Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

 

tirələri  uzanır, bunların arxasında  bataqlıq çökəklər və dağlara qədər sahədə səthi 



terraslı düzənlik yerləşir. 

Naxçıvan ərazisi əsasən  dağlıqdır. Araz  boyu ilə  yüksəkliyi  600-800 m olan 

düzənliklər  (Sədərək, Şərur, Naxçıvan, Culfa düzənlikləri və s.), bundan bir  qədər 

ş

imala  dərələrlə  kəsilmiş maili  düzənlik  və təpəli-tirəli dağətəyi uzanır. Burada 



relyefdə özünü kəskin  göstərən bir neçə ekstruziv  gümbəzlər sıra ilə düzülmüşdür 

(Nəhəcir,  İlandağ  və  s.).  Ərazinin  şimal,    şimal-şərq  hissəsi  dağlıqdır.  Ən  uca 

dağlar    Zəngəzur    dağlarıdır  ki,    bu  şimal-qərbdən  cənub-şərqə  uzanır  və  Araz  

dərəsi ilə kəsilir. Onun yüksək zirvələri Qapıcıq  (3,906 m), Dəmirli dağ (3,368 m), 

Sarıdərə (3,754 m), Naxçıvan ərazisində olub qədim buzlaq relyefinə malikdir.  

Dərələyəz    dağları  orta  dağlıqdır,  enli  istiqamətdə  uzanır.  Ondan  cənuba  bir 

neçə qol ayrılır. Uca zirvəsi Gəlinqayadır. (2.773 m). 

Naxçıvan  ərazisi  dəniz  səviyyəsindən    çox  yüksəkdə  yerləşir.  Onun  orta 

hündürlüyü 1.412 m-ə çatır. 

 

Relyefəmələgətirən amillərin qısa səciyyəsi. 

Relyefin  əmələ  gəlməsinə  və  inkişafına  bir  çox  amillər  təsir  edir.  Bu 

amillərdən  bir  qismi    bu  prosesdə    passiv,  bir  qrupu  isə  olduqca  fəal  iştirak  edir. 

Passiv  amillərə  ərazinin  geoloji  quruluşu-onu  təşkil  edən    süxurların    litoloji, 

kimyəvi tərkibi, yaşı, fiziki-mexaniki xüsusiyyətləri,hətta  rəngi; ərazinin torpaq və 

bitki  örtüyü    və  i.a.;  relyef  yaranmasında  və  onun  dəyişməsində  fəal  iştirak  edən 

amillərə  isə  yeni  tektonik  hərəkətlər  (neotektonika),    yenivulkanizm,  ərazinin  

seysmikliyi və, nəhayət, ekzogen amillər qrupudur.  

 

Geoloji quruluşun əsas xüsusiyyətləri 

Azərbaycan  ərazisi  olduqca  mürəkkəb    geoloji  quruluşa  malikdir.  Burada 

paleozoydan  tutmuş  dördüncü  və  müasir  dövrlərə  qədər  bütün  geoloji  dövrlərin 

dəniz  və  kontinental,  terrigen  və  orqanogen  çöküntü  laylarına,  metamorfik  və 

vulkanik  süxurlarına  rast  gəlmək    mümkündür.  Respublikanın  ayrı-ayrı 

geomorfoloji  vilayətləri geoloji  quruluşuna görə  bir-birindən xeyli fərqlənir. Bir 




 

qayda  olaraq  respublikanın  depressiya    zonaları  cavan  (üçüncü  və  xüsusilə 



dördüncü  dövr)    və  yumşaq  çöküntülərdən  ,  dağlıq  əraziləri    isə  qədim  (əsasən 

mezozoy  və  paleogen,  qismən  paleozoy    yaşlı)  süxur  komplekslərindən 

qurulmuşdur. 

Azərbaycanın  dağlıq  ərazilərində  yayılmış    mezozoy    və  kaynazoy  

çöküntülərində  alp  qırışıqlığı  nəticəsində    müxtəlif  morfoloji  xüsusiyyətləri  olan 

tektonik  strukturlar    yaranmışdır.  Tektonik  hərəkətlərin    gərginliyindən  və 

başvermə  xüsusiyyətlərindən  asılı  olaraq    müəyyən  sahələrdə    qırışıqlar  nisbətən  

normal  vəziyyətdə  olan    antiklinal    və  sinklinallardan  ,  yaxud  şiddətli  qırışıqlıq 

sahələrində  izoklinal, çox yerdə çevrilmiş, üstəgəlmələr  və tektonik  pozulmalarla 

mürəkkəbləşmiş  struktur zonalardan (Baş Qafqazın cənub yamacı) ibarətdir.    

Respublikanın  Baş  Qafqaz  ərazisinin  görkəmli  mezostruktur  zonaları  yan 

silsilə 


antiklinoriumu, 

Tfan 


(Başsuayrıcı) 

antiklinoriumu, 

Ş

ahdağ-Xızı 



sinklinoriumu,  Sudur  zonası,  Dübrar-Yaşma    sinklinoriumu,  Altıağac-Kurkəçidağ 

və Aladaş –Yunusdağ antiklinoriumu və s.-dir. 

Kür çökəkliyində struktur  cəhətdən iki əsas sahə ayrılır: 1-Orta Kür çökəkliyi 

və Şərqi Kür çökəkliyinin şimal kənarı, 2- Şərqi Kür çökəkliyi. Orta Kür çökəkliyi 

və  Şərqi  Kür  çökəkliyinin  şimal  kənari  cavan  antiklinal    və  sinklinal    struktur 

zonaların olması ilə səciyyələnir. (Ceyrançöl, Acınohur və s.). Şərqi  Kür çökəkliyi  

böyük tektonik  əyilmə zonasıdır. 

Kiçik Qafqaz meqantiklinoriumunun Azərbaycana  daxil olan şərq və cənub-

şə

rq  hissələrində  bir  neçə  böyük  struktur  zonalar  ayrılır:-Somxet-Qarabağ 



antiklinoriumu, 

Sevan-Əkərə 

sinklinoriumu, 

Zəngəzur 

və 

Dərələyəz 



antiklinoriumu və Orta Araz  çökəkliyinin  Naxçıvan  ərazisində yerləşən  struktur 

elementləri,  Somxet-Qarabağ antiklinoriumunda bir sıra ikinci dərəcəli strukturlar   

özünü  relyefdə  çox  aydın  göstərir  ki,  bunlardan  ən  görkəmlisi    Murovdağ    və 

Qarabağ antiklinoriumlarıdır. 

Azərbaycanın 

cənub-şərqində 

yerləşən 

Talış 


dağları 

eyni 


adlı 

braxiantiklinoriuma uyğun gəlir. Talış braxiantiklinoriumu ikinci dərəcəli (Astara, 

Burovar) antiklinoriumlardan və Yardımlı sinklinoriumundan ibarətdir. 



 

 



Neotektonik hərəkətlər 

Planetimizin  müasir  relyefinin  yaranmasına  neotektonik  hərəkətlər  görkəmli 

yer tutur. Azərbaycan   yüksək dağların, böyük çökəkliklərin  olması da bilavasitə 

bu  hərəkətlərin  başvermə  xüsusiyyətindən  ,  istiqamətindən  və  intensivliyindən 

asılıdır. 

Azərbaycan neotektonikasına  dair  M.H. Ağabəyovun,  F.S. Əhmədbəylinin, 

B.  Ə.  Budaqovun,  B.A.  Antonovun,  N.V.  Dumitraşkonun,  D.A.  Lilienberqin, 

Ə

.V.Məmmədovun,  M.A.  Museyibovun,  N.Ş.  Şirinovun  və  başqalarının  bir  çox 



ə

sərləri  nəşr olunmuşdur. 

Azərbaycan geoloqlarının və geomorfoloqlarının əksəriyyəti respublikanın və 

eləcədə  Qafqazın  dağlıq  vilayətlərində  neotektonik  mərhələnin  başlanğıcını  

neogenin    sarmat  (üst  sarmat)  əsrinə  aid  edirlər.  Bir  qrup  tədqiqatçılar    isə  bu 

mərhələni    akçaqıl  əsrinin  əvvəlindən  –  böyük  akçaqıl  transqressiyasının 

başlanğıcından  götürürlər.  Neotektonik  mərhələnin  başlanğıcını  Qafqazda  

miosenin axırına aid edən  tədqiqatçılar  ona əsaslanırlar ki, orta və qismən  yuxarı 

miosendə Qafqazın dağlıq ərazilərində   denudasiya  prosesləri  güclü olur və geniş 

hamar  səthlər  yaranır.  Dağların  yüksəkliyi  1.000  m-dən    artıq  olmur.  Sarmat 

ə

srinin  axırlarından  etibarən    aşağı  və  orta    pliosendə    dağlarda  tektonik   qalxma 



güclənir, orta və yüksək dağlar yaranır, dağarası çökəklərdə isə qalın dəniz və çox 

qaba kontinental  çöküntü qatları toplanır.  

Neotektonik  mərhələnin  başlanğıcını  orta  pliosendən    yuxarı  pliosenə    keçid 

dövrə  aid edənlər  ona əsaslanırlar ki, orta pliosenin axırında  tektonik hərəkətlər  

zəifləyir,  akçaqıl  transqressiyası  zamanı  dəniz  suları  geniş  əraziləri  (o  cümlədən 

Cənub-Şərqi  Qafqazda  müasir  mütləq  yüksəkliyi  1.500-1.600  m-ə  qədər  olan 

sahələri) örtür. 

Yuxarı  pliosendə  depressiyalarda  və  dağətəyi  zonalarında  daha  qaba 

kontinental  çöküntülər  qatı  toplanır,  ciddi  tektonik  inversiya  başlanır,  Kiçik 

Qafqazda  vulkanizm  güclənir.  Bu  hərəkətlər  qısa  bir  geoloji  vaxtda    Qafqazın 




Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə