Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə6/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   2   3   4   5   6   7   8   9   ...   40

Sənaye inqilabı 
 
236 
 
lərində  tətbiqi  onun  az  gücə  malik  olması  səbəbindən  həyata  keçirilə 
bilmir.  Bu  baxımdan  Nyukomenin  maşını  uğurla  tətbiq  oluna  bilir. 
Onun,  Papinin  ideyasına  əsaslanaraq  düzəltdiyi  maşını  silindrdən 
kənarda yerləşdirdiyi su çənindən alınan buxarla işləyirdi. Nyukomenin 
buxar  maşını  dağ  mədənlərində  tətbiq  olunsa  da,  onun  enerji  məsrəfi 
yüksək olduğundan rasional istifadə oluna bilməmişdir (şəkil 2.4). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
Şəkil 2.4. Nyukomenin buxar maşını. 
 
Yüksək  gücə  malik  buxar  maşınlarının  hazırlanması  ilk  növbədə 
hissələrin  hazırlanmasında  əldə  edilən  dəqiqlikdən  asılı  idi.  O  dövrün 
mexaniki  emal  texnologiyasının  səviyyəsi  hələ  o  dərəcədə  deyildi  ki, 
silindrləri yüksək dəqiqliklə hazırlamaq mümkün olsun.  
1769-cu  ldə  Ceyms  Vattın  (ingl.  James  Watt)  məşhur  ixtirası  ilə 
parallel  olaraq,  ingilis  alimi  Smeaton  atmosfer  buxar  maşınını,  əsasən 
mexaniki  emal  baxımından  optimallaşdırır  [2.7].  O  silindrin  daxili 
hissəsini  yüksək  dəqiqliklə  emal  etmək  üçün  toplarda  istifadə  olunan 
burğulama  dəzgahı  təkmilləşdirir. Bunun üçün o, burğu başlığının ağır- 


Sənaye inqilabı 
 
237 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.5. Smeatonun düzəltdiyi burğulama dəzgahı. 
 
lığının  emal  zamanı  təsirini  azaltmaq  üçün  alətlə  birlikdə  borunun 
daxilində hərəkət edən arabadan istifadə edir (şəkil 2.5).  
Burada 
pəstahın 
qeyri-dəqiqliyi 
arabanın 
səlis 
hərəkətini 
azaltdığından, emal prosesi o qədər də dəqiq alınmırdı.   
Buxar  maşınlarının  hazırlanmasında  həlledici  irəliləyiş  emal 
texnologiyasında edilmiş inkişafla bağlı idi. 1775-ci ildə Con Vilkinson 
(ingl.  Jon  Wilkinson)  tərəfindən  düzəldilmiş  iki  dayaqda  oturdulmuş 
burğulama  dəzgahı  yüksək  dəqiqlik  təmin  etmişdir  (şəkil  2.6).  Bu 
maşınla  ilk  dəfə  olaraq  Çeyms  Vattın  düzəltdiyi  buxar  maşının  silindri 
emal  olunmuşdir.  Vilkinsonun  burğulama  dəzgahında  mexaniki  emal 
həm  də  onunla  fərqlənirdi  ki,  kəsiçi  alət  kimi  ilk  dəfə  olaraq  tigel 
poladından  istifadə  edilmişdir.  Bu,  emal  olunan  səthin  əvvəlkinə 
nisbətən yüksək keyfiyyətdə hazırlanmasına imkan verirdi.  1782-ci ildə 
Vilkinsonun  fabrikində  aşağı  təzyiqdə  işləyən  ilk  Vatt  buxar  maşını 
hazırlanır.   
Vattın ixtirasının arxasında bir neçə şərt dururdu. Bunlardan başlıcası 
ondan ibarət idi ki, o dövrdə mexaniki emal texnologiyasının  malik ol- 


Sənaye inqilabı 
 
238 
 
duğu səviyyə lazım olan dəqiqliyi təmin etməyə imkan vermişdir. Digər 
tərəfdən  mövcud  olan  iş  maşınlarının  kifayət  qədər  gücə  malik 
olmaması yeni texnikanın yaradılmasını tələb edirdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.6. Vilkinsonun burğulama dəzgahı. 
 
Nyukomenin  ixtira  etdiyi  buxar  maşını  ilə  müqayisə  apardıqda 
Vattın maşınının üstünlüklərini görmək olur. 
Nyukomenin  buxar  maşınının  iş  prinsipi  istilik  enerjisinin  mexaniki 
enerjiyə  çevrilməsinə  əsaslanır.  Maşının  işçi  kamerası,  içərisində  kolba 
yerləşdirilmiş  silindrdən  ibarətdir  (şəkil  2.7).  Silindrin  alt  tərəfində, 
içərisində  su  qaynayan  çən  yerləşdirilir.  Çən  ventil  vasitəsilə  silindrlə 
əlaqələndirilir.  Kolba  üst  tərəfdə  yerləşdirilmiş  mancanağın  qoluna 
bərkidilir.  Kolba  yuxarı-aşağı  hərəkət  etdikdə  o,  mancanaq  vasitəsilə 
quyuda yerləşdirilmiş su nasosunu hərəkətə gətirir.  
İşçi  qüvvəni  yaratmaq  üçün,  buxar  çənindən  silindrə  buxar  verilir. 
Silindrə daxil olan  buxar kolbanı  yuxarı  itələyir. Sonra  silindrə  başqa 


Sənaye inqilabı 
 
239 
 
borudan soyuq su püskürdülür. Bu zaman işçi  kamerada olan isti buxar 
soyuyaraq  kondensə  olunur.  Silindrdə  buxarın  soyuması  nəticəsində 
“qismi vakuum” yaranır. Xaricdəki atmosfer təzyiqi ilə silindrdəki təz-  
     
 
1-
 
Buxar çəni 
2-
 
Silindr 
3-
 
Kolba 
4-
 
Kran 
5-
 
Su çəni 
6-
 
Kran 
7-
 
Boru 
8-
 
Mancalaq 
9-
 
Ventil 
10-
 
Tarazlayıcı yük 
11-
 
Su nasosu 
 
 
 
Şəkil 2.7. Nyukomenin düzəltdiyi buxar maşının sxemi. 
 
yiq  fərqi  nəticəsində  kolba  aşağıya  itələnir.  Nəticədə  silindrdə  əmələ 
gəlmiş  su,  işçi  kameradan  başqa  boru  ilə  xaric  edilir.  Sonradan 
kameraya  yenidən  buxar  vurulur  və  proses  təkrar  olunur.  Bu  maşının 
işləmə taktı dəqiqədə 10 dəfə idi [2.8, 2.9].  
Papinin  konstruksiyasından  fərqli  olaraq  Nyukomenin  maşını 
praktikada tətbiq  edilmiş, bir əsrdən artıq torpaqların suvarılmasında su 
nasoslarının  işlədilməsi  üçün  istifadə  edilmişdir.  Ancaq  bu  maşının 
faydalı  iş  əmsalı  0,5-ə  bərabər  olduğundan,  onun  tətbiqi  iqtisadi 
cəhətdən səmərəli deyildi.  
Çeyms  Vatt,  Nyukomenin  düzəltdiyi  buxar  maşınını  təmir  edən 
zaman, onu  təkmilləşdirərək, daha  yeni  tərkibdə  bir  maşın ixtira  edir 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə