«Maliyyə və uçot».-2012.-N°4.-S.39-44
AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İXRACININ
RƏQABƏTƏ DAVAMLILIĞINI MÜƏYYƏN EDƏN AMİLLƏR
V.E. Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru
E-mail: Suleymanov@mail.ru
Açar sözlər: Aqrar sfera, həyata keçirilən tədbirlər, aparılan iqtisadi təhlillər, mövcud olan texniki
vəsaitlər, ölkənin sosial inkişaf strategiyası.
Aqrar sahə ölkənin milli iqtisadiyyatının formalaşdırılmasında əhalinin keyfiyyətli ərzaq məhsullarına olan
tələbatın ödənilməsində, həmçinin dövlətlərarası iqtisadi əlaqələrin və beynəlxalq münasibətlərin inkişafında
mühüm rol daşıyır.
Ölkə iqtisadiyyatında, o cümlədən aqrar sahədə aparılan genişmiqyaslı və davamlı köklü iqtisadi islahatlar
yeni mülkiyyət formalarının və sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır.
Araşdırma göstərir ki, kənd təsərrüfatında uzun müddət ekstensiv amillərdən istifadəyə üstünlük verilməsi
bu sahədə əmək məhsuldarlığının, fondveriminin və istehsalın səmərəliliyinin aşağı olmasına gətirib çıxarmışdır.
Son dövrdə aqrar sahənin inkişaf etdirilməsində intensiv amillərə və keyfiyyətcə yeni istiqamətlərdə inkişafına
üstünlük verilməsi, ölkənin aqrar siyasətində əhəmiyyətli məsələlərdən olmuşdur.
Müasir dövrdə respublikanın aqrar sahəsinin istehsal ehtiyatlarından istifadənin iqtisadi səmərəliliyinin
yüksəldilməsi məsələsi nəzəri və metodoloji baxımdan tədqiq olunmasını tələb edir. Uzun müddət ərzində
formalaşan metodologiya yeni təsərrüfatçılıq şəraiti üçün əsas meyar ola bilməz. Odur ki, iqtisadi mexanizmin
bazar iqtisadiyyatının prinsiplərinə uyğun yeni və daha mütərəqqi metodoloji məsələlərinin elmi yolla daha dəqiq
müəyyənləşdirilməsi zəruridir. Digər tərəfdən, aqrar sahədə yeni istehsal münasibətlərinin inkişaf etdirilməsi və
istehsal resurslarından səmərəli istifadə edilməsi də bu məsələni daha aktual edir.
Aqrar sferanın sahəsi quruluşu uzun müddət fəaliyyət göstərən inzibati idarəetmə şəraitində formalaşdığı
səbəbindən yeni təsərrüfatçılığın tələblərinə cavab vermir. Yeni mülkiyyət formaları və istehsal münasibətlərinin
yaradılması, torpağın və əmlakın özəlləşdirilməsi, təsərrüfatçılığın müxtəlif formalarının inkişaf tapması,
sahibkarlığın inkişafı üçün hüquqi və iqtisadi bazanın yaradılmasına imkan vermişdir. Eyni zamanda, kənd
təsərrüfatı xammalı emal edən sənaye müəssisələrinin istehsal gücündən və mövcud əmək ehtiyatlarından səmərəli
istifadə edilməsi, ən başlıcası,
əhalinin ərzaq məhsullarına
olan
tələbatının
öz istehsalı
hesabına
ödənilməsi
zəruriliyi obyektiv olaraq aqrar istehsalın quruluşunun yeniləşdirilməsini və dünya təsərrüfatının tələblərinə uyğun
təkmilləşdirilməsini tələb edir.
Azərbaycan ənənəvi kənd təsərrüfatı məhsullarıın istehsalı sahəsində güclü potensial imkanlara və
müqayisəli üstünlüyə malikdir. Respublikanın əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz işçi qüvvəsi və mühüm
nəqliyyat yollarının qovşağında yerləşməsi aqrar bölməni ölkənin iqtisadi inkişafının ən mühüm prioritetlərindən
birinə çevirir. Təhlil göstərir ki, əkin sahəsinin strukturunda dənli və paxlalıların payı 60,4%, yem bitkiləri 16,1%,
pambıq 8,4% təşkil etmiş, kartof, bostan, tərəvəz əkini sahəsi və istehsalı xeyli artmışdır. 1995-ci illə müqayisədə
2010-cu ildə bostan məhsulları
istehsalı
8,7 dəfə,
kartof 6,9
dəfə,
buğda 2,5
dəfə,
tərəvəz 2,6
dəfə,
meyvə
giləmeyvə istehsalı 1,9 dəfə artmışdır. Müqayisə edilən dövrdə qaramalın sayı 48% (1145,3 min baş), qoyun və
keçilərin sayı 60% (7648,2 min baş), quşların sayı 40% (19036 min baş), heyvandarlıq məhsullarından ət istehsalı
80%, süd 50%, yun 40%, yumurta təxminən 2 dəfə artmışdır. 1995-ci ildə respublikada 284 milyon ABŞ dolların
həcmində kənd təsərrüfatı məhsulları ixrac edilmiş, 331,7 milyon ABŞ dolları həcmində isə idxal olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının ixracının strukturunda əsas yeri pambıq mahlıcı (14,2%), tütün (1,9%) və qərzəkli
meyvələr (20,7%), idxalında isə buğda (36,0%), buğda unu (0,4%) və şəkər (8,0%) tutmuşdur.
Məlumdur ki, ölkəmizin kənd təsərrüfatında istehsalın strukturu, 1990-cı ilədək respublikanın kənd
təsərrüfatı və onun istehsal etdiyi məhsullar keçmiş SSRİ-nin əmək bölgüsünə, bu məkanın daxili bazarının
istehlak və keyfiyyət tələbinə, standartına, texnologiyasına, qiymət ölçülərinə uyğun aparılmışdır. Lakin,
müstəqillik qazanmış respublikanın aqrar bölməsində aparılmış islahatlar burada təkcə iqtisadi münasibətlərin
dəyişməsi və planlı təsərrüfatın bazar iqtisadiyyatı ilə əvəz edilməsindən ibarət olmamışdır. Hazırda iqtisadiyyatın
dünya bazarına inteqrasiyası prosesi gedir
və
ölkənin kənd
təsərrüfatı
məhsulları
istehsalının
quruluşu
dünya
bazarının tələbinə uyğun qurulur. Artıq bu bazar daha yüksək texnologiyaya və keyfiyyət meyarlarına əsaslanan
istehsal quruluşuna, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və istehlakçıların mühüm ərzaq məhsullarına
tələbatının yaxşılaşdırılmasına hədəflənib.
Respublikada əsasən 1995-ci ildən həyata keçirilən aqrar islahatlar bir çox sahələrdə olduğu kimi bitkiçilik
məhsullarının istehsalının quruluşunda da müsbət dəyişikliklərə səbəb olmuşdur. Bu, ilk növbədə ölkənin kənd
təsərrüfatının əkin strukturuna təsir edərək, onun daxili və xarici bazarın tələbinə uyğun dəyişməsində özünü
göstərir. Görülən tədbirlər nəticəsində 1999-cu ildən başlayaraq 2010-cu ilədək bitkiçilik məhsullarının
istehsalında ilbəil dinamik inkişaf təmin edilmişdir. Belə ki, taxıl istehsalı 1093,3 min tondan 2126,9 min tona,
pambıq 96,8 min tondan 196,6 min tona, kartof 394,1 min tondan 1083,1 min tona, tərəvəz 670,8 min tondan
1127,3 min tona, bostan məhsulları 206,3 min tondan 363,3 min tona, meyvə 436,5 min tondan 625,7 min tona, dən
üçün günəbaxan 2,4 min tondan 16,5 min tona çatdırılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində ölkədə ərzaq təhlükəsizliyinin balansı müsbət saldoda dəyişməyə
başlamışdır. Artıq əhalinin kartofa (334 min ton), tərəvəz və bostan məhsullarına (640 min ton) və meyvəyə (396
min ton) illik tələbatı olan daxili istehsal hesabına təmin olunmaqla, həmin məhsulların ixrac potensialı da
artmışdır. Heyvandarlıq məhsullarından südün 99,3%-i, ətin 88,4%-i, yumurtanın 66,3%-i, yunun 96,7%-i özəl
sektorda istehsal olunur. İstehsal olunan yumurtanın 33,6%-i «Quşçuluq» Açıq Səhmdar Cəmiyyətinin payına
düşür.
Araşdırmalardan məlum olur ki, ölkədə ət istehsalı sahəsində tələbatın ödənilməsi baxımından hələlik gerilik
mövcuddur. Heyvandarlıqda ət istehsalı istisna olmaqla, qalan başqa bütün göstəricilər bu sahə üçün ən yaxşı il
olan 1988-ci ilin səviyyəsini ötüb keçmişdir. Mal əti 1995-ci ildə 76 min ton istehsal edildiyi halda, 2010-cu ildə
71,8 min ton, o cümlədən donuz əti 11,1 və 1,7 min ton, quş əti isə 50,7 və 33,5 min ton olmuşdur.
Məlumdur ki, heyvandarlıqda aparılan dövlət siyasətinin əsas məqsədi əhalinin heyvandarlıq məhsullarına
olan tələbatını dolğun ödəməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il
tarixli, 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi əmək qabiliyyətli əhali üçün adambaşına 30 kq
ətdən, 190 kq süddən, 127 ədəd yumurtadan, 6,5 kq malqara yağından və 5 kq balıqdan ibarətdir. Əsas diqqət
minimum fizioloji normaların yerinə yetirilməsinə yönəldilir. Əməkqabiliyyətli əhali üçün hələlik adambaşına 30
kq əvəzinə 21 kq və ya 70% ət, 190 kq əvəzinə 167 kq və ya 88% süd, 127 ədəd əvəzinə 92 ədəd və ya 72,4%
yumurta, 5 kq əvəzinə 2,9 kq və ya 58% balıq islehlak olunmuşdur. 1996-cı ilə nisbətən 2010-cu ildə ət istehlakı 5
kq, süd istehlakı 25 kq, yumurta 16 ədəd və balıq istehlakı 1,3 kq artmışdır. Buna baxmayaraq, əhalinin
heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi üçün çox iş görülməlidir.
Təhlil göstərir ki, heyvandarlıq məhsulları istehsalında olan çatışmazlıqlar hər il xarici ölkələrdən
respublikamıza xeyli miqdarda heyvandarlıq məhsullarının idxal edilməsilə nəticələnir. 2015-ci ildə heyvandarlıq
məhsulları istehsalının artımı hesabına idxalın qarşısının alınması nəzərdə tutulur. Təhlil göstərir ki, hazırda aqrar
bölmənin istehsal potensialından istifadə olunmasında həm keyfiyyət və həm də kəmiyyət baxımından müəyyən
uyğunsuzluqlara yol verilir. Belə ki, araşdırmalar göstərir ki, əsas kapitala investisiya qoyuluşu hələ çox azdır və
regionlar üzrə xeyli fərqlənir. Bu fərq kənd təsərrüfatı istehsalı ilə məşğul olan rayonlar üzrə daha aydın görünür.
(Cədvəl 1).
Göründüyü kimi, ölkədə investisiya əsasən Bakı şəhərinə yönəldilmiş, onun hər nəfərə düşən həcmi isə
regionlar üzrə çox fərqlənir. Hesab edirik ki, bu fərqləri aradan qaldırmaq üçün emal və xidmət müəssisələrinin
regionlarda yaradılmasına diqqət artırılmalı və investisiya daha çox regionlara yönəldilməlidr. Bu da kənd
təsərrüfatı məhsullarının artırılmasına imkan verə bilər.
Ölkənin kənd təsərrüfatında istehsalın artırılması məqsədilə bir çox tədbirlərin həyata keçirilməsi ön plana
çəkilməlidir. İlk növbədə yeni meyvə, üzüm, zeytun, çay əkinlərinin aparılması və tərəvəz istehsalını artırmaq üçün
istixanaların tikilməsi məqsədəuyğundur. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı» (2004-2008-ci illər) həyata keçirilməsi nəticəsində 2005-ci ildə 994 hektar yeni üzümlüklər, 189 hektar
meyvə bağları, 2 hektar çay əkmələri aparılmışdır. 2015-ci ilədək Dövlət Proqramına əsasən 27000 hektarda
meyvə, 16000 hektarda üzüm, 1600 hektarda çay əkilməsi nəzərdə tutulur. Bununla yanaşı, hər biri 5 hektar sahəni
əhatə edən iki istixana tikilməsi planlaşdırılmışdır. [2].
Cədvəl 1
2010-cu ildə Azərbaycan Respublikasının regionları
üzrə əsas kapitala inyestisiya qoyuluşu________
İqtisadi rayonlar
Əsas kapitala
investisiya qoyuluşu
%
Hər nəfərə
investisiya həcmi,
manat
əvvəlki
ilə nisbətən %
Abşeron
2,4
327,6
220
Gəncə-Qazax
1,2
60,8
156,3
Şəki-Zaqatala
0,3
27,3
160,6
Lənkəran
1,6
116,5
830,0
Quba-Xaçmaz
0,6
72,6
150,0
Aran
1,5
48,3
200,0
Yuxarı Qarabağ
0,8
96,4
790,0
Kəlbəcər-Laçın
0,0
0.1
33,3
Dağlıq Şirvan
0,5
98,2
690,0
Naxçıvan
2,3
339,5
155,9
Bakı şəhəri
88,6
2617,2
106,1
Azərbaycan - cəmi
100
669,9
112,5
Kənd təsərrüfatı məhsulları istehsalın artırmağın əsas istiqamətlərindən biri bitkiçilik və heyvandarlıqda
məhsuldarlığın yüksəldilməsidir. Təhlil nəticəsində aydın olur ki, kənd təsərrüfatında ayrı-ayrı bitkilərin
məhsuldarlığı həm sahibkarlıq formaları və regionlar, həm də ayrı-ayrı illər üzrə xeyli fərqlənir. Məlumdur ki, bu,
istehsalın həcminə, emalın strukturuna və ixraca əhəmiyyətli təsir göstərir. Rəsmi statistikanın məlumatları
sahibkarlıq formaları üzrə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında müəyyən dəyişikliklərin olduğunu
göstərir. (Cədvəl 2).
Cədvəlin məlumatlarından görünür ki, yalnız ailə təsərrüfatlarında pambığın və çayın məhsuldarlığı yüksək
olmuşdur. Məhsuldarlıq göstəriciləri həm məhsullar üzrə, həm də rayonlar üzrə orta göstəricidən 5-15 dəfə
fərqlənir. Bu onu deməyə əsas verir ki, bütün təsərrüfat formalarında hər hektardan məhsul əldə edilməsini xeyli
artırmaq mümkündür. Araşdırmalar göstərir ki, müasir dövrdə kənd təsərrüfatının texnika ilə təminatı texniki
tərəqqinin tələblərindən müəyyən qədər geri qalır.
Mövcud olan texniki vasitələrdən və avadanlıqlardan ekstensiv istifadə olunması və onların yenisi ilə əvəz
edilməsinin çox ləng yerinə yetirilməsi nəticəsində aqrar sektorda az gəlir əldə olunmuşdur. Bunun da əsas
səbəbləri indiyə qədər olan planlaşdırma, istehsal proseslərinin təşkili, iqtisadi mexanizmin məqsədyönlü
olmaması, texnoloji dəyişikliklərin aparılmaması və s. olmuşdur. Aqrar bölmə üçün istehsal vasitələri istehsal edən
sənaye sahələri hazırkı inkişaf səviyyəsinə cavab verməyən, aşağı keyfiyyətdə və yüksək qiymətə malik olan
texniki vasitələr və avadanlıqlar təklif edilirdi. Bu da öz növbəsində bilavasitə son məhsulun maya dəyərinin
yüksəlməsinə səbəb olurdu. Araşdırma göstərir ki, mövcud olan texniki vasitələrin və avadanlıqların tərkibində 15
il və daha çox müddətdə istifadə olunmuş və mənəvi cəhətdən aşınan texniki vasitələrin və avadanlıqların xüsusi
çəkisi 70-80%-dən yuxarı təşkil edir. Texniki vasitələr və avadanlıqlara tələbat ümumi halda ancaq 15-20%
ödənilir. Aqrar bölmədə əsas istehsal fondlarının aşılanması 55-60%-ə çatır. Heç bir kənd təsərrüfatı
subyektlərində istehsal proseslərinin kompleks mexanikləşdirilməsi tam halda həyata keçirilmir.
Hazırda kənd təsərrüfatında sahibkarlar bir çox işləri əl əməyi ilə yerinə yetirirlər. Kənd təsərrüfatının
material ehtiyatları və istehsal vasitələri ilə təmin olunması səviyyəsi müasir tələblərə cavab vermir. Texniki
vasitələrin çox hissəsinin sıradan çıxması və yeni texnikanın alınmaması əməktutumlu proseslərin mexanikləşmə
və bütövlükdə ehtiyatlardan səmərəli istifadənin səviyyəsinin azalmasına səbəb olmuşdur. Hesablamalar göstərir
ki, bir traktora 60 hektar bir taxılyığan kombayna 143 hektar taxıl sahəsi düşür. Hər 100 traktora düşən kotanların
sayı 22, kultivator 14, toxumsəpən maşın 17 ədəd təşkil edir. Hazırda respublika üzrə texniki təminat 30% təşkil
edir. Yeni yaradılmış təsərrüfatda maliyyə çətinlikləri ilə əlaqədar olaraq texniki təminat olduqca aşağıdır. Torpaq
sahəsinin 60%-i ailə tərkibi 3-5 nəfərdən ibarət ailələrə məxsus olub, hər nəfərə düşən torpaq sahəsi 0,5-4 hektar
təşkil edir. Bu isə həmin təsərrüfatlarda texniki vasitələrin tətbiqini çətinləşdirir.
Cədvəl 2
2010-cu ildə Azərbaycan Respublikasında sahibkarlıq formaları
üzrə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı, (sentnerlə)____
Bitkilərin adı
Cəmi,
respublika
üzrə
O cümlədən
k/t müəssisə
və təşkilatları
dövlət
təsərrüfatları
ailə
t
əsərrüfatları
əhali
t
əsərrüfatları
Taxıl
26,5
18,8
13,2
21,1
26,2
Pambıq
17,5
16,1
10,4
20,2
17,5
Tütün
25,7
24,4
27,6
26,0
25,7
Kartof
148,8
111,8
127,8
85,7
149,0
Tərəvəz
139,7
115,4
103,5
97,7
140,0
Bostan
121,0
94,7
54,7
81,3
121,3
Şəkər çuğunduru
131,6
80,1
78,5
135,2
Meyvə
73,9
11,2
8,4
44,5
76,1
Üzüm
61,8
100,4
6,5
59,1
Çay
2,5
6,0
10,0
7,4
1,9
Təcrübə göstərir ki, mövcud əkin strukturuna uyğun texniki servis şəbəkəsi yaratmaqla kənd təsərrüfatı
işlərini sürətləndirmək və keyfiyyətini artırmaq olar. Respublika üzrə cəmi 2223 aqrotexservis yaradılmasına
ehtiyac vardır və bunun 1071-i 2012-ci ilədək, 1152-i 2015-ci ilədək yaradılması nəzərdə tutulur. Həmin servislərin
yaradılması və yeni texnikalar alınması məqsədilə cəmi 355 milyon manat vəsait tələb olunur. «Aqroservis»
xidmətlərinin yaradılması kənd təsərrüfatı işlərinin aqrotexniki qaydada və müddətlərdə aparılmasına, həmçinin
sahibkarların texniki vasitələrə olan tələbatının ödənilməsinə imkan verə bilər.
Aqrar sahədə xarici ticarət əlaqələrinin genişləndirilməsinin mühüm məsələlərindən biri xarici şirkətlərlə
birgə iri, orta və xırda həcmli təsərrüfatların yaradılması və onların xaricilər tərəfindən idarə olunmasına dövlətin
icazə verilməsi mexanizminin hazırlanmasıdır. Qeyd etmək lazımdır ki, respublikanın sənaye sahələrində bu
problem öz həllini az da olsa tapmışdır. Məsələn, siqaret, çay, şərab və bir çox məhsulların istehsalı və satışı
sahəsində bu problem öz həllini tapmış və dünya bazarında rəqabət aparma qabiliyyətinə malik olan məhsullar
istehsalına nail olunmuşdur. Bu sahədə ABŞ, Yaponiya və Avropa Birliyi ölkələrinin təcrübələrinin öyrənilməsi və
istehsala tətbiq olunması öz iqtisadi səmərəsini verə bilər. Aqrar bölmədə xarici ticarət potensialının artırılmasının
başlıca problemlərindən biri aşağı səviyyəli və qeyri-rentabelli bitkiçilik məhsulları istehsalının dövriyyədən
çıxarılması və yüksək gəlirli, habelə ixracyönümlü bitkiçilik sahələri ilə əvəz olunmasıdır. Məsələn, dağətəyi və
dağlıq rayonlarda taxıl istehsalı bütün dövrlərdə qeyri-rentabelli sahə olmuşdur. Bu regionlarda istehsal olunan
buğda ərzaq məqsədi üçün deyil, yem məqsədi üçün əkilir. Lakin məhsuldarlıq az olduğu üçün məhsulun maya
dəyəri yüksək olub istehsal xərclərini ödəmir. Digər tərəfdən torpaqların eroziyaya uğraması torpaq sahələrinin
sıradan çıxmasına səbəb olur.
Hesablamalar göstərir ki, mal-qaranın qüvvəli yemlərə olan tələbatının ödənilməsi üçün onların qonşu
ölkələrdən (Qazaxıstan, Rusiya, Ukrayna) gətirilməsi daha məqsədəuyğun olardı. Həmin ölkələrdən gətirilən
qüvvəli yemlər həm ucuz və həm də keyfiyyətlidir. Sözügedən torpaq sahələrindən üzümçülüyün, meyvəçiliyin
(fındıq, qoz) inkişafı üçün istifadə olunması eroziyanın qarşısının alınmasında və məhsul istehsalının artrılmasında
böyük rol oynaya bilər. Ölkədə aqrar bölmənin inkişaf etdirilməsi yalnız əhalinin ərzaq məhsullarına olan
tələbatının və emal sənaye sahələrinin kənd təsərrüfatı xammalı ilə ödənilməsilə məhdudlanır. Bu sahədə qarşıda
duran əsas məsələ kənd əhalisinin işlə təmin edilməsi və kənddə sosial məsələlərin həllidir. Belə ki, respublika
əhalisinin 50%-i kənd yerlərində yaşayır və ölkə üzrə işsiz əhalinin 65-70%-i kəndin payına düşür. Hazırda kənd
təsərrüfatı istehsalı ilə məşğul olan əhalinin sayı 1150 min nəfər təşkil edir. Fikrimizcə, kənd təsərrüfatı ilə məşğul
olan əhalinin 60% həddində göstərilməsi müəyyən qədər həqiqətə uyğun olmaya bilər. Müqayisə üçün qeyd edək
ki, ABŞ kimi nəhəng bir ölkədə kənd təsərrüfatı istehsalı ilə məşğul olan əhalinin sayı cəmi 2,9 milyon nəfər
(2,3%) təşkil edir. Son 30 ildə bu ölkədə kənd təsərrüfatı ilə məşğul olan işçilərin sayı 12,5 milyon nəfərdən 2,9
milyon nəfərə düşmüş, yəni 4 dəfə azalmışdır. Buna baxmayaraq kənd təsərrüfatı məhsulları istehsalı mütəmadi
olaraq artır və ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməklə, dünya ölkələrinə külli
miqdarda kənd təsərrüfatı məhsulları ixrac edir. Ona görə ölkənin aqrar iqtisadiyyatının qarşısında duran mühüm
məsələlərdən biri aqrar sahənin inkişafında intensiv amillərin üstünlük təşkil etməsinə nail olunması, kənd
təsərrüfatı istehsalı ilə məşğul olan əhalinin sayının dəqiqləşdirilməsi və onun hesablanması metodikasına yenidən
baxılmasıdır.
Bu qeyd olunanlarla əlaqədar olaraq, kənd təsərrüfatını maşın və mexanizmlərlə, ehtiyat hissələri ilə təmin
edən istehsalın qaydaya salınması məqsədilə aşağıdakı məsələlərin həll edilməsini məqsədəuyğun hesab edirik:
-respublikada aqrar sahənin traktor, maşın və digər texniki vasitələrə olan tələbatının tam ödənilməsi üçün
mini traktor, kənd təsərrüfatı maşınları və digər avadanlıqları istehsal edən mini zavodların və sexlərin tikilərək
istifadəyə verilməsi;
-sahibkarların traktor, kənd təsərrüfatı maşın-mexanizmləri və avadanlıqlarla təmin olunması üçün dövlət
tərəfindən uzunmüddətli və güzəştli kreditlərin verilməsi mexanizminin tətbiq edilməsi;
-yüksək məhsuldarlığa, ekoloji cəhətdən təmiz və iqtisadi cəhətdən səmərəli texniki vasitələrə olan tələbatın
ödənilməsi, bu sahədə dünya standartlarına cavab verən texnologiyaların tətbiq edilməsi;
-maddi-texniki vasitələrdən səmərəli istifadə olunması üçün xidmət işlərinin, xüsusən aqroservis,
informasiya, reklam işlərinin dünya standartları səviyyəsinə çatdırılması və s.
Son illərdə kənd təsərrüfatında əsas fondların da strukturunda əsaslı dəyişikliklər olmuşdur. Belə ki, 1995-ci
illə müqayisədə 2010-cu ildə əsas fondların strukturunda bina və tikililər, ötürücü qurğuların xüsusi çəkisi
44,8%-dən 82,9%-ə, maşın və avadanlıqların 18,4%-dən 9,6%-ə, nəqliyyat vasitələrinin 6,4%-dən 3,7%- ə, işçi və
məhsuldar malqara 11,1%-dən 1,0%- ə, çoxillik əkmələr 15,4%-dən 1,2%-ə, sair əsas vəsaitin isə 3,9%-dən
azalaraq 1,6%-ə enmişdir. Belə bir vəziyyət əsas fondlardan istifadənin iqtisadi səmərəliliyinin aşağı düşməsinə
səbəb olmuşdur. Buna baxmayaraq sahibkarlar iqtisadi cəhətdən daha faydalı fondların saxlanmasına maraqlıdırlar
və ona görə də, əsas fondların tərkibi daim təkmilləşməlidir.
Ə. X. Nuriyev ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini təhlil edərək müstəqillik dövründə
qazanılmış uğurların əsaslarının möhkəm bünövrə üzərində qoyulduğunu göstərir və regionların inkişaf
imkanlarının nəzərə alınmasının böyük iqtisadi mahiyyət daşıdığını bildirir. O, həm də göstərir ki, «Regionların
sosial-iqtisadi inkişafında ərazilərin mənimsənilməsinin düzgün təşkili və yerli sərvətlərdən səmərəli istifadə
edilməsi üçün müstəsna əhəmiyyət kəsb edən bir mühüm məsələ də xüsusilə diqqət mərkəzində olmalıdır. Söhbət
ondan gedir ki, hər bir regionun əhatə etdiyi ərazinin sosial-iqtisadi inkişafı vahid ümumi məqsədlər məcrasında
əlaqəli şəkildə həyata keçirilməlidir. Regionların hər birində kənd təsərrüfatına yararlı torpaq sahələrinin qorunub
saxlanılması və onlardan səmərəli istifadə edilməsi, yerli istehsalın çox gücləndirilməsi, ətraf mühitin mühafizəsi,
yeni sənaye müəssisələrinin və başqa istehsal təyinatlı obyektlərin ərazi daxilində səmərəli yerləşdirilməsi, bütün
növ infrastruktur xidmətlərindən istifadənin ümumi münasibliyinin təmin edilməsi baxımından əhalinin
regiondaxili məskunlaşmasının məqsədəuyğun tənzimlənməsi təmin olunmalıdır» [1. s.126].
İmişli şəkər zavodunun açılış mərasimində Respublika Prezidenti kənd təsərrüfatında hərtərəfli inkişafı
yüksək qiymətləndirmiş, regionların inkişaf proqramının həyata keçirilməsində görülən tədbirlər, qarşıda duran
vəzifələr müəyyənləşdirilmişdir. Prezident aqrar bölmənin daha da inkişaf etdirilməsi üçün böyük ehtiyatlar
olduğunu göstərmiş və əsas vəzifə kimi Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması,
ölkəmizdə istehlak olunan bütün ərzaq məhsullarının özümüzdə istehsal olunması vəzifələrini qoymuşdur. İqtisadi
imkanlardan istifadə etməklə ölkəmizin hərtərəfli inkişafına nail olunması əsas istiqamətlərdən biri kimi müəyyən
edilmişdir. Bunun üçün qarşıdakı 10 il ərzində Azərbaycanda güclü sənaye potensialının yaradılması, rəqabətə
imkan verən sənaye məhsullarının istehsal olunması, keyfiyyətinə diqqətin artırılması ön plana çəkilmişdir.
Azərbaycanda yeni sənaye sahələrinin yaradılması kənd təsərrüfatı ilə məşğul olanların seçim imkanlarını artırır,
infrastrukturun yaxşılaşdırılmasına və yeni iş yerlərinin açılmasına imkan verir. Ölkənin sosial-iqtisadi inkişafı
aqrar bölmənin sürətlə inkişafına və kənd əhalisinin rifahının yaxşılaşdırılmasına əlverişli şərait yaradacaqdır.
Bütün bunların önündə kənddə formalaşan sahibkarlığın inkişafı durur. Çünki, sahibkarlığın inkişafı aqrar
siyasətin əsas istiqamətlərindən biri hesab edilir və onlara kömək göstərilməsi, iqtisadi dəstək verilməsi dövlət
siyasətinin tərkib hissəsi kimi daimi diqqət mərkəzindədir. Ölkə Prezidenti kənd təsərrüfatını əsas sahə kimi
qiymətləndirərək göstərmişdir ki, «... qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı bizim üçün
prioritet istiqamət olmalıdır». [2, s.10].
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Nuriyev Ə.X. Regional idarəetmənin əsasları. Bakı, Elm, 2007, 428 s.
2. Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər).
Сулейманов В.Э.
Факторы, определяющие конкурентоустойчивость экспорта
сельскохозяйственной продукции Азербайджана
РЕЗЮМЕ
В проведенном исследовании показано, что в развитии сельского хозяйства долгие годы
использовались выгоды экстенсивных факторов, что привело к снижению производительности труда,
фондоотдача и, в целом, эффективности производства в отрасли. В статье рассматриваются потенциальные
возможности и сравнительные преимущества республики в производстве конкурентоустойчивой
сельскохозяйственной продукции. При этом, особый акцент делается на возможности экспорта
произведенной в республике сельскохозяйственной продукции. Раскрывая причины сложившихся
трудностей в сельскохозяйственном производстве республики, автором предлагаются пути их решений. По
мнению автора статьи, в результате последовательного решения этих проблем, можно обеспечить
устойчивое развитие конкурентоустойчивой продукции и их экспортные поставки.
Sııleymanov V.E.
Factors Determining the Competitive Strength
of the Export of Agricultural Products of Azerbaiycan
SUMMARY
Keywords: export of agricultural products, competitiveness, international market, economic competition,
competitive strength.
The study shows that in the development o f agriculture there are used the benefits o f extensive factors for
many years that led to decline in labor productivity, capital productivity and, in general, the efficiency of
pro duction in industry. The article considers the potential and comparative advantages o f the republic in the
pro duction of competitive agricultural products.
Here the special attention is directed to the opportunities o f exporting the agricultural products to the world
market. Revealing the reasons o f the existing difficulties in agricultural production in the republic, the author
suggests ways o f their solutions. According to the author, as a result o f consistent solutions to these problems, we
can ensure the sustainable development of competitive products and their exports.
Dostları ilə paylaş: |