Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

 

Dəvəçi-Tuğçay  rayonu  (N.V.  Dumitraşko  və  d.A.  Lilienberqə  görə  Dəvəçi-

Giləzi).  Alçaqdağlıq  və  dağətəyi  rayondur-Böyük  Qafqazın  cənub-şərq 

qurtaracağının  alçaq    tirələrdən,  təpəli  yaylalardan  və  pilləli  (terraslı)  dağətəyi 

yüksəkliklərdən  ibarətdir.  Bu  rayon  ərazisində  yerləşən  tirələr  və  dağlar  əsasən 

miosen    və  pliosen  çöküntülərindən    ibarətdir.  Relyefin  böyük  formalarını  təşkil 

edən    tirələr  və  çökəklər  kiçik  dərəcəli  morfostrukturlardır.  Tektonik  strukturlar 

relyefdə  yaxşı  əks  olunur.  Antiklinal  tirələrdən  Vərəftə,  Beşbarmaq  ,    Qaynarca, 

Ş

uduq  tirələrini,  sinklinal  çökəklərdən  Keşçay,  Tuqçay  və  Rustov  çökəklərini 



göstərmək olar.  

Qobustan rayonu. Böyük Qafqazın cənub – şərq batımında geniş sahə tutan 

mürəkkəb  bir  geomorfoloji  rayondur.  Qobustan  Baş  suayrıcı  silsilənin  (Tufan 

antiklinoriumunun) cənub-şərq davamından cənubda yerləşir. 

Vəndam  antiklinoriumunun  şərq  hissəsindən  cənubda  Girdmançayla 

Pirsaatçay arasında yerləşən çox ensiz Şamaxı sinklinoriumu şərqə və cənub-şərqə 

tərəf olduqca  genişlənir, şaxələnən qırışıq zonalar yaradır. Bu genişlənmə ən çox 

sinklinal  strukturların,  qismən  isə  bəzi  antiklinal  zonaların  genişlənməsi,  nəhayət 

struktur planın xeyli dəyişməsi ilə müşayiət olunur. 

Qobustanın şimal hissəsi Sumqayıt-çayın  hövzəsindədir. Burada şimal-qərb –

cənub-şərq  istiqamətli  tirələr  və  onların  arasında  yerləşən  dərələr  əsasən  tektonik 

strukturlara  uyğun  gəlir.  Yamacları    asimmetrik  quruluşludur.  Cənub  yamaclar 

daha dikdir. Müxtəlif yaşlı gilli çöküntülər kompleksində bedlend inkişaf  etmişdir. 

Çay  dərələri  nisbətən  geniş  və  terraslıdır.  Yuxarı  pliosen  yaşlı  hamar  səthlərin 

qalıqları, qədim dərələr, kiçik palçıq vulkanları relyefin xarakter formalarıdır. 

Rayonun    qərb    və  şimal-qərbi  Mərəzə  platosuna  qədər  uzanır.  Burada 

relyefin  əsas  formaları  antiklinal  və  monoklinal  tirələr,  müxtəlif  formalı  tektonik 

çökəklərdir.  Akçaqıl  əhəngdaşı  ilə  zirehlənmiş  Gicəki  sinklinal  platosu  da  (1051 

m)  burada  yerləşir.  Bedlend  və  gil  karstı  fraqmentlər  şəkildə  yayılmış  və  yalnız 

cənub  yamaclardadır.  Yarğan-qobu  şəbəkəsi  tirələrin  yamaclarında  sıxdır. 

Pedimentlər müşahidə edilir. Ara-sıra palçıq vulkanları var. (Şıx zahirli və s.) 

 



 

Abşeron  rayonu  .  Abşeron  yarımadasının    geomorfologiyasına  xüsusi 

monoqrafik əsər həsr etmiş N.Ş. Şirinov (1965) onun qərb sərhədini şimalda Giləzi 

burnu ilə, cənubda Səngəçal burnunu birləşdirən xətt üzrə keçirir. 

Cənub –Qərbi Abşeronda xarakter relyef formaları Güzdək və Bakı Platoları, 

Bakı  çökəyi  (muldası)  və  antiklinal,  strukturların  yerində  yaranmış  dərələrdir. 

(Yasamal, Qobu dərələri və s.).  

Mərkəzi  Abşeron    relyefinə  görə  başqa  sahələrdən  xeyli  fərqlənir.  Burada 

mərkəzi  antiklinala  uyğun  gələn    səthi  çox  hamarlanmış  alçaq  tirələr  və 

yüksəkliklər, sinklinal zonalarda  isə çökəklər  müşahidə  edilir  (Masazır,  Binəqədi, 

Siyanşor  və  s).  bunların  çoxunda  duzlu  göllər  yerləşir.  Çökəklərə  həmçinin 

antiklinal  qırışıqlarda,  yumşaq  (asan  aşınan)  çöküntülərin  səthə  çıxdığı  sahələrdə 

də  rast gəlmək mümkündür. 

Ş

amaxı-Gürcüvan 

(yaxud 

Ş

amaxı) 

rayonu. 

Mərəzə 


yaylasından 

Girdmançaya qədər uzanmaqla, əsasən Şamaxı düzəlmə səthinin yayıldığı sahələri 

ə

hatə  edir.  Şimalda  Çuxuryurd    düzəlmə  səthinin  yamacı  və  Nialdağın  ətəyi  ilə, 



cənubda  İnqar-Ləngəbiz  tirəsi  ilə  əhatələnir.  Geoloji  quruluşunda  əsas  yeri 

oliqosen,  miosen  və  pliosen  çöküntüləri,  qismən  təbaşir  çöküntüləri  çıxıntıları 

(Meysəri  tirəsində,  Basqal  örtüyünün  cənub  hissəsində)  tutur.  Şamaxı-Gürcüvan 

rayonunda    yuxarı  pliosen-antropogen  yaşlı  hamar  səth    qırışıq  strukturları  kəsir. 

Bəzi  yerlərdə  (Mərəzə  platosu,  Gürcüvan  və  s.)  hamar  səthdə  akçaqıl  dəniz 

çöküntüləri  və  çaqıl  daş qatı  yatır.  Ağsu  və  Girdmançay  arasında  sahə dərələr və 

yarğanlarla  çox  kəsilmişdir.  Səthin  mütləq  yüksəkliyi  az  olmasına  baxmayaraq 

(800-1.000m)  çay  dərələrinin  dərinliyi  300-400  m-ə  çatır.  (bəzi  yerdə  500  m-dən 

artıqdır.) Rayonun Ağsuçaydan şərqdə yerləşən hissəsi zəif parçalanmışdır. Burada 

səthin  əsas    əyrilikləri  Zoğalavay  sinklinal  çökəyi,  Meysəri    antiklinal  tirəsi, 

Mədrəsə-Göylər platosu,  Pirsaatçayı  və  Acıdərə dərələri,  Mərəzə platosu və onun 

parçalanmış yamaclarından ibarətdir. 



Ş

ollar  ovalığı  rayonu.  Qusar  maili  düzənliyi  ilə  Xəzər  dənizi  arasında 

yerləşir.  Mütləq  yüksəkliyi-28  m-lə+200  m  arasında  yerləşir.  Səth  meylliyi 

olduqca  azdır,  Şimal-şərq  yamac  çaylarının  (Samur,  Qusarçay,  Qudyalçay, 



 

Qaraçay,  Ağçay,  Vəlvələçay  və  s.)allüvial-prolüvial  çöküntülərindən,  dəniz  sahili 



zolaqda dəniz   çöküntülərindən ibarətdir. Rayon  Qusar sinklinoriumunun intensiv 

ə

yilmə  sahəsində  yerləşir.  Pliosen  –antropogen  çöküntüləri  çox  qalındır. 



Gömülmüş strukturlar relyefdə özünü aydın gəstərə bilmir. 

Boğaz  düzənliyi  rayonu.  Dəniz  sahili  ilə  arid-denudasion  alçaq  dağlığın 

(Beşbarmaq  və  ondan  cənubdakı  tirələr)  şərq  ətəyi  arasında  sıxılmış  ensiz  hamar 

ovalıqdan ibarətdir. Dəvəçiçayla Ataçay arasında  və Giləzi burnu sahəsində o bir 

qədər genişlənir. 

Düzənliyin  şimal  hissəsi  sahillərində  laqunlara  rast  gəlmək  mümkündür, 

burada  dənizdə  tamamilə  təcrid  olmuş  Ağzıbir  gölü  var.  Ataçay,  Tuğçay, 

Sumqayıtçay düzənlikdə meandrlı  yarğanvarı “dərə” ilə axır. 

 



 

Ekzogen qüvvələrin relyefə təsiri 

Ekzogen  relyef  əmələ  gətirən  amillərin  hərəkətverici  qüvvəsi  günəşin  şüa  

enerjisi və qravitasiyasıdır. 

Ekzogen geomorfoloji qüvvələr hər yerdə yer səthi  relyefinə təsir göstərirlər. 

Onlar  bir  qayda  olaraq  endogen  qüvvələrin  endogen    qüvvələrin  əksinə 

istiqamətlənən prosesləri  yaradır və nəticədə  endogen qüvvələrin  yaratdığı  relyefi 

dəyişdirib,  yeni  relyef  formaları  əmələ  gətirir.  Düzənlik  ölkələrdə    endogen  və 

enzogen  qüvvələrin  belə  ziddiyyətli    fəaliyyəti  o  qədər  də  aydın  biruzə  vermir. 

Lakin Azərbaycan kimi çox  kontrastlı relyefi olan ölkələrdə bu ziddiyyətli inkişaf  

özünü  çox  kəskin  göstərir.  Ekzogen  qüvvələrdən  denudasiya  prosesləri 

respublikanın  bütün  dağlıq  ərazilərində,  maili  düzənliklərdə,  Xəzər  sahilində 

(abraziya,  akkumulyasiya)  baş  verir.  Tektonik    əyilmənin  davam  etdiyi  sahələrdə 

isə akkumulyasiya prosesləri hakimdir. 

Denudasiya və akkumulyasiyasının ərazinin hansı  vilayətlərində üstün olması 

neotektonik  hərəkətlərlə  və  respublika  ərazisinin  morfostrukturası  ilə  əlaqədardır. 

Neotektonik  mərhələdə  qalxmaya    məruz  qalan  bütün  sahələrdə,  hətta  dördüncü 

dövrün    axırlarında    inversiyada  olan    cavan  qalxma  sahələr    də  daxil  olmaqla,  

denudasiyanın    müxtəlif  növləri  hakimdir.  Tektonik  əyilmələr  bütün  neotektonik 

mərhələdə  akkumulyasiya  sahəsi  olaraq    qalmışdır.  Bunlardan  ən  böyükləri  Kür-

Araz ovalığı, Alazan- Əyriçay vadisi Xəzəryanı ovalıqlardır. 

Azərbaycan  ərazisində  Yer  kürəsində  məlum  olan  ekzogen  relyef 

ə

mələgətirən    proses  və  hadisələrin  çox  böyük  əksəriyyəti  fəaliyyət  göstərir. 



Bunlardan  ən  başlıcaları    eroziya  prosesləri  (istər  xətti  eroziya,  istərsə  də  sahəvi  

eroziya  və  deflyasiya),  aşınmanın  bütün  növləri  (fiziki  yaxud  termik  aşınma, 

habelə kimyəvi, bioloji aşınma və s.), qravitasiya prosesləri (sürüşmə, uçqun və s.), 

solifluksiya, nival, karst (həm əsl karst, həm də “yalançı” yaxud psevdo karst) və s-

dir. Respublikanın daha rütubətli iqlimi olan dağlıq ərazilərində flüval denudasiya 

proseləri,  quru  iqlimi  olan  dağətəyində,  yarımsəhra  vilayətlərdə  arid-  denudasiya 

prosesləri hakimdir. 



 

Aşınma prosesləri dağlıq ərazilərdə  çox sürətlə gedir. Yüksək dağlıq zonada 



və qismən, orta və alçaq dağlıqda torpaq və bitki örtüyündən azad olan sahələrdə  

termik aşınma üstündür. Fiziki aşınma  öz-özlüyündə  relyef forması yaratmırsa da, 

qravitasiya və eroziya  proseslərinə zəmin hazırlayır. 

Kimyəvi  aşınma    ən  çox  karbonat  süxurlar  yayılan    ərazilərdə  inkişaf  edir.  

Bununla belə o  zəif  də olsa qalan  sahələrdə də müşahidə edilir. Prosesin əsasını 

yerə  hopan    səth  sularının  suda  asan  həll    olan  maddələri  dağ    süxurlarının 

tərkibindən tədricən aparmasıdır. Təxmini hesablamalar göstərir ki,  Azərbaycanın 

dağlıq  ərazilərində    kimyəvi  aşınmanın  sürəti  20-30  mikron/il  arasındadır.  Bu 

rəqəm rütubətli  iqlim sahələrində maksimal  həddə çatır, arid vilayətlərdə isə ildə 

20 mikrondan az olub. Karbonatlı  süxurlarda  kimyəvi aşınma daha sürətlə gedir 

və onun  təsiri  altında  müxtəlif  karst  boşluqları  yaranır.  Böyük  və  Kiçik  Qafqazın  

ə

həngdaşı  süxurları    zonasında  karstın  bir  çox  formaları,  o  cümlədən  mağaralar 



inkişaf  etmişdir. 

Bioloji  aşınma    ən  çox  dağlıq    ərazilərin    meşə  zonasında  gedir.  Ağac  

bitkilərinin  kök sistemi   humin    turşusu  ifraz  edərək  süxurlarda   çatlar  yaradır və 

getdikcə onları genişləndirərək  qayaları parçalayır. Bu prosesi ot və kol  bitkiləri 

də törədir. Lakin bitki örtüyünün səthi qoruyucu (eroziyadan, denudasiyadan) rolu 

aşındırma işindən qat-qat üstündür. 

Aşınmanın    bu  göstərilən    növləri  böyük  relyef    formaları  yarada  bilmir, 

ə

razinin  geomorfoloji  quruluşunda    çox  da  ciddi    dəyişiklik  törətmir  (karbonat 



süxurlarda  kimyəvi aşınma  müstəsna olmaqla). 

Eroziya  prosesləri  dağlıq  ərazilərdə  ekzogen    geomorfoloji  amillərin  ən 

güclüsü,  ən  əsasıdır.  Respublika  ərazisində  eroziya  proseslərinin,  demək  olar  ki, 

bütün növləri yayılmışdır. 

Çay  eroziyası.  Çayların    fəaliyyəti  ilə  əlaqədar  olan    dərinlik  və qismən  yan 

eroziyası  daha  geniş  ərazilərdə  fəaliyyət  göstərir.  Azərbaycanın  dağlıq  sahələri 

neotektonik  mərhələdə  sürətlə  qalxdığından  burada  dərinlik  eroziyası  böyük  bir 

sürətlə inkişaf edərək  dərin və nəhəng  dərələr əmələ gətirmişdir. Böyük Qafqazda 

dağları  daha    yüksək  olduğundan  bura  daha  sıx    və  dərin  çay  dərələri  ilə  



 

kəsilmişdir.  Kiçik  Qafqazda    və  qalan  ərazilərdə    eroziya    prosesi    nisbətən  zəif 



inkişaf etmişdir. 

Dağlıq  sahələrdə  dərinlik  və  yan  eroziyanın    inkişafı  xüsusiyyətləri  ilə 

ə

laqədar    olaraq  müxtəlif    morfoloji  quruluşda  dərələr  yaranmışdır.  Dərələrin 



morfologiyası  dağətəyindən   suayrıcıya  qədər  dəyişir. Yüksək dağlıqda  əsasən 

dərinlk   eroziya, orta  dağlıqda dərinlik   və  yan eroziya  , qismən dərinlik   eroziya  

üstündür. 

Azərbaycanın    humid    və  arid    iqlim  sahələrində    eroziya    və  denudasiya  

prosesləri müxtəlif sürətlə  inkişaf edir və bir-birindən morfologiyasına  görə ciddi 

fərqlənən  relyef formaları (və kompleksləri) yaradır. Bu səbəbdən  humid və arid  

morfoskulptura    iqliminə  görə    kəskin  fərqlənən    geomorfoloji    vilayətlərdə 

yaranmışdır. Humid  vilayətlər geomorfologiyasının ən əlamətdar cəhəti  müxtəlif 

çay  dərələri, terrasları, erozion mənşəli  formalar  olduğu  halda, arid-denudasion 

sahələrdə  ən  çox  yarğan-qobu  şəbəkəhsi,  bedlend  və  s.  morfoskulpturanın  əsas 

fonunu və detallarını  təşkil  edir.  Humid morfoskulptura  respublikanın  əsas dağlıq 

ə

razilərini,  arid-denudasiya  morfoskulpturası  başlıca  olaraq  dağətəyində  (Cənub-



Şə

rqi Qafqazda, Ceyrançöl-Acınohurda, Orta Araz çökəyində, tala-tala Araz  boyu 

düzənlərdə) inkişaf etmişdir. 

Abraziya.  Xəzər  dənizinin  Azərbaycan  sahillərində  dənizin  səviyyə  rejimi, 

cərəyanları və dalğaların  təsiri  nəticəsində abraziya  prosesi davam edir. Abraziya 

dənizin    sahil  zonasında  müxtəlif  enlikdə  abrazion  platforma  yaradır.  Qədim 

dövrlərdə  yaranmış  abrazion,  abrazion-akkumulyativ  terraslar,  müxtərlif 

yüksəklikdə  yerləşir.  Müasir    dövrdə  bu  proses  sahil  boyunda  və  sahil  xətti  üzrə 

gedir.  Lakin  bəzi  sahələrdə  abraziya  akkumulyasiya  ilə  əvəz  olunur  və  relyefin 

dəniz akkumulyasiyası ilə əlaqədar olan  müxtəlif formaları yaranır. 

Külək  eroziyası  (deflyasiya)  nisbətən  güclü  küləklərin  çox  təkrar  olunduğu 

sahələrdə  daha  effektli  olub  səthi    dəyişdirir.  Bitki  örtüyü  sıx  olan  yerlərdə  

deflyasiya  inkişaf edə bilmir. O, ən çox Xəzər dənizi sahillərində, dağların çılpaq 

yamaclarında  və  xüsusilə  güclü  küləklər    təkrar  olan  şumlanmış  sahələrdə 

yayılmışdır.  Külək    eroziyası  çox  da  böyük  olan  relyef  formaları  yarada  bilmir. 



 

Onun  fəaliyyəti  ilə  əlaqədar  olan  mikroformalara  isə  (arı  şanına  bənzəyən  



formalar,  müxtəlif  çökəklər  və  s.)  respublikanın  hər  yerində  rast  gəlmək 

mümkündür.  Külək  akkumulyasiya  forması  daha  effektli  olub,  dünlər  və 

b.təpəciklər  halında qumtlu çöküntülərin yayıldığı  bütün ərazilərdə var. Bu Xəzər 

dənizi  sahilində  ensiz  zolaqda,  ara-sıra    Mil,  Muğan  düzlərində  dün  qum  təpələri 

yaratmışdır. 

Buzlaq  ekzarasiyası  yüksək  dağlıqda    (Böyük  Qafqazda    müasir  buzluqların  

olduğu  zirvələrdə)  relyefin    evolyusiyasında    müəyyən  dərəcədə    iştirak  edir. 

Qədim  buzlaqların  eroziya  fəaliyyəti  ilə  yaranmış    relyef  formaları  Azərbaycanın 

yüksək  dağlıq  sahələrində  (Böyük  və  Kiçik  Qafqaz  dağlarında)  daha  geniş  yer 

tutur. Bu müasir buzluqlara  nisbətən dördüncü dövr buzlaqlarının yüksək dağlıqda  

daha  geniş  sahələrdə  yayılması  ilə  əlaqədardır.  Qədim  buzlaqların    yaratdığı 

troqlar,  karlar,  cirklər,  həmçinin  moren  yığınları  və  s.formalar  yüksək  və  qismən 

orta dağlıqda    relyefin  “arxitekturasında” görkəmli  yer  tutur.  Çoxillik    qar  və  qar 

talaları  da  yamacların  inkişafında    və  xüsusi    relyef  formalarının  meydana 

gəlməsində müəyyən rol oynayır. Belə formalara  respublikanın dağlıq ərazilərində  

(yüksək dağlarda) əsasən şimal yamaclarda rast gəlmək mümkündür. 

Qravitasiya  prosesləri (yaxud qravitasiya  təsiri) ilə  yaranan relyef formaları 

respublikanın  dağlıq  ərazilərində  xeyli  geniş  yer  tutur.  Ümumiyyətlə,  qravitasiya  

gücü  yer  səthində  yaranan  müxtəlif    relyef  formalarının  əsas  hərəkətverici 

qüvvəsidir.  Dağlıq  ərazilərdə    eroziya  və  denudasiyanın    bütün  növlərinin,dağ 

süxurlarının    hər  cür  hərəkətinin  ən  başlıca  səbəbi  qravitasiya    gücüdür. 

Qravitasion relyef formalarına  hər şeydən əvvəl uçqunlar və uçqun-sürüşmə, süxur 

qırıntılarının sərbəst düşməsi, sürüşmənin  bir çox növləri və s. nəticəsində yaranan  

formalar  aid  edilir.  Uçqunlar,  uçqun-sürüşmələr,  sürüşmələr  çay    kənarlarında  və 

dik dağ  yamaclarında, ən  çox gilli  süxurlarda gillicələrdə və yamacların  ətəyinin 

yuyulduğu  sahələrdə    yaranır.  Bu  proseslərin    və  onlarla  əlaqədar  olaraq    relyef 

formalarının yaranması üçün ən əlverişli  şərait, Respublikanın Baş Qafqaz dağları 

hissəsində, xüsusilə  orta dağlıq qurşaqda var. Bu səbəbdən  Qonaqkənd, Altıağac, 




 

Quba,  Şamaxı,  İsmayıllı  və  s.rayonlar  ərazisində    külli    miqdar  sürüşmə,  uçqun-



sürüşmələr inkişaf etmişdir. 

Akkumulyasiya    prosesləri.  Azərbaycan    ərazisində  yuxarıda  göstərilən 

ekzogen amillərin  geomorfoloji fəaliyyəti yalnız denudasiya ilə bitmir. Sadalanan 

hər bir amil və onun yaratdığı denudasiya  prosesi akkumulyasiya  ilə tamamlanır 

(dağıdıcı  fəaliyyət  qurucu  fəaliyətlə-denudasiya    akkumulyasiya  ilə    tamamlanır). 

Bu  prosesin    (yaxud  xüsusiyyətin)  respublikamızın,  eləcə  də  bütün  dağlıq  

ə

razilərin    relyefinin  inkişafında    rolu  misilsiz  dərəcədə  əhəmiyyətlidir. 



Denudasiya  proseslərindən ən güclüsü və geomorfoloji cəhətdən  effektlisi eroziya 

olduğu kimi akkumulyasiyasının da çaylarla bağlı olan  növü ən güclü  olub böyük 

relyef  formaları  yaradır.  Böyük  və  Kiçik  Qafqaz  dağlarını  haşiyələyən  maili 

(hazırda 

akkumulyativ-denudasion) 

düzənliklər, 

geniş 

Kür-Araz 



ovalığı 

akkumulyativ düzənliklərdir. 

Dağətəyi  sahələrdə    akkumulyasiya  prosesi  daha  güclüdür.  Burada  çayların  

dağlardan gətirdiyi ən iri qırıntı məhsullar (iri valunlardan  tutmuş qum danələrinə 

qədər)  toplanır  və  müxtəlif    həcmli  gətirmə  konusları  yaradır.    Tektonik  əyilmə 

sahələrində  belə,  çayların  subaeral  deltalarında  akkumulyasiya  güclü  olduğundan 

səthin  mütləq  və  nisbi  yüksəkliyi  artır.  Çayların  əsas  təsir  zonasında  

akkumulyasiya  daha  güclü  olub,  kənarlara  tərəf  zəifləyir.  Bunun  nəticəsində 

nisbətən  yüksək  gətirmə  konusları  ilə,  alçaq  konusarası  batıq  düzənliklər 

növbələşir, dağ ətəyində dalğalı mail düzənliklər yaranır. Alazan-Əyriçay vadisinin 

eyni adlı çaylardan şimalda yerləşən, səthi çox  qabarıq, yelpikvarı şəkildə gətirmə 

konusları  və onların  arasındakı ensiz konusarası batıq düzənliklərdən ibarət olan  

maili düzənliyi buna misal göstərmək olar. 

Akkumulyasiya    prosesləri  respublikada    tək  quruda  deyil,  Xəzər  dənizində  

də  gedir.  Burada  əsasən  çayların  gətirdiyi  ən  narın  çöküntülər,  həm  də  dəniz 

dalğalarının, cərəyanlarının sualtı qalxmalardan  yuduğu çöküntülər və orqanogen 

qalıqlar    toplanır,  laylı  təbəqələr  yaranır.  Dəniz  suları  altından    çıxan  ərazilərdə 

dəniz  akkumulyasiyası,  relyefi  (  hamar  dəniz  düzənlikləri)  üstündür.  Düzənlik 

sahələrdən fərqli olaraq dağlıq ərazilərdə akkumulyasiya və bununla əlaqədar olan 



 

relyef  formaları  kiçik  sahələr  tutur  (yamacların    ətəyində,  dağlardakı  tektonik  və 



erozion  çökəklərdə,  iri  çayların  yataqlarında  və  onların    qollarının  mənsəblərində 

və i.a.). 

Göründüyü  kimi,  respublika  ərazisinin  geniş  bir    hissənin    relyefi 

akkumulyasiya  prosesləri  nəticəsində  yaranmış  müxtəlif  morfoloji  səciyyəsi  olan  

düzənliklərdir.  Bu  düzənliklərin  bir  çoxu  neotektonik  qalxma  nəticəsində  

akkumulyasiya  sahəsindən  çıxıb,  denudasiya  sahəsinə  çevrilmiş  və  erozion 

formalarla  (çay  dərələri,  yarğanlar,  qobular  və  s.)kəsilmişdir.(Qusar,  Naftalan, 

Arazboyu,  Gəncə-Qazax,  Qarabağ  maili  düzənlikləri,  Xəzərin  Qərb  sahillərində 

dəniz  səviyyəsindən    xeyli  yüksəyə  qalxmış  akkumulyativ  dəniz  terrasları  və  s.). 

Tektonik    əyilmə  davam  edən  sahələrdə  isə  müasir    dövrdə  akkumulyasiya 

prosesləri davam etməkdədir. 

Ekzogen    relyef  əmələ  gətirən    proseslərin    dağlıq    ərazilərdə    yayılmasına 

görə  respublikanın  dağları  bir  neçə  geomorfoloji  qurşaqlara  (yüksəklik  zonalara) 

bölünür:  1-Alçaqdağlıq-bu  respublika  ərazisində  əsasən  arid-denudasiya 

proseslərinin və arid-denudasiya morfoskulpturasının haki olduğu qurşaqdır. Lakin 

Baş  Qafqazın    şimal-şərq  yamacında,  cənub  yamacın    Alazan-Əyriçay  vadisinə  

qovuşan alçaq dağlığında, Talış alçaq dağlığında flüvial morfoskulptura üstündür. 

2-Orta    dağlıq  (Naxçıvan  orta  dağlıq  qurşağı  müstəsna  olmaqla)  humid  iqlimdə 

hakim  olan  eroziya,  denudasiya  proseslərin  və  flüvial      morfoskulpturanın,  (çox 

dərin  və  sıx  çay  dərələrinin)  inkişafı  ilə  səciyyələnir.  Bu  qurşağın    aşağı  sərhədi 

ə

ksər  halda,  1.000-1.200  m,  yuxarı  sərhədi  2.000-2.400  m-dən  keçir.  3-  Yüksək 



dağlıq.  Bu  Baş  Qafqaz    silsiləsini,  Kiçik  Qafqazın    yüksək  silsilələrini,  Qarabağ  

yaylasını əhatə etməklə, Nival, subnival (soliflüksiya) və flüvial morfoskulpturanın 

hakim olması ilə səciyyələnir. 

 

Azərbaycan geomorfoloji rayonları



 

Azərbaycan  ərazisinin    geoloji    və  geomorfoloji  inkişafı  və  müasir  relyefin 

xüsusiyyətləri  burada    bir-birindən  kəskin  fərqlənən,  beş  böyük  geomorfoloji 

vilayətin  ayrılmasına  imkan  verir.  Bunlar  Böyük  Qafqazın    və  Kiçik  Qafqazın  




 

Azərbaycan  ərazisinə  daxil  olan    cənub-şərq  hissələri,  bunların  arasında  yerləşən 



Kür-Araz  ovalığı  və  orta  Kür  çökəkliyi,  nəhayət  respublikanın  cənub-şərqində 

yerləşən Talış dağları vilayətləridir. 

Göstərilən  geomorfoloji  vilayətlərin    heç  biri  Azərbaycan  ərazisində    tam 

təmsil  olunmur.  Məlum  olduğu  kimi,  Böyük  və  Kiçik  Qafqaz  dağlarının    əksər 

hissəsi  qonşu    respublikalar  ərazisində  yerləşir.  Kür  çökəyinin  qərb  kənarı  isə  

Gürcüstan  ərazisinə    daxil  olur.  Buna  baxmayaraq  bir  çox  əsas  geomorfoloji  

xüsusiyyətlərinə görə həmin vilayətlərin Azərbaycan   ərazisində yerləşən  hissələri  

digər  hissələrindən  xeyli fərqlənir və bu  səbəbdən  onlara  sərbəst geomorfoloji 



vahid kimi baxılır. 


Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə