Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   2   3   4   5   6   7   8   9   ...   14

 

5



 -

 

I XƏLİFƏ: 



ƏBU BƏKR ƏS-SİDDİQ (r.a.) 

 

Adı: Abdullah ibn Osman 



Atasının adı: Osman ibn Amir 

Anasının adı: Səlmə bint Saxr 

Künyəsi

4

: Əbu Bəkr 



Ləqəbi: əs-Siddiq

5

 



Anadan olduğu tarix və yer: Əbu Bəkr Peyğəmbərdən (s.a.s.) 2 il və bir 

neçə ay sonra (təxminən 572-ci il) Məkkə şəhərində anadan olmuşdur. 

 

Məhəmmədə  (s.a.s.)  peyğəmbərlik  verildiyi  zaman  o,  Məkkə  əhlini 



İslama  dəvət  etmiş  və  bu  dəvəti  kişilərdən  qəbul  edən  ilk  şəxs  Əbu  Bəkr 

olmuşdur.  O,  peyğəmbərin  (s.a.s.)  ən  yaxın  səhabələrindən,  hicrət  yoldaşı 

və  cənnətlə  müjdələnmiş  on  nəfərdən  biridir.  Bir  çox  döyüşlərdə  iştirak 

etmiş,  malı  və canı  ilə İslam dininə  yardım  etmişdir. Peyğəmbə-rin (s.a.s.) 

vəfatından sonra səhabələrin şurası tərəfindən seçilərək xilafətə gəlmiş və 2 

il  3  ay  xəlifə  olmuşdur.  Xilafət  zamanı  İslam  dininə  fayda  verən  bir  çox 

xeyirli işlər görmüşdür: 

 

1) Peyğəmbər (s.a.s.) Şamın şərqini fəth  etmək üçün  ordu hazırlayır  və 



Usamə  bin  Zeydi  (r.a.)  bu  orduya  başçı  təyin  edir.  Qoşun  Mədinədən 

çıxmazdan əvvəl Peyğəmbər (s.a.s.) vəfat edir. Bir çox səhabələr bu ordunu 

Üsamənin (çox  gənc, 17 yaşında olduğundan) başçılığı ilə  göndərilməsinə 

etirazını  bildirirlər.  Lakin  Əbu  Bəkr  (r.a.)  Peyğəmbərin  (s.a.s.)  əmrini 

yerinə  yetirərək,  qoşuna  məhz  Üsamənin  başçılığı  ilə  Şama  getməyi  əmr 

edir. Beləliklə, bu qoşun öhdəsinə düşəni yerinə yetirərək Şamı fəth edir. 

 

2)  Peyğəmbərin  (s.a.s.)  vəfatından  sonra  mürtəd  olanlara  (dindən 



çıxanlara)  qarşı  vuruşur  və  onları  məğlub  edir.  Bununla  müsəlman 

ümmətini parçalanmaq təhlükəsindən qurtarır. 

 

3)  Yəmamə  döyüşündə  bir  çox  qarinin  (Quran  hafizi)  şəhid  olduğunu 



görən Əbu Bəkr (r.a.) Zeyd bin Sabitə (r.a.) xurma lifləri üzərində yazılmış 

                                            

    

4

 Ad və ləqəbdən başqa hər hansı bir şəxsə verilən xüsusi əlamət. 



    

5

 Peyğəmbər (s.a.s.) bu ləqəbi Əbu Bəkrə (r.a.) isra və Merac səfərini təsdiqlədiyi  



  üçün vermişdir. 


 

6



 -

 

Quran  ayələrini  cəm  etməyi  tapşırır.  Zeyd  bin  Sabit  (r.a.)  onun  əmri  ilə 



Quranı cəm edir (ayrı-ayrı mənbələrdən bir yerə toplayır). 

Əbu Bəkrin (r.a.) zövcələri və övladları

6



1. Quteylə bint Abdu-l-uzzə. Övladları: Abdullah, Əsmə. 



2. Ummu Rumən bint Amir. Övladları: Əbdürrəhman, Aişə. 

3. Əsmə bint Umeys. Övladı: Məhəmməd. 

4. Həbibə bint Xaricə. Övladı: Ummu Kulsum. 

Vəfat etdiyi tarix: hicrətin 13-cü ili, cumədəl-axər ayının 21-i (və ya 22-

i) vəfat etmişdir. 

 

Əbu Bəkrin (r.a.) fəzilətinə dair 



ayə və hədislər: 

 

1) Uca Allah buyurur: 



 

 

 



 

 

 



 

 

 



 

«[Ey  möminlər!]  Əgər  siz  Peyğəmbərə  kömək  etməsəniz,  Allah  ona 

kömək  göstərmiş  olar.  Necə  ki,  kafirlər  onu  [Məkkədən]  iki  nəfərdən 

biri  [ikinin  ikincisi]  olaraq  çıxartdıqları,  hər  ikisi  mağarada  olduğu  və 

öz  dostuna  [Əbu  Bəkrə]:  "Qəm  yemə,  Allah  bizimlədir!"  –  dediyi 

zaman göstərmişdi. O vaxt Allah ona [Peyğəmbərə və ya Əbu Bəkrə] bir 

rahatlıq  nazil  etmiş,  onu  sizin  görmədiyiniz  [mələklərdən  ibarət] 

əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın 

sözü  [kəlmeyi-şəhadət]  ucadır.  Allah  yenilməz  qüvvət  və  hikmət 

sahibidir»

7

  

 



                                            

    


6

 Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri «Tarixu-l-uməm va-l-muluk»  

   kitabında qeyd etmişdir (3-cü cild, səh.425-426). 

    


7

 «ət-Tövbə» surəsi, 40. 




 

7



 -

 

     Bu ayədə zikr olunan Peyğəmbər (s.a.s.) dostunun Əbu Bəkr olmasında 



ibn  Cərir  ət-Tabəri

8

,  İbn  Kəsir



9

,  əs-Suyuti

10

,  əl-Buxari



11

, Müslim


12

 

və  digər 



islam alimləri həmrəydirlər. 

2) Uca Allah buyurur: 

 

 

 



 

 

 



«Əgər Peyğəmbərə qarşı bir-birinizə  kömək etsəniz, (bilin  ki) Allah 

onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) 

mələklər də onun köməkçiləridir!»

13

  

 



İbn  Abbas  (r.a.)  ibn  Məsud  (r.a.)  İbn  Ömər  (r.a.)  və  s.  səhabələr  bu 

ayədəki  əməlisaleh  möminlərin  Əbu  Bəkr  (r.a.)  Ömər  (r.a.)  Osman  (r.a.) 

Əli (r.a.) və s. olduqlarını təfsir etmişlər.

14

 



3) Uca Allah buyurur: 

 

 



 

 

«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir»



15

  

 



Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) və başqa möminlərdir

16



4) Uca Allah buyurur: 

 

 



 

 

                                            



    

8

 «Camiu-l-bəyan», 10/136. 



    

9

 «Təfsir əl-Qurani-l-azim», 2/472. 



   

10

 «Tarixu-l-xuləfə», səh.48. 



   

11

 «Səhihu-l-Buxari», 7/11, 3653-cü hədis. 



   

12

 «Səhih Müslim», 15/144, 6119-cu hədis. 



   

13

 «ət-Təhrim» surəsi, 4. 



   

14

 «Təfsir ibn Kəsir», 4/500. 



   

15

 «əz-Zumər» surəsi, 33. 



   

16

 Ət-Tabəri. «Camiu-l-bəyan», 3/24. 




Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə