Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   2   3   4   5   6   7   8   9   ...   14

 

17



 -

 

 



 

 

«[Ey  mö‘minlər!]  İbrahimin  durduğu  yeri  özünüzə  namazgah 



edin!..».

64

 



– Ömər (r.a.) Peyğəmbərə (s.a.s.): «Ey Allahın elçisi! Bəlkə, zövcələrinə 

hicab  geyinməyi  əmr  edəsən?»  –  deyə  təklif  etdikdə,  Allah  təala  bu  ayəni 

nazil etdi: 

 

 



 

 

 



 

«Onlardan  (Peyğəmbərin  (s.a.s.)  zövcələrindən)  bir  şey  soruşduqda, 

(evlərinə  daxil  olmadan)  pərdə  arxasından  soruşun.  Bu  həm  sizin,  həm 



də onların ürəklərinə daha çox təmizlik bəxş edər»

 

65



 

 

–  Ömər  (r.a.)  Peyğəmbərə  (s.a.s.):  «Ey  Allahın  elçisi!  Onların  (yəni 

əsirlərin) boynunu  vur!» –  deyə təklif  etdikdə,  Uca  Allah bu ayələri nazil 

etdi: 


 

 

 



 

 

 



 

 

 



 

«Heç  bir  peyğəmbərə  yer  üzündə  (küfrün  kökünü  kəsmək  üçün 

bacardığı  qədər  çox  kafir)  öldürməyənə  qədər  əsirləri  özünə  mal  etmək 

(onları  öldürməyib  fidyə  müqabilində  azad  etmək)  yaramaz.  [Ey 

möminlər!]  Siz  (fidyə  almaqla)  puç  dünya  malını  istəyirsiniz,  Allah  isə 

                                            

    


64

 «əl-Bəqərə» surəsi, 125. 

    

65

 «əl-Əhzab» surəsi, 53. 



 


 

18



 -

 

(sizin)  axirəti  qazanmağınızı  istəyir.  Allah  yenilməz  qüvvət  və  hikmət 



sahibidir.  Əgər  əvvəlcə  (bu  barədə)  Allahdan  bir  hökm  olmasaydı, 

aldığınız  (fidyə)  müqabilində  sizə  şiddətli  bir  əzab  üz  verərdi.  Əldə 

etdiyiniz  qənimətləri  halal  və  təmiz  olaraq  yeyin,  Allahdan  qorxun! 

Həqiqətən, Allah bağışlayan və rəhm edəndir

66

»

67

 

 

Qeyd:  Ömər  ibnu-l-Xəttab  (r.a.)  bundan  əlavə  üç  ayədə  də  Rəbbinə 

müvafiq olmuşdur: 

– Ömər ibnu-l-Xəttab (r.a.): «Allahım, şərabın hökmünü bizə açıq-aydın 

bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi: 

 

 



 

 

 



 

 

«[Ey  Məhəmməd!]  Səndən  içki  və  qumar  (meysir)  haqqında  sual 

edənlərə  söylə:  "Onlarda  həm  böyük  günah,  həm  də  insanlar  üçün 

mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür"»

68

 

 

–  Ömər  (r.a.)  yenə:  «Allahım,  şərabın  hökmünü  bizə  açıq-aydın  bəyan 

et!» – deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi: 

 

 



 

 

 



 

 

 



«Ey  iman  gətirənlər!  Sərxoş  ikən  nə  dediyinizi  anlamayana  qədər, 

cünub  olduğunuz  halda  qüsl  edənədək  namaza  (namaz  qılınan  yerə) 

yaxınlaşmayın!»

69

 



                                            

    


66

 «əl-Ənfal» surəsi, 67-69. 

    

67

 «Səhihu-l-Buxari» - də bu üç hadisə 1/601, 402-ci hədisdə qeyd olunmuşdur. 



    

68

 «əl-Bəqərə» surəsi, 219. 



 


 

19



 -

 

 



– Ömər (r.a.) bir daha: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan 

et!» – deyə dua etdikdə, Uca Allah bu ayələri nazil etdi: 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

«Ey iman gətirənlər! Şərab (içki) da, qumar da, bütlər də, fal oxları 

da  şeytanın  əməlindən  olan  murdar  bir  şeydir.  Bunlardan  çəkinin  ki, 

bəlkə  nicat  tapasınız!  Şübhəsiz  ki,  şeytan  içki  və  qumarla  aranıza 

ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan 

ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?»

70

  



 

Bunu eşidən Ömər (r.a.): «Son qoyduq, son qoyduq» – deyə təkrar etdi.

71

 

–  Ömər  (r.a.)  Peyğəmbərin  (s.a.s.)  zövcələrinin  ona  qarşı  (həddi 



aşdıqlarını) görüb, onlara nəsihət etdikdə, Uca Allah bu ayəni nazil etdi: 

 

 



 

 

 



 

«Əgər o (Məhəmməd) sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə 

ona  sizdən  daha  yaxşı  zövcələr  –  müsəlman,  mömin,  itaətkar,  tövbə 

edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin

72

»

73

 

                                                                                                     



    

69

 «ən-Nisa» surəsi, 43. 



    

70

 «əl-Maidə» surəsi, 90-91. 



    

71

  Əbu  Davudun  «əs-Sünən»i,  10/76,  3665-ci  hədis;  «Səhih  Əbu  Davudun  sünnəsi», 



2/699, 3117-ci hədis. 

    


72

 «ət-Təhrim» surəsi, 5. 




Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə