Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə1/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
  1   2   3   4   5   6   7   8   9   ...   40


Renessans  dövründə maşınqayırma 
 
215 
 
kolbanın  oxu  ilə  oval  üzüklə  əlaqələndirilir.  Dirsək  yuxarı  qalxdıqda  o, 
üzüyü özü ilə hərəkət etdirir və beləliklə, kolbanı hərəkətə gətirir. Suyun 
silindrə  daxil  olması  və  boruya  verilməsi,  kolbanın  aşağı  və  yuxarı 
hissələrində yerləşdirilmiş bir cüt klapanın köməyi ilə yerinə yetirilir.     
Bunlardan  əlavə  Zonçanın  işlərində  fırlanan  kran,  kabab  döndərən 
qurğu  və  düşən  çəkiclərlə  işləyən  barıt  hazırlama  maşınına  da  rast 
gəlinir.  Bu  maşınlar,  indiyə  qədər  bu  kitabda  verilmiş  qurğulardan 
prinsip  etibarı  ilə  fərqlənmədiyindən  burada  onların  izahına  ehtiyac 
duyulmur.  
  
 
 
 
    
  
 
Şəkil 1.170. Dirsəkli valla işləyən su nasosu. 


Renessans dövründə maşınqayırma 
216 
 
Haynrih Tsayzinq ( 1568

1602) 
 
A
lmaniyada  maşınqayırma  üzrə  ən  qədim  kitab  Haynrih  Tsayzinq 
(alm.  Heinrich  Zeising)  tərəfindən  yazılmış  və  1612

1614-cü  illərdə 
kiçik  formatda  çap  olunmuş  “Maşınlar  səhnəsi”  (lat.  “Theatrum 
Machinarium etc.”) hesab olunur [1.45].  
Müəllif  haqqında  heç  nə  məlum  deyil.  Yalnız  kitaba  yazılmış  ön 
sözdən məlumdur ki, Çayzing 1 sentyabr 1613-cü ildə vəfat etmişdir. O 
vəfat edəndən sonra kitabın 
ΙΙΙ
  və 
Ι
V  hissələri,  mütəxəssislərin fikrincə 
nəşriyyat  tərəfindən  tərtib  edilmişdir.  Tsayzinq  kitabında,  o  dövrdə 
məlum  olan  maşınları  toplayaraq  öz  ixtiraları  ilə  tamamlamışdır.  Onun 
özünün  kitabın  girişində  yazdığı  ön  sözdən  aydın  olur  [1.45]:  “...İti 
düşüncəli  adamlar  tərəfindən  ixtira  edilmiş  maşınları  bizlərə  qalmış 
əlyazmalardan  toplayaraq  və  bunun  əsasında  bir  kitab  tərtib  etmək 
istəyi böyük zəhmət və iş tətbiq etmədən mümkün deyil”.  
Tsayzinq  kitabın  əvvəlində  “maşın”  anlayışının  izahını  verir  və 
çevrələrin  maraqlı  təbiətindən  bəhs  edir.  Öncə  maşınları  hərəkətə 
gətirən  qüvvələrdən,  xüsusilə  öz-özünə  hərəkət  edən  (gərilmiş  yaylarla 
işləyən)  maşınlardan  danışır.  Daha  sonra  küləklə  işləyən  maşınların 
işləmə prinsiplərini təsvir edir.  
Kitabın III bölməsində o, əl 
ilə 
işləyən 
su 
qaldıran 
maşınlardan bəhs edir, su çarxı 
haqqında  yazdıqdan  sonra  isə 
su  nasoslarının  bəhsinə  keçir. 
Zonçanın 
işlərində 
olduğu 
kimi,  nasoslarda  dirsəkli  val 
üzük  birləşməsi  ilə  işləyən 
kolbalar 
təsvir 
edilir. 
Nasosların  iş  prinsipi  məlum 
ardıcıllıqla bəhs edilir.  
Bu  bölmədə  maraq  doğu-  
 
         Şəkil 1.171. Yanğınsöndürən. 


Renessans  dövründə maşınqayırma 
 
217 
 
ran  yanğınsöndürən  maşınlarıdır.  Tsayzinq  təkərli  araba  üzərində 
yerləşdirilmiş  nasosun  quruluşunu  verir  (şəkil  1.171).  Nasoslar 
dördkünclü  su  ilə  doldurulmuş  mis  çəndə  yerləşdirilir.  Yanğın  zamanı 
içi su ilə dolu araba yanğın yerinə aparılır və nasoslar iki işçi tərəfindən 
hərəkət etdirilərək su vurulur.          
III  bölmədə  iki  pilləli  dəyirman  təsvir  olunmuşdur  (şəkil  1.172). 
Dəyirman  üfiqi  vəziyyətdə  yerləşdirilmiş  silindrik  lövhənin  köməyi  ilə 
insanlar tərəfindən hərəkətə gətirilir. Bu dəyirmanın iş prinsipi Zonçanın 
maili çarxa malik dəyirmanın iş prinsipi ilə oxşardır.  
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.172. İki daşlı dəyirman. 
 
Bu  bölmədə  daha  bir  maraqlı  maşın  mişarlama  dəzgahıdır  (şəkil 
1.173).  Ramellinin  işlərindəki  dirsəkli  qol  ötürməsindən  fərqli  olaraq 
burada mişarı hərəkət etdirmək üçün qol sürətlə fırlanan çarxa bərkidilir. 
Su çarxından  verilən  hərəkət  dirsəkli  qol bərkidilmiş vala ötürülür. Qol 
döndükdə  onunla  hərəkətli  əlaqədə  olan  mişarı  yuxarı-aşağı  hərəkət 
etdirir.  Ağac  bərkidilmiş  stolu  hərəkət  etdirmək  üçün  o,  zəncirlə  stolun 
arxa  tərəfində  yerləşdirilmiş  valla  əlaqələndirilir.  Bu  val,  hərəkəti  bir 
neçə  dişli  çarxdan  ibarət  ötürmənin  köməyi  ilə  su  çarxından  alır.  Stola 
veriş dişli çarxların ötürmə nisbəti ilə təyin olunur.  
 


Renessans dövründə maşınqayırma 
218 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tsayzinq 
kitabında 
su 
çarxları 
ilə 
işləyən 
pardaqlama 
emalatxanasının  təsvirini  verir.  Şəkil  1.174-də  bu  emalatxanada  tətbiq 
olunan  pardaq  dəzgahının  sxematik  təsviri  verilmişdir.  Bu  dəzgahın 
Zonçanın işlərində verilmiş  dəzgahdan fərqi  ondadır ki, burada ilk dəfə 
olaraq qayış  ötürməsindən istifadə  edilir. Su çarxından verilən fırlanma 
hərəkəti  qayışın  köməyi  ilə    dəmir  valda  oturdulmuş  pardaq  dairələrinə 
ötürülür.  Müəllifin  fikrincə,  bu  dairələrlə  xəncərlərin  tilləri  və  alətlər 
itilənirdi.  
 
 
Şəkil 1.173. Mişarlama dəzgahı. 


Renessans  dövründə maşınqayırma 
 
219 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.174. Pardaq dəzgahı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 953 b.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə