Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

 

uyğun  gəlir)  tirəsi,  sinklinal  quruluşlu  Tabaxtəpə,  Sacdağ  yüksəklikləri,  onları 



ə

hatə  edən  Saloğlu  (Salahlı)  çökəyi  və  Karvanqıran  düzü  (yaylası)  yerləşir. 

Mərkəzdə  Molladağ  və  Gürzundağ  tirələri,  ondan  cənubda  isə  Qaratəpə  tirəsi 

uzanır. 


Cənub-şərqdə-Ceyrançölün  orta  zonasının  davamında    Qərbi  və  Şərqi 

Palantökən tirələri, Ceyrançöl uvalı onların arasında sinklinal quruluşda Ceyrançöl 

düzü və Ceyrançöl dərəsi yerləşir. 

Acınohur rayonu-Alazan çayının antesedent  dərəsi ilə  Girdmançay arasında 

yerləşir. Relyefin əsas  formaları rayonun şimal kənarı ilə uzanan Daşüz-Əmirvan  

bunların  arasında  yerləşən  geniş  sinklinal  çökəklər  və  yaylalar  zonasıdır. 

(Acınohur  çökəyi,  Ərəş  və  İvanovka    yaylaları).  Bu  əsas  morfostruktur 

elementlərdən başqa   qərbdə Güdbərəkdağ və Gəmiqaya   tirələri ilə Sarıca dərəsi 

(yaxud çökəyi), cənub-şərqdə Qaraməryəm  tirəsi,  Gürdmaşı  və Gülüllü dərələri, 

Dəvəbatan  çay  dərəsindən    şərqdə  isə    Quşəncə  yaylası  yerləşir.  Sadlanan  relyef 

formalarının 

hamısı 


tektonik 

quruluşa 

tam 

müvafiq 


gəlməklə 

düz  


morfostrukturlardır. 

İ

nqar-Ləngəbiz  rayonu.  Bu  Acınohur    alçaq  dağlarının  şərq  davamında  



Girdmançay  dərəsi  ilə  Pirsaat  düzü  arasında  ensiz  bir  zolaq  şəklində    uzanan 

asimmetrik  tirələrdən  ibarətdir.  Geoloji  quruluşunda  orta  və  yuxarı  pliosen 

qumdaşı və gilləri iştirak edir. 

Ə

razinin  tektonik  quruluşuna  uyğun  olaraq  tirə  qərbdə  əsasən    antiklinal 



qırışıq zonasının cənub qanadına  uyğun  gəlir. Şimal qanad isə Acıçay üstəgəlməsi 

altında  qalmış və öz morfoloji əksini tapa bilməmişdir. Buna görə tirənin (qərbdə) 

ş

imalyamacı hiss olunmadan Gürcüvan və Şamaxı  yaylalarına keçir, cənub qanad 



isə  xeyli    dik  olmaqla    həm  də  uzundur.  Şərqdə  dağlar  qismən  simmetrik  

quruluşludur.  Bu  antiklinal  zonanın  həm  şimal  (  bir  qədər  dik)  həm  də  cənub 

qanadının relyefdə əks olunması ilə bağlıdır. 

Alazan-Əyriçay  vadisi  yarımvilayəti.  Baş  Qafqaz  sıra  dağlarının  cənub 

ə

təyində intensiv inversion  əyilmə nəticəsində yaranmış cavan çökəkdir.  




 

Alazan-Əyriçay  vadisinin  şimal  sərhəddi  əyri  xətlə  keçir  və  cənub    yamacın 



müxtəlif    tektonik    strukturalarını  kəsir,  cənub  sərhəddi    isə  Kaxetiya-Acınohur 

zonasının antiklinal qırışıqlarının şimal qanadına uyğun gəlir. 

Alazan-Əyriçay  vadisinin  əsas  relyef  formaları    cənub  yamac  çaylarının 

burada  yaratdığı    böyük  gətirmə    konuslarıdır.  Bunların  səthi  qabarıq  olub  az 

kəsilmişdir.  Akkulmulyasiya    prosesi  çox  intensiv  gedir,  buna  görə  çayların  

yataqları gətirmə konusları səthinə 3-5 m-dən artıq  kəsilə bilmir və yalnız onların 

ə

təklərində  7-10  m-ə  qədər  dərinləşmişdir.  Gətirmə  konusları  arasında    batıq 



formalı  konuslararası çökəklər yerləşir. Bunlar gətirmə konuslarına nisbətən daha 

narın  çöküntülərdən ibarətdir.  




 

Morfostrukturların xarakteristikası 



Böyük Qafqaz Dağ sistemi 

 

Azərbaycan  ərazisində  ən  möhtəşəm,  görkəmli,  kontrastlı  və  fəal 

morfostruktur  Böyük  Qafqaz  meqantiklinorium  dağ  sistemidir.  Böyük    Qafqaz 

dağları  bütövlükdə  I  dərəcəli  morfostruktur  hesab  olunur.  Bu  I  dərəcəli  

morfostrukturun    Azərbaycan  ərazisində  yerləşən  cənub-şərq  hissəsi  bir  sıra    II 

dərəcəli  morfostrukturdan    ibarətdir.  Bunlara  yüksəkdağlıq  Tufan  antiklinorium 

silsiləsi,  Şahdağ-  Xızı  sinklinorium  dağları,  Təngi-Beşbarmaq  antiklinorium 

dağları,  Zaqatala-Qovdağ  sinklinorium  orta  və  yüksəkdağlıq,  Nialdağ  horst 

antiklinorium  ortadağlığı,  Qobustan-Abşeron  qırışıqlı  alçaqdağlığı,    qırışıqlı-

denudasion Şamaxı yaylası daxildir. 



Antiklinorium yüksəkdağlıq silsilələr. Böyük Qafqazın  Azərbaycana daxil 

olan  cənub-şərq  yüksəkdağlıq  hissəsi  böyük  məsafədə    Tufan  antiklinoriumuna 

uyğun gəlir. 

Tufan antiklinoriumunu təşkil edən ikinci dərəcəli struktur vahidlərə  Quruş-

Qonaqkənd  antiklinoriumu,  Xınalıq  sinklinoriumu  və  Bazardüzü    antiklinoriumu 

daxildir.  Ümumiyyətlə,  Tufan  antiklinoriumunu  təşkil  edən  Bazardüzü 

antiklinoriumu  və  Xınalıq  sinklinoriumu  şiddətli  sıxılmış  bir  çox    daha  kiçik 

antiklinal  və  sinklinal  qırışıqlar  kompleksindən    ibarətdir.  Güclü  yan  təzyiq 

nəticəsində  bu  strukturlar  nəinki  şiddətli  sıxılmış,  hətta  böyrü  üstə  yatmış  və 

onların çox öz müstəviləri bəzi hallarda üfüqi yatır. 

Tufan  antiklinoriumunun  ən  şimalda  yerləşən  struktur  elemeneti  Quruş-

Qonaqkənd  antiklinoriumundur.  Bu  struktur  element  morfologiyasına    görə 

özündən  cənubda  yerləşən  sinklinorium  və  antiklinoriumdan  ciddi  fərqlənir. 

Quruş-Qonaqkənd antiklinoriumu  nisbətən  sadə  quruluşa  malikdir.  Lakin  relyefin  

inkişafı prosesində böyük məsafədə bu antiklinoriumun tag hissəsi yuyulmuş, onun 

yerində dərin və geniş erozion-denudasion dərə əmələ gəlmişdir. 



Horst-antiklinorium  silsilələrə  Böyük  Qafqaz  dağlarının  cənub    yamacında 

Göyçay  və  Ağsuçayı  dərələri  arasında  yerləşən  ortadağlıq  Nialdağ  silsiləsi  tipik 

misaldır.  Yura  və  tabaşir  dövrü  çöküntülərindən  təşkil  olmuş  morfostruktur 



Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə