Rəhimli Tural Rəşid oğlu «Lizinq əməliyyatlarinin vergiyə cəlb olunmasi problemləri»


Cədvəl 2.3. İqtisadiyyatın sahələri üzrə vergi daxilolmaları barədə məlumat



Yüklə 0,55 Mb.
səhifə4/6
tarix11.04.2018
ölçüsü0,55 Mb.
#37815
1   2   3   4   5   6

Cədvəl 2.3.

İqtisadiyyatın sahələri üzrə vergi daxilolmaları barədə məlumat,

(milyon manatla)


Göstəricilər

2014

x/ç

2015

x/ç

Artım məbləği

Artım faizi

Cəmi

7 113,7

100,0

7 118,3

100,0

4,6

0,1

Sənaye

3 107,50

43,7

2 857,50

40,1

-250,0

-8,0

Xidmət

1 342,00

18,9

1 236,40

17,4

-105,6

-7,9

Tikinti

929,6

13,1

849,3

11,9

-80,3

-8,6

Ticarət

501,4

7,0

672,7

9,5

171,3

34,2

Rabitə

317,1

4,5

351,2

4,9

34,1

10,8

Nəqliyyat

209,2

2,9

296,9

4,2

87,7

41,9

Bank və sığorta

262,8

3,7

395,8

5,6

133,0

50,6

Kənd təsərrüfatı

12,8

0,2

15,7

0,2

2,9

23,4

Digər

431,2

6,1

442,7

6,2

11,5

2,7

Mənbə: Vergilər Nazirliyinin rəsmi internet saytı
Respublikada istehsal sahələrinin potensial imkanlarına uyğun olaraq tətbiq olunan vergi güzəştləridə dövlətin iqtisadi siyasətinin tərkibində önəmli yer tutur. Vergi sistemi vergi güzəştləri və diferensial vergi dərəcələri təqdim etməklə maddi istehsala stimullaşdırıcı təsir göstərir. Bir sıra tədqiqatçılar vergi güzəştlərinin səmərəsiz olduğunu iddia etsələr də, fikrimizcə, bazar münasibətlərinin tam formalaşmadığı və müəssisələrin rəqabət qabiliyyətinin zəif olduğu bir şəraitdə müəssisələrin müəyyən kateqoriyalarının fəaliyyətinin güzəştlər sistemi vasitəsilə stimullaşdırılması daha məqsədəuyğun hesab etmək olar.

Azərbaycan Respublikasının Milli Məclisi 27 noyabr 2001-ci il tarixində “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qəbul etmişdir. Həmin Qanuna görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə (o cümlədən sənaye üsulu ilə) məşğul olan hüquqi şəxslər 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini, fiziki şəxslər isə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən sənaye üsulu ilə istehsalı prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilmişlər. Eyni zamanda, sadalanan vergiləri ödəməkdən azad edilmiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq torpaq vergisinin ödəyiciləri olduqları üçün onlar digər fəaliyyət növləri ilə məşğul olduqda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, həmin fəaliyyət üzrə vergiyə cəlb olunurlar.


Vergi ödənişlərini minimuma endirmək üçün kiçik biznes müəssisələri qeyri-rəsmi məlumatlara görə, əməliyyatların yarısına qədərini nağd dövriyyə sferasında aparır və əslində, görülən işlərin 30-45 faizini hüquqi cəhətdən rəsmiləşdirmir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da [8] mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalarda nağdsız ödəmələrin həcminin artırılması mühüm bir vəzifə kimi müəyyən edilmişdir. Dövlətin vergi siyasətinin məhz vergilərin fiskal funksiyasının həyata keçirildiyinə yönəlməsini belə bir fakt da sübut edir ki, dövlət büdcəsi gəlirlərinin strukturunda vergi daxilolmalarının payı ildən-ilə artır və ya çox yüksək olaraq qalır.

Məlum olduğu kimi sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər. Sadələşdirilmiş vergi təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlər göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən: Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz dərəcə ilə hesablanır [1]. Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərsinlər. Bu addımın atılmasında əsas məqsəd respublikanın şəhər və rayonlarında, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicilərinin haqsız rəqabət imkanlarını məhdudlaşdırmaq məqsədini güdür.

Mövcud vergi sisteminin sivil istehsal sahibkarlığının təşəkkül tapmasını ləngidən qüsurlarından biri də birbaşa və dolayı vergilərin qeyri-rasional nisbətidir. Vergi sistemində iki yarımsistemin (birbaşa vergilər və dolayı vergilər yarımsistemlərinin) fərqləndirilməsi vergilərin bir-biri ilə ziddiyyət təşkil edən iki funksiyası – fiskal və tənzimləyici funksiyaları arasında nisbi tarazlığın əldə olunmasına kömək edir. Əsasən təkrar istehsal proporsiyalarını tənzimləməli olan birbaşa vergilər stimullaşdırıcı rol oynayır, dolayı vergilərə isə fiskal funksiya xasdır. Vergilərin bu iki yarımsistemi arasında nisbi tarazlığın əldə olunması optimal vergi sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə dəlalət edir.

Sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində vergi qanunvericiliyinin qeyri-sabitliyini iqtisadi subyektlərə müəyyən mənada mənfi təsirə malik iqtisadi meyar kimi qiymətləndirmək olar.İstənilən iqtisadiyyatda, ilk növbədə də bazar iqtisadiyyatında sabit vergi sisteminin yaradılması vergitutma sahəsində dövlət siyasətinin əsasıdır; vergi qanunvericiliyinin tez-tez dəyişdirilməsi normal iqtisadi inkişafa mane olur, makro və mikro iqtisadiyyat səviyyələrində proqnozlaşdırmanı və planlaşdırmanı çətinləşdirir. 18

Ümumiyyətlə,1991-2015-ci illəri əhatə edən dövrlərin məlumatlarını təhlil edərkən məlum olur ki, Azərbaycan Respublikasında vergitutmaya dair qəbul edilmiş normativ bazada bəzi kiçik çatışmazlıqlara baxmayaraq, vergi növləri və dərəcələri, vergitutma istehsal subyektlərinin təşviqini intensivləşdirən zəruri nüansları özündə ehtiva edir.

Hesab edirik ki, büdcə gəlirləri ilə istehsal subyektlərin maraqlarına təzad yaratmayan optimallığın təmin olunması, vergitutma bazasının genişlənməsinə və son nəticədə Azərbaycanın vergi sisteminin tənzimləyici (stimullaşdırıcı) funksiyasının güclənməsinə səbəb ola bilər.


2.2. Lizinq əməliyyatları üzrə vergilərin ödənişlərinin hazırki vəziyyətinin qiymətləndirilməsi
Son illər respublikamızda müşahidə olunan iqtisadi inkişaf tendensiyası beynəlxalq təcrübədə geniş yayılmış mühüm maliyyələşmə vasitələrindən biri kimi lizinq əməliyyatlarının miqyasının artmasına şərait yaratmışdır.Bu istiqamətdə mühüm amillərdən biri kimi müvafiq əməliyyatların tənzimləyən qanunvericilik bazasının formalaşdırılmasını qeyd etmək lazımdır. Belə ki, 1994-cü il 29 noyabrda “Lizinq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu istiqamətdə mühüm rol oynamışdır. Qanunda göstərilir ki, lizinq–icarəyə götürənin sifarişnə müvafiq olaraq əmlakı satın almaqla onu istifadəçiyə müəyyən müddətə icarəyə vermək məqsədi ilə icra olunan xidmət növüdür. Həmçinin həmin qanunda göstərilir ki, lizinq haqqı icarəyə götürülmüş əmlak üçün icarəçinin lizinq müəssisəsinə ödədiyi haqdır. Müvafiq dövrdə lizinq əməliyyatlarının tənzimlənməsi vasitəsi kimi bir sıra hüquqi-normativ aktlar qəbul edilmişdir. Belə ki, lizinq əməliyyatlarının vergiyə cəlb olunması ilə əlaqədar Vergi Məcəlləsinin 140-cı maddəsində maliyyə lizinqinin tətbiqi, onun predmetinin icarə, satış qaydaları, fəaliyyət müddəti müvafiq müddəalarda öz əksini tapmışdır. Respublikamızda lizinq əməliyyatlarının vergiyə cəlb edilməsi xüsusiyyətləri digər maliyyə əməliyyatlarının vergiyə cəlb edilməsi xüsusiyyətlərindən fərqlənmir. Bu əməliyyatlar üzrə vergitutmanın əsas prinsipləri əsasən iki vergi növü üzrə aparılmışdır:

- mənfəət vergisi;

- əmlak vergisi;

Lizinq münasibətləri zamanı əldə olunan gəlirin məxsusi xüsusiyyəti vardır. Bu prinsiplər əsasən onunla əlaqəlidir ki, icarədar öz gəlirini malların (xidmətlərin, işlərin), əmlak hüququnun ötürülməsindəm deyil, əmlakın icarəyə verilməsindən əldə edir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində qeyd olunur ki,iqtisadi subyekt öz əmlakının icarəyə verməsiylə əldə etdiyi əldə olunan gəlir satışdankənar gəlirlərə aid edilir. Mülki Məcəllənin 748.10-cu maddəsində [2] göstərilir ki, lizinq muqaviləsinin nəzərdə tutulduğu müddət ərzində həmin müqavilə üzrə edilən ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Mülki Məcəllənin 748.11-ci maddəsində icarəyə verənə ödəniləcək məbləğ, icarəyə verən tərəfindən göstərilən əlavə xidmətlərin haqqı onun gəliri kimi müəyyən edilmişdir19. Vergi Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, icarədar əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, icarəci əmlakın sahibivergitutma predmet, icarə ödəmələri isə icarəciyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Müvafiq məcəllədə qeyd olunur ki, vergitutma məqsədləri üçün icarəyə verənə ödənilən icarə ödəmələrinin tərkibində ona ödənilən mükafatın məbləği, icarəyə verən tərəfindən göstərilən əlavə xidmətlərin haqqı, verilmiş ssuda üzrə ödəmələr onun gəliri kimi qəbul edilməlidir. Maliyyə lizinqi müqaviləsi əsasında olan hər bir ödəmə iki hissədən ibarət olmaqla ssuda üzrə ödəmə sayılır:

- əsas borc məbləği;

- ssudaya görə faizlər.



Məcəllədə müvafiq olaraq maliyyə lizinqi aparılarkən ssudanın faizləri lizinq müqaviləsində göstərilməsi əks olunmuşdur. Vergitutma məqsədləri üçün maliyyə lizinqi müqaviləsində ssuda ödəmələri üzrə faiz dərəcəsi göstərilmədikdə və ya maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, habelə qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracından olan və ya hərraclar keçirilmədiyitəqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 1,25 faizi məbləğində müəyyən edilir.

Mahiyyət etibarı ilə lizinməqsədilə əmlakın alınması ilə bağlı icarədarın xərcləri investisiya (kapital) xarakteri daşıyır. Vergi Məcəlləsinin müvafiq maddə müddəalarına əsasən həmin xərclər amortizasiya olunan əmlakın alınmasına sərf olunan xərclər sayılır. İcarədar lizinq təyinatlı əmlakı almaqla məlum prinsiplər əsasında onun ilkin dəyərini təyin edir. Lizinq təyinatlı əmlakın ilkin dəyəri onun alınmasına, gətirilməsinə, quraşdırılmasına, istismar üçün yararlı vəziyyətə salınması ilə bağlı xərclər ilə müəyyən edilir. Müvafiq prosedurda əmlakın ilkin dəyərinə, satın alınması ilə bağlı bank krediti üzrə faizlər, sığorta haqları aid edilmir. Əsas istehsal vəsaitləriistismar müddətində öz texniki, fiziki, iqtisadi, mənəvi keyfiyyətlərini tədricən itirir. Bu baxımdan əmlakın dəyəri müəyyən edilmiş bölgülərlə istehsal və ya tədavül xərclərinə silinir ki, bu da amortizasiya ayırmaları vasitəsi ilə reallaşıdırlır. Bu mərhələdə “Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 iyul 1997-ci il tarixli 71 saylı qərarı [14] ilə tənzimlənir. Amortizasiya normaları uyğun olaraq istehsal və ya tədavül xərclərinə aid edilən əsas vəsaitlərinmənəvi aşınma məbləğləri hansısa bir fondda cəmləşdirilmir və sərbəst pul şəklində müəssisənin sərəncamına daxil olur. Əsas vəsaitlərə mənəvi aşınmasına uyğun məbləğ həra ay hesablanır. Aylıq aşınma məbləğini ayırd etmək üçün əsas vəsaitlərin balans dəyərini illik amortizasiya normasına vurub, bir ilə uyğun olaraq 12-yə bölmək lazımdır. Müvafiq dövr ərzində daxil olmuş əsas vəsaitlərə yalnız növbəti ayın 1-dən, çıxanlara isə növbəti ayın 1-nə kimi köhnəlmə hesablanır. Vergi Məcəlləsinin 99-cu maddəsilə təyin edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114-cü maddəsinə müvafiq olaraq gəlirdən çıxılır [1]. Lizinq məqsədləri üçün müəyyən olunmuş əmlak lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarədarın və yaxud icarəyə verənin balansında qeydiyyata alınır. Əsas vəsaitlər üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsində nəzərdə tutulan normalar daxilində əsas vəsaitlərin ilin sonuna qalıq dəyərindən tutulur. Amortizasiya olunan əsas vəsaitlər faydalı istifadə müddətlərinə və 7-25 faiz arasında olan amortizasiya normalarına görə 7 qrupa bölünürlər. Amortizasiya ayırmaları müvafiq norma dərəcəsinin əsas vəsaitin qalıq dəyərinin ilin sonuna olan dəyərinə ayırd etmək yolu ilə hesablanır. Lizinq müqaviləsi şərtləri əsasında alınmış lizinq əmlakına amortizasiya ayırmalarının hesablanmasını onu öz balansında əks etdirən tərəf aparır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 197-ci maddəsinə görə vergitutma obyektləri olan hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri əmlak vergisinə cəlb edilir. Lizinq münasibətlərinin reallaşdırılıması zamanı iqtisadi subyektlər arasında əmlak hüququ müəyyən edildiyindən icarəci və icarədar əmlak vergisinin ödəyiciləri sayılırlar. Müqavilə şərtlərinə uyğun olaraq lizinq predmeti tərəflərdən hansı birinin balansında əks olunursa həmin tərəf də əmlak vergisini ödəyir. Vergi Məcəlləsinin 202-ci maddəsinə görə müəssisələrdə əmlak vergisi lizinq predmeti olan əsas vəsaitlərin orta illik qalıq dəyəri əsas götürülməklə hesablanır. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünməsi qaydasında hesablanır. İcarədar lizinq predmetinin istifadəçisi olduğundan o, lizinq müqaviləsi üzrə icarəyə götürülmüş əmlakı öz balansına daxil etməlidir. Lakin bu zaman onun tərəfindən həmin predmetin dəyəri müəyyən edilməli və balansda onun qeydiyyatı aparılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, lizinq müqaviləsi əsasında icarədarın balansına daxil edilən əmlakın dəyərinə lizinq ödənişləri (ssuda üzrə faizlər istisna olmaqla), onun gətirilməsi, tikilməsi, quraşdırılması ilə bağlı ödənişlər aid edilir. İcarədar tərəfindən lizinq ödənişlərinin icarəyə verənə ödənilməsi öhdəliyi lizinq predmetindən istifadə edilən zaman yaranır. Bu zaman ssuda və ondan istifadəyə görə hesablanmış faizlər əsasında edilən hər bir ödəmə məbləğləri lizinq müqaviləsi ilə müəyyən edilmiş ödəmə sayılırlar. Beləliklə, icarəyə verənə ssuda üzrə qaytarılan hər bir məbləğ icarədarın uzunmuddətli öhdəliklərinin azalmasına, faizlər isə birbaşa onun xərclərinə aid edilirlər.

Lizinq əməliyyatlarının vergiyə cəlb olunması Azərbaycan Respublikası Vergi Məcəlləsi müvafiq olaraq tənzimlənir. Həmin hüquqi normativ aktın 140-cı maddəsi maliyyə lizinqini tənzimlənməsi şərtləri əks olunmuşdur. Bu məcəlləyə uyğun olaraq aşağıdakı hallarda əmlak icarələri maliyyə lizinqi hesab olunur :

- lizinq müqaviləsinə əsasən əmlakın icarə müddəti bitdikdən sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya əvvəlcədən müəyyənləşdirilmiş qiymətlərlə almaq hüququna malikdir,

- əmlakın icarə müddəti istismar müddətinin 75 faizindən artıq dövrü əhatə etməlidir;

- lizinq müaviləsinə uyğun olaraq əmlakın icarə müddəti bitdikdən sonra əmlakın qalıq dəyəri müqavilənin əvvəlki dövrünə uyğun olaraq bazar qiymətinin 20 faizindən az olmalıdır;

- müaviləsinə uyğun olaraq icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıq olmalıdır,

- icarəyə götürülən əmlak icarə müddəti bitdikdən sonra icarəçidən başqa birinə verilə bilməz. Vergi Məcəlləsinə uyğun olaraq əgər icarəçi icarəni təzələmək hüququna malikdirsə, onda malik olduğu əlavə müddət də icarə müddətinə daxildir.

Vergi Məcəlləsinin 105-ci maddəsinə müvafiq olaraq əmlakı icarəyə verən hüquqi şəxs olduqda onun tərəfindən əldə olunan mənfəətdən 20% dərəcəsi ilə vergi tutulur. Əldə olunan mənfəətdən mənfəət vergisinin hesablanaraq dövlət büdcəsinə ödənməsinə mühasibat uçotunda belə müxabirləşmə verilməlidir.

Lizinqalan operativ lizinqin köməyi ilə həmişə risklərdən qaçmağa çalışır. Belə risklər adətən istehsal olunmuş məhsullara tələbatın azalması və buna görə də rentabelliyin aşağı düşməsi, avadanlığın sınması, birbaşa və dolayı xərclərin reallaşmasından qaynaqlanır. Operativ lizinqintətiqində əmlak lizinqverənin balansında saxlanılır. Bu lizinqin təyinatına uyğun olaraq müqavilədə göstərildiyi kimi müqavilə müddəti başa çatdıqdan sonra lizinq əmlakı lizinqverənə qaytarılır. Mülkü məcəllədə əks olunmuşdur ki, operativ lizinq müqaviləsi uyğun olaraq lizinq təyinatlı əmlak üzərində mülkiyyət hüququnun keçməsi nəzərdə tutulmur.Lakin əmlakı üzərində mülkiyyət hüququnun qarşı tərəfə ötürülməsi alqı-satqı müqaviləsi əsasında həyata keçirilə bilər.

Vergi Məcəlləsinin 123-cü maddəsinə uyğun olaraq maliyyə lizinqi üzrə ödənilən ssuda faizlərindən ödəmə mənbəyində vergi tutulmalıdır: “Rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.20

Son illər lizinq əməliyyatlarının vergiyə cəlb olunmasında optimal səviyyəni müəyyən etmək məqsədilə Vergi Məcəlləsində müəyyən dəyişikliklər edilmişdir. Belə ki, əvvəllər lizinq xidmətləri Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə uyğun olaraq ƏDV-yə cəlb olunmurdu hazırda bu müddəa ilə bağlı dəyişiklik nəticəsində müvafiq təlimat ləğv olunaraq və lizinq xidmətlərinin göstərilməsi ƏDVyə cəlb olunur. Lizinq əməliyyatları ilə bağlı qarşıya çıxan müəyyən çatışmazlıqlarda mövcuddur. Maddi əmlakın icariyə verilməsi zamanı yarana biləcək itgilərin sığortalanması və maliyyə risqlərin (böhran meyilləri ilə əlaqədar iqtisadi konyukturada baş verən ani dəyişikliklər əlaqədar) aradan qaldırılması mexanizmində qismi çatışmazlıqları bu aspektdən qiymətləndirmək vacibdir.

Son illər ərzində ölkədə bütün lizinq şirkətləri və bankların lizinq departa­mentləri öz lizinq portfellərini artırmış və bu sahədə heyətin peşəkarlığı artmışdır. Eyni zamanda bazara daha müasir və yüksək keyfiyyətli məhsullar təqdim edilmisdir. Digər tərəfdən daha az aktivliyə malik lizinq şirkətləri öz fəaliyyətlərini dayan­dırmağa məcbur olmuşdur ki, bu da lizinq bazarında artan rəqabətin göstəricisidir.



Şəkil 2.4. 2010-2014 cü illər ərzində respublkikada lizinq şirkətlərinin bazar payı21

Cədvəl 2.4. Azərbaycanın lizinq şirkətləri üzrə lizinq əməliyyatlarının xarakterik göstəriciləri22


Şirkətin adı

Minimum və maksimum məbləğ

İllik faiz dərəcəsi

İllik avans ödənişi

Lizinq müddəti

Lizinq obyektləri

Joint Leasing Company

10 000 AZN

17-21%-dən başlayaraq

layihə dəyərinin 20-30%-i

10 ilədək

tikinti, sənaye texnikası,nəqliyyat vasitələri

Unilizinq (daşınmaz əmlak xaric)

obyekt növündən asılı olaraq dəyişir

21%

20-30%

2-5 il

tikinti, sənaye

texnikası,nəqliyyat vasitələri



MBC Lizinq

Şirkətin investisiyası 60% - ə qədər

17 – 20 %

30 %

3 – 7 il

Nəqliyyat vasitələri, istehsal avadanlığı, tibbi avadanlıq, tikinti texnikası

Qafqaz Lizinq

Min. 15000 AZN, maks.

800 000 AZN



18 – 26 %

Min. 20 %

Min. 3 ay, maks. 8 ay

Minik avtomobilləri

Ata Lizinq (daşınmaz əmlak xaric)

min. məbləğ 5000 ABŞ dolları

20-30%

30%- dən yuxarı

12 aydan 60 ayadək

ikinci əl avadanlıqları

Finans Lizinq

Min. məbləğ 10 000 AZN, 50-60%-ə qədəri ödənir

20- 25%-dən başlayaraq

40%

12-60ay

nəqliyyat, inşaat, istehsalat, k/t avadanlıqları, iaşə

Parex Leasing&Factoring

10 000 AZN

20-35%

obyekt növündən asılı olaraq dəyişir

30-60 aya qədər

xüsusi təyinatlı

texnika, avadanlıq, minik avtomobilləri


Mənbə: unec.edu.az

Lizinq mexanizminin etibarlı hüquqi təminatı onun yüksək səmərəsinin əsas şərtlərindən biridir. Əsas fondların yeniləşdirilməsi üzrə istehsalın maliyyələşdiril­məsinin bu mütərəqqi metodunun inkişafını uzun müddət ləngidən məhz lizinq əqdləri üzrə tərəfdaşların münasibətlərinin hüquqi cəhətdən qeyri-müəyyənliyi olmuşdur.

Respublikamızda lizinq münasibətlərinin hüquqi əsaslarının formalaşması prosesi iqtisadi islahatın həyata keçirildiyi dövrdə real inkişaf etmişdir. Lizinq Azərbaycan iqtisadiyyatının infrastrukturunun zəruri institutu olub onun daha da inkişaf etməsinə şərait yaradır. Əminliklə deyə bilərik ki, iqtisadiyyatın bir çox sahələrində fəaliyyət göstərən müxtəlif kate­qoriyalı təsərrüfat subyektləri üçün lizinqin tətbiq edilməsi onların maddi-texniki resurslarla təchiz olunması problemini müəyyən dərəcədə həll etməyə imkan verəcəkdir.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə