Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə5/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   2   3   4   5   6   7   8   9   ...   40

Sənaye inqilabı 
 
232 
 
Sobalarda  metal  silindrlə  işləyən  üfürcəklərin  tətbiqi,    verilən 
havanın bərabər paylanması nəticəsində məhsuldarlığı artırmışdır. 
Dəmirə  artan  tələbat  və  onun  emalında  tətbiq  olunan  texnologiya 
Böyük  Britaniyada  dəmir  istesalının  1720-ci  ildə  27 000t-dan  1791-ci 
ilə  qədər  90000  t-a  yüksəlməsinə  gətirib  çıxarmışdır.  İngilis  dəmiri 
bütün  dünyaya  ixrac  olunmağa  başlayır,  əsasən  Amerika  böyük 
miqdarda  dəmir  alırdı  (şəkil  2.2).  Dəmir  məmulatlarına,  artıq  təkcə 
silahlar  yox,  həm  də  maşın  və  maşın  hissələri,  mədən  və  metallurgiya 
maşınları, sonralar isə lokomotovlər aid idilər [2.5]. 
Maşınlara artan tələbat XV
ΙΙΙ
 əsrdə tökmə sənayesini yeni məsələlər 
qarşısında  qoymuşdur.  Bürünc  və  ağacı  getdikcə  çuqun  əvəz  etməyə 
başlayır. Yeni dövrün pioneri kimi Con Vilkinson (ingl. Jon Wilkinson)  
dəmiri müxtəlif sahələrdə tətbiq etməyə çalışır. Bu dövrdə İngiltərədə 
əldə edilən texniki nailiyyətlər Fransa, Belçika və Almaniyada da tətbiq 
olunmağa başlayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.2. İngiltərənin dünya dəmir istehsalında yeri. 
 


Sənaye inqilabı 
 
233 
 
Metallurgiyanın  sürətlə  inkişafı  kömürə  olan  təlabatı  artırdığından  
kömür  istehsalının  da  artması  baş  vermişdir.  İngiltərədə  1530-cu  ildə 
200000  t    kömür  istehsal  olunduğu  halda,  1650-ci  ildə  1,5  milyon  t, 
1750-ci ildə isə bu rəqəm artıq 5 milyon t-a çatmışdır [2.5].   
Dəmir  filizlərinin  əridilməsində  böyük  miqdarda  kömürün  lazım 
olması  və  buxar  maşınlarının  geniş  tətbiqi  nəticəsində  daş  kömürə  olan 
tələbat daş kömürün hasilatını gücləndirmişdir. 1750-ci ildən 1850-ci ilə 
qədər  olan  dövrdə  Böyük  Britaniyada  daş  kömür  istehsalı  5  milyon 
tondan 55 milyona qədər artmışdır [2.5].  
İngiltərənin  ticarət,  tekstil,  dəmir  və  eləcə  də  dəmir  məmulatlarının 
istehsalında  əldə  etdiyi  uğurun  kökündə,  o  dövrdə  olkədə  mövcud  olan 
ictimai-siyasi  inkişaf  dururdu.  Avropanın  başqa  ölkələrinə  nisbətən 
İngiltərədə  XVII  əsrin  ortalarında  azad  müəssisələrin  fəaliyyəti  üçün 
münbit  şərait  yaranmışdır.  Texnikanın  inkişafı  ilə  bərabər,  onun  tətbiqi 
zamanı  hüquqların  qorunması  böyük  əhəmiyyət  kəsb  edirdi.  1624-cü 
ildə  patentşünaslığın  əsası  sayılan  “Monopoliyanın  statusu”-da  Kralın 
yalnız  ölkənin  xeyri  üçün  ixtira  edilən  məhsullara  və  üsulların  ilk 
müəllifinə  patent  verə  biləcəyi  deyilir:  “Patentlər  gələcəkdə  krallıq 
daxilində 14 il və ya az vaxt müddətdə yalnız hər hansı istehsal üsuluna 
və  ya  yeni  üsulun  həqiqi  və  ilk  ixtiraçısına  verilə  bilər...Bu,  o  vaxt 
quvvəyə  minir  ki,  patent  qanunlara  zidd  deyil  və  ya  dövlətə  xələl 
gətirmir,  belə  ki,  qiymətlərin  qalxmasına  səbəb  olmur,  ticarətə  zərər 
vurmur...”[2.6]. 
Bu  qanunun  XVII  əsrdə  qəbul  olunmasına  baxmayaraq,  ixtiraçılar 
onun  aliliyindən  yalnız  XV
ΙΙΙ
  əsrin  sonunda  tam  istifadə  edə  bilmişlər. 
Vaxtilə  Göte  ingilislər  haqqında  yazır:  “Tanımaq  və  ixtira  etməyi  əldə 
edilmiş  ən  dəyərli  mülk  kimi  görürük.  Ağıllı  ingilislər  onu  bir  patentlə 
dərhal  reallığa  çevirdilər  və  bununla,  bütün  mübahisələrə  son 
qoydular...”  
İngilislər  sənayedə  tekstil  istehsalında  başqalarından  qabaq  idilər. 
Toxuculuq  dəzgahlarında  edilmiş  təkmilləşdirmələr  nəticəsində  istehsal 
kəskin artmışdır. Ancaq ipəyirən maşınların səviyyəsi çox aşağı idi. Bu,  


Sənaye inqilabı 
 
234 
 
ümumilikdə  tekstil    istehsalını  lazımi  miqdarda  sapla  təmin  edə 
bilmədiyindən,  istehsalın  ümumi  məhsuladrlığı  bundan  zərər  çəkirdi. 
Toxuculuqda  edilən  irəliləyiş  bu  çatışmamazlığı  kompensasiya  edə 
bilmirdi. 
Yalnız XV
ΙΙΙ
 əsrdə mütərəqqi ipəyirən maşınların ixtirasından sonra 
toxuma və ipəyirmə arasındakı məhsuldarlıq fərqi nisbətən zəifləyir və  
bu  1750

1770-ci  illərdə  pambıq  ixracını  10  dəfə  artırır.  1764-cü  ildə 
Ceyms  Harqrivs  (ingl.  James  Hargreaves)  tərəfindən  ixtira  edilmiş 
maşın  bir  neçə  sapı  eyni  zamanda  əyirə  bilirdi.  Su  çarxı  ilə  işləyən 
ipəyirən  maşın  1768-ci  ildə  Riçard  Akrayt  (ingl.  Richard  Arkwright
tərəfindən layihələndirilmişdir (şəkil 2.3).  
1784-cü ildə Edmend Kartvrayt (ingl. Edmund Cartwright) tərəfindən 
düzəldilmiş  toxucu  maşın  texniki  cəhətdən  işləsə  də,  sürəti  çox  aşağı 
olduğundan  iqtisadi  çəhətdən  əlverişli  deyildi.  Toxucu  maşınlarının 
növbəti  təkamülü,  1822-cil  ildə  Modsli  məktəbinin  yetirməsi  Roberts 
tərəfindən  düzəldilmiş  mexaniki  idarə  sistemi  ilə  təchiz  olunmuş 
ipəyirən  maşınla  əldə 
edilmişdir.  
Sapların  hazırlanma-
sında əldə edilən texniki 
inkişaf 
yeni 
dövrün 
qədəm  qoymasına  gəti- 
rib çıxarmışdır. Əl əmə- 
yi  maşınlar  tərəfindən 
sıxışdırılmağa  başlayır. 
İngilis 
sənayesində 
tekstil  sənayesinin  rolu 
və  vacibliyi  ümumiy- 
yətlə  maşınqayırmanın 
inkişafını 
müəyyən 
etmişdir.  
 
 
 
Şəkil 2.3. İpəyirən maşın.
  


Sənaye inqilabı 
 
235 
 
Maşınla  istehsala  keçid  maşınların  hazırlanmasını  ilk  şərt  kimi 
qoyurdu. 
XVIII  əsrdə  incə  texnikanın  çatdığı  yüksək  səviyyə  tekstil 
sənayesində  əldə  edilən  ixtiralar  üçün  əlverişli  baza  yaratmışdır.  Vaxtı 
ilə, saatların düzəldilməsi istiqamətində tanınmış mühəndislər Arkvayt,  
Kay  və  Fulton  başqa  mühəndislərlə  birlikdə  toxuculuq  üçün  lazım  olan 
maşınların hazırlanması ilə məşğul olmuşlar.  
Müxtəlif  növ  tekstil  maşınlarının  hazırlanması  və  tətbiqi  müasir 
maşınqayırmanın  yaranması  və  inkişafında  oynadığı  rol  təkzib 
olunmazdır.  Müxtəlif  konstruksiya,  material  və  ötürmələrin    tətbiqi 
nəticəsində  yaranan  çox  variantlılıq  ilə  əlaqədar  olaraq  böyük  həcmdə 
tekstil  maşınlarının  istehsalı  maşınqayırma  qarşısında  böyük  tələblər 
qoyurdu.  Bu  məhsullarla  birlikdə  buxar  maşınlarına  getdikcə  artan 
tələbat maşınqayırmanın inkişafına daha da təkan verməkdə idi.       
Buxar  maşını,  ümumiyyətlə  sənaye  inqilabı  üçün  simvol  rolunu 
oynayır.  Bu  maşının  ixtirası  və  inkişafı  dağ-mədən  sahəsində  əldə 
olunmuş  texniki  addımdan  irəli  gəlirdi.  Mədənlərdə  getdikcə  artan 
deşmə  dərinliyi  üçün  su  enerjisi  artıq  kifayət  etmədiyindən,  daha  da 
effektiv maşınların ixtirası və tətbiqinə ehtiyac yaranmışdır.  
İlk  tətbiq  oluna  bilən  buxar  maşını  1711-ci  ildə  Nyukomen  (ingl
Newcomen)  tərəfindən,  Otto  fon  Kuerike  (alm.  Otto  von  Quericke), 
Hugens,  Papin  və  Saverinin  elmi  və  praktiki  işlərinin  nəticələrinə 
əsaslanaraq  düzəldilmişdir  [2.2].  1654-cü  ildə  alman  alimi  Otto  fon 
Kuerike    Maqdeburq  şəhərində  göstərmişdir  ki,    kolba  daxilinə 
presslənmiş  hava  mexaniki  iş  yaratmaq  qabiliyyətinə  malikdir.  1680-ci 
ildə Hugens barıtla apardığı eksperimentlə kolbanı hərəkətə gətirmişdir. 
1690-cı  ildə  Denis  Papin  barıt  əvəzinə  su  buxarından  istifadə  edərək 
kolbanı  sıxılmış  hava  ilə  yox,  buxar  ilə  hərəkət  etdirmişdir.    Papinin 
maşını, igitisadi və texnoloji problemlər nəticəsində praktikada tətbiqini 
tapa bilməmişdir.  
1698-ci  ildə  ingilis  mühəndisi  Tomas  Saveri    (ingl.  Thomas  Savery
sıxılmış hava və buxarla işləyən maşın düzəldir. Bu maşının dağ mədən- 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə