Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə2/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   2   3   4   5   6   7   8   9   ...   40

Renessans dövründə maşınqayırma 
220 
 
Salomon de Qaus ( 1576

1626) 
 
S
alomon  de  Qaus  (  fran.  Salomon  de  Caus)  fransız  fiziki  və 
mühəndisi  olub,  1576-cı  ildə  Fransanın    Dip  (fran.  Dieppe)  şəhərində 
anadan  olmuşdur  (şəkil  1.175).  1612-ci  ildə  təhsil  almaq  üçün 
İngiltərəyə  gedən  Salomon  bir  müddət  orada  yaşadıqdan  sonra 
Almaniyaya  üz  tutur.  O,  1614

1620-cı 
illərdə  Haydelberq  şəhərində  Şahzadə 
Fridrixin  yanında  işləyərək  Haydelberq 
sarayının  tikilməsi  və  onun  ətrafında 
bağın salınmasında  iştirak etmişdir.  
Sonralar  Salomon  geri  Fransaya 
qayıdır. 
O, 
dövrünün 
məşhur 
fiziklərindən  biri  olmuşdur.  Bəzən  səhv 
olaraq,  onu  buxar  maşınının  ixtiraçısı 
kimi  də  qələmə  verirlər.  Salomon  1626-
cı ildə Parisdə vəfat etmişdir [1.92]. 
Salomon  4  kitab  yazmışdır.  Onun 
işləri  demək  olar  ki,  tamamilə  itmişdir. 
Sonralar  fransız  alimi  Araqo  onun  işlərini  araşdıraraq,    yenidən  ona 
maraq  oyatmışdır.  Maşınqayıranlar  üçün  Salomonun  “Müxtəlif 
maşınlarda  güc  yaradan  hərəkətlər  haqqında  ”  (fran.  Les  Raisons  des 
forces  mouvantes  avec  diverses  machines)  kitabı  əhəmiyyət  kəsb  edır 
[1.92, 1.93].    
Kitabı Salomon Aristotelin alov və havaya verdiyi tərifi ilə başlayır.  
1.
 
Alov,  işıq  saçan,  quru  və  yüngül  element  olub,  öz  istisi  ilə 
böyük güc yaratmaq qabiliyyətinə malikdir.  
2.
 
Hava,  quru  və  yüngül  elementdir,  o  sıxıla  bilmə  qabiliyyətinə 
malik olub, böyük güc yarada bilir.  
Təcrübi  olaraq  Salomon  havanın  gücünü  izah  etmək  üçün  qapalı    qaba 
su dolduraraq odda qızdırır. Bunun üçün diametri 30 sm və qalınlığı 2,4 
sm olan içi boş mis kürə götürülür. Bu kürənin  içinə  kiçik  deşikdən su 
 
Şəkil 1.175. Salomon de Qaus 


Renessans  dövründə maşınqayırma 
 
221 
 
doldurulur  və  deşik  möhkəm  tıxanır.  Kürə  qızdıqda  onun  içərisində    su 
buxarının  yaratdığı  təzyiq  böyük  partlayışla  kürəni  parçalayır. 
Başqalarından  fərqli  olaraq,  Salomon  ilk  dəfə  olaraq “havanın”  gücünü 
daha qabarıq şəkildə göstərmişdir [1.93].   
Kitabın 
“Problema” 
adlanan 
hissəsində 
Salomon 
müxtəlif 
maşınlardan bəhs edir. Bunlardan bir neçəsi aşağıda verilmişdir: 
 
I. “Suyu çaydan necə qaldırmalı və nasosların gücü”   
Şəkil 1.176, a-da nasos qurğusu təsvir olunmuşdur. Diametri 360 sm və 
eni 180 sm olan su çarxına hər iki tərəfdən 9,6 sm qalınlığında dirsəklər 
bağlanır.  Dirsəklərin  üstündə  nasoslar  yerləşdirilir  və  qollarla 
əlaqələndirilir.  Bu  nasoslar  24

28  sm  enində  və  240

270  sm 
hündürlüyündə  hazırlanır. Kolbanın gedişi 120 sm-dir. Çarx fırlandıqda 
o  dirsəklərin  köməyi  ilə  kolbaları  ardıcıl  olaraq  hərəkət  etdirir.  
Nasoslara birləşdirilmiş boru suyu soraraq yuxarıya qaldırır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
a) eyni səviyyəli   
 
b) müxtəlif səviyyəli 
 
Şəkil 1.176. Su nasosları. 


Renessans dövründə maşınqayırma 
222 
 
II. “Axar sudan su qaldıran başqa bir maşın” 
 
Bu  nasosun  cizgisi  şəkil  1.176  b-də  verilmişdir.  Onun  yuxarıdakından 
fərqi ondadır ki, nasoslar eyni səviyyədə yox, iki mərtəbədə yerləşdirilir. 
Bu suyu daha da yuxarıya qaldırmağa imkan verir. 
 
III  və  IV.  “Atların  köməyi  ilə  bulaqdan  və  ya  çaydan  suyu  necə 
qaldırmalı”   
 
Bu  məqsədlə  tətbiq  olunan  nasos  şəkil 
1.177-də  təsvir  edilmişdir.  Nasos  iki 
silindrdən  ibarətdir.  Nasosun  sağ  və  sol 
tərəflərində 
silindrlərdə 
yerləşdirilmiş 
kolbalar 
iplərlə 
barabanlardan 
asılır. 
Barabanlarda    yarısı  dişlərlə  örtülmüş 
çarxlar  bərkidilir.  İplər  dolanmış  valların 
ortasında,  üzərində  diş  olan  başqa  bir  val 
yerləşdirilir.  Bu  val  atlarla  hərəkətə 
gətirilən  qola  dişli  çarx  ötürməsi  ilə 
birləşdirilir  və  həmişə  eyni  istiqamətdə 
fırladılır.  Aparan  valdakı  dişli  çarx 
kolbalar  bağlanmış  valı  gah  bu,  gah  da 
digər  tərəfə  fırladaraq  nasosları  ardıcıl 
hərəkətə gətirir.  
 
IV.  “Nasos  və  su  çarxı  ilə  suyu  necə 
qaldırmalı” 
 
Su  çarxının  valı  dişli  çarx  ötürməsi  ilə  bir 
başqa  valla  birləşdirilir.  Bu  valın  uc 
hissəsində dişli çarx (a) oturdulur (şəkil 1.178). 
 
 
    Şəkil 1.177. Qoşa su nasosu. 


Renessans  dövründə maşınqayırma 
 
223 
 
Dişli  çarx  sağ  və  sol  tərəfdən,  diametri  2 
dəfə  böyük  olan  dişli  çarxlara  (c,  d)  ilişdirilir. 
Bu  dişli  çarxların  oxunda  bundan  əlavə  iki 
eksentrik şayba (ef) oturdulur. Aparıcı valdakı 
dişli çarx a eyni zamanda daxilində dişlər olan 
oval  şəkilli  həlqə  ilə  əlaqələndirilir.  Bu 
həlqənin  a  dişli  çarxı  ilə  hər  hansı  tərəfdən 
ilişməsi e və f şaybalarının vəziyyəti ilə tənzim 
edilir.  Həlqə  öz  növbəsində  su  nasosunun 
kolbası  ilə  birləşdirilir.  Çarx  (a)  həlqə  ilə 
əvvəlcə  bir  tərəfdən  təmasda  olur.  Çarx 
döndükdə  həlqə  bir  nöqtədən  başqa  nöqtəyə 
(məs. yuxarıya) qaldırılır. Eyni zamanda dönən 
c və d çarxları həlqəni bir tərəfdən digər tərəfə 
itələyir.  Beləliklə,  a  çarxı  ilə  həlqə  digər 
tərəfdən  kontakta  girir  və  əks  tərəfə  hərəkət 
etdirilir.  
 
V. “Ağacdan olan su boruların deşilməsi üçün 
dəzgah”. 
 
Şəkil  1.179-da  burğulama  dəzgahının  ümumi  görünüşü  verilmişdir.  Bu 
dəzgahın işləmə prinsipi Leonardonun  işində təsvir olunmuş dəzgahdan 
o  gədər  də  fərqlənmir.  Stolun  üzərində  hərəkətli  bərkidilmiş  tərtibatda 
ağac  pəstah  yerləşdirilir.  Fəhlə  tərtibatı,  su  çarxının  oxu  ilə  hərəkətə 
gətirilən  burğu  alətinə  tərəf  itələyir.  Bununla,  silindrik  pəstahın  içərisi 
deşilərək boru şəklinə salınır.  
 
VI. “ Oval hissələrin  emalı  üçün torna dəzgahı” 
 
Salomonun  kitabında  təsvir  olunmuş,  oval  formalı  pəstahların  emalı 
üçün dəzgah maraq kəsb  edir  (şəkil 1.180). Pəstaha  oval  hərəkəti  ver- 
 
Şəkil 1.178. Su nasosu. 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə