Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə9/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

Sənaye inqilabı 
 
248 
 
etməkdə  olan  metal  sənayesində  geniş  tətbiqini  çətinləşdirirdi.  Bu 
problem yalnız universal torna dəzgahlarının hazırlanmasından sonra öz 
həllini  tapır.  Bu  sahədə  məlum  olan  bir  neçə  konstruksiyaya  nəzər 
saldıqda,  o  dövrdə  dəzgahqayırmada  edilən  cəhdlər  haqqında  təsəvvür 
yaranır.  
Bu  sahədə  pioner  sayılanlardan  biri 
rus  mühəndisi  və  ixtiraçısı  Andrey 
Nartov  idi  (şəkil  2.12).  Onun    gördüyü 
işlər 
dəzgahqayırmanın 
inkişafında 
mühüm  rol  oynamışdır.  I  Pyotrun 
yanında  çalışan  mühəndis  əsasən  torna 
emalı  ilə  məşğul  olmuşdur.  1718-ci  ildə 
çar I Pyotr torna sənətini təkmilləşdirmək 
üçün  onu  xaricə  göndərir.  Sonralar  o 
Peterburqa 
gətirilərək 
çarın 
şəxsi 
tornaçısı  təyin  olunur.  Burada  çalışan 
Nartov  bir  çox  orijinal  torna  dəzgahları 
düzəldir [2.2].  
Bu  dəzgahlardan  ən  təkmili  köçürmə  dəzgahı  idi.  Ilk  dəfə  olaraq 
alətin  torna  dəzgahında  əl  ilə  tutulmasını  mexanikləşdirmək  ideyası 
Nartova məxsusdur. Onun düzəltdiyi dəzgahlarda alətin verişi supportla 
yerinə  yetirilirdi  (1717).  Bu  da  ona  dəqiq  həndəsi  formaları  yaratmağa 
imkan verirdi (şəkil 2.13).  
1721-ci  ildə  Nartov  ilk  dəfə  olaraq  saatların  istehsalı  üçün  dişli 
çarxların  kəsilməsi  və  insan  profillərinin  lövhələrdə  yonulması  üçün 
dəzgahlar  düzəldir.  Bu  dəzgahlar  o  dövrdə    Rusiyaya  dünya  şöhrəti 
gətirir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  dəzgahların  gövdələri 
ağacdan  hazırlanırdı  və  onlar  kiçik  hissələrin  emalında  tətbiq 
olunurdular.  
Müharibələrdə döyüşən Rusiya üçün vacib olan artilleriya sahəsində 
də  Nartovun  əməyi  yüksək  qiymətləndirilmişdir.  Onun  düzəltdiyi  çox 
qülləli batareya o dövr üçün yüksək effektə malik artilleriya qurğusu  idi 
 
Şəkil 2.12. Nartov. 


Sənaye inqilabı 
 
249 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.13. Torna dəzgahı. 
 
(şəkil  2.14).  O,  artilleriya  arabasının  üzərində  dönən  silindrik  şayba 
yerləşdirir.  Bu  şaybanın  üzərində  üç  funtluq  mərmiləri  atma  gücünə 
malik  olan  40  qüllə  oturdulur.  Bir  qüllədən  mərmi  atıldıqdan  sonra  o, 
dönür  və  onun  yerini  yüklənmiş  qüllə  tutur.  Bu,  atəşin  kiçik  fasilələrlə 
aparılmasına  imkan  verirdi.  Artilleriya  sahəsində  fəaliyyət  göstərən 
Nartov  rus  artilleriyası  məktəbini  yaradır  və  bu  sahədə  çoxlu  sayda 
tornaçılar və çilingərlər yetişdirir.  
Nartov  çar  I  Pyotrun  sağlığında  və  onun  vəfatından  sonra  da  rus 
elmlər akademiyasında aparıcı vəzifələrdə çalışaraq, Rusiyanın tanınmış 
şəxslərindən olmuşdur [2.11].  
Ömrünün sonuna yaxın Nartov etdiyi ixtiralar  haqqında materialları 
cəmləşdirərək  “Theatrum  Machinarium”  adı  altında  kitab  şəklinə  salır. 
Ancaq  bu  kitab  onun  sağlığında  çap  olunmur  və  uzun  müddət  itmiş 
sayılır.  O  yalnız  1959-cu  ildə  tapıldıqdan  sonra  işıq  üzü  görə  bilir. 
Kitabda verilmiş 34  dəzgah haqqında çizgilər və izahatlar onun mühən-  


Sənaye inqilabı 
 
250 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Şəkil 2.14. Nartov batarejasi, Peterburq artilleriya muzeyi. 
 
dislik biliyinin zənginliyini göstərir.  
Avropada  başqa  mühəndislər  də  dəzgahların  mexanikləşdirilməsi 
üzərində  çalışmışlar.  Məsələn,  fransız  mühəndisi  Tyu  (fran.  Thiout
1741-ci  ildə  çap  etdirdiyi  kitabında  verdiyi,  saat  düzəltmək  üçün 
nəzərdə  tutulmuş  dəzgahın  layihəsini  bunlara  aid  etmək  olar.  Saatların 
hazırlanmasında  sonsuz  vint  çətin  emal  olunan  hissə  idi.  O,  saatlarda 
yayın  gərilməsini  tarazlamaq  üçün,  empirik  təyin  olunmuş  mürəkkəb 
kontura  malik  idi.  Əl  ilə  bu  hissənin  hazırlanması  çətin  olduğundan 
xüsusi  dəzgaha  ehtiyac  var  idi.  Tyunun  kitabında  təsvir  olunmuş 
dəzgahlarda  alət  tutqacları  göstərilmişdir.  İlk  dəzgah  addım  yivləri  və 
dişli çarxlarla təmin olunmuşdur (şəkil 2.15).  
Alətin  kəsmə  zamanı  irəliyə  verişi  ling  kimi  işləyən  dəstəklə  yerinə 
yetirilirdi. Burada da vintin hazırlanması ustanın təcrübəsindən asılı idi. 
Başqa  bir  dəzgah  şəkil  2.16-da  verilmişdir.  Bu  dəzgahda  alətin  tutqacı 
əsas  şpindellə  əlaqədə  olan  yönəldicidə  yerləşdirilir.  Dəzgah  metaldan 
hazırlanmışdır.  Alətin  hərəkəti  ilə  şpindel  dönməsi  arasındakı 
münasibəti,  onları  əlaqələndirən  qolun  uzunluğunun  dəyişdirilməsi  ilə 
tənzimləmək olurdu.   


Sənaye inqilabı 
 
251 
 
 
 
Şəkil 2.15. Tyunun torna dəzgahı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.16. Tyunun saatsaz üçün düzəltdiyi torna dəzgahı. 
 
1763-cü ildə Parisdə saatların hazırlanmasına həsr olunmuş başqa bir 
kitab Betru (fran. Betrhoud) tərəfindən  çap olunur. Bu  kitabda  iki  növ
 


Sənaye inqilabı 
 
252 
 
dəzgaha  rast  gəlinir.  Onların  hər  ikisi  metaldan  hazırlanaraq  yüksək 
səviyyəli  mexaniki  ötürməyə  malik  idilər.  Betrunun  təsvir  etdiyi 
dəzgahda  emal  zamanı  ustanın  təcrübəsi  o  qədər  də  rol  oynamırdı. 
Çünki,  ustanın  işi  dəzgahı  işə  salmaq  və  aləti  nümunəyə 
toxundurmaqdan ibarət idi. Dəzgahın işləməsi indi məlum olan köçürmə 
prinsipinə  əsaslanırdı  (şəkil  2.17).  Eninə  veriş  mexaniki  olaraq  yerinə 
yetirilirdi. Bu dəzgahlar yalnız metal emalı üçün nəzərdə tutulmuşdular. 
İş prinsipi hissələrin çox sayda hazırlanmasına imkan verirdi.  
1771-ci ildə Diderot və Dalomber (fran. d’Alembert) tərəfindən tərtib 
olunmuş  ensiklopediyada  alətin  hərəkət  etdirilməsini  mexaniki  yerinə 
yetirməyə  imkan  verən  yönəldici  mexanizm  təsvir  olunmuşdur.  Burada 
təsvir  olunmuş  mexanizmdən  aydın  olur  ki,  alət  bu  supportla  iki 
istiqamətdə hərəkət etdirilə bilər (şəkil 2.18). 
XVIII  əsrin ikinci  yarısı metal emalı dəzgahlarının  geniş yayılması, 
universal  dəzgahların  düzəldilməsi  istiqamətində  edilən  cəhdlər  ilə 
xarakterizə olunurdu. Bu inkişaf dəzgahqayırmada o dövrə qədər məlum 
olan təcrübələrə əsaslanırdı.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.17. Betrunun düzəltdiyi torna dəzgahı. 
 
 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə