Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi



Yüklə 278,9 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix21.04.2018
ölçüsü278,9 Kb.
#39804
1   2   3   4   5   6   7   8   9   10

 

ikincisi  (Şahnabad  buzlaşması)  orta  və  yuxarı  antropogendə  mövcud  olmuşdur. 



Ş

ahnabad  buzlaşmasının  deqradasiyasında  üç  böyük  mərhələ    və  bir  çox  kiçik  

ritmlər müəyyən edilmişdir. 

Böyük mərhələlərin  morenləri daha hündür, enli, ritmlərinki isə kiçikdir. Ən 

qədim mərhələ Ləzə mərhələsidir ki,  bunun son morenləri eyni adlı kənd ətrafında  

(  Şahnabad  çayı  dərəsində)  dəniz  səviyyəsindən  1.600  m  yüksəklikdə  müəyyən 

edilmişdir.  Ikinci  mərhələ  Şahdüzü    mərhələsi  adlanır.  Bu  mərhələ    morenləri 

2.600  (Şahdüzü  moreni)-2.800  m  (Araqikəm  moreni) hündürlükdə,  troqlar,  karlar 

isə 3.200-3.400 m hündürlükdə yerləşirlər. 

Üçüncü-Şahyurdu  mərhələsi  morenləri  və  ekzarasiya    formaları  daha 

yüksəkdə  yerləşir  (3.200  m-dən  yuxarı).  Bu  mərhələdə  buzlaq  yalnız  ən  yüksək 

dağları və massivləri  örtmüşdür. 

Müasir  buzlaqları  Budaqov  relikt,  yəni  Şahnabad    buzlaqlaşmasının  qalığı 

hesab edir. Müasir buzlaqların  ümumi sahəsi Cənub-Şərqi Qafqazda 6,4

2

 km çatır. 



ə

n  böyük  buzlaqlar    Bazardüzündə  4.446  m  hündürdə  (Tixisar  və  Murkar 

buzlaqları ) yerləşir.  

Troqlar  (təknəvarı  dərələr)  adətən  çox  uzun  deyil.  Onların  ən  böyükləri 

Yatıqdərə (Bazardüzü ilə Bazaryurd arasında, uzunluğu 9 km), Girvə (Bazaryurdun 

şə

rq   hissəsində, uzunluğu 5 km), Şahnabad  (Şahnabad çayı dərəsində, uzunluğu 



12 km,), Psxuamış (Xınalıq kəndi yaxınlığında, uzunluğu 7 km), Yatıxçay (cənub 

yamacda, uzunluğu 8-10 km) və i.a. troqlarıdır.  

Cənub  yamacda  karların    əksəriyyəti  qərb  hissədə  (Laqodexor,  Mazımçay, 

Balakənçay  hövzələri)  2.700-3.000  m  yüksəkliklərdə,  şərqdə  (Şinçay,  Kişçay 

Tikanlıçay    hövzələri)3.000-3.200  və  3.500-3.700  (3.900)  m  yüksəkliklərdə 

yerləşir. Budaqova görə alçaq səviyyəli karlar yuxarı pliosen (abşeron əsri), yüksək 

səviyyəli karlar isə dördüncü dövr buzlaşmalarının ekzarasiya formalarıdır. 

 

Qravatasion relyef formaları 



Sürüşmələr.  Sürüşmələrin  ən  geniş  yayıldığı    sahələr  şimal  (şimal-şərq), 

yamacda  Vəlvələçay,  Gilgliçay,  Ataçay  hövzələri,  cənub  yamacda  Girdmançay, 




 

Ağsuçay  hövzələridir,  Cənub-şərq  batım    zonası  çayları    hövzələrində  (Çikilçay, 



Qozluçay, Kəndəçay və i.a.) eləcə də cənub və şimal  yamacın başqa rayonlarında  

sürüşmələrə rast gəlmək mümkündür. 

Böyük  Qafqazda  sürüşmələrin  daha  geniş  yayılmış  iki  tipi  ayrılır:  1-sahəvi 

sürüşmələr; 2-xətti sürüşmələr (yaxud sürüşmə axınları). 

Sahəvi  sürüşmələr  çay  dərələrinin  yamaclarında,  ümumiyyətlə  delüvi  örtüyü 

qalın olan yamaclarda  geniş yayılmışdır. Sürüşmələrin  bu növü yayılan  sahələrdə 

yamacların  evolyusiyasına  və  formalaşmasına    böyük    təsir  göstərir.    Onlar 

pilləvari,  yaxud  səthi  dalğavarı  sürüşmə  relyefi  yaradır.  Sahəvi  sürüşmələr    geniş 

ə

razidə    yayıldığından    torpağə  yararsız  hala  salır,  yaşayış  məntəqələrini,  yolları 



dağıdır.  Bu  növ  sürüşmələr    D.A.  Lilienberqin  verdiyi  məlumata  görə  Ataçay 

hövzəsində,  Gilgilçay  hövzəsində  və  cənub-şərq  batım  vilayətində  Pirsaatçay  və 

Sumqayıtçayın yuxarılarında  çox geniş yayılmışdır. 

Sürüşmə axınları demək olar ki, bütün çayların hövzələrində inkişaf etmişdir.  

Ş

.B.  Kərimovun  verdiyi  məlumata  görə  ərazidə  ən  böyük    sürüşmələr 



Gilgilçay hövzəsində Atuc (uzunluğu 4-5 km), Xınxırt Kəlləqoparan və s., Ataçay 

hövzəsində isə Xələnc, Fındığan, Boyəhmədli və s.(bəzilərinin uzunluğu 5-6 km-ə 

çatır) sürüşmələrdir. 

 

Arid denudasiya sahəsi relyefi 



Bedlend.  Cənub-şərqi  Qafqazın  dağətəyi  sahələrində-Qobustanda  geniş 

yayılmış relyef formasıdır.Buna həmçinin Tuqçay, Ataçay, Gilgilçay hövzələrində 

və Lahıc  çökəkliyində rast gəlmək mümkündür. Öz morfoloji xüsusiyyətlərinə və 

yaranmasına  görə  Ceyrançöl-Acınohur  sahəsində  yayılmış  bedlend  relyefindən    o 

qədər də fərqlənmir. Qobustanda bedlend  Ələt tirəsinin cənub yamacı, konusvarı 

palçıq  vulkanlarının  cənub  yamacları,  tağ  hissəsi    yuyulmuş  antiklinal  qırışıqlar 

zonası,  sinklinal  plotaların  yamacları,  Sumqayıtçay  dərəsi  və  onun  qolları 

hövzəsində  yerləşən  assimetrik  tirələrin  parçalanmış  cənub  yamacları  və 

s.sahələrdə geniş yer tutur. 



 

Pedimentlər.  Cənub-Şərqi  Qafqazın  dağətəyi  sahələrində    arid-denudasiya 

relyefi  formalarından  biri  pedimentlərdir.  Bunlar  denudasion-akkumulyativ  

mənşəli  ensiz  maili  düzənliklərdir.Əsasən  dik  yamaclı  platoların  və  monoklinal  

tirələrin  ətəyində  (xüsusilə  cənub  yamac  ətəyində)rast  gəlmək  olar.Pedimentlər 

sahəvi eroziya nəticəsində dik yamacların səthinin çox aşınması, yuyulub tədricən 

geri çəkilməsi yolu ilə yaranır. 

Abraziya və abraziya-akkumulyasiya relyefi 

Böyük  Qafqaz  vilayətinin  Xəzər  dənizi  sahillərinə  qovuşan  uzaq  cənub-şərq  

və şimal-şərq ətəklərində, Abşeron yarımadasında dəniz abraziyası və sahil zonada 

akkumulyasiya    fəaliyyəti  nəticəsində  yaranmış  relyef  formaları  xüsusi  yer  tutur. 

Abrazion  və  abrazion-akkumulyativ  mənşəli  relyef  formalarından  ən  geniş 

yayılmış  dəniz    terraslarıdır.  Bunlar  şimal,  şimal-qərbdə    Şabrançaydan  tutmuş 

cənubda  Şirvan  (Cənub-Şərqi  Şirvan)  düzünə  qədər  sahədə  pilləli  relyef  əmələ 

gətirməklə,  bir  neçə  səviyyədə  müşahidə  edilir.Dəniz  terrasları  Şabrançayla  

Ataçay  arasında,  Abşeron  yarımadadında  və  Cənubi-Şərqi  Qobustanın  ayrı-ayrı 

rayonlarında daha yaxşı saxlanmışdır. 

 

Eol relyefi 

Xəzər  dənizinin  sahillərində  eol  relyefi  formaları  əsasən  dün  tirələrindən  və 

kiçik  eol  çökəklərindən  ibarətdir.  Eol  akkumulyasiyası  relyefi  formaları  əsasən 

Xaçmaz  sahillərində,  Abşeron  yarımadasının  şimal  sahilində,  Səngəçal,  Duvannı 

buxtalarının cənub sahillərində müşahidə edilir. 

B.A. Antonuvun məlumatına görə Xaçmaz rayonu sahilində iki əsas dün tirəsi 

müşahidə edilir. Dün təpələrinin və tirələrinin hündürlüyü 3-4 m olub, bəzən 14-15 

m-ə  çatır.  Dün  tirələrinin  dənizə  baxan  yamacı  maili,  əks  yamacı  dikdir.  Onların 

ə

ksəriyyəti  passiv  dünlər  olub  ot  və  kol  bitkiləri  ilə  örtülüdür.  Cənub  Şərqi 



Qobustan  sahillərində  də  dün  tirələrinin  yamaclarında  müxtəlif  kollar  və  ot  bitir. 

Abşeron  yarımadasının  şimal  sahillərindəki  dün  tirələrininəksəriyyəti  çılpaqdır. 

Güclü küləklər bunları hərəkətə gətirir. Sovrulan qum evləri və bağçaları basır. 

 



Yüklə 278,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə