Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   28


 

Rəhman və Rəhim Allahın adı ilə 



 

Əliəsğər Səffar Hərəndi 

Aşura inqilabı 

Dilimizə çevirdi: M. Əhməd 

 

Müq

ə

ddim

ə

  

  

Onun qəbir daşına yazılıb: “O bizim müsəlmanlığımızın dəlili idi.” 



Bu kəlam bir çox tanışların həmin qəlbigeniş insan haqqındakı ən gözəl vəsfidir.  

Mərhum  höccətil-islam  vəl-müslimin  hacı  Əliəsğər  Səffar  Hərəndi  elə  insanlardan  idi  ki,  onun  haqqında 

danışarkən  yalnız  doğum  və  vəfat  tarixlərini  qeyd  etmək  bəs  etmir.  Bu  insanın  həyatını  addım-addım 

araşdırmaq və izləmək lazımdır.  

Gəncliyinin  çiçəklənən  dövründən,  daha  doğrusu,  Allahın  təqdiri  ilə  həyat  çeşməsinə  qonaq  edildiyi 

unudulmaz  gecədən  ömrünün  son  günlərinədək  elə  yaşadı  ki,  arxada  qalmış  günlər  üçün  heç  vaxt  təəssüf 

etmədi, rifahpərəst qayğısız insanlar və dünya matahına bəndə olanlar kimi ömür sürmədi.  

On  altı, on  yeddi  yaşlı  gənc  ikən idmanla  məşğul olmağa  getdiyi  vaxt  yolu  Tehranın  Mövləvi  küçəsindəki 

Səadət  məscidinə  düşdü.  Vaiz  kürsüsündə  oturmuş  pir  ruhaninin  cazibəsi,  onun  sözlərindəki  sehr  bu  gənci 

ovsunladı və öz tamaşasına vadar etdi. Həmin qoca danışarkən adəti üzrə gözünü yerə dikirdi. Arabir cəmiyyətə 

ötəri  bir  nəzər  salırdı.  Ecazkar  bir  anda  qocanın  baxışları  gəncin  baxışları  ilə  rastlaşdı.  Həmin  hərəkətsiz 

saniyələrdə  mürid  və  murad  (ustad)  bir-birlərini  tapdılar  və  həmin  gecə  bu  gənc  üçün  “Əliəsğərin  leylətül-

qədri” oldu.  

Həmin  vaxtdan  başlayaraq  bu  gənc  hər  gecə,  sübhdən  qürubadək  davam  edən  üzücü  işdən  sonra  özünü 

məscidə  çatdırar  və  ustadın  (mərhum  hacı  Şeyx  Məhəmməd-Təqi  Bürucirdi)  feyz  çeşməsindən  sirab  olardı. 

Həmin  böyük  şəxsin  tövsiyəsi  ilə  bu  gənc  Lorzadə  və  Hacı  Əbül-Fəth  məscidlərində  ustadlardan  müqəddimə 

dərslərini  öyrənməyə  başladı.  Özü  deyirdi:  “Çox  vaxt  dərs  öyrənmək  üçün  haqq  ödəyərdim.”  Nəhayət, 

müqəddimə dərsləri başa çatdı. Lorzadə məscidindəki günlərin yadigarlarından biri Ayətullah Məhdəvi Kəni ilə 

tanışlıq və dostluq oldu. Bu dostluq ömrünün son günlərinədək davam etdi.  

Sonra  Səth  və  Xaric  dərslərini  Bürucirdidən  öyrənməyə  başladı.  Ən  əsası,  pir  mürşidin  irfan  və  əxlaq 

sərmayəsindən bəhrələndi. Bu dərslər onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynadı. Belə ki, bir gün 

ustad  onu  pişnamaz  dayandırıb,  özü  də  başqaları  ilə  birlikdə  şagirdinə  iqtida  etdi.  Ustad  bununla  hamıya 

anladırdı ki, bir tikə halal çörəkdən ötrü gün uzunu alın təri axıdan iyirmi neçə  yaşlı bu gənc artıq mehrab və 

minbər səngərində xalqa dünya və axirət qurtuluşu üçün yol göstərmək ləyaqətini əldə etmişdir.  

Mərhum  Hacı  Şeyx  Məhəmməd-Təqi  vəfat  etdikdən  sonra  Mirzə  Əliəsğər  Ğar  darvazası  yoxsullar 

məhəlləsində  yerləşən məscidin əhlinə təklif etdi ki, Quma gedib məscidləri üçün imam (pişnamaz) istəsinlər. 

Mərhum ustadın vəsiyyətini unutmamış camaat ondan tələb etdi ki, özü bu məsuliyyəti öhdəsinə götürsün. 

Həmin  vaxtdan  başlayaraq  Şeyx  Bürucirdinin  ləyaqətli  şagirdi  onun  tövsiyəsi  və  hidayəti  ilə  adi  libasda 

gündəlik işinə məşğul olub, namaz vaxtları çiyninə əba salıb, başına çalma bağlayıb namaza dayandı və sonra 

Şeyxdən öyrəndiklərini möminlərə tədris etdi. İyirminci onilliyin durumu və onun İslam fədailərinin mübariz 

çöhrələri  ilə  dostluğu  (o  cümlədən  mərhum  Seyyid  Hüseyn  İmami)  məscidi  neftin  milliləşməsi  qiyamının 

mübarizləri üçün səngərə çevirdi. Bəzi müqəddəsnümalar deyirdilər: “Filankəsin məscidinə getməyin, neftin iyi 

adamı boğur!” 

Bu məhəlin bir sıra problemləri vardı. Bir tərəfdən ifrat yoxsulluq, bir tərəfdən narkotik maddələrə aludəlik, 

digər bir tərəfdən peşəkar cinayətkarlıq Hərəndini məcbur edirdi ki, bu məhəl sakinlərini müşküldən çıxarmaq 

üçün bir  neçə  cəbhədə  fəaliyyət  göstərsin. O,  cəmiyyət  namazı  ilə  yanaşı, hər  gecə  gəncləri cəzb  etmək  üçün 

proqramlar  həyata  keçirirdi.  Hər  gecə  bir  mövzuya  həsr  olunurdu.  Ərəbcə  müqəddimə,  hədis,  fiqh,  əxlaq, 

Nəhcül-bəlağə, Quran təfsiri nəzərdə tutulmuş mövzulardan idi. Şənbə gecələri keçirilən Quran təfsiri dərsləri 

ustad və şagirdlər üçün o qədər əhəmiyyət kəsb etmişdi ki, əlli ilədək çəkmiş təbliğat fəaliyyətində bütün Quran 

üç dəfədən artıq təfsir olunmuşdur.  

Digər  bir  tərəfdən,  uzun  illər  xeyirxah  əməllərini  gizli  saxlamış  bəzi  insanların  dəstəyi  ilə  abır-həyalı 

yoxsullara  əl  tutulurdu.  Bu  məxfi  xeyirxahlıqlar  sayəsində  bir  çox  ailələr  himayə  olunmuş,  təhsilini  davam 

etdirmiş, övladları üçün ailə həyatı təşkil etmişlər.  

Bu insanın ictimai fəaliyyətləri elmi fəaliyyətlərindən daha çox diqqəti cəlb edir. Korlanmış ictimai mühitin 

islahında  bu  fəaliyyətlər  müstəsna  əhəmiyyət  kəsb  etmişdir.  39-cu  ildə  mənafepərəstlər  hakim  siyasətdən 



 

yararlanaraq Ğar meydanında kinoteatr tikmək istədiyi vaxt məhz Hərəndi bu ziyanlı işə mane olmağa çalışmış, 



Allahın  lütfü  və  xeyirxah  insanların  yardımı  ilə  istəyinə  çatmışdı.  Həmin  məhəl  pozğun  işbazların  çəngindən 

çıxarılmış və həmin yerdə məhəllə sakinlərinin fiziki və ruhi sağlamlığı üçün bir hamam tikilmişdi.  

42-ci  ildə  həzrət  İmamın  (r)  hərəkatı  başlayan  vaxt  Ğar  darvazası  məscidi  cəmiyyətdə  mübarizə 

səngərlərindən birinə çevrildi. Sonradan bu məsciddəki mübarizlərin adı İslam hərəkatı  tarixinin qəhrəmanları 

sırasında özünə yer tapdı. Məhəmməd Buxarayi, Seyyid Əli Əndərzqu, Mürtəza Niknijat, Riza Səffar Hərəndi 

mərhum  Hərəndinin  dairəsinə  rövnəq  verən  mömin  və  mücahid  gənclər  idi.  Mənsurun  terror  edilməsindən 

sonra Məhəmməd Buxarayi və yoldaşları ilə yanaşı ustad da zindana düşdü. Həmin ilin ramazan ayını Hərəndi 

zindanın  təkadamlıq  kamerasında  keçirdi.  Bu  hadisədən  sonra  ustad  şahın  xəfiyyə  təşkilatı,  yəni  Savak 

məmurlarının daimi nəzarəti altına düşdü və yeri gəldi-gəlmədi onun iş yerinə və evinə hücumlar olundu. Onu 

həbs  edib  mücahid  Seyyid  Əli  Əndərzqu  ilə  əlaqələrini  müəyyənləşdirmək  istəyirdilər.  Heç  bir  bəhanə 

tapmadıqda  ustadı  dini  maarifi  və  İslam  tarixini  öyrətdiyi  üçün  ittiham  edirdilər.  Bu  qəbildən  olan 

məhdudiyyətlər  nəhayətdə  əxlaq  dərslərinin  dayandırılması  ilə  nəticələndi.  Həmin  dərslər  hər  cümə  günü 

günortadan  sonra  Mehdiyyə  mədrəsəsində  keçirilirdi.  Həmin  sinfin  şagirdlərindən  bəziləri  bu  gün  dövlətin 

mədəniyyət, siyasət işlərini idarə edən məsullardandır.  

Ğar  darvaza  məscidi  50-ci  onillikdə,  xüsusi  ilə  İslam  inqilabı  astanasında  inqilabçı  qüvvələrin  dayaq 

nöqtələrindən  idi.  Həzrət  imamın  şagirdləri  orada  müxtəlif  münasibətlərlə  minbərə  qalxar  və  etiqadlı  gəncləri 

qarşıdakı  çətin  günə  hazırlayardılar.  İnqilabın  qalib  gəldiyi  və  Ğar  darvazası  məhəllinin  kommunistlər, 

münafiqlər  üçün  dayaq  nöqtəsinə  çevrildiyi  vaxt  mərhum  Hərəndinin  məktəbində  tərbiyə  almış  gənclər 

azğınlarla planlı və amansız mübarizə apararaq onların fəaliyyətinə son qoydular.  

Mərhum  Hacı  Əliəsğər  Hərəndinin  rəhbərliyi  ilə  məhəldə  inqilab  komitəsi  təşkil  olunduqdan  sonra  bu 

məhəldəki  bir  sıra  problemlər  həllini  tapdı.  Ustad  düşünürdü  ki,  yeni  dövrdə  keçmiş  rejimin  mirası  olan 

yoxsulluğa yer qalmamalıdır. Buna görə də o şəhid Behişti, həzrət Ayətullah Xamenei, şəhid Rəcai və bu kimi 

başqa  tanınmış  şəxsiyyətləri  üzücü  yoxsulluğun  aradan  qaldırılması,  evsiz-eşiksizlərə  məskən  verilməsi  ilə 

bağlı fəaliyyətlərə dəvət etdi. Onun təlaşları səmərəsiz qalmadı və inqilabdan bir-iki il sonra məhəldəki üzücü 

yoxsulluq  aradan  qaldırıldı.  Dözülməz  şəraitdə  gün  keçirən  evsiz-eşiksiz  insanlar  başqa  nöqtələrə  köçürüldü. 

Əslində  sakinlərin  bu  məhəldən  köçürülməsi  ustadın  məscidini  rövnəqdən  saldı  və  yeganə  dolanışıq  dükanı 

müştərisiz qaldı. Amma ustad tamamilə başqa sevdada idi.  

Həyatı  dövründə  onu  görənlər  yaxşı  bilirlər  ki,  mərhum  Hərəndinin  bütün  mərcəyi-təqlidlərdən  vücuhat 

icazəsi  vardı  və  o  həzrət  imamın  şəhərin  cənub  məntəqəsindəki  nümayəndəsi  idi.  (Ona  ixtiyar  verilmişdi  ki, 

xüms qəbul etsin.) Bununla belə, o parça dükanının cüzi qazancı ilə yaşayırdı. İnqilabdan sonra komitələr təsis 

olunduğu vaxt o bu işin fəallarından idi və Tehran vilayətinin komitəsində komandana canişin təyin olunmuşdu. 

Qəfil  xəstəlikdən  əvvəlki  illərdə  intizami  qüvvələrdə  ideoloji-siyasi  məsuliyyət  daşıyırdı.  İşlədiyi  təşkilatdan 

heç vaxt maaş almırdı!  

Onun  gözəl  həyatını  təsəvvürdə  canlandırarkən  istər-istəməz  bu  böyük  şəxsiyyət  qarşısında  baş  əyməli 

olursan.  

O bütün yönümlərdən əsil ruhani nümunəsi idi. Xalq isə yalnız mehrab və minbərdə onu libasında görürdü. 

Öz işində sədaqətlə çalışırdı. Göstərdiyi təlaşların müqabilində dövlətdən bir qəpik belə qəbul etmirdi.  

Hərəndi Allah yolunun mücahidi, cəmiyyət imamı, əxlaq müəllimi, Quran təfsirçisi, xalqı dini maariflə tanış 

edən bir şəxs idi. O eyni zamanda xalqın əzab yükünü bölüşürdü. Dost-tanışları problemlə üzləşdikdə Hərəndi 

onlar  üçün  səbir  daşı  olurdu.  Ətrafındakıların  maddi  və  mənəvi  müşküllərini  aradan  qaldırmaq  üçün  gücü 

həddində çalışırdı. Çoxları onunla məsləhətləşmədən bir iş görməz, möhtac olduqda qərzül-həsənə büdcəsindən 

istifadə edərdilər.  

Hərəndi  onun  mühakiməsinin  hər  bir  mühakimədən  üstün  tutanlar  arasında  ixtilaf  yarandıqda  məsələni 

yoluna qoyardı.  

Bu  insanı  tarixi  və  coğrafi  məhdudluğa  sığmayan  zümrədən  saymaq  daha  düzgün  olardı.  Onu  bircə  dəfə 

görənlərin də qəlbində xüsusi yeri var.  

Onun  oxuduğu  “Kumeyl”  dualarının  və  Əhli-beytin  (ə)  müsibətləri  haqqında  söhbətlərinin  xüsusi  yeri 

olmuşdur;  söhbətinə  aşiq  olanlar  məhərrəm  ayında  uzun-uzadı  yollar  keçib  onun  minbərinin  tamaşasına 

dayanmış, Seyyidüş-şühəda (ə) qiyamının fəlsəfəsi və aşura tarixi ilə bağlı söhbətlərini dinləmişlər.  

Əlinizdəki kitab mərhum ustadın yatağa düşməzdən öncə Ğar darvazası məscidində aşura mövzusundakı on 

iki gecəlik söhbətləri əsasında tərtib olunmuşdur. Ustadın söhbətlərinin bir yerə toplanıb tənzimlənməsi və lent 

yazılarından köçürülüb  kitab şəklinə salınması zəhmətini cənab höccətül-İslam  hacı  Həmid Səffar  Hərəndi öz 

öhdəsinə götürmüşdür. O bu fəaliyyətində ustadın söhbətlərinin əsl mətninə vəfalı qalmışdır.  



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə