 2. ÜTK, VİS və YKTS tələblərinə uyğun olaraq DGK-nin institusional potensialının gücləndirilməsi; və 3. Əlavə dəstəyin göstərilməsi və inzibati hesabatların hazırlanması.

Açılış nitqlərindən sonra dörd nəfər ekspertdən ibarət layihə komandası layihənin sözü gedən üç sahənin hər biri üzrə qısa qiymətləndirməsini həyata keçirdilər və iştirakçıları layihənin əsas nəticələri haqqında məlumatlandırdılar. Layihə komandası ÜTK, VİS və YKTS-ə uğurla qoşulmaq üçün özündə tam və müfəssəl təhlili, eləcə də tövsiyələri birləşdirən yekun hesabat hazırlayacaqdır. Layihə komandası həmçinin ÜTK, VİS və YKTS-nin tətbiq edilməsində Dövlət Gömrük Komitəsinə dəstək göstərmək məqsədilə bir sonrakı yardım layihəsi üçün Texniki Tapşırıq hazırlayacaqdır.



Dövlət Gömrük Komitəsinin, bir sıra nazirliklərin, dövlət və özəl şirkətlərin nümayəndələri tədbirdə iştirak etdilər.
Yüklə 52,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə