Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

 

cənubdan  və  şimaldan  uzununa  tektonik  qırılmalarla  əhatələnir  və  onun  hər  iki 



yamacında  laylar  dik  yatır.  Silsilənin  səthi  son  neotektonik  fəallaşmadan  əvvəl 

uzun    müddət  denudasiya  proseslərinə  məruz  qalmış  və  burada  kiçik  dik  yatımlı 

layları kəsən düzəlmə səthi əmələ gəlmişdir. 

Antiklinorium  və  antiklinal  silsilələr.  Antiklinorium  silsilələrə  ən  tipik 

misal Təngi-Beşbarmaq antiklinorium silsiləsidir. Ümumiyyətlə, Təngi-Beşbarmaq 

antiklinoriumunu təşkil edən  fərdi struktur Tufan antiklinoriumundan fərqli olaraq 

çox  güclü  sıxılmamışdır.  Antiklinoriumu  təşkil  edən  şimal  və  cənub  antiklinal 

zonalar və onların arasında   yerləşən ensiz sinklinal kompakt yerləşdiklərinə görə 

sanki bir struktur element  və ona uyğun gələn müsbət relyef forması-düz (yaxud 

uyğun) morfostruktur əmələ gətirir. Morfostrukturun şimal və cənub yamacı boyu 

uzanan  dərinlik  qırılmaları  Təngi-Beşbarmaq  silsiləsinin  morfologiyasına  ciddi 

təsir göstərir. 

Sinklinorium 

(və 


horst-sinklinorium) 

silsilələrə 

Böyük 

Qafqaz 


morfostrukturu  daxilində,  eləcə  də  bütün  Azərbaycanda  ən  tipik  misal    Şahdağ-

Xızı  sinklinoriumu  tərkibində  yerləşən  bir  sıra  yüksək  və  ortadağlıq  massiv  və 

silsilələrdir.  Vəlvələçaydan  qərbdə  Yan  silsilə  tamamilə  sinklinorium  struktura 

uyğun gəlməklə, inversion (yaxud strukturla relyefin tərsinə mütənasibliyi) relyefə 

ə

n tipik bir misaldır. Şahdağ , Qızılqaya massivləri yan  silsilənin, eləcə də Böyük 



Qafqazın şimal yamacı relyefinin ən görkəmli formalarıdır. 

Böyük  Qafqazın  cənub-şərq  batımı  regionunda  Dibrar  sinklinoriumu  Şahdağ 

və  Qızılqaya  massivlərindən  sonra  inversion  morfostrukturlara  (sinklinal  

silsilələrə)  ən  tipik  misaldır.  Dibrar  sinklinal  morfostrukturu  Gilgilçay  və  Ataçay  

hövzələrini  Çikilçay  hövzəsindən  ayırır.  Ətraf  yayla  və  çökəklər  üzərində  500-

1000  m  ucalan  ortadağlıq  silsilədəki  çəmənliklər  regionun  əsas    yaylaqlarından  

sayılır. 

Zaqatala-Qovdağ  sinklinoriumu  Şahdağ-Xızı  sinklinoriumundan  fərqli 

olaraq  relyefdə  ətraflardan  az-təcrid  olunmuş    görkəmli  morfostruktur  əmələ 

gətirmir.  Lakin  böyük  məsafədə  Böyük  Qafqaz  morfostrukturunun  cənub 

yamacını,  Şinçayla  Xalxalçay  arasında  isə  suayrıcı  silsiləni  bu  sinklinoriumun 




 

strukturları  təşkil  edir.  Şərqdə  sinklinoriumun  şimal  qanadı  strukturları 



Başsuayrıcının şimal yamacına keçir. 

Sinklinorium  orta  və  yüksəkdağlıq  şimaldan  Baş  Qafqaz  tektonik  qırılması, 

cənubdan isə alçaqdağlıq Vəndam antiklinoriumu və Qanıx-Əyriçay  sinklinorium 

vadisi  ilə  sərhədlənir.  Morfostrukturun    şimal  zonası  Tufan  antiklinoriumunun 

intensiv qalxmasına cəlb olmuş, cənub zonası isə Qanıx-Əyriçay əyilməsinə məruz 

qalmışdır. Buna görə də Zaqatala-Qovdağ sinklinoriumu böyük məsafədə struktur 

aidliyinə  görə  relyef  forması  əmələ  gətirmir.  Yalnız  şərqdə  (Göyçaydan    şərqə) 

Vəndam  antiklinoriumunun  şərq  hissəsinin  əmələ  gətirdiyi    horst-antiklinorium 

ortadağlıqdan  şimala  ona  uyğun  morfostrukturlar-ortadağlıq    çökəkliklər  və 

silsilələlər  əmələ  gəlmişdir.  (Müdrü,  Lahıc  çökəklikləri,  Qovdağ    və  Babadağ 

silsilələri və s.). 

Qırışıqlı-denudasion  Şamaxı  yaylası  mövqeyinə  görə  Böyük  Qafqazın 

cənub  (cənub-şərq)  yamacı  morfostrukturlarına  aid  edir.  Yayla  qərbdə 

Girdmançaydan  şərqdə  Gicəki  (əslində  Mərəzə)  yaylasına  qədər  70  km  məsafədə 

uzanır,  şimalda  Meysəri  tirəsi,  Sündü-Qurbançı  sinklinal  yaylası  ilə,  cənubda 

Ləngəbiz tirəsi ilə əhatələnir. 

Ş

amaxı  yaylası  əsasən    paleogen  –  neogenin  (sarmat  əsri  də  daxil  olmaqla) 



qırışıqlığa  yığılmış  gil  qatlarından,  qismən  qum  və  əhəngdaşı  laylarıından  əmələ 

gəlmişdir.  Bu  qırışıqlıq  miosenin  sonu  və  pliosendə  (akçaqıl  əsrinə  qədər) 

denudasiya  prosesləri  ilə  kəsilib-dağılmışdır.  Akçaqıl  əsrində  isə  dəniz  

transqressiyası zamanı qırışıq strukturlar yerində şelf düzənliyi yaranmış və burda 

akçaqılın əhəngli qumdaşı layları denudasion-abrazion səthi örtmüşdür. 

Sulutçay  hövzəsində  Şamaxı  yaylasının  şimal-şərq  hissəsi  Basqal  tektonik 

örtüyü  qalıqları  saxlamaqla  Nialdağ  silsiləsinə  söykənir,  şərqdə  isə  Qobustan  

qırışıqlığı morfostrukturuna keçir. 



Qobustan-Abşeron  qırışıqlı  və  düzənlikləri  Böyük  Qafqazın  cənub-şərq 

batımı vilayətində geniş bir ərazi tutur. Qobustan –Abşeron   qırışıqlı  alçaqdağlığı 

ş

imalda,  əsasən  tabaşir  və  paleogenin,  mərkəz  və  cənub  hissədə  isə  miosen  və 



pliosenin  gil,  qumdaşı  və  əhəngdaşı  laylarından  qurulmuşdur.  Göstərilən  çökmə 


 

süxur  kompleksləri  qırışıqlıqda  iştirak  etməklə,  bir  sıra  antiklinal  tirələr  və 



sinklinal  dərələr  əmələ  gətirir.  Şimalda  Qobustanda    morfostrukturlar  qırışıqlığa 

uyğun  olaraq  ümumqafqaz  istiqamətində  uzanır.  Cənubi  və  Cənub-Şərqi 

Qobustanda  isə  bu  istiqamətdən    isə  bu  istiqamətdən  xeyli  cənuba  meyl  edərək 

ş

imal-şimal-qərbdən 



cənub-cənub-şərqə 

uzanırlar. 

Bu 

vəziyyət 



Abşeron  

yarımadasının cənub və cənub-qərb hissələri üçün də səciyyəvidir. 

Qobustan-Abşeron  sahəsi  üçün  ən  geniş  yayılmış  morfostruktur  tipləri, 

yuxarıda  göstərildiyi  kimi  antiklinal  və  monoklinal  tirələr,  sinklinal  dərələr, 

muldlar və platolardır. 

Antiklinal tirələrə Ələt tirəsi, Böyük Hərəmi, Nardaran, Keçiqaya, Dəvəlidağ, 

Atyal,  Zığırdağ,  Şubanı,  İlxıdağ,  Şahandağ  və  bir  çox  başqaları  tipik  misaldır. 

Monoklinal  tirələr  Qayıblar,  Şayıblar,  Böyük  Siyəki,  Boyanata  və  bir    sıra 

başqaları asimmetrik quruluşlu tirələrdən ibarətdir. 

Sinklinal platolara Qərbi Qobustanda Gicəki, Donquzluq, Şimali Qobustanda  

Böyük  Siyəki,  Abşeronda  və  Cənub  –  Şərqi  Qobustanda  Güzdək,  Qızıldaş, 

Çapılmış,  Böyükdaş,  Kiçikdaş  və  s.  platolar  daxildir.  Bunların  bəzilərinin  səthi 

düz,  yaxud  zəif  maili  (Böyükdaş,  Kiçikdaş,  Gicəki),  bəzilərininki  batıqdır 

(Donuzluq, Güzdək və s). 



Dağətəyi  əyilmə  zonasının  maili  düzənlikləri.  Yan  silsilədən  şimala  Ön 

Qafşaz,  Ön,  yaxud  Quba-Qusar  əyilməsi  zonası  yerləşir.  Orogen    mərhələnin 

axırında,  yəni  dördüncü  dövrdə  bu  əyilmə  zonasını  qərb  hissəsi  Yan  silsiləsinin 

qalxmasına  cəlb  olmuş  və  onu  təçkil  edən  pliosen  və  dördüncü  dövr  çöküntü 

qatlarında,  (əsasən  akçaqıl  və  abşeron  əsrinə  aid)  geniş  monoklinal  struktur 

yaranmışdır.  Bu  proses  nəticəsində  Qusar  maili  düzənliyi  (yaxud  allüvial-

prolüvial-denudasion Quba-Qusar platosu) əmələ gəlmişdir. 

Buzlaq relyefi formaları 

Cənub  Şərqin  Qafqazın  yüksək  dağlıq  qurşağında  qədim  buzlaqların  

fəaliyyəti  ilə  yaranmış  relyef  formaları  geniş  yayılmışdır.  Budaqovun  ətraflı 

tədqiqatına görə Cənub-Şərqi  Qafqazda iki qədim buzlaq olmuşdur ki, bunlardan 

birincisi  yuxarı  pliosenin  Abşeron  əsrində  (Qusar  yaxud  Şahdağ  buzlaşması), 



Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə