Rentgen şüalanmanın hansı xüsusiyyəti onun bioloji təsirini müəyyən edir?



Yüklə 354,73 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix03.05.2018
ölçüsü354,73 Kb.
#41163
1   2   3   4   5   6   7   8   9   ...   14

61

Pedjet deformasiya edici osteodistrofiyası  zamanı xal-xal 

lopa şəkilli lokalizasiya hansı sümüyə xarakterikdir?

A) Çanaq sümüyü   B) Qabırqalar  C) Kəllə qapağı sümükləri---

(zəncinin qıvrım başı, ya pambıqlı baş)   D) Fəqərələr

E) Uzun borulu sümüklər

62

Osteoblastoklastoma  (giqantoma) adətən harada 

lokalizasiya olunur?

A) Apofiz   B) Epifiz   C) Diafiz   D) Metaepifiz   E) Metafiz

63

Əsasən skeletin hansı hissəsi aseptik nekroza məruz qalır?

A) Apofizlər   B) Oynaqların çuxurları   C) Oynaqların başları

D) Qısa sümüklərin metafizləri   E) Uzun sümüklərin 

metafizləri

64

Bexterev və Forestye xəstəliklərinin differensasiyası:                                                                                   

A) Forestye xəstəliyi yaşlılarda əvvəl döş fəqərələrindən 

başlayan ankilozlaşan hiperostozdur.Bexterev xəstəliyi isə 

gənc yaşda  kişilərdə olur və əvvəl sakroileit, sonra isə 

ankilozlaşan spondiloartirit şəklində özünü göstərir.və sonda 

onurğa bambuk ağacına bənzəyir.    B) Forestye xəstəliyi 

gənclərdə olur. C) Bexterev xəstəliyi əvvəl döş fəqərələrini 

zədələyir və qocalarda rast gəlir.     D) Forestye xəstəliyi əvvəl 

articulasio sakroielitdən başlayır və gənc kişilərdə rast gəlinir.

E) Onurğa hər iki xəstəlikdə nalbənd ağacına oxşayır.

65

Böyrək distopiyasında və nefroptozda əsas differensial 

diaqnostik simptom nədir?

A) Böyrək arteriya çıxığının yerləşməsinin səviyyəsi

B) Böyrək ölçüləri    C) Sidik axarının uzunluğu və böyrək 

arteriyasının qarın aortasından və ya qalça arteriyasından 

başladığı yer    D) Böyrək ləyəni yerləşməsi səviyyəsi

E) Sidik axarının uzunluğu

66

Nefroptoz zamanı əsasən hansı üsullardan  istifadə olunur?

A) Retroqrad pieloqrafiya    B) Şaquli vəziyyətində USM

C) Ekskretor uroqrafiya – vertikal və üfüqi halda və Valsalva 

sınağı ilə USM-lə   D) MRT     E) İcmal rentgenoqrafiya




67

Uroqrammada böyrək ləyəni və kasaların genişlənməsi, 

parenximanın atrofiyası, dalğalı lateral konturu ilə 

ölçülərin böyüməsi, fəaliyətin isə aşağı olması və ya tam 

izlənməməsi: bunlar hansı xəstəliyin əlamətləridir?

A) Böyrək şişi   B) Solitar sist    C) Nefroptoz

D) Xroniki pielonefrit   E) Hidronefroz

68

Böyrək polikistozu zamanı böyrəkdə hansı dəyişikliklər 



baş verir?

A) Böyrəyin polisiklik konturlarla böyüməsi , deformasiyası 

və parenximada çox saylı defektlər   B) Böyrək ölçülərin 

azalması


C) Böyrək ölçülərin azalması və deformasiyası   D) Böyrəyin 

deformasiyası    E) Böyrək ölçülərinin  böyüməsi

69

USM müayinəsində "Qarlı fırtına" simptomu nə zaman 

patoqnomonik sayılır?

A) İnkişafdan qalmış hamiləliklərdə   B) Böyük ölçülü 

retroxorional hemtomalarda  C) Beçəxor zamanı

D) Anembrioniyada     E) Uşaqlıq adenomasında

70

Sidik axarı mənfəzinin yırtığı necə adlanır və harada rast 

gəlinir?

A) Zülmət çənbəri - sidik axarının ləyəndən başladığı yerdə

B) Ureterosele, ya şəffafləq çənbəri, ya "kobra başı"-sidik 

axarının intramural hissəsində.    C) Şəffaflıq çənbəri - sidik 

axarının xarici qalça damarları ilə sıxıldığı yerdə    D) Ormond 

xəstəliyi və periuretral fibroz-sidik—axarının aorta ilə sixildığı 

yerdə    E) Gürzə başı və sidik kisəsinin divarı

71

Prostat vəzinin böyük həcmdə xoşxassəli törəmələri nəcə 



vizuallaşır?

A) Prostat vəzinin normal toxuması fonunda aydın hüduları 

olan hiperexogen törəmə kimi   B) Zəif exogenliyi olan, 

exosiqnalların bərabər paylanması ilə müşayiət olan və əksər 

hallarda sidik kissəsinin  divarini sıxıb sanki onun içərisində 

yalançı dolma defekti yaradan   kürəvari törəmə kimi

C) Anexoqen törəmə   D) Vəzi toxumasının quruluşuna 

nisbətən izoexogen qeyri-düzgün oval formalı   E) Öz paycıqlı 

quruluşunu saxlayan, yüksək exogenli, kəskin böyümüş vəzi

72

Qialin membran sindromuna aid olan ilkin əlamət 



hansıdır?

A) Ödem sindromu   B) Ağciyərlərin üfürülməsi    C) Damar 

şəklinin güclənməsi  D) Damar şəklinin zəiflənməsi  E) 

Ocaqlıq kölgələr




73

“Türk qılıncı” sindromu  və ya "Yataqan ilan" simptomu  

hansı anomaliyada rast gəlinir?

A) Sağ ağciyər venaların aşağı boş venaya anomal drenajı

B) Ağciyər venaların natamam anomal drenajı    C) Sağ 

ağciyər venaların yuxarı  boş venaya anomal drenaji  D) 

Qulaqcıqarası çəpərin defekti    E) Sol mədəcik-sağ qulaqcığın 

əlaqəsi


74

Anadan yeni doğulmuş uşaqlarda icmal qarın boşluğunun 

müayinəsini nə ilə dəqiqləşdirmək olar?

A) Rentgenoskopiya   B) Rentgenoqrafiya    C) Ultrasəs

D) Magnit-rezonans üsulu   E) Rentgen kontrast müayinəsi

75

Mekonial keçməməzliyinin əsas simptomu nədir?

A) 

"

  Sabun köpüyü" simptomu   B) Mədənin qaz qovuğunun 



böyüməsi    C) Bağırsaq ilgəklərində Kloyber kasaları və 

alaqapıların  olması    D) Bağırsaq ilgəklərində horizontal 

səviyyələrs    E) Qarın boşluğunun kalsifikasiyası

76

Uşaqlarda dirsək oynaq nahiyəsində daha çox rast gəlinən 



sınıqlar hansıdır?

A) Dirsək çıxıntısının sınığı    B) Kondilusüstü sınığlar

C) Mil sümüyün başının sınığı   D) Bazu sümüyün distal 

metafizinin sınığı    E) Dirsək sümüyün tac çıxıntısının sınığı

77

Kefalohematoma nədir?                                                                                                                             

A) Kefalohematoma-kəllə sümüklərinin xoşxassəli  şişidir                                                                                    

B) Kefalohematoma-doğuş travması olub,başın aponevroz  və 

sümüküstlüyüaltı hissəsinə qansızmasıdır və bəzən çatla 

müşahidə olunur    C) Kefalohematoma-meninqoseledir                                                                                                                 

D) Kefalohematoma-kəllənin üz sümüklərində olur

78

Pozitron-emission tomoqrafiya KT və MRT-dən nə ilə 

fərqlənir?                                                                                             

A) KT və MRT kimi üzvlərin topoqrafiyası,anatomiyası və 

patomorfoloji strukturunu öyrənir.                                                        

B) Müxtəlif radioaktiv  preparatlardan istifadə edərək, 

toxumalarda qlükoza tərkibli metobalik dəyişiklikləri 

öyrənərək,üzvlərin funksional aktivliyini təyin edir                                                                                            

C) PET müayinəsində maqnit sahəsindən istifadə edilir                                                                                                                        

D) PET müayinəsində ultrasəsdən istifadə edilir                                                                                                                        

E) PET müayinəsi ilə ən çox irinli xəstəliklər öyrənir

79

Hansı müayinə metodu skelet sümüklərində metastazların 



erkən aşkar olunmasında daha yararlıdır?

A) MRT    B) KT     C) Rentgenoqrafiya

D) Osteossintiqrafiya      E) Osteodensitometriya



Yüklə 354,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə