Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   2   3   4   5   6   7   8   9   ...   14

 

11



 -

 

yaxını  –  xəlifə  Siddiq  və  xəlifə  Faruq  olmuşlar.  And  içirəm  ki,  onların 



İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam 

xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm 

olardılar).  Allah  onlara  rəhmət  etsin  və  onları  gördükləri  ən  yaxşı  işlərə 

görə mükafatlandırsın»

33

 

15) Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o 



demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan 

şəxs  ona:  "Sən  də  ona  Siddiq  deyirsən?"  –  dedikdə,  İmam  dərhal  yerindən 

qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq 

deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz»

34

 

16)  Əli  (r.a.)  demişdir:  «Əbu  Bəkrə,  Ömərə,  Osmana  beyət  gətirmiş 



adamlar,  onlara  beyət  gətirdikləri  məsələdə  mənə  də  beyət  gətirmişlər. 

Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, 

o  zaman  orada  olmayan  isə  seçilmiş  adamı  rədd  edə  bilməzdi.  Yalnız 

mühacirlərin  və ənsarların şurası bir adam  haqqında  eyni fikirdə  olub, onu 

imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər 

tənə  edərək  və  ya  bidətlə  onların  işindən  özünü  kənara  çəksəydi,  onu 

fikrindən  daşındırardılar.  Etiraz  etsəydi,  möminlərin  yolu  ilə  getmədiyi 

üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».

35

 

17)  Əli  ibnu-l-Hüseyn  ibn  Musa



36

  «əş-Şafi»  adlı  kitabında  qeyd  edir  ki, 

Əlidən (r.a.): «Vəsiyyət etmirsən?» – deyə soruşduqda, o demişdir: «Peyğəm-

bər  (s.a.s.)  kimi  vəsiyyət  edirəm,  lakin,  Allah  insanlar  üçün  xeyir  istəsə, 

Peyğəmbərdən (s.a.s.) sonra səhabələri xeyir üzərində cəm etdiyi kimi

37

, onları 



da xeyir üzərində cəm edər».

38

 



18)  Kuleyni  istinadla  Cəfər  əs-Sadiqdən  rəvayət  edir  ki,  bir  qadın  gəlib 

ondan:  «Mən  Əbu  Bəkr  və  Ömərin  xəlifəliyini  qəbul  edib,  onları  sevə 

bilərəmmi?»  –  deyə  soruşduqda,  o  demişdir:  «Bəli,  qəbul  edə  bilərsən». 

Qadın:  «Mən  Rəbbimin  hüzurunda  olduğum  zaman  "Bunu  sən  mənə  əmr 

etdin"  –  deyə  Ona  xəbər  verə  bilərəmmi?!»  –  deyə  soruşduqda,  Cəfər  ona: 

"Bəli" – deyə cavab verdi

39



19)  Məclisi  istinadla  Cəfər  əs-Sadiqdən,  o  da  babalarından,  onlar  da 



Əlidən  (r.a.)  rəvayət  etmişdir:  «Peyğəmbərimizin  (s.a.s.)  səhabələrini 

                                            

    

33

 Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı. 



    

34

 Ərbili. «Kəşfu-l-ğümmə fi mərifəti-l-Əimmə», 2/147. 



    

35

 «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995) 



    

36

 Seyid əl-Mürtəza adı ilə məşhurlaşmış, «elmu-l-hudə» ləqəbi verilmiş alimdir. 



    

37

 İmam Əli (r.a.) burada Əbu Bəkrin (r.a.) xilafətini nəzərdə tutur. 



    

38

 «əş-Şafi» səh.171, Nəcəf çapı. 



    

39

 «ər-Ravzə minə-l-Kəfi», 8/101, 238. 




 

12



 -

 

söyməməyi  sizə  vəsiyyət  edirəm.  Onlar  Peyğəmbərdən  (s.a.s.)  sonra  dinə 



heç  bir  yenilik  gətirməmişlər.  Həqiqətən,  Peyğəmbər  (s.a.s.)  də  belə 

vəsiyyət etmişdir».

40

 

20) ət-Tabrisi əl-Baqirdən rəvayət  edir  ki, o  demişdir: «Mən  Əbu Bəkr 



(r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin, Əbu 

Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir».

41

 

21)  əl-Murtəza  rəvayət  edir  ki,  Cəfər  bin  Məhəmməd  peyğəmbərin 



(s.a.s.)  qəbrini  ziyarət  edərkən  (onun  yanında  dəfn  olunmuş)  Əbu  Bəkr 

(r.a.) və Ömərə (r.a.) də salam verərdi.

42

 

22) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını 



gördüm.  İçinizdə  onlara  bənzər  bir  adam  belə  görmürəm.  Onlar  saçları 

dağılmış,  toz-torpağa  bulanmış  bir  halda  sabahı  açar,  gecələrini  namazla 

keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayan-

da köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, 

qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən 

göz  yaşı  tökərdilər.  Hətta  elə  ağlayardılar  ki,  yaxaları  islanar  və  yelin 

əsdirdiyi ağac kimi titrəyərdilər».

43

 



23) Əlinin  (r.a.) Əbu-Bəkrə (r.a.) qarşı olan  hörmət  və sevgisinə (Əbu-

Bəkr (r.a.) xəlifə olduqdan sonra) Leyla bin Məsudan (Əlinin (r.a.) üçüncü 

arvadından) olan oğluna Əbu-Bəkr adını verməyi də dəlalət edir. (bax s.30) 

 

 



 

 

 

                                            

    


40

 «Biharu-l-ənvar», 22/305, 306. 

    

41

 «əl-İhticac», səh.230, Kərbəla çapı. 



    

42

 «əş-Şafi», səh.238. 



    

43

 «Nəhcu-l-Bəlağə», səh:143 (tərcümədə səh.257, Tehran çapı, 1995). 




 

13



 -

 

II XƏLİFƏ: 



ÖMƏR İBNU-L-XƏTTAB (r.a.) 

 

 



Adı: Ömər ibnu-l-Xəttab 

Atasının adı: əl-Xəttab bin Nufeyl 

Anasının adı: Həntəmə bint Haşim 

Künyəsi: Əbu Həfs 

Ləqəbi: əl-Faruq

44

 



Anadan  olduğu  tarix:  Fil  ilindən

45

 



on  üç  il  sonra  (təxminən  583-cü  il) 

Məkkə şəhərində anadan olmuşdur. 

 

Ömərin (r.a.) İslam  dininə  və  müsəlmanlara mənfi  münasibət  göstərdi-



yini  görən  Peyğəmbər  (s.a.s.)  Allaha  dua  edib  deyir:  «Allahım,  İslamı  iki 

Ömərdən  biri  (Amr  bin  Hişam  və  ya  Ömər)  ilə  izzətləndir!»

46

 

Uca  Allah 



Peyğəmbərin (s.a.s.) duasını qəbul edib, onu (Öməri) haqq yoluna yönəltdi. 

Ömər  (r.a.)  Peyğəmbərin  (s.a.s.)  ən  yaxın  səhabələrindən  və  cənnətlə 

müjdələnmiş  on  nəfərdən biridir. Bir çox  döyüşlərdə  iştirak etmiş,  malı  və 

canı  ilə  İslam  dininə  yardım  etmişdir.  Əbu  Bəkrin  (r.a.)  vəfatından  sonra, 

onun  (Əbu  Bəkrin)  vəsiyyəti  və  səhabələrin  razılığı  ilə  xəlifə  seçilmişdir. 

O, 10 il 6 ay xəlifə olmuş və İslam dininə fayda verən bir çox xeyirli işlər 

görmüşdür. 

1.  Hərbi  təşkilat  (indiki  zəmanədə  müdafiə  nazirliyi)  və  maliyyə 

nazirliyini yaratmışdır; 

2. Müsəlmanlar üçün hicri təqvimini seçmişdir; 

3. Rabitə işlərini nizama salmışdır; 

4.  Fəth  olunmuş  ölkələri  vilayətlərə  bölmüş  və  hər  vilayətə  başçı  təyin 

etmişdir; 

5.  Rum,  Fars  imperiyalarını,  İraqı,  Şamı,  Misiri  və  s.  yerləri  fəth 

etmişdir; 

 

Ömərin (r.a.) zövcələri və övladları



47

1. Zeynəb bint Məzun. Övladları: Abdullah, Əbdü-r-Rəhman, Həfsə. 



                                            

    


44

 Haqqı batildən ayırdığına görə Peyğəmbər (s.a.s.) ona bu ləqəbi vermişdir. 

    

45

 Peyğəmbərin (s.a.s.) anadan olduğu il. 



    

46

 «Səhih ət-Tirmizi», 3/204, 2907-ci hədis. 



    

47

 Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri «Tarixu-l-uməm va-l-muluk» kitabında (4-cü 



cild, səh.198-199) qeyd etmişdir. 


Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə