Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə8/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

Sənaye inqilabı 
 
245 
   
2.2. Maşınqayırmanın inkişafında təkamül 
 
2.2.1. Maşınların maşın tərəfindən hazırlanması 
 
T
ekstil  sənayesi  üçün  iş  maşınlarının  ixtirası,  tətbiqi  və  həmçinin 
buxar 
maşınının 
geniş 
yayılması 
maşınqayırmanın 
yenidən 
formalaşmasını  tələb  edirdi.  İqtisadi  inqilaba  qədər,  uzun  müddət 
maşınların hissələri ayrı-ayrılıqda əl ilə hazırlanırdı. Bu proses çox vaxt 
tələb  edirdi  və  maşınların  hazırlanması  nəticədə  baha  başa  gəlirdi. 
Maşınların  konstruksiyalarının  getdikcə  mürəkkəb  olması  ilə  bərabər 
sürət,  güc,  etibarlıq  və  dəqiqlik  kimi  göstəricilərin  artması  ilə  bağlı 
olaraq  yaranmaqda  olan  texniki  problemləri  bu  yolla  həll  etmək  artıq 
mümkün  deyildi.  Ötürmə  qurğuları  və  işçi  maşınlarının  böyük  ölçüdə,  
müxtəlif  quruluşda  olması  və  istifadə  olunan  elementlərin  birgə 
işləməsini  optimal  təmin  etmək  üçün  yeni  materialların  tapılıb  tətbiq 
olunması  lazım  idi. Buna görə də, ağac əvəzinə  metal tətbiq  olunmağa 
başlayır.  Metalın  emalı  daha  da  çətin  olduğu  üçün  tətbiq  olunan 
metalkəsən  dəzgahların  və  alətlərin  təkmilləşdirilməsi  tələb  olunurdu. 
Dəzgahların  konstruksiyalarının  təkmilləşdirilməsi  yeni-yeni  dəzgah 
növlərinin yaranmasına səbəb olmuşdur.  
Burada  söhbət  təkçə  metal  emalı  üçün  avadanlıqların  sayının  
genişləndirilməsindən 
getmirdi. 
İpəyirən,  toxuculuq  və  buxar 
maşınlarının  sürətlə  yayılması  metal  emalı  qarşısında  yeni,  xüsusi 
tələblər  qoyurdu.  Əsasən  isə  hazırlanan  hissələrin  dəqiqliyi  yüksək 
olmalı  idi.  Məsələn,  nazik  və  həssas  sapların  hazırlanması,  istifadə 
olunan  maşınlar  və  onun  hissələrinin  yüksək  dəqiqliyə  malik  olması  və 
mexanizmlərin  səlis  işləməsi  nəticəsində  mümkün  idi.  Belə  maşınları 
texnologiyada  baş  verən  keyfiyyət  dəyişiklikləri  nəticəsində  yaratmaq 
mümkün  olmuşdur.  İnkişaf  etməkdə  olan  metal  emalı  da  buna  dəyərli 
təkan vermişdir.  
Yuxarıda  qeyd  olunduğu  kimi  buxar  maşınlarının  hazırlanması 
maşınqayırmanı yeni texniki  və  texnoloji  məsələlərin  həlli ilə  məşğul 


Sənaye inqilabı 
 
246 
 
olmağa  vadar  etmişdir.  Çünki,  köhnə  texniki  vasitələrlə  yüksək  kipliyə 
malik olan silindr-kolba cütünü hazırlamaq mümkün deyildi.  
Getdikcə  mürəkkəbləşən  maşın  hissələrinin,  artıq  tətbiq  olunacağı 
işçi 
yerlərində 
hazırlanması 
mümkün 
deyildi. 
Bu 
tədricən 
maşınqayırmanı  ayrıca  bir  sənaye  sahəsi  kimi  inkişaf  etməyə  gətirib 
çıxarmışdır.  Məsələn,  Vatt  öz  buxar  maşınının  hissələrini  gizli 
texnologiya  ilə  işləyən  Vilkinsonun  emalatxanasında  hazırlamağa 
məcbur olmuşdur.  
Beləliklə,  maşınlar  getdikcə  məhsul  formasında  hazırlanaraq  satışa 
çıxarılmağa  başlayır.  Bu,  maşınqayırmanın  bir  sənaye  sahəsi  kimi 
formalaşmasının əsasını qoymuşdur.  
Yeni 
tələblərə 
cavab 
verən 
dəzgahların 
hazırlanması, 
dəzgahqayırmanın  formalaşmasına  gətirib  çıxarır.  Burada  əsas  məqsəd- 
əvvəllər  əl  ilə  görülən  işlərin  maşınlara  keçirilməsindən  ibarət  idi. 
Alətlərin  maşın  tərəfindən  hərəkət  etdirilməsi  metal  emalında  inqilab 
idi.  Mürəkkəb  alətlərin  maşınla  hərəkət  etdirilməsi,  məhsuldarlığı 
artırmaqla bərabər kütləvi istehsalı da mümkün etmişdir. 
Maşınqayırmada  texniki  yeniləşməni  tətbiq  edən  ölkələrin  önündə 
İngiltərə  dururdu.  Burada  baş  verən  yeniləşmə  prosesinin  əsas 
xüsusuyyətləri yetişmiş ictimai və siyasi şəraitlə bağlı idi.    
  
   
 
 
 
 
 
 
 
 
 
 


Sənaye inqilabı 
 
247 
 
2.2.2. Dəzgahların mexanikləşdirilməsində edilən ilk cəhdlər 
 
XVIII 
əsrin  sonundan  XIX  əsrin  əvvəlinə  qədərki  dövrdə  metal 
emalı  sahəsində  tətbiq  olunan  avadanlıq  və  texnologiyada  köklü 
dəyişiklər  baş  vermişdir.  Metalın  əsas  konstruksiya  materialı  kimi 
yayılması  mexaniki  emal  texnologiyasında  yeni  dəzgahların  tətbiqini 
tələb  edirdi. O dövrdə  mövcud  olan dəzgahların  ötürmələri  metal  emalı 
üçün  çox  zəif  idilər.  Alətin  əl  ilə    tutulması  və  verilməsi  sahəsində 
edilən  bütün  cəhdlər  metal  emalı  zamanı  qalın  yonqar  qatının 
çıxarılmasına  imkan  vermirdi.  Ona  görə  də,  bu  prosesin  məhsuldarlığı 
çox aşağı idi. Bu problem  dəzgahlarda ustanın əlini xüsusi  mexanizmlə 
və insan gücünün daha məhsuldar mexaniki ötürmə ilə əvəz olunmasını 
tələb  edirdi.  Birinci  problem  dəzgahlarda  supportun  tətbiqi  ilə  aradan 
qaldırılmışdır.  Kəsici  alətin  supportla  işçi  zonada  hərəkət  etdirilməsi 
verilən  həndəsi  formanı  tez,  dəqiq  və  asanlıqla  almağa  imkan  verirdi. 
Mexaniki  support  tezliklə  bütün  dəzgahlarda  tətbiq  olunmağa  başlayır. 
Mexanikləşdirilməmiş  dəzgahlarda  çalışan  ustalar  öz  əl  qabiliyyəti  ilə 
bərabər  müəyyən  gücə  də  malik  olmalı  idilər  ki,  aləti  emal  zamanı 
yaranan  kəsmə  qüvvəsinə  qarşı  tuta  bilsin.  Emal  zamanı  buraxılan 
xətanı aradan qaldırmaq üçün usta bütün hissəni yenidən yonmalı idi.  
Maşınqayıranların  alətin  mexaniki  hərəkət  etdirilməsi  ideyasına 
gəlmələrinə  qədər  xeyli  vaxt  keçmişdir.  İlk  dəfə  olaraq  supportla  emal 
ideyası bahalı əşyaların üzərində naxışların və yivlərin kəsilməsi və dişli 
çarxların emalı zamanı tətbiq olunmağa başlayır. Yivin kəsilməsi xüsusi 
şablonların köməyi ilə yerinə yetirilirdi. Öncə yiv kağızda çəkilir, sonra  
hissənin üzərində nişanlanırdı. Usta iz boyunca yivi bülövlə emal edirdi. 
Bu  uzun  və  əməktutumlu  proses,  həm  də  keyfiyyətin  aşağı  olması  ilə 
səciyyələnirdi.  
İlk dəfə olaraq supportla emal XVIII əsrdə saatların hazırlanmasında 
istifadə  olunan  dəzgahlarda  tətbiq  olunmuşdur.  Bu  dəzgahların 
çatışmayan  cəhəti  ondan  ibarət  idi  ki,  onların  hamısı  hər  hansı  xüsusi 
hissələrin emalı üçün nəzərdə  tutulmuşdur. Bu da  onların  yeni  inkişaf   


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə