Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

 

müasir    dağlıq  relyefini,  vulkanik  yaylalarını  (fəal  vulkan  püskürməsi  və  qalxma 



nəticəsində), depressiyaların cavan inversion  qırışıqlıq zonalarını yaradır. 

Qobustanda, 

Xəzərin 

qərb 


dayazlığında, 

Qərbi 


Abşeronda 

palçıq 


vulkanlarının fəaliyyəti olduqca güclənir.  

Aşağıda  Azərbaycanın  böyük  geomorfoloji  vilayətlərinin  neotektonikasının 

qısa ümumi səciyyəsi verilir. 

Baş Qafqazın  cənub-şərq gümbəzvari neotektonik qalxması hələ neotektonik 

mərhələdən  xeyli əvvəllər, alp qırışıqlığı zamanı yaranmış strukturların  mürəkkəb 

kompleksindən  ibarətdir.  Neotektonik  mərhələdən    əvvəllər  yaranmış  uzununa  və 

bir  neçə  eninə  tektonik  qırılmalar    sahənin  strukturunu  çox  mürəkkəbləşdirir. 

Neotektonik  mərhələnin  başlanğıcında  (Sarmat  əsrinin  sonunda)  hələ  Baş  

Qafqazın suayrıcı, yəni ən yüksək sahəsi dəniz  səviyyəsindən cəmi 500-600 (800 

m-ə qədər) yüksəkdə yerləşirdi. Qalan ərazi Sarmat dənizi suları altında idi. Həmin 

dənizin  çöküntüləri  Şahdağda  3.500  m  yüksəkdə  (B.Ə.Budaqov),  cənub  yamacın 

sıldırımlarında isə 1.000 m yüksəkdə (Diallı kəndi yaxınlığında, Ə.B. Məmmədov) 

tapılmışdır.  Sarmat  əsrindən  sonra    Baş  Qafqaz  dağları  çox  güclü    tektonik  

qalxmaya məruz qalır, alt və orta pliosendə qısamüddətli fasilələrlə akçaqıl əsrinin 

başlanğıcına  qədər davam edir. 

Akçaqıl əsrinin əvvəllərində Baş Qafqazda tektonik zəifləmə baş verir, dağları 

eroziya  və  denudasiya  xeyli  alçaldır,  dağətəyi  sahələr  böyük  akçaqıl  

transqressiyası  suları  ilə  örtülür.  Lakin  akçaqılın  axırından  etibarən    və  xüsusilə 

Abşeron  əsrinin  iknci  yarısından  Baş  Qafqazda  və  onu  əhatə  edən  tektonik 

zonalarda tektonik qalxma özünü yenidən  böyük bir güclə göstərir. Dağların şimal 

yamacında  akçaqıl  çöküntüləri həmin  hərəkətlər  nəticəsində 1.600-1.800m, cənub 

ə

təyində  1.000  m  yüksəyə  qalxmışdır,    cənub-şərq  yamacda  akçaqıl  əsrində  sahil 



zonasında  yaranmış  hamar  səthlər  isə  ciddi  deformasiyaya  məruz  qalmış  və  800-

1.00  m-dən  1.500-1.600  m-ə  qədər  yüksəyə  qalxmışdır.  Cənub  yamac    çox  dik  

olduğundan  burada  cavan  dövrlərin    çöküntüləri  və  hamar  səthləri  yaxşı 

saxlanmamışdır. 




 

Baş Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Qusar-Dəvəçi tektonik 



ə

yilməsi  (bu  relyefinə  görə  maili  düzənlikdir)  neotektonikasına  görə  iki  əsas 

hissəyə    ayrılır:  1-şimal-şərq  (Xəzəryanı),  2-cənub-qərb.  Əsasən    Samur-Dəvəçi 

ovalığını tutan şimal-şərq sahə bütün neotektonik mərhələ ərzində müxtəlif sürətlə 

ə

yilməyə məruz qalmışdır və burada 2.000-3.000 m-dən  artıq qalınlığı olan dəniz 



və kontinental çöküntü  qatı toplanmışdır. Ərazinin relyefi əsasən düzənlikdir. 

Baş  Qafqazın    cənub-şərq  periklinalında    Qobustan-Abşeron    neotektonik 

sahəsi  yerləşir.  Bura  həmçinin  Xəzər  dənizinin  dayazlıq  sahələri  də  daxildir. 

Neotektonik  mərhələdən  əvvəl  sahə  intensiv  çökməyə  məruz  qalmışdır.  Ayrı-ayrı 

sinklinal  zonalarda    tək  məhsuldar  qat    çöküntülərinin  qalınlığı  2.000-3.000  m-ə 

çatır.  Yuxarı  pliosen    və  dördüncü    dövrdə  Qobustan  –Abşeron  sahəsində 

diferensial  qarışıqlı  tektonik  hərəkətlər    güclənir.  Sinklinal    zonalarda  çöküntü 

toplanır,  antiklinal  zonalar  isə    qalxmaya,  abraziya  və  denudasiyaya  məruz  qalır. 

Qalxma, sahənin qərbində daha üstün olur, tektonik çökmə isə şərqində üstün  olur. 

Yuxarı  pliosen-dördüncü  dövrdə  əyilmənin  böyüklüyü  Cənub-Şərqi  Qobustanda  

və  Bakı  arxipelağında    1.000-3.000  m  arasında,  qalxmanın  böyüklüyü  cənubi  və 

mərkəzi  Qobustanda  200-500  m,  qərbdə  isə  600-800  m-ə  qədərdir.  Qobustan  və 

Abşeronun  müasir  strukturları  və  relyefi  bilavasitə  neotektonik  hərəkətlərlə 

bağlıdır.  Ərazinin  ən  əlamətdar  cəhətlərindən  biri  burada  yuxarı  pliosendə  və 

dördüncü  dövrdə palçıq vulkanlarının fəaliyyətinin güclənməsidir. 

Azərbaycanda  neotektonik  hərəkətlərin  çox  intensiv    və  diferensial    şəkildə 

baş  verdiyi  vilayət  Kür  dağarası  çökəkliyidir.  Neotektonik  mərhələnin  aşağı 

sərhədi  bu  vilayətdə  akçaqıl  transqressiyasının  başlandığı  vaxtdan  hesab  edilir. 

Ə

razinin  müasir  relyefi  və  cavan  qırışıqlığı  yuxarı  pliosen-dördüncü  dövrün  



tektonik hərəkətləri ilə əlaqədar yaranmışdır. 

Ceyrançöldə  yerləşən  Çatma  qalxmasından  başqa,  Kür  çökəkliyinin  hər 

yerində  akçaqıl  əsrində  sürətlə  əyilmə  baş  verir  və  dəniz  suları  ərazini  örtür. 

Çökəkliyin  dağətəyi  zonalarında    dəniz  çox  dayaz  olur  və  tez  bir  zamanda    iri 

qırıntılı allüvial-prollüvial qatların toplanması nəticəsində sahil xətti dağətəyindən  

bir  qədər  geri  çəkilir.  Kür  çökəkliyinin  daxili  və  şərq  sahələrində  dənizdə  narın  




 

çöküntü  qatları  toplanır.  Orta  Kür  çökəkliyində  əyilmə  Şərqi  Kür  çökəkliyinə 



nisbətən daha sürətli olur. Burada akçaqıl çöküntülərinin qalınlığı 1.000 m-ə qədər 

çatır. Şərqi Kür çökəkliyində və Xəzər dənizinin sahil dayazlığında bu 200-600 m 

arasındadır. 

Abşeron  əsrində  neotektonik  hərəkətlərin  xarakterində,  sahə  üzrə 

diferensiasiyasında  ciddi dəyişiklik olmur. Dəniz hövzəsi dağətəyindən xeyli geri 

çəkilir, Qərbi Azərbaycanda Böyük Kür körfəzindən  qərbə uzanan daha iki  kiçik 

körfəz (Ceyrançöl və İori körfəzləri) yaranır. 

Abşeron əsrinin axırlarında tektonik hərəkətlər bir qədər fəallaşır, Ceyrançöl, 

Acınohurda  və Kür çökəkliyinin şərqində qırışıq strukturlar  yaranmağa başlayır. 

Lakin  Bakı  əsrində  çökmənin  və  dəniz    transqressiyasının  yenidən  üstün  olması 

nəzərə  çarpır.  Bakı  dənizinin    transqressiyası  akçaqıl  və  Abşeron  dənizləri 

transqressiyasından  bir  qədər  zəif  olur.  Ceyrançölün,  Acınohurun  şimal  və  orta  

zonaları, Kiçik Qafqaz ətəyi maili düzənliklərin yuxarı zonası artıq dəniz suları ilə 

örtülmür. 

Xəzər  və  Xvalın    əsrlərində  isə  dəniz  transqressiyaları    daha  zəif  olmuş  və 

özlərindən  əvvəlki  sahil  xətlərini  örtə  bilməmişdir.  Beləliklə,  dördüncü  dövrdə 

neotektonik hərəkətlər nəticəsində Kür çökəkliyi daxilində dəniz  getdikcə qərbdən 

şə

rqə, özünün müasir konturuna tərəf  sıxışdırılmışdır. 



Dördüncü  dövrdə  daha kontrastlı  tektonik    hərəkətlər orta  Kür  çökəkliyində, 

Şə

rqi  Kür  çökəkliyinin  şimal-şərq    zonasında  olmuşdur.  Bütün  Ceyrançöl-



Acınohur  zonasında bu dövrdə çox gərgin  gedən qırışıqlıq  hərəkətləri və  ümumi 

nisbi  qalxma  baş  verir.  Bunun  nəticəsində  Acınohurun  maili  düzənliklərində  bir 

sıra antiklinal və sinklinal  strukturlar yaranır. Şimalda yerləşən antiklinallar  daha 

sürətlə qalxır. Nəticədə çökmədə olan Alazan-Əyriçay sinklinal depressiyası qapalı 

formaya düşür, Kür ovalığından təcrid olunur. 

Kiçik  Qafqazın  müasir  tektonik  planı  neotektonik  mərhələdən  əvvəlki 

dövrlərdə (paleogendə) yaranmışdır. Sonrakı geoloji əsrlərdə, xüsusilə oliqosen və 

miosendə ərazi denudasiya nəticəsində çox alçalır, bəzi sahələrdə  hətta zəif əyilir 

və dəniz transqressiyasına məruz qalır. 



Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə