Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

 
104 
 
savadlanma  nəticəsində  ortadan  qalxdığı  halda 
xarakterlər  arasında  olan  fərqlər  dəyişməz  qalır. 
Fərdlər arasında olan psixoloji fərqlərin əsasını da elə 
xarakterdəki dəyişikliklər təşkil edir. Xarakter insanın 
mahiyyətini,  onun  ümumi  məzmununu  təşkil  edir, 
xaraktersiz insan nə bir fərd kimi mövcud olur, nə də 
bir şəxsiyyət kimi formalaşa bilir.  
Təbii özəlliklər deyə adlandırdığı talant və düha 
anlayışları insanlarda olan təbii qabiliyyətin məcmusu 
kimi  izah  olunur.  «Talant  və  dühalıq  təbii  ruhun 
təbiətdən  aldığı  müəyyən  yönəlişləri  bildirir.  Amma 
düha  talantdan  genişdir:  sonuncu  yalnız  xüsusi 
sferasında yenini yaradır, düha isə yeni üslub yaradır. 
Lakin həm talant, həm də düha hər şeydən öncə sadə 
qabiliyyətlər olduğundan, əgər onların məhvi, mənəvi 
dağılması və ya pis bir orjinallığa keçməsi istənilmirsə 
qəbul edilmiş ümumi bir üsulla təkmilləşdirilməlidir» 
(18, 
səh.124).  Yaradıcılıq  istedadının  yüksək 
dərəcələri olan talant və düha yalnız insana aid olub, 
onun  istedadının  spesfik  xüsusiyyətlərinin  göstəricisi 
roluna  malikdir.  Lakin,  talantı  ağıldan  üstün  tutmaq, 
dühanınsa hər şey demək olduğunu zənn etmək yanlış 
fikirdən  başqa  bir  şey  deyildir.  Talantdan  üstün 
keyfiyyətlərə  malik  olan  dühanın  irəli  getməsi  üçün 
məntiqi  təfəkkürün  rolu  vacibdir.  Ağılın  talantdan 
üstünlüyü  onunla  xarakterizə  olunur  ki,  ağıl  dünyanı 
dərk etməyə, dünyanın mahiyyətini anlamağa can atır. 
Bu  isə  sadə  qabiliyyətlərin  öhdəsindən  gələ  biləcəyi 
bir  iş  deyildir.  Məntiqi  təfəkkürün  dühadan  üstün 


 
105 
 
olması da buna bənzər bir hadisədir. Məntiqi təfəkkür 
insanın  nə  haqda  düşündüyünü  və  insan  ağlının 
predmetinin 
nədən 
ibarət 
olması 
məsələsini 
müəyyənləşdirir.  Bunlarsa  dühanın  deyil,  məntiqi 
təfəkkürün fəaliyyət sferasına daxildir.  
Hegel  təbii  ruhun  izahından  sonra  yeni  bir 
mövzuya «Təbii dəyişkənliklər»ə müraciət edir. Əgər 
əvvəlki  mövzuda  millətlərin,  irqlərin  və  fərdlərin 
xarakteristikasından  bəhs  edirdisə,  bu  mövzuda  ayrı-
ayrı  yaş  dövrlərinin  psixologiyasını  verir  və  ruhun 
bədəndəki  inkişafının  mahiyyətinin  nədən  ibarət 
olduğunu  izah  edir.  Burada  Hegelin  pedaqoji 
fikirlərinə  də  təsadüf  edilir,  insan  həyatında  təlim-
tərbiyənin  böyük  rol  oynadığından  söhbət  açılır. 
Ruhun mənəvi inkişafında maarifin rolu dəyişdirici və 
istiqamətverici  bir  mövqeyə  malikdir.  İnsanların  yaş 
dövrlərini uşaqlıq – gənclik – qocalıq kimi sıralayaraq 
fərdi  ruhun  inkişafının  əsas  əlamətlərini  izah  edir. 
Hegelə  görə  fərdi  ruhda  ideal  olanın  fəaliyyətə 
başlaması  ilk  uşaqlıq  çığırtısı  ilə  başlayır.  İnsanlar 
uşaqlıq  dövründə  ilk  çığırtı  ilə  ətraf  aləmdən  öz 
tələbatlarını  tələb  edirlər.  İnsanlar  bu  ilk  səsə 
məsuliyyətli  bir  şəkildə  cavab  verməli,  onun  mənəvi 
və  maddi  tələbatlarını  ödəməli,  gələcək  həyata 
mükəmməl bir fərd kimi yetişdirməlidirlər.  
Hegel  ana  bətnindəki  uşağı  bitkilərə  bənzədir, 
bu  dövrdəki,  bu  şəraitdəki  insan  orqanizmi  ilə  bitki 
orqanizmi arasında bir yaxınlıq görür. Yenicə anadan 
olmuş uşaqsa heyvan orqanizmi ilə bir oxşarlıq təşkil 


 
106 
 
edir.  İnsanın  dünyaya  gəlməsini,  onun  ana  bətnindən 
yeni  bir  dünyaya,  fərqli  bir  həyat  tərzinə  ayaq 
basmasını Hegel böyük inqilab hesab edirdi. Artıq bu 
həyat  tərzində  ətraf  aləmdən  ilk  informasiyalar  əldə 
etməyə  başlayır.  Uşaqda  yaranan  hissiyyat  anlayışı 
ətraf mühitin predmetlərindəki fərqi duymağa xidmət 
edir  və  bu  zaman  ilk  duyğu  anlayışı  formalaşır,  ilk 
duyğu  üzvü  olan  lamisə  ortaya  çıxır.  Ruhi  inkişafın 
nəticəsində  insan  sadə  məlumatlar  əldə  edir  və 
müstəqil varlıq kimi özünü anlamağa başlayır. Uşağın 
əldə  etdiyi  təcrübə  onun  bədənində  ideal  olanın 
varlığına bir sübutdur. İdeal olanın ilk təzahür forması 
olan  dildir,  dil  vasitəsilə  uşaq  öz  daxili  mənini  əks 
etdirir.  Elə  bu  «mən»i  dərk  etmək  qabiliyyəti  uşaqda 
ruhi inkişafın ən önəmli bir mərhələsidir. 
 Uşağın ilk fəaliyyəti olan oyun zaman keçdikcə 
öz  yerini  təlimə  verməlidir.  «Bu  vaxtdan  etibarən 
uşaqlar  hər  şeyi  özəlliklə  də  (bir  -  birindən  fərqli) 
tarixləri bilməyə həvəsli olurlar: onlar üçün özlərinin 
bilmədikləri təsəvvürlər önəmli olur. Ancaq burada ən 
başlıcası  onlar  nə  olmalıdırlarsa  hələ  o  deyillər 
hissinin  baş  qaldırması,  aralarında  yaşadıqları 
böyüklər  kimi  olmaq  istəyidir.  Buradan  da  uşaqlarda 
təqlidçiliyə canatım yaranır» (18, səh.134). Uşaqlarda 
təqlidçiliyə  meyl  yarandığı  vaxt  tərbiyə  vacib  bir 
qüvvə  kimi  ortaya  çıxmalıdır.  Bütün  uşaqların 
təsəvvüründə ideal bir şəxs durur, bu ideal şəxs uşağın 
hansı  sahəyə  meyl  etməsinə  səbəb  olur.  Elə  bu 
səbəbdən  də  tərbiyə  avtoritar  bir  qüvvə  tərəfindən 


 
107 
 
aparılmalı, eyni zamanda uşaqları sərbəst düşünməyə, 
müstəqil fikir irəli sürməyə alışdırmaq lazımdır.  
Uşağa  verilən  tərbiyənin  içərisində  intizam 
böyük  bir  mahiyyət  kəsb  etməli,  inadçıllıq,  azğınlıq, 
ədabazlıq  kimi  mənfi  hərəkətlərə  xitam  verməlidir. 
Müdrikliyə  gedən  yol  itaətkarlıqdan  keçir,  itaətkarlıq 
və  intizama  alışmasalar  gerçəklikdəki  hadisələrin  əsl 
mahiyyətini  düzgün  qavraya  bilməz,  obyektivliyin 
dərkinə biganə qalarlar. Hegelə görə uşaqlıq dövründə 
təbii  ruh  mahiyyətcə  xeyir  və  şər  qisimlərinə 
bölünmür,  bu  dövrdə  təbii  ruh  xeyir  və  şərin  nədən 
ibarət olduğunu dərk  edə  bilmir.  Elə  bu  amili  nəzərə 
alaraq  uşaqlıq  dövründə  təbii  ruha  istiqamət  verməli, 
onda  yarana  biləcək  şər  ünsürlərə  qarşı  ehtiyatlı 
olmalı,  əvəzində  isə  xeyirin  nədən  ibarət  olduğunu 
onlara öyrətmək və xeyir keyfiyyətləri aşılamaqdır.  
Tərbiyədən  sonra  uşaqların  həyatına  təsir  edə 
bilən  ən  vacib  ünsür  təlimdir.  Elə  məhz  təlim 
sayəsində uşaqlar düşüncə və təfəkkür qabiliyyətlərinə 
yiyələnə bilərlər. Təlim zamanı heç bir ləngiməyə yol 
verilməməli,  təlimdə  gerçəkliyin  bütün  həqiqətləri 
uşağın 
təsəvvüründə 
erkən 
və 
düzgün 
canlandırılmalıdır.  Buna  isə  ailədə  deyil,  məktəbdə 
nail  olmaq  daha  caiz  və  daha  məqsədəuyğun  hesab 
olunur.  Məktəbdəki  pedaqoji  proseslərdə  bütün 
uşaqları  eyni  qaydaya  tabe  edir,  eyni  tədris  üsulları, 
eyni  dərs  vasitələri  ilə  təlim  diktə  olunur.  Hamının 
eyni  bir  dəyərə  malik  olduğu  məktəb  mühitində 
ailədən 
fərqli 
olaraq 
vətəndaş 
cəmiyyətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə