Rentgen şüalanmanın hansı xüsusiyyəti onun bioloji təsirini müəyyən edir?


Büzüşmüş böyrək zamanı böyrək arteriyasının sütünunda



Yüklə 354,73 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix03.05.2018
ölçüsü354,73 Kb.
#41163
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

142

Büzüşmüş böyrək zamanı böyrək arteriyasının sütünunda 

nə baş verir?

A) Böyüyür   B) Kiçikləşir    C) Dəyişmir, ancaq böyrək daxili 

damarlarda daralma və deformasiya olur   D) Uzanır

E) Deformasiyalaşır

143

Fallopi borularının- uşaqlıq borularının keçiriciliyi necə 

yoxlanılır?

A) KT ilə   B) MRT ilə   C) Kontrastlı və ya  havalı  

histerosalpinqoqrafiya    D) PET ilə     E) USM ilə

144


Anadan yeni doğulmuş uşaqların ürək anatomiyasının 

xüsusiyətləri hansıdır?

A) Sağ mədəciyin tutumu soldakından çoxdur    B) Sol və sağ 

mədəciklər ölçüləri bərabərdir     C) Sol qulaqcıq sağdan daha 

böyükdür        D) Sol mədəcik ölçüləri qalan ürək kamerların 

ölçüsündən çox böyükdür      E) Ürəyin dairəvi forması olur

145


Kəskin naməlum səbəbli qarın ağrılarında hansı 

müayinədən başlamaq lazımdır?

A) Rentgenoskopiya    B) Ultrasəs müayinə    C) Termoqrafiya

D) Kompyuter tomoqrafiya    E) İcmal qarın rentgenoqrafiya

146


İlk növbədə pasiyentin- xəstənin  hansı orqan və 

toxumaları rentgen şüalanmasından qorunmalıdır?

A) Süd vəzləri    B) Miokard     C) Qalxanabənzər vəzi

D) Sümük iliyi və cinsiyyət vəzləri      E) Dəri

147


Rentgen şüalandırıcı borusunda qurğuşun diafraqmaların 

və müxtəlif qalınlıqda olan filtrlərin istifadəsinin səbəbi 

nədir?

A) Şəklin keyfiyyətinə təsiri            B) Ekspozisiya vaxtının 

qısaldılması          C) Rentgen şüalarının məhdudlaşdırılması

D)  Düzdür:  A), C) və E)      E) "Yumşaq" şüaların udulması  

(filtrdən keçməsi)

148


Haunsfild  (Godfrey Newbold Hounsfield )  (vahid  Н və ya  

Hounsfield Units və ya HU) vahidi hansı müayinənin 

göstərişidir?

A) USM   B) Rentgen   C) KT   D) MRT     E) PET

149

Hansı xəstəlik zamanı kəllə qapağı sümüklərində periostal 

dəyişiklər müşahidə olunur?

A) Osteoma   B) Osteosarkoma     C) Eozinofil qranuloma

D) Ateroma      E) Epidermoid



150

Bütün burun ətrafı ciblərinin vəziyyəti haqqında daha çox 

məlumatı nə verir?

A) Yan çəkilmiş rentgenoqramma        B) Burun-çənə 

proyeksiyasının rentgenoqramması    C) Düz çəkilmiş 

rentgenoqramma      D) Alın-burun proyeksiyasının düz 

rentgenoqramması      E) Yarımaksial çənə proyeksiyasının 

açıq ağız ilə rentgenoqramması

151

Kəskin sinusitin xarakterik əlaməti hansıdır?

A) Cibin  homogen kölgəliyi     B) Cibin  ölçülərinin  

dəyişməsi

C) Cib formansıın dəyişməsi     D) Cibdə-sinuslarda  mayenin 

horizontal səviyyəsi    E) Cibdə  divaryanaşı kölgəlik

152


Hansı hallarda KT müayinəsinin aparılması məsləhət 

deyil?

A) Baş-beyin şişi olan xəstələr     B) Yaşı 60-dan yuxarı olan 

xəstələr    C) Kəllə-beyin travması almış xəstələr     D) İnsult 

keçirmiş xəstələr      E) Uşaqlar və hamilə qadınlar

153

London sxeması ilə sağ və sol ağ ağciyərlər neçə 

seqmentdən ibarətdir?

A)  Sağ ağ ciyər  IX  seqmentdən     B) Sol ağ ciyər VII 

seqmentdən     C)  Sağ ağ ciyər X seqmentdən

D)  Düzgün cavab: C) və E)   E) Sol ağ ciyər VIII seqmentdən

154

Ağciyərdə patoloji kölgəliyin lokalizasiyasını necə müəyyən 

etmək olar?

A) Ağciyər zonalarına görə     B) Paylara görə

C) Seqmentlərə görə    D) Qabırğa arası sahələrə görə

E)  Plevral yarıqlara görə

155

Ağciyərin pnevmoniya və vərəminin differensial 

rentgenodiaqnostikasında hansı əlamət əsas sayılmır?

A) Ocaqlı kölgəliklərin olması   B) Dinamikası

C) Lokalizasiya    D) Zədənin həcmi    E) Boşluqların olması

156


Xroniki hematogen-disseminasiyalı ağciyər vərəmi adətən 

nə ilə xarakterizə olunur?

A) I, II, VI – seqmentlərin müxtəlif ölçülü və intensivlikli, 

səpələnmiş ocaqlı kölgəliyi və məhdud xəttvari fibrozla

B) Yerləşməsi geyri müəyyəndir     C) İki tərəfli total 

zədələnmə ilə    D) Orta pay zədələnməsi ilə

E) Aşağı pay zədələnməsi ilə




157

Divararalığı xəstəliklərinin şüa-diaqnostikası nəyə 

əsaslanır?

A) Lokalizasiya,   forma, patomorfoloji substrakt  və 

kirəcləşmələr   B) Forma     C) Ölçülər     D) Lokalizasiya    

E)Kirəcləşmələr

158

Aspirasion pnevmoniyada ağciyərin hansı hissəsi daha çox 

zədələnir?

A)  Payların arxa seqmentləri    B) Orta     C) Orta və yuxarı

D) Aşağı və arxa     E) Yuxarı

159


Ağciyərin aspergilloması nədir və harada yerləşir?

A)  Adenoma olub genişlənmiş bronxda yerləşir

B) Periferik xərçəng olub  təzə kavernada yerləşir

C) Mərkəzi xərçəng olub Ağciyərin parenximasında yerləşir

D) Göbələk  xəstəliyi olub adətən  ağciyərin istənilən 

boşluğunda yerləşir     E)  Bütün cavablar səhvdir 

160

Nazik bağırsağın enteroimaləsinin digər rentgenoloji 

müayinə metodlarından üstünlüyü nədir?

A) Fəsad vermir   B) Əks göstərişi yoxdur   C) Daralma 

sahələrinin və dartılmaların aşkar olunmasına imkan verir və 

müayinə müddəti qısalır    D) Funksional pozulmaların 

öyrənilməsinə imkan verir   E) Bariumun bağırsaqda 

hərəkətinin müddətini təyin etməyə imkan verir

161

Senker divertikulu – farinqoözofageal divertikul hansı 

üzvdə və hansı divarda əmələ gəlir?

A) Yemək borusunun arxa və yan divarında    B)  12 barmaq 

bağırsağın ön və yan divarında    C) Udlağın yemək borusuna 

keçidində  arxa divarda    D) Mədənin arxa divarında

E) Nazik bağırsağın arxa divarında

162


Mədə yarasının düz-əsas əlamətləri hansılardır?

A)  Sadə  taxça simptomu,2 və ya  3 konturlu taxça  

konusvari,trapezvari və ya  relyef taxçalar 

B) İltihabi yara valı, müxtəlif yara –çapıq deformasiyaları

C) Dolma defekti

D) Düzdür: A) və B)

E) Hipersekresiya,hipertrofiya,hipermotorika,göstərici barmaq 

simptomu,lokal spazm,evakuasiyanın ləngiməsi

163

Mədədə ölçüsü 3 sm-dən çox olan, 10 sm-dən çox məsafədə 

yerini dəyişən və qeyri-düzgün dairəvi formalı əsasən  

solitar dolma defekti hansı xəstəliyin xarakterik 

əlamətidir?

A) Bezoar    B) Qeyri-epitelial şiş    C) Polip

D) Ayaqcılı polip    E) Polipoz xərçəng



Yüklə 354,73 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə