Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
  1   2   3   4   5   6   7   8   9   ...   14


 

1



 -

 

ﻢﯿﺣﺮﻟا ﻦﻤﺣﺮﻟا ﷲا ﻢﺴﺑ



 

 

Mərhəmətli, rəhmli Allahın adı ilə! 

 

RƏŞİDİ XƏLİFƏLƏR 

 

Uca Allah buyurur: 



 

 

 

 

 

 

 

 

«(İslamı)  ilk  əvvəl  qəbul  edib  (başqalarını  bu  işdə)  qabaqlayan 

mühacirlərə  və  ənsarlara,  həmçinin,  yaxşı  işlər  görməkdə  onların 

ardınca  gedənlərə  gəldikdə,  Allah  onlardan,  onlar  da  Allahdan 

razıdırlar.  Allah  onlar  üçün  əbədi  qalacaqları,  (ağacları)  altından 

çaylar  axan  cənnətlər  hazırlamışdır.  Bu,  ən  böyük  qurtuluş  və 

uğurdur!» 

«ət-Tövbə» surəsi, 100-cü ayə» 

 

 



Məhəmməd peyğəmbər demişdir: 

«Mənim  səhabələrimi  söyməyin!  Həqiqətən,  sizdən  biriniz  Uhud 

dağı  boyda  qızıl  sədəqə  versə  belə,  onlardan  birinin  verdiyi  bir  ovuca 

(sədəqəyə) hətta yarısına belə çata bilməz» 

«Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis. 

 

 

İmam Əli demişdir: 



«Peyğəmbərimizin  səhabələrini  söyməməyi  sizə  vəsiyyət  edirəm. 

Onlar  Peyğəmbərdən  sonra  dinə  heç  bir  yenilik  gətirməmişlər. 

Həqiqətən, Peyğəmbər də belə vəsiyyət etmişdir». 

«Biharu-l-Ənvar», 22/305-306 


 

2



 -

 

MÜQƏDDİMƏ 

 

 

Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edir, Onu tərif edirik, Onu 



köməyə  çağırırıq,  Ondan  bağışlanma  diləyirik,  nəfslərimizin  şərindən  və 

pis  əməllərdən  qorunmaq  üçün  Allaha  sığınırıq.  Allahın  haqq  yoluna 

yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. 

Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, 

Onun  şəriki  yoxdur  və  şahidlik  edirəm  ki,  Məhəmməd  Onun  qulu  və 

elçisidir. 

 

 

 



 

«Ey  iman  gətirmiş  kəslər!  Allahdan  lazımınca  qorxun  və  yalnız 

müsəlman olduğunuz halda ölün!»

1

  

 



 

 

 



 

 

 



 

 

 

 

 

«Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan 

zövcəsini  (Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar 

törədən  Rəbbinizdən  qorxun!  Adı  ilə  bir-birinizdən  (cürbəcür  şeylər) 

istədiyiniz Allahdan,  həmçinin qohumluq əlaqələrini  kəsməkdən  həzər 

edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!»

2

  

 



 

                                            

    

1

 «Ali İmran» surəsi, 102. 



    

2

 «ən-Nisa» surəsi, 1. 



 


 

3



 -

 

 



 

 

 



 

 

 

 

 

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər 

belə  etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar. 



Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar»

3

 

 



 

Müsəlman qardaş və bacılar! 

Bu  risaləni  yazmaqda  məqsədim  budur  ki,  İslam  xəlifələri  barədə  sizə 

qısa,  ancaq  imkan  daxilində  hərtərəfli  məlumat  verim  və  onların  ba-

şqalarına  nisbətdə  olan  üstünlüklərini  aşkara  çıxarım.  Bunu  etməklə  də 

Allah üçün edilən ibadətdən sayılan islam əqidəsinin bir hissəsi olan onlara 

qarşı məhəbbəti bir az da artırım. 

Ümumiyyətlə, xilafət 30 il olub. 

Səfinənin  (Allah  ondan  razı  olsun!  –  radıyallahu  anhu  –  r.a.)  rəvayət 

etdiyi  hədisdə  Peyğəmbər  (Ona  və  ailəsinə  Allahın  salavatı  və  salamı 

olsun! – səlləllahu əleyhi və alə alihi və səlləm – s.a.s.) demişdir: «Peyğəm-

bərlik  (yəni  sonrakı)  xilafəti  otuz  il  olacaq»  (Əbu  Davud,  «Sünnə»  kitabı, 

«Xəlifələr» fəsli, 12-ci cild, səh.259, 4633-cü hədis). 

Bu  hədisin  səhih  (mötəbər)  olduğunu  aşağıda  adları  çəkilən  alimlər 

təsdiqləmişlər: 

1. Əhməd bin Hənbəl; 2. İbn Əbdü-l-Bərr; 3. əl-Hakim; 4. ət-Tirmizi; 5. 

İbn Əbi  Asim; 6. İbn Teymiyyə; 7. İbn Cərir ət-Tabəri; 8. İbn Hibbən; 9. 

əz-Zəhəbi; 10. İbn Hacər əl-Əsqaləni; 11. əl-Albani. 

Bu  məlumatın  səhih  olmasını  isbat  etmək  üçün  bax:  «Səhih  hədislər 

silsiləsi», 1-ci cild, səh.820-827, 459-cu hədisin şərhi. 

Xilafətin müddəti: 

1. Əbu Bəkr (r.a.) 

– 2 il 3 ay 10 gün; 



2. Ömər (r.a.)  

– 10 il 6 ay 8 gün; 



3. Osman (r.a.) 

– 11 il 11 ay 9 gün; 

                                            

    


3

 «əl-Əhzab» surəsi, 70-71. 

 



 

4



 -

 

4. Əli (r.a.)   

– 4 il 9 ay 7 gün; 

5. Həsən (r.a.) 

– 6 ay 


 

Kitabda istifadə olunan ixtisarlar: 



s.ə.s. – səlləllahu əleyhi və alə alihi və səlləm – Allahın salamı və xeyir-

duası onun və ailəsinin üzərinə olsun! 



ə.s. – əleyhissəlam – Allahın salamı onun üzərinə olsun! 

r.a.  – radıyallahu anhu (anhə) – Allah ondan razı olsun! 

Allahdan istəyim budur ki, etdiyim bu əməli xeyirli əməllərdən etsin və 

bunun vasitəsilə müsəlmanların arasında sülh yaratsın. Həqiqətən, yalnız O, 

buna qadirdir! 





Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə