Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

10 

 

Talış  dağları  da  neotektonik  mərhələdə  müasir  formada  yaranmışdır. 



Neotektonik  hərəkətlərin  amplitudu  sərhəd  boyu  uzanan  Talış  sıra  dağlarında 

(Astara  antiklinoriumu)  2.000  m-ə  qədər,  Burovar  dağlarında  (Burovar 

antiklinoriumu)    isə  500-1.000  m-ə  qədər  olmuşdur.  Ərazidə  üç  paralel  sıra 

dağların  və  onların  arasında  çökəklərin    yaranması  ümumi  qalxma  fonunda  

diferensial    hərəkətlərlə  əlaqədardır.  Kontrastlı    hərəkətlər  zonasında    tektonik 

qırılmalar cavanlaşmış, dağətəyi zonada  yeniləri yaranmışdır. 

Azərbaycan ərazisində tektonik hərəkətlər müasir dövrdə də fəaliyyət göstərir. 

Təkrar nivelirləmələr və başqa  geodezik ölçmələr nəticəsində müəyyən edilmişdir 

ki,  respublikanın  Baş  Qafqaz    sahələri  xeyli  sürətlə  qalxır.  Burada  qalxmanın 

böyüklüyü  yüksək dağlıqda ildə   10-12 mm,   dağətəyində 6-8 mm  olub, Abşeron 

yarımadasında  əyilmə    ilə  əvəz  olur.  Yarımadanın    şərq  yarısı  və  Xəzər  sahili  

ovalıqda  əyilmə  ildə  2-4  mm,  Kür  çökəyinin  geniş  mərkəz    sahəsində  4  mm-dən 

artıqdır.  Ceyrançöl-Acınohur  zonası  alçaq dağlıq olmasına  baxmayaraq   fəal sahə 

olub  ildə  6-8  mm  qalxır. Kiçik Qafqazın  şimal-şərq  yamacı  və  vulkanik   sahələr 

müasir  dövrdə  zəif  əyilmə  sahəsidir  (3-6  mm).  Murovdağ,  Şahdağ  silsilələri  isə 

zəif  qalxma  sahələridir.  Gələcəkdə  respublika  ərazisində  daha  dəqiq  tədqiqatların  

aparılması müasir tektonik hərəkətlərə dair daha ətraflı məlumat toplamağa imkan 

verəcək. 

Maqmatik    vulkanizmlə  yanaşı  Azərbaycanda  palçıq    vulkanları  da  geniş 

yayılmışdır.  Mənşəyinə  görə  maqmatik  vulkanlardan  kəskin  fərqlənən  palçıq 

vulkanları  da    endogen  relyef  əmələgətirən  qüvvələrə  daxildir.  Onların  fəaliyyəti 

neftli-qazlı  vilayətlərin  yer  dərinliklərində  yaranan  qazların,  sulu-qazlı  palçıq  

kütlələrinin tektonik qırılmalar vasitəsilə yer səthinə çıxması ilə nəticələnir. 

Zəlzələlər  endogen  qüvvələrədən  olub    yer  səthi    relyefində  müəyyən 

dəyişikliklər  yaradır.  Bu  xüsusilə  seysmik  cəhətdən  fəal  olan  dağlıq  sahələrdə 

özünü aydın göstərir. Lakin zəlzələr nəticəsində  yaranmış relyef formaları az sahə 

tutur  və  tez  zamanda  ekzogen  prosesləri  təsiri  altında  dəyişir,  relyef  formalarına 

zəlzələ çatları, uçqunlar, dik  pilləvarı yamaclar və s daxildir. Bu formalar çox vaxt 

adi qravitasiy a formalarından seçilmir. 



11 

 

 




 

Kür çökəkliyinin geomorfoloji rayonları 

Kür çökəkliyi vilayəti müasir geomorfoloji  xüsusiyyətlərinə görə Azərbaycan 

daxilində aşağıdakı yarımvilayətlərə və rayonlara ayrılır : 

1.Kür-Araz  düzənliyi  yarımvilayəti  (bura  Kür-Araz  ovalığı,  Cənub-Şərqi 

Ş

irvan düzü və Kiçik Qafqaz ətəyi maili düzənliklər rayonlar daxildir). 



2.Ceyrançöl-Acınohur  alçaq  dağlığı  yarımvilayəti  (Ceyrançöl,  Acınohur  və 

İ

nqar-Ləngəbiz rayonlarını əhatə edir). 



3.Alazan-Əyriçay vadisi yarımvilayəti 

Kür-Araz  ovalığı  rayonu.  Mingəçevirdən    Xəzər  dənizinə  doğru,  300  km-ə  

qədər  məsafədə  uzanır,  ən  geniş    hissəsində  eni  180  km-dir.  Bu  şimalda  Bozdağ 

(Xocaşen-Göyçay),  İnqar-Ləngəbiz  silsilələrinin  cənub  ətəyi  ilə,  cənub  şərqdə 

Xəzər dənizi ilə, cənubda Talış dağlarının şimal ətəkləri  və İranla  dövlət sərhəd 

xətti  ilə  sərhədlənir.  Qərbdə,  cənub-qərbdə  Kür-Araz  ovalığı,  Kiçik  Qafqazətəyi 

maili düzənliklərdən şərti olaraq 90-100 m-lik  (bəzi yerdə 70 m-lik) horizontanllar 

üzrə keçən  kiçik pillələrlə ayrılır. 

Kür-Araz çayları rayonu bir neçə hissəyə (yarımrayonlara) bölür: Şirvan, Mil, 

Qarabağ, Muğan-Salyan ovalıqları. 

Ş

irvan  düzü  ərazidə  ən  böyük  geomorfoloji  yarımrayondur.  Mingəçevirdən 



Hacıqabul gölünə qədər 180 km uzanır. Maksimal eni 55 km-dir. Şirvan düzünün 

ş

imal  hissəsi  Əlciyançay,  Türyançay,  Göyçay,  Girdmançay,  Ağsuçay  çaylarının 



geniş  gətirmə  konuslarından  və  batıq  konusarası  düzənliklərdən  ibarətdir. 

Türyançay, Göyçay və Girdmançayın gətirmə konusları daha böyükdür. 

Gətirmə konusları qabarıq səthli olub (çay dərələri 4- 5 m kəsilmişdir), aşağı 

kənarında  yelpikvarıdırlar.  Çayların  gətirmə  konusunda  ayrılan  şaxələri  (qolları) 

boyunca akkumulyativ tirələr allüvial ovalıqda Qarasu “vadisinə” (yatağına) qədər 

uzanır.  Bu  istiqamətdə  tirələrin  nisbi  hündürlüyü  və  eni  azalır.  Çaylardan  ayrılan 

daha kiçik qollar boyu da mürəkkəb formada daha kiçik tirəciklər uzanır. Gətirmə 



 

 Konusunun  yuxarı  hissələrində  (zirvəsinə  yaxın  )  çaylar  az  kəsilmişdir,  iri  çaqıl 



toplanır.  Orta  hissədə  çaqıl,  qum  akkumulyasiya  edilir.  Gətirmə    konuslarının 

ə

təklərində qum, qumluca və daha narın çöküntülər yığılır. 



Ş

irvan  düzünün  şimal  kənarında  çayların    gətirmə  konusları  olmayan 

hissəsində  Bozdağ  və  Ləngəbiz  silsiləsinin  cənub  ətəyi  boyu  ensiz  (3-5  km) 

dellüvial-prolüvial maili düzənliklər  uzanır. Bu yarğan və  qobularla  kəsilmişdir. 

Ağsu  çayından    şərqdə  dellüvial-prolüvial  düzənlik  xeyli  genişdir,  onun  arealı 

başqa  mənşəli  formalarla    kəsilmir,  səthində  yarğan  və  qobular    daha  çoxdur. 

Burada Padar  antik-linalı  sahəsində  çox mülayim  formalı uval yaranmışdır. 

Muğan-Salyan düzləri-Kür və Araz  çaylarının sağ sahilində yerləşir. Cənub-

şə

rqdən    Xəzər    dənizi,  cənubdan  Talış  dağlarının  şimal-şərq    ətəkləri  ilə  



həmsərhəddir.  Mənşəyinə  görə  allüvial,  allüvial-dəniz,  dellüvial-prolüvial 

düzənliklərdən  ibarətdir.  Düzənliyin  şimal-qərb  və  cənub  hissələri  bir  qədər 

yüksəkdir. Şimal-qərbdə  Kür və Araz çaylarının böyük akkumulyativ  yataq boyu 

bəndləri geniş sahə tutur. Cənubda isə maili  dellüvial-prolüvial düzənliklərdir. 

Araz  çayının  və  eləcə  də  Kürün  tez-tez  öz  yatağını    dəyişməsi  nəticəsində 

Muğan düzünün morfologiyası  xeyli mürəkkəbləşmişdir. Relyefin  əsas formaları  

qədim  və köhnə  çay yataqlarından, yataq boyu bəndlər və tirələrdən, bəndlər arası 

çala və çökəklərdən, qədim delta düzənliklərdən , cənubda isə Bolqarçayın gətirmə 

konusundan  və maili dellüvial-prolüvial düzənliklərdən ibarətdir. Ərazidə çox sıx  

yerləşmiş böyük kanallar, suvarma şəbəkəsi kollektorlar xüsusi qeyd edilməlidir. 

Mil-Qarabağ  düzünün  Kür-Araz  ovalığı  rayonuna  daxil  olan  hissəsi  şərqdən 

Kür  və  cənub-şərqdən  Araz  çayı  ilə  əhatələnir.  Rayon  qərbdə  kiçik  Qafqaz  ətəyi 

maili  düzənliklərdən,  şərti  olaraq  60  m-lik  (şm.q.-də)  və  70-90  metrlik 

horizontallarla ayrılır. Mil düzünün şərq  hissəsində mütləq  yüksəklik -14 m-dir. 

Mil-Qarabağ  düzü  allüvial,  allüvial-dəniz,  allüvial-prolüvial  mənşəli 

düzənlikdir. Qarabağ  və Mil düzünün alçaq və hamar  şərq hissələri əsasən Kür və 

Araz  çaylarının allüvisindən ibarətdir. 

Cənub  –  şərqi  Şirvan düzü   rayonu  qərbdən   və  cənubdan Kür çayı, şərqdən 

Xəzər dənizi, şimaldan Ələt tirəsinin cənub ətəyi ilə  sərhədlənir.  



Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə