Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə3/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   2   3   4   5   6   7   8   9   ...   40

Renessans dövründə maşınqayırma 
224 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.179. Burğulama dəzgahı. 
 
mək  üçün  dəzgahın  şpindeli  hər  iki  tərəfdən  oval  şablona  bərkidilir. 
Şpindel uclarına yük bağlanmış iplərin köməyi ilə dartılaraq iki tərəfdən  
tərpənməz  dayaqlara  söykənir.  Spindel  fırlandıqda,  dönmə  hərəkəti  
şaybalar  üzrə  baş  verdiyindən  pəstahın  en  kəsiyi  oval  şəklində  alınır. 
Şpindelə  fırlanma  hərəkəti,  onun  yaxınlığında  yerləşmiş,  üzərində  qol 
bərkidilmiş böyük çarxdan iplə verilir. Bu çarx əl ilə fırladılır. 
   
 
 
 
 
 
 
 
 
 
 
 


Renessans  dövründə maşınqayırma 
 
225 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.180. Torna dəzgahı. 


Sənaye inqilabı 
 
226 
 
II.  Sənaye  inqilabından  sonra  maşınqayırmanın 
inkişafı 
 
2.1. Sənaye  inqilabı 
 
K
ülək,  su  və  buxar  enerjisinin  tətbigi  cəmiyyətdə  dərin  sosial  və 
texnoloji  dəyişikliklərin  başlanğıcını  qoydu.  Sənaye  inqilabı  köklü 
sosial  dəyişikliklər  yaratdığından  çox  vaxt  mütəxəssislər  tərəfindən  o 
„Neolit  inqilabi“  ilə  müqayisə  edilir.  Burada  inqilab  sözu  şərti  olarag 
tətbig  edilir,  çunki,  sənayeləşmə  on  illər  boyu  baş  verən  bir  proses 
olmuşdur.  Bu  ərəfədə  texnika,  elm  və  bununla  bağlı  məhsuldarlığın 
inkişafı kütləvi işsizlik və kasıbçılıq kimi bir çox problemləri də ozü ilə 
gətirmişdir.  
Sənaye  inqilabı  XV
ΙΙΙ
  əsrdə  İngiltərədə  başlamış  və  X
Ι
X  əsrdən 
etibarən  Avropa  və  ABŞ-a  yayılmışdır.  Əvvəllər  heyvan  və  ya  insan 
gücü  ilə  hərəkətə  gətirilən  maşınlar  üçün  Vattın  ixtira  etdiyi  buxar 
maşını  yeni  imkanlar  açmışdır.  Buxar  enerjisinin  mexaniki  enerjiyə 
çevrilməsi nəticəsində fabrik və zavodları çay və su kanallarından uzaq 
olan 
ərazilərdə 
qurmaq 
mümkün 
olmuşdur. 
Əl 
əməyi 
mexanikləşdirilərək manufakturalardan iri fabriklər meydana gəlmiş  və 
bununla yeni istehsal  üslubu yaranmışdır. Bu öncə İngiltərənin pambiq 
istehsalında tətbiq olunmuş, sonra başqa sahələri də əhatə etmişdir.  
Beləliklə,  buxar  maşınları,  külək  və  mövsümdən  asılı  olaraq  enerji 
mənbələrinin artib, azalmasının qarşısını almışdır. Su və  külək çarxları 
vasitəsilə  hərəkətə  gətirilən  nasoslar, artıq  buxar  maşını  ilə  işlədilməyə 
başlayır.    
Sənaye  inqilabının  əsas  tərkib  hissəsi  buxar  maşınının  yaradılması 
ilə  bərabər,  həm  də  hərəkət  vasitələrinin  də  mexanikləşdirilməsindən 
ibarət  idi.  Riçard  Trevitikin  (  ingl.  Richard  Trewithick)  və  Corc 
Stivensonun  (ingl.  George  Stephenson)  buxar  lokomotivi,  Robert 
Fultonun  buxar  gəmisi  buna  misaldır.  Bu  ixtiralar  cəmiyyətdə  yeni 
mərhələnin başlanğıcına  gətirib  çıxarmışdır.  Kiçik dəyirman və manu- 


Sənaye inqilabı 
 
227 
 
fakturların  enerji  gücü  buxar  enerjisi  ilə  rəqabətə  girə  bilmirdilər. 
Məhsullar  lokomotiv  və  buxar  gəmilərinin  köməyi  ilə  daha  tez  nəql 
edilə  bilirdi.  Bununla  istehsalda  tətbiq  olunan  kohnə  üsullar  yenisi  ilə 
əvəz olunmağa  başlayır. Burada, əsasən: 
 
-  insan  vərdişlərinə  əsaslanan  işlərin  bu  qaydada  tez,  dəqiq  və 
yorulmadan işləyən maşınlarla əvəzi, 
-  canlının  cansız  enerji  mənbəyi  ilə  əvəz  olunması,  ən  əsası  istiliyi  işə 
çevirən maşının ixtirası ilə tükənməz enerji mənbəyinin yaranması, 
-  xammalın  böyük  miqdarda  tətbiqi,  hər  şeydən  əvvəl  bitki  və  heyvan 
maddələrinin qeyri-üzvi və süni şəkildə hazırlanmış materiallar ilə əvəz 
olunması  nəzərə çarpırdı.  
 
Sənaye  inqilabının  nəyə  görə  texnoloji  cəhətdən  daha  inkişaf  etmiş 
Çində  yox,    məhz  Avropadan  başlanmasının  səbəbləri  hələ  də  müxtəlif 
elmi  mulahizələrin əsasında durur. Bəzi  mutəxəssislərin fikrincə Çində, 
o  dövrdə  yüksək  inkişaf  etmiş  iqtisadiyyat  sabit  vəziyyətdə  idi.  Burada 
görülən  işlər  qeyri  sənaye  üsulları  ilə  də  məhsuldar  şəkildə  yerinə 
yetirilə  bilirdi.  Ona  görə  də,  yüksək  kapital  tələb  edən  üsulların 
tətbiqinin qarşısını əl əməyi alırdı. Başqa mənbə, bir tərəfdən Avropada 
küllü  miqdarda  kömür  və  təbii  ehtiyatların  olması,  koloniyalardan 
xammal  axını,  digər  tərəfdən  ölkələr  arasındakı  rəqabət  onlarda  sənaye 
inqilabının  başlanması  üçün  ilkin  şərait  yaratmışdır.  Bu  dövrdə,  Çində 
aparılan izolyasiya siyasəti  də  texnikanın inkişafının qarşısını almışdır. 
Ticarət üçün Avropada olan azadlıq Çində yox idi. 
Bu  səbəblərdən  sənaye  inqilabı  üçün  yetişmiş  ictimai,  siyasi  və 
iqtisadi  şərait,  bu  prosesin  İngiltərədə  başlanması  üçün  zəmin 
yaratmışdır [2.1, 2.2]. 
 
 
 
 


Sənaye inqilabı 
 
228 
 
2.1.1. İngiltərədə sənaye inqilabının şərtləri 
 
Ə
l  əməyindən  maşın  tətbiqi  ilə  hazırlamaya  keçid  üçün  yaranan 
şərait  XV
ΙΙΙ
  əsrdə  sənaye  inqilabının  başlanğıcını  qoymuşdur. 
Sənayeləşdirmə  ilə  müşayət  olunan  siyasi  və  ictimai  proseslər 
nəticəsində  İngiltərədə  XV
ΙΙΙ
  əsrin  ortalarında  dərin  iqtisadi  və  sosial 
dəyişikliklər  baş  verir.  Bu  vaxt  İngiltərə  texniki  sahədə  aparıcı  rol 
oynamağa başlayır.   
İngiltərədə texnikanın inkişafı üçün yaranan münbit şəraitin əsasında, 
vətəndaş  inqilabından  sonra  baş  verən  köklü  dəyişikliklər  dururdu.  Bu 
inqilab  nəticəsində  kapitalist  istehsal  münasibət,  istehsal  gücü  və 
texnikanın inkişafı baş verir. İstehsalda texnoloji proseslər daha da kiçik 
sərbəst  əməliyyatlara  bölünərək  ayrı-ayrılıqda  fəaliyyət  göstərməyə 
başlayır.  Bu  differensiyallaşdırma  əmək  bölgüsündə  də  dəyişiklərə 
səbəb olur. Bundan əlavə, vətəndaş inqilabı elm və texnikanın inkişafına 
təkan  vermişdir.  İngiltərə  sənayesində  maşın  istehsalına  keçidin  tarixi 
vacibliyi    ilk    dəfə  olaraq    dərk  edilməyə  başlamışdır.  Müəyyən  mülk 
sahibləri  ilə  bərabər,  hökümət  də  artıq  texnikanın  inkişafında  maraqlı 
idi. 
İngiltərədə  baş  vermiş  vətəndaş  inqilabı,  maşınlarla  idarə  olunan 
fabrik  istehsalı  ilə  səciyyələnən  texniki  və  sənaye  inqilabı  üçün  sosial 
şərait və ilkin şərtlər yaratmışdır.   
İngiltərədə  iqtisadiyyatın  və  eləcə  də  texnikanın  inkişafı  bu 
inqilabdan  sonra  dərhal  baş  verməmişdir.  XV
ΙΙΙ
  əsrin  əvvəlində 
İngiltərə  texnika  sahəsində  Almaniya,  Holland,  Fransa  və  İsveçrə 
dövlətlərindən  geri  qalırdı  [2.1].  O  dövrdə  Avropa  dövlətləri  arasında 
diplomatik  səviyyədə  baş  verən  yazışmalara  nəzər  saldıqda,  sürətlə 
güçlənən  Ingiltərənin  başqa  dövlətlərlə  girdiyi  sazişlərdə  iqtisadi 
məsələlər, istehsal, ticarət və hətta texnika öndə dururdu.  
İngiltərədə baş verən bu dəyişikliklər manufakturanı aparıcı istehsal 
formasına  çevirmiş  və  Avropanın  başqa  dövlətlərində  texnikanın 
inkişafına təsir göstərmişdir.   


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə