Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə4/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   2   3   4   5   6   7   8   9   ...   40

Sənaye inqilabı 
 
229 
 
Sənaye 
sıçrayışından 
əvvəl  İngiltərədə  kənd  təsərrüfatında 
məhsuldarlığın  artması  nəzərə  çarpırdı.  Bu,  əhalini  stabil  ərzaq 
məhsulları ilə təmin etdiyindən, 1740-cı ildən əsrin sonuna kimi əhalinin 
sayı 5 milyondan 9 milyona qədər artır. Əhalinin sayının kəskin artması 
kənd  təsərrüfatı  məhsullarına  olan  tələbatı  və  bu  sahəyə  olan  marağı 
artırmışdır.  Böyük  miqdarda  iri  müəssisələrin  yaranması  nəticəsində 
texnikanın  tətbiqi  də  intensivləşməyə  başlayır.  Bu  arada  pambıq  emalı 
sənayesində  əl  əməyinə  olan  ehtiyac  əvvəlki  səviyyədə  olaraq  qalırdı. 
XV
ΙΙΙ
  əsrin  əvvəlində  tekstil  İngiltərə  sənayesində  ixrac  malı  olaraq 
əsas  yer  tuturdu.  Əhalinin  sayının  sürətlə  artımı  nəticəsində  tekstil 
istehsalı  da  getdikcə  artmağa  başlayır.  Hələ  XV
ΙΙΙ
  əsrdə  İngiltərədə 
pambıq,  Hindistan  pambığı  ilə  rəqabətə  girə  bilmədiyi  halda,  XV
ΙΙΙ
 
əsrdə    toxuculuq  sahəsində  yeni  texnikanın  tətbiqi  və  Amerikadan 
gətirilən  yeni  növ  pambığın  tətbiqi  nəticəsində  yüksək  keyfiyyətdə 
tekstil  mallar  hazırlamaq  mümkün  olmuşdur.  1780-1850-ci  illərdə 
pambıq  materialının  qiymətinin  aşağı  düşməsi,  daxili  və  xarici  bazarın 
güclənməsi  nəticəsində  tekstil  sənayesi,  əsasən  isə  pambıq  sənayesi 
sənayeləşmənin əsas mühərrikinə çevrilmişdir.  
Bu vaxt, əsasında yüksək mexanikləşmə dərəcəsi duran əl əməyindən 
maşın  işinə keçid baş verir. Tətbiq olunan maşınlar, öz mürəkkəbliyi və 
qabariti ilə mühəndisləri çətin məsələlər qarşısında qoyurdu.  Çünki, bu 
maşınların  adi  üsullarla  hazırlanması  mümkün  deyildi.  Yalnız  yeni 
alətlərin  və  dəzgahların  tətbiqi  ilə  maşınların  hazırlanmasında 
gözlənilən dəqiqlik və məhsuldarlığı  əldə etmək mümkün idi. 
Bu  dövrdə  yeni  maşınların  tətbiqi,  yolların  çəkilməsi  və 
maşınqayırmanın  başqa  sahələri  əhatə  etməsi  dəmirə  olan  ehtiyacı 
kəskin artırmışdır.   
XV
ΙΙΙ
  əsrin  ortalarına  qədər  dəmir  istehsalı  yalnız  ağac  kömürün 
köməyi  ilə  əldə  oluna  bilirdi.  Bununla  bağlı  kütləvi  istehsalın  tətbiqi 
problemlər  yaradırdı.  Dəmir  hissələrinin  hazırlanması  üçün  o,  yüz 
illərdən  bəri  məlum  olan  “yenilətmək”  üsulu  ilə  döyülə  bilən  hala 
gətirilirdi. Bu yolla əldə olunmuş dəmir döymə və yayma üsullarının kö- 


Sənaye inqilabı 
 
230 
 
məyi ilə lazımi formaya salınırdı.  
Dəmirin  hazırlanmasında  köklü  dəyişiklik,  çiy  dəmirin  emalında 
tətbiq  olunan  ağac  kömür  əvəzinə  daş  kömürlə  işləyən  sobaların 
Abraham Darbi (ingl. Abraham Darby) tərəfindən ixtira edilməsi ilə baş 
verir.  1740-ci  ildə  yeni  sobaların  tətbiqi  nəticəsində,  dəmir  istehsalında 
məhsuldarlığın  köklü  surətdə  artırılmasına  nail  olunmuşdur.  O,  ondan 
əvvəlki mühəndislərin təcrübələrindən istifadə edərək proses zamanı daş 
kömürün özünü yox, onun emal olunmuş məhsulunu - koksu tətbiq edir. 
O,  prosesin  fiziki,  kimyəvi  xüsusuyyətlərini  araşdırmış,  texnoloji 
faktorları  nəzərə  almış,  kokslaşdırma  prosesinin  texnologiyasını 
təkmilləşdirmiş  və  ərintidən  şlakın  çıxarılması  üçün  əlavə  materialların 
qatılmasını  təyin  etmişdir.    Darbi  tərəfindən  edilmiş  yenilik  uzun 
müddət  onun  sexindən  kənara  çıxa  bilməmişdir.  Yalnız  1747-ci  ildə 
başqa  əritmə  sexləri  də  koksun  tətbiqinə  başlayırlar.  Bu  sürətlə 
yayılmağa  başlayır.  1796-cı  ildə  İngiltərədə  sonuncu  ağac  kömürlə 
işləyən soba mövcud idi [2.3, 2.4].  
Koksun tətbiqi sobaya verilən havanın intensivliyinin artmasını tələb 
edirdi.  Bu  problemi  aradan  qaldırmaq  üçün  Darbi  hava  üfürcəklərini 
işlətmək  üçün  Nyukomenin  buxar  maşınını  tətbiq  edir.  Buxar  maşını, 
üfürcəklərin valına bərkidilmiş su çarxını hərəkət etdirmək üçün nasosla 
quyudan suyun çıxarılmasında tətbiq  edilirdi. Buxar maşının  kiçik  gücə 
malik  olması  səbəbindən,  onun  birbaşa  su  çarxına  birləşdirilməsi 
mümkün deyildi. 
Tigel  poladının  alman  mühəndisi  Benyamin  Huntsman  tərəfindən 
ixtirası da eyni tarixi əhəmiyyətə malik idi. Adi poladlardan düzəldilmiş 
alətlərin  kəsicilik  qabiliyyəti  çox  aşağı  olduğundan,  onlar  alətlərə 
qoyulan  tələbləri  ödəmirdilər.  XV
ΙΙ
  əsrin  ortalarına  qədər  Almaniya 
İngiltərəyə  alət  istehsalı  üçün  material  göndərirdi.  Bununla  bərabər 
yüksək  keyfiyyətli  İsveç  poladını  uzun  müddət  ağac  kömürdə 
qızdırmaqla 
emal 
edirdilər. 
Almaniyada 
yaradılmış 
bu 
üsul 
“sementləşdirmə”  adlanırdı.  Sonralar  bu  üsulla  alınmış  poladı  daha  da 
saflaşdıraraq “Shearsteel”, yəni kəsici  polad  hazırlanmışdır.  Bu polad-  


Sənaye inqilabı 
 
231 
 
lardan  ilk  növbədə kəsici alətlər hazırlanırdı [2.3].  
Metallurgiya  sahəsində  daha  bir  yenilik,  dəmirin  kömür  alovunda 
termiki  emalı  idi.  1760-cı  ildən  Vud  (ingl.  Wood)  qardaşları  tərəfindən 
tətbiq  olunan,  çəndə  kömürlə  dəmirin  emalı  üsulu  mövcud  olmasına 
baxmayaraq, 80-ci illərdə dəmir külçələrin təxminən yarısı əridilkməklə 
istehsal  olunurdu.  1784-cü  ildə  İngiltərədə  Kort  (ingl.  Cort)  tərəfindən 
ixtira edilən “Pudlinq” üsulu ilə döyülən poladların effektiv istehsalı baş 
verir [2.5].  
Pudlinq prosesinin mahiyyəti ondan ibarət idi ki, ərinti proses zamanı 
şlakla  birlikdə  qaşıq  vasitəsilə  qarışdırılır  və  bu  zaman  dəmirin 
tərkibində olan başqa birləşmələr şlakdakı oksigenlə birləşərək ərintidən 
ayrılırlar (şəkil 2.1).   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.1. Pudlinq üsulu ilə işləyən soba. 
 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə