Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
  1   2   3   4   5   6   7   8   9   ...   21


 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  

Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır  

2013-cü ilin ilk yarısında Azərbaycanda ifadə azadlığının durumuna dair 

Yarımillik Hesabat  

 


 

Bu  hesabat  Beynəlxalq  Mediaya  Dəstək  (IMS)  təşkilatının  dəstəyi  ilə  ərsəyə  gəlmişdir. 



Hesabatda  ifadə  olunan  fikirlər  müəlliflərə  məxsusdur  və  qəti  surətdə  donorun  baxışlarını  əks 

etdirmir. Burada ehtiva olunan bütün təhlillərə və tövsiyyələrə görə RATİ məsuldur.  

 

Üz qabığı fotosu:  



Bakıda  Türkiyənin  Gezi  Parkı  aksiyalarına  dəstək  məqsədilə  keçirilən  dinc  aksiyanın  çəkilişi 

zamanı Obyektiv TV reportyoru Rasim Əliyev polisin hücumuna məruz qalıb. 3 iyun, Bakı. © 

RATİ  

Əlavə  məlumat  üçün  RATİ-nin  internet  saytını 



www.irfs.org

  və  Twitter  hesabını 

@IRFS_Azerbaijan

 izləyin.  

 

 

 




 



Mündəricat  

1.

 

Giriş 



1.1.

 

Ümumi məlumat  



1.2.

 

Məqsəd   



1.3.

 

Metodologiya və struktur 



2.

 

Tövsiyələr 



3.

 

Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj və təzyiq 



4.

 

Fəsil 2: Şəxsi həyatın toxunulmazlığı hüququnun məhdudlaşdırılması  



5.

 

Fəsil 3: Qanundan istifadə etməklə ifadə azadlığının boğulması  



6.

 

Fəsil 4: Jurnalistlərin, bloqçuların və hüquq müdafiəçilərinin həbsi 



7.

 

Fəsil 5: Mediaya dövlət nəzarəti  



8.

 

Fəsil 6: Onlayn ifadə azadlığı  



9.

 

Nəticə 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 



Giriş 



1.1.

 

Ümumi məlumat  

 

Bu  hesabat  Azərbaycanda  ifadə  azadlığının  təşviqi  və  müdafiəsi  sahəsində 



fəaliyyət göstərən müstəqil qeyri-kommersiya təşkilatı- Reportyorların Azadlıq və 

Təhlükəsizlik İnstitutunun (RATİ) nəşridir. RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat 

Günündə  iki  Azərbaycanlı  jurnalist  tərəfindən,  ifadə  və  mətbuat  azadlığının 

hökumət tərəfindən ciddi məhdudlaşdırılmasına cavab olaraq yaradılmışdır. 

 

Təşkilatın fəaliyyəti Azərbaycanda ifadə azadlığı sahəsindəki problemləri müvafiq 



beynəlxalq  qurumların,  ABŞ  və  Avropa  rəsmilərinin  diqqətinə  çatdırmaqda 

mühüm rol oynamışdır. RATİ 2007-ci ilin oktyabrından Beynəlxalq Söz Azadlığı 

Mübadiləsi  (IFEX)  təşkilatının,  2012-ci  ilin  noyabrından  isə  Qlobal  Şəbəkə 

Təşəbbüsünün  (Global  Network  Initiative)  üzvüdür.  RATİ-nin  onlayn  televiziya 

kanalı  Obyektiv  TV  2013-cü  ilin  mayında  “insanların  həyatına  real  təsiri  olan 

əhəmiyyətli  məzmun”  hazırladığına  görə  nüfuzlu  Bir  Dünya  Media  Mükafatına 

(One World Media Award) layiq görülüb.

1

 



 

Söz  azadlığına  dəstək  və  mətbuat  azadlığına  qarşı  ən  amansız  tədbirlərə  dərhal 

reaksiya  vermək  RATİ-nin  Azərbaycandakı  fəaliyyətinin  əsasını  təşkil  edir.  Bu 

hesabat  RATİ-nin  Azərbaycanda  ifadə  azadlığını  qorumaq  və  təşviq  etmək 

strategiyasının bir hissəsini təşkil edir. Hesabatın nəşri Beynəlxalq Mediaya Dəstək 

(IMS) təşkilatının dəstəyi hesabına mümkün olmuşdur. 

 

RATİ bəyanatlar verməklə, müraciətlər etməklə, araşdırmalar aparmaqla, gündəlik 



xəbərlər  yaymaqla,  mətbuat  konfransları  keçirməklə  və  jurnalistlərin  hüquqları 

barədə  maarifləndirmə  işləri  aparmaqla  Azərbaycanda  söz  azadlığının  pozulması 

hallarını  araşdırır  və  bu  pozuntular  barədə  məlumat  verir.  Öz  fəaliyyətinin  əsas 

tərkib hissəsi kimi RATİ müntəzəm olaraq Azərbaycanda ifadə azadlığının durumu 

barədə geniş hesabatlar hazırlayır. 

 

2013-cü  ilin  birinci  yarısında  hakimiyyət  ölkədə  qalan  azsaylı  tənqidi  səsləri 



susdurmaq  üçün  misli  görünməmiş  təzyiqlərə  əl  atdı.  2012-ci  ildə  Bakıda 

keçirilmiş  Avroviziya  Mahnı  Müsabiqəsi  və  İnternet  İdarəçilik  Forumu  zamanı 

ölkəyə  artan  beynəlxalq  diqqətin  zəifləməsinin  fonunda  bu  tədbirlər  zamanı  ölkə 

haqqında acı həqiqətləri ifşa edən şəxslər sərt cəza tədbirləri ilə üzləşib. İndi isə, 

oktyabr  prezident  seçkiləri  yaxınlaşdıqca,  hökumət  azad  düşüncəni  boğmaq  üçün 

daha qətiyyətli görünür.   

 

Bu hesabat 2013-cü ilin yanvarın 1-dən iyunun 30-a qədərki dövrdə Azərbaycanda 



ifadə  azadlığının  vəziyyətini  təhlil  edir.  Bu  dövrdə,  hökumət  dinc  etirazları 

dağıtmaq  üçün  həddən  artıq  güc  tətbiq  edib,  diffamasiya  cəzasının  internetdə 

                                                 

1

http://bit.ly/14PsMcv



  


 

yayılan  məzmuna  da  tətbiq  olunmasını  nəzərdə  tutan  reqressiv  qanunvericilik 



aktları  qəbul  edib  və  tənqidi  fikirlərinə  görə  jurnalistləri,  bloggerləri,  və  hüquq 

müdafiəçilərini həbs etməyə davam etdirib. İyun ayının sonuna qədər 26 jurnalist 

hücuma  məruz  qalıb  və  ifadə  azadlığı  hüququnu  həyata  keçirməkləri  ilə  bağlı 

olaraq yeddi jurnalist, bir bloqçu və iki hüquq müdafiəçisi həbsdə qalıb. 

 

1.2.

 

Məqsəd  

Bu hesabatı hazırlamaqda RATİ-nin məqsədi: 

 



 



Ölkədə ifadə və mətbuat azadlığı və informasiya əldə etmək hüququ ilə bağlı 

real vəziyyəti qiymətləndirmək;  

 

Söz  azadlığının  pozulması  halları  barədə  yerli  və  beynəlxalq  tərəfdaşları 



məlumatlandırmaq və onları islahatların təşviqinə cəlb etmək

 



Qabaqcıl beynəlxalq təcrübəni təbliğ etmək, və hüquq pozuntusu hallarının 

aradan  qaldırılması  və  ölkədə  ifadə  azadlığı  durumunun  yaxşılaşdırılması 

məqsədilə konkret addımların atılması üçün tövsiyələr vermək, olmuşdur.  

 

 



1.3. Metodologiya və struktur   

 

Bu  hesabat  masaüstü  və  yerində  aparılmış  araşdırmalar,  müsahibələr,  məhkəmə 



proseslərinin monitorinqi, media monitorinqi, daxil olan sorğuların və şikayətlərin 

təhlil  olunması,  RATİ-nin  “jurnalistlərin  təhlükəsizliyi  üçün  yaradılmış  qaynar 

xətti”nin statistikası və qanuni yolla əldə olunmuş digər informasiyaların əsasında 

hazırlanmışdır.  RATİ  personalı  bu  hesabatı  yerli  və  beynəlxalq  ifadə  azadlığı 

ekspertləri ilə məsləhətləşmələr aparmaqla hazırlamışdır. 

 

Hesabat altı fəsildən ibarətdir və RATİ-nin diqqət yetirdiyi aşağıdakı əsas sahələri 



əhatə edir: ifadə azadlığı üçün konstitusional, siyasi və hüquqi mühit; jurnalistlərə 

qarşı  törədilmiş  cinayətlərə  görə  cəzasızlıq,  jurnalistlərin  və  digər  media 

nümayəndələrinin fəaliyyət mühiti. 

 

Şəxsi  toxunulmazlıq  hüququnun  pozulmasından  tənqidçi  jurnalistlərə  qarşı  bir 



təzyiq  forması  kimi  istifadə  olunduğu  üçün,  bu  hesabata  ilk  dəfə  olaraq  şəxsi 

toxunulmazlıq hüququnun məhdudlaşdırılması, xüsusilə də jurnalistlərin izlənməsi 

ilə bağlı ayrıca bir fəsil daxil edilib. 

 

 



Giriş  hissənin  ardınca,  hesabat  RATİ-nin  Azərbaycan  hökumətinə  ölkədə  söz 

azadlığının  pisləşməkdə  olan  durumunun  yaxşılaşdırılması  üçün  tövsiyələrini 

təqdim  edir.  Hesabatın  birinci  fəsli  jurnalistlərə  qarşı  zorakılıq  halları,  şantaj  və 

təzyiqin  digər  formalarını  araşdırır.  İkinci  fəsil  şəxsi  həyatın  toxunulmazlığı 

hüququnun  məhdudlaşdırılması  hallarını  nəzərdən  keçirir.  Üçüncü  fəsildə  ifadə 

azadlığının  hüquqi  yolla  boğulmasının  vasitələri  öz  əksini  tapmışdır.  Dördüncü 

fəsil  ifadə  azadlığı  ilə  bağlı  hazırkı  və  son  zamanlar  baş  vermiş  tutulma  və  həbs 

halları barədə məlumat verməklə, hökuməti tənqid edən şəxslərin həbsindən bəhs 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə