Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
  1   2   3   4   5   6   7   8   9   10


 

Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi 



 

Azərbaycan  Cənubi  Qafqazın  şərq  və  cənub  Şərqində  yerləşir.Qafqazın  

böyük  oroqrafik  elementlərinin  hər    birinin  cənub  şərq  hissəsi  respublikada  da 

özünü  aydın  göstərir  və  onun  relyefinin  səciyyəvi  elementlərini  təşkil  edir. 

Azərbaycan  ərizəsi  relyefinə  görə  əsasən  düzənlik    və  dağlardan  ibarətdir. 

Respublika  ərazisi  -28  m-lə  (Xəzər  dənizi  sahilləri)+4.480  m  (Bazardüzü  zirvəsi) 

yüksəklik    arasında  yerləşmişdir.  Relyefin  maksimal  amplitudu  4.508  m-dir. 

Azərbaycan  ərazisinin  təxminən  yarıya  qədərini  ovalıqlar  və  maili  düzənliklər, 

qalan yarısını isə dağlar  və yaylalar tutur. 

Azərbaycan  relyefinin  ən  başlıca    xüsusiyyətlərindən  biri  dağların  və 

düzənliklərin  bir-birilə  növbələşməsidir.  Respublikanın  şimal-şərqində  yerləşən 

Samur- Dəvəçi ovalığı və Qusar maili düzənliyi cənubda Baş Qafqaz dağları ilə, bu 

isə  Alazan-Əyriçay  vadisi  və  Acınohur-Qobustanın  alçaq  dağlığı  ilə  əvəz  olunur. 

Qərbdə  Gürcüstan  ilə  sərhəddən  şərqdə  Xəzər  dənizi  sahillərinə  qədər  uzanan  və 

bu  istiqamətdə  xeyli  genişlənən  Kür-Araz  ovalıqları  və  düzənlikləri  başqa 

oroqrafik  elementlərə  görə mərkəzi  mövqe  tutur. Bu öz növbəsində  cənub-qərbdə 

və cənubda Kiçik Qafqaz və Talış dağları ilə əvəz olur. Naxçıvan ərazisi Orta Araz 

çökəyində  və  onu  şimaldan  əhatə  edən  Dərələyəz,  Zəngəzur  silsilələrinin 

yamaclarındadır. 

Respublika  ərazisində  ən  geniş  düzənlik  və  ovalıqlar    Kür  və  Araz  çayları 

vadilərində  yerləşən  Kür-Araz    ovalığıdır.  Ovalıq  ərazisinin  çox  hissəsi    dəniz 

səviyyəsindən  alçaqda (0 m-lə-28 m) yerləşir. Bu geniş ərazi  əsasən səthi hamar 

allüvial ovalığıdır. 

Kür-Araz ovalığının kənar hissələri,  dağlara  tərəf   hündürlüyü  (300-500  m-ə 

qədər)  artan  maili  düzənliklərdir.  Bunlar  Kiçik  Qafqaz  dağları  ətəyində  çox  yer 

tutur.Çayların qutuvarı dərələri və qobularla parçalanmış gətirmə konusları relyefin 

ə

sas  əyriliklərini  yaradır,  meyllik  30-1.5



0

,  bəzən  3-5

0

  qədər  artır.  Kür  və  Araz  



çayları  ilə  kəsilən  ovalıq  bir  neçə  hissəyə  bölünür.  Gəncə-Qazax,  Qarabağ,  Mil, 

Arazyanı, Şirvan, Cənub-Şərqi Şirvan, Muğan və Salyan düzləri. 




 

Kür-Araz  ovalığından  şimalda  Kür  tektonik  çökəyinə  aid  edilən  Ceyrançöl-



Acınohur və Ləngəbiz  alçaq dağlığı uzanır. Bu yarğan və qobularla  çox kəsilmiş, 

ensiz monoklinal və antiklinal quruluşu tirələrdən, onların arasında yerləşən geniş 

sinklinal dərələrdən, çökəklərdən və yaylalardan ibarətdir. 

Alazan-Əyriçay  vadisi  uzun  təknəvarı  formada  olub,  cənubdan  Şirək  yaylası 

və  Acınohur  alçaq    dağlığı  ilə,  şimaldan  Baş  Qafqazın  cənub  ətəkləri  ilə  

həmsərhəddir.  Vadi  qərbdən  şərqə  ensizləşir  (30  km-dən  1.5  km-ə  qədər).  Onun 

mütləq  yüksəkliyi Alazan və Əyriçay qovuşan  yerdə 170 m-dən dağ ətəyində və 

gətirmə konuslarının  boğazında  (zirvəsində) 600-700 m-ə qədər artır. 

Baş  Qafqaz  sıra  dağları  respublikanın  ən  görkəmli  oroqrafik  elementidir. 

Dağlar  Azərbaycan    ərazisinə  Gürcüstanla  sərhəddə  yerləşən  Tinov  Rosso  

zirvəsindən  (3.385m)  daxil  olur  və  cənub-şərqdə  yelpikvarı    şaxələnərək  Abşeon 

yarımadasına və  Qobustana uzanır.  Baş  Qafqaz dağları Azərbaycan  ərazisində iki 

ə

sas silsilə  yaradır: Baş Suayrıcı  silsilə  və  Yan  silsilə.  Baş  Suayrıcı  silsilə  əsasən 



yüksək dağlıq olub alp tipli relyefə malikdir. Ən yüksək zirvələri Bazardüzü-4.480, 

Tfan-4.191 m, Məlkəmüd-3.875m, Babadağ-3.632 m və s-dir. O heç yerdə çaylarla 

kəsilmir. Yüksək zirvələrdə kiçik buzlaqlar var. 

Qobustan  relyefində  yarğan  və  qobularla  çox    kəsilmiş  kiçik  yaylalar, 

çökəklər,  müasir  və  qədim  çay    dərələri  görkəmli  yer  tutur.  Lakin  Qobustanı 

respublikanın başqa təbii sahələrindən  fərqləndirən burada palçıq  vulkanlarının və 

bununla əlaqədar olan  relyef  formalarının klassik şəkildə inkişaf etməsidir. 

Yan  silsilə Şahdağ, Qızılqaya, Təngi-Beşbarmaq silsilələrindən ibarətdir. Ən 

uca zirvə  Şahdağdır (4.250m). Yan sıra dağları bir çox dərələri kəsir. Başsuayrıcı 

ilə  Yan  silsilə  arasında  geniş  dərələr,  şərqdə  isə  bir  neçə  kiçik  tirələr  yerləşir 

(Qaytar, Qoca, Vərəftə, Yerfi və s.). Göyçay və Ağsuçay arasında cənub  yamacda 

Lahıc çökəyi və Nialdağ silsiləsi uzanır. 

Baş  Qafqaz  dağlarından  şimalda,  Xəzər  dənizi  sahilinə  qədər  Qusar  maili 

düzənliyi  və  Samur-Dəvəçi  ovalığı  uzanır.  Qusar  maili  düzənliyi  cənubda  1.500-

1.700 m-dən şimalda  200 m-ə qədər alçalır. 



 

Samur  –Dəvəçi  ovalığı  şimalda  Samur  çayından  cənubda  Ataçayın  mənsəbinə 



qədər    uzanır  və  bu  istiqamətdə  o  xeyli  ensizləşir.  Hündürlüyü  200  m-lə  -  28  m 

arasındadır. 

 

Azərbaycan    cənub-qərbi  və  cənub-şərqi  dağlıqdır.  Burada  Kiçik  Qafqaz  və 



Talış dağları yerləşir. 

Kiçik Qafqaz dağlarının respublika ərazisinə daxil olan cənub-şərq hissəsində 

ə

sas  oroqrafik  elementlər  Şahdağ,  Murovdağ,  Qarabağ    silsilələri  və  Qarabağ 



vulkanik  yaylasıdır.  Bu  silsilələrin  orta  və  maksimal  yüksəkliyi  Baş  Qafqazda 

olduğundan xeyli azdır. Burada ən uca  zirvələr Gamış (3.724 m), Hinaldağ (3.367 

m.).  Qaraarxac    (3.062  m)  və  s.-dir.  Şahdağ  və  Murovdağ  silsilələrinin  suayrıcı 

zonası  çay  dərələri  ilə  kəskin    parçalanmışdır.  Burada  qədim  buzlaq    relyefi  

formalarına da  rast   gəlinir.  Relyefində  düzəlmə  (hamar)  səthləri  yaxşı  saxlanmış 

orta  dağlıq    şimal  yamac  xüsusi  yer  tutur.  Cənub  yamac  çox  qısa    və  olduqca 

dikdir. 

Qarabağ silsiləsi əsasən orta  dağlıqdır. Ən uca zirvəsi  Böyük Kirsdir (2.725 

m).  Onun    şərq    yamacları  geniş  olub    hamar  səthli  orta  və  alçaq  dağlardır. 

Ə

həngdaşı  qatlarında  dərin  kanyonvarı  dərələr  (Daşaltı    kanyonu  və  s).  sərt 



yamaclar üstündür. 

Qarabağ  vulkanik    yaylasında    konusvarı    sönmüş  vulkan  və  intruziv 

massivləri (Qızılboğaz – 3.581 m, Böyük İşıqlı-3.552 m, Dəlidağ-3.616 m), geniş 

lava  yaylaları relyefin başlıca  formalarıdır.Yayla çaylarla az kəsilmişdir,səthində 

çinqıllıqlar  geniş yer tutur. 

Talış dağları respublikanın  cənub şərqində yerləşən üç silsilədən ibarətdir. Bu 

dağlar  şimal-qərbdən    cənub-şərqə  uzanır  və  bu  istiqamətdə  Xəzər  sahilinə  

yaxınlaşır.  Şimalda  alçaq  Burovar  silsiləsi,  ortada  Peştəsər,  İranla  sərhəd  boyu 

Talış sıra dağları uzanır. Bu Suayrıcı  silsilədir, ən uca zirvəsi Qızyurdudur (2.438 

m). Peştəsər və Talış  silsilələri arasında Yardımlı və Lerik  dağarası çökəklikləri  

yerləşir. 

Lənkəran  ovalığı  ensiz  bir  zolaq  şəklində  Talış  dağlarının  şərq  ətəkləri    ilə 

Xəzər dənizi arasında uzanır. Səthi əsasən hamardır, dəniz sahili  boyu alçaq  qum 



Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə