Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə27/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

Sənaye inqilabı 
 
311 
 
bu peşəkarlar tərəfindən yaradılmışdır. Bu ənənə böyük potensial təşkil 
edirdi. Maşınların hazırlanması üzrə ixtisaslaşmış ustalar yalnız çilingər, 
dülgər,  saatsazlar  deyildilər.  Əsrin  əvvəlində  Almaniyada  fəaliyyət 
göstərən  ustalar  heç  də  İngiltərə  və  Fransadakı  ustalardan  geri 
qalmırdılar.  Öncə  optik  və  mexaniki  cihaz  hissələrinin  düzəldilməsi  ilə 
məşğul  olanlar  sonralar  böyük  maşınların  hazırlanmasında  iştirak 
edirdilər.  Ustalar  ilkin  vaxtlarda  xaricdən  gətirilmiş  maşınların 
təmirində çalışmışdılar. Sonralar onlar bu maşınların əsasında yenilərini 
düzəltməklə məşğul olmuşdular.  
XV
ΙΙΙ
  əsrin  sonu  və  X
Ι
X  əsrin  ortalarında  dağ-mədən,  metallurgiya 
və  tekstil  sənayesi,  hər  şeydən  öncə  manufakturalarda  əldə  edilmiş 
peşəkarlıq  alman  maşınqayırmasının  yaranma  mənbələrini  təşkil 
edirdilər.  Bu  sahələrin  inkişafının  və  onların  bu  günə  kimi  Almaniya 
sənayesinin  aparıcı  sütunu  kimi  qalması,  insanların  gördüyü  böyük 
işlərin nəticəsidir. İnsanlarda bu gücü hərəkətə gətirmək üçün uzun vaxt 
tələb olunmuşdur.   
Almaniyada   maşınqayırma  sənayesinin  inkişafı  mərhələsində  dövlət 
böyük  rol  oynamışdır.  O  dövrdə,  maşınqayırma  sənayesinin  böyük 
maliyyə yardımına ehtiyacı olduğundan, dövlətin köməyi olmadan onun 
inkişafını stimullaşdırmaq çətin idi.  
Başqa  dövlətlərdə  geniş  yayılmış  kredit  sistemindən  fərqli  olaraq, 
Prussiyada hazır dəzgah və avadanlıqların alınmasına üstünlük verilirdi. 
Bu  məsələnin  həll  etmək  ücün,  Prussiya  dövləti  çatışmayan  texniki 
avadanlıq  şəraitində  aparıcı  dövlətlərdən,  əsasən  isə  İngiltərədən  torna, 
deşmə  və yonma  dəzgahlarını alaraq, sonra ölkə daxilində  müəssisələrə 
kirayə  verirdi.  6  il  istehsalatda  tətbiq  olunduqdan  sonra  onlar 
müəssisələrin  himayəsinə  keçirdi.  Əsas  şərt  ondan  ibarət  idi  ki,  bu 
müddətdə  maşınların  istehsalda  tətbiqi  və  əldə  olunan  innovativ 
texnologiya  haqqında  informasiyanın  maraqlananlar  üçün  açıq 
qoyulması  sübut  edilsin.  Dəzgahların  borc  verilməsi  dəzgahqayırmanın 
inkişafı  üçün  əsas  istiqamətə  çevrildi.  Əgər  dövlətin  xaricdən  dəzgah 
almağında problem yaranırdısa, onda o, daxildəki müəssisələrdə dəzgah 


Sənaye inqilabı 
 
312 
 
hazırlanmasını sifariş verirdi.  
Bu  maliyyə  siyasəti  ilə  parallel  olaraq,  maşınqayırma  sənayesinin 
ümumi  inkişafı  üçün    bir  çox  tədbirlər  görülmüşdür.  Bu  tədbirlər  bir 
tərəfdən  yeni  mütəxəssislərin  hazırlanması,  digər  tərəfdən  dünyada 
maşınqayırmanın  inkişafı  üzrə  baş  verənlər  haqqında  biliklərin 
yayılmasından  ibarət  idi.  Beləliklə,  Almaniyada  texniki  məktəblərin 
yaranması  prosesi  sürətləndirilir.  Bununla  bərabər  mühəndis,  texnik  və 
müəssisə  rəhbərlərinin  xaricə  təhsil  məqsədilə  getməsi  üçün  dövlət 
müəyyən maliyyə yardımları edirdi. 1821

36-cı illər Almaniyanı texniki 
məktəblərin  yaranması  dalğası  bürüyür.  Bu  dövrdə  bir  çox  böyük 
şəhərlərdə sənaye və politexnik məktəbləri yaranmışdır: 
 
1821.........Berlin 
1825.........Karlsrue 
1827.........Münxen 
1822.........Drezden 
1829.........Stuttqart 
1831.........Hannover 
1835.........Braunşvayq 
1836.........Darmştadt 
 
O  da  nəzərə  çarpır  ki,  bu  məktəblərin  çoxu  əyalət  mərkəzlərində 
yerləşmişdilər.  Texniki  məktəblərdə  tədris  edilən  dərslər  ümimiyyətlə 
hazırlıq  məqsədi  daşıyırdı.  Bunu  Almaniya  texniki  ali  məktəblərində 
olan  aşağı  tədris  pilləsi  ilə  müqayisə  etmək  olar.  Məktəblərdə  təşkil 
olunan  əsas  texniki  seminar  və  yığıncaqlar  isə  tədrisdə  bu  gün  mövcud 
olan  yuxarı  pillə  ilə  müqayisə  edilə  bilər.  Bu  pilləli  təhsildə  fransız 
təhsil  sisteminin  təsiri  olsa  da,  Almaniyada  aşağı  təhsil  pilləsində 
riyaziyyat və texniki fənlərdən çox humanitar fənlərin tədrisi daha güclü 
idi.  Texniki  məktəblər  əvvəldə  tikinti  və  poçt  sahəsində  çalışan 
məmurların hazırlanması ilə məşğul idilər. Sonralar texniki məktəblərdə  
tədrislərdə parçalanma baş verir və bizə bu gün məlum olan mühəndislik  


Sənaye inqilabı 
 
313 
 
fakültələri  yaranmağa  başlayır.  Bunların  arasında  ən  əsası  mexaniki 
texnologiya  (bugünkü  maşınqayırma)  və  kimya  texnologiyası  idi.  Bu 
fakültələrin  açılması  məktəblərin  malik  olduqları  maliyyə  vəziyətindən 
asılı idi.  
Texniki  məktəblərin  sənayeləşmə  prosesinin  gücləndirilməsində  rolu 
nisbi idi və təsir çox ləng gedirdi. Ona görə ki, məktəbləri qurtaranların 
böyük  hissəsi  sənayedə  yox,  dövlət  xidmətində  çalışırdılar.  Berlin 
sənaye  məktəbində  təhsil  alan  şagirdlərin  böyük  hissəsinin  başqa 
məktəblərdən  fərqli  olaraq  sənayeyə  getməsində  məktəbin  direktoru 
Vilhelm  Boytun  (alm.  Wilhelm  Beut)  böyük  rolu  olmuşdur.  Boytun 
apardığı böyük izahat işləri ilə bərabər Berlində verilən tədris praktikaya 
daha yaxın idi  və burada başqa məktəblərdən fərqli olaraq nəzəri fənlər 
az  tədris  olunurdu.  Sənayeləşmə  prosesinin  güclənməsi  nəticəsində 
sonralar texniki  məktəblərin  hazırladıqları  mütəxəssislərə  tələbat artmış 
və dövlətin bu sahəyə diqqəti daha da artmışdır [2.5].                 
XIX  əsrin  birinci  yarısında  maşınqayırmaya  dövlət  tərəfindən  edilən 
yardıma  baxmayaraq,  bu  sahədə  bütün  dövləti  bürüyən  inkişafdan 
danışmaq  olmazdı.  Bunun  səbəbləri  Almaniyadakı    kiçik  dövlətlər 
arasında  mövcud  olan  ziddiyətlər  idi.  1834-cü  ildə  Almaniya  kömrük 
birliyi  və  sonra  dəmir  yolunun  tikintisinin  yaranması  maşınqayırmanın 
dinamik inkişafını reallığa çevirdi. İgtisadiyyatın inkişafı üçün yaranmış 
məkan  ilə  güclənən,  dəmir  yolu  tikintisi  əsrin  30-cu  illərindən 
başlayaraq 
sənayenin 
stimuluna 
çevrilmişdir. 
Maşınqayırma 
məhsullarına  olan  tələbat  getdikcə  artmaqda  idi.  Lokomotiv,  vaqon, 
siqnal  qurğuları  və  bir  çox  başqa  məhsullar  lazım  idi.  Dəmir  yolu 
tikintisinin  dinamikası  ilə  şərtlənən  inkişaf  nəticəsində  maşınqayırmada 
məhsul istehsalının həcmi kəskin artmışdır.  1842-ci ildə Avqust Borziq 
tərəfindən  ilk  lokomotiv  istehsal  olunur  (şəkil  2.49).  1854-cü  ildə  bu 
müəssisəni artıq 500 lokomotiv tərk etmişdir. Dörd il sonra, 1858-ci ildə 
firma özünün 1000-ci lokomotivini istehsal edir [2.29, 2.30].               
Bu  dövrdə  yeni  yaranan  firmaların  sayı  da  kəskin  artmışdır. 
1801

1850-ci illərdə Almaniyada 83 maşınqayırma firması yaranmışdır  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə