Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   2   3   4   5   6   7   8   9   10   ...   14

 

20



 -

 

–  Ömər  (r.a.)  Peyğəmbərə  (s.a.s.)  münafiqlər  üçün  namaz  (cənazə  nama-



zını) qılmamağı təklif etdikdə, Uca Allah bu ayəni nazil etdi: 

 

 



 

 

 



 

«Münafiqlərdən ölən  heç bir  kəsin  namazını  heç vaxt qılma, qəbrinin 

başında durma. Çünki onlar Allahı, Onun elçisini dandılar və fasiq olaraq 

öldülər!»

74

  

 



11) Əli (r.a.) iki şeyx – Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: 

«Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaxını – xəlifə 

Siddiq  və  xəlifə  Faruq  olmuşlar.  And  içirəm  ki,  onların  İslamda  yerləri 

həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular 

(Yəni  onlardan  ibrət  götürənlər  dinlərində  daha  möhkəm  olardılar).  Allah 

onlara  rəhmət  etsin  və  onları  gördükləri  ən  yaxşı  işlərə  görə  mükafat-

landırsın»

75

 



12)  Əli  (r.a.)  demişdir:  «Əbu  Bəkrə,  Ömərə,  Osmana  beyət  gətirmiş 

adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda 

qayda belə  idi  ki,  orada  iştirak  edən adam  özü  istəyəni seçə bilməz,  o  zaman 

orada  olmayan  isə  seçilmiş  adamı  rədd  edə  bilməzdi.  Yalnız  mühacirlərin  və 

ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, 

Allahın  bu  işə  razılığı  əlaməti  sayılardı.  Əgər  bir  nəfər  tənə  edərək  və  ya 

bidətlə  onların  işindən  özünü  kənara  çəksəydi,  onu  fikrindən  daşındırardılar. 

Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və 

Allah da ona layiq olduğunu verərdi».

76

 



13)  Kuleyni  istinadla  Cəfər  əs-Sadiqdən  rəvayət  edir  ki,  bir  qadın  gəlib 

ondan:  «Mən  Əbu  Bəkr  və  Ömərin  xəlifəliyini  qəbul  edib  onları  sevə 

bilərəmmi?»  –  deyə  soruşduqda,  o  demişdir:  «Bəli,  qəbul  edə  bilərsən». 

Qadın:  «Mən  Rəbbimin  hüzurunda  olduğum  zaman  "Bunu  sən  mənə  əmr 

etdin"  –  deyə  Ona  xəbər  verə  bilərəmmi?!»  –  deyə  soruşduqda,  Cəfər  ona: 

"Bəli" – deyə cavab verdi

77

.

 



                                                                                                     

    


73

 «Səhihu-l-Buxari», 1/601, 402-ci hədis. 

    

74

 «ət-Tövbə» surəsi, 84. 



    

75

 Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı. 



    

76

 «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995) 



    

77

 «ər-Ravzə minə-l-Kafi», 8/101, 238. 




 

21



 -

 

14)  Məclisi  istinadla  Cəfər  əs-Sadiqdən,  o  da  babalarından,  onlar  da 



Əlidən  (r.a.)  rəvayət  etmişdir:  «Peyğəmbərimizin  (s.a.s.)  səhabələrini 

söyməməyi  sizə  vəsiyyət  edirəm.  Onlar  Peyğəmbərdən  (s.a.s.)  sonra  dinə 

heç  bir  yenilik  gətirməmişlər.  Həqiqətən,  Peyğəmbər  (s.a.s.)  də  belə 

vəsiyyət etmişdir».

78

 

15) ət-Tabrisi əl-Baqirdən rəvayət  edir  ki, o  demişdir: «Mən  Əbu Bəkr 



(r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin Əbu 

Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir».

79

 

16)  əl-Murtəza  rəvayət  edir  ki,  Cəfər  bin  Məhəmməd  peyğəmbərin 



(s.a.s.)  qəbrini  ziyarət  edərkən  (onun  yanında  dəfn  olunmuş)  Əbu  Bəkr 

(r.a.) və Ömərə (r.a.) də salam verərdi.

80

 

17)  Əli  və  Ömər  ibnu-l-Xəttab  (r.a.)  Rum  döyüşünə  çıxarkən 



məsləhətləşəndə  Əli  (r.a.)  Ömərə  (r.a.)  belə  demişdir:  «Sən  bu  düşmənin 

üzərinə  özün  gedib  onlarla  görüşsən,  müsəlmanların  öz  ölkələrinin 

qurtaracağından başqa sığınacaqları

81

 olmaz. Onların səndən sonra müraciət 



edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların  yanına sınaqdan çıxmış bir 

adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla 

səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq 

və müsəlmanların ümid yeri olarsan».

82

 

18)  Ömər  özü  farslarla  döyüşə  çıxarkən  onunla  (Əli  (r.a.)  ilə) 



məsləhətləşdiyi zaman Əlinin (r.a.) Ömər (r.a.) haqqında  dedikləri bundan 

da  aydındır.  O  demişdir:  «Bu  elə  bir  işdir  ki,  onun  köməyinə  gəlib-

gəlməmək çoxluq və ya azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxardığı və 

adamları  onun  uğrunda  səfərbər  etdiyi,  hazırladığı  və  imdad  etdiyi  dindir 

ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. 

Allah  Öz  əhdini  yerinə  yetirən,  Öz  əsgərlərinə  kömək  edəndir. 

Boyunbağıda  nizamlayıcının

83

  əhəmiyyəti  nə  qədərdirsə,  əmrin  etibar 



edildiyi  adamın

84

  əhəmiyyəti  də  o  qədərdir.  Qoy  əcəmlər  sənə  baxıb 



desinlər: "Ərəblərin  kökü budur, onu  kəssəniz, rahat olarsınız". Bu onların 

sənə  qarşı  hücumlarını  çətinləşdirər.  Onların  mənim  qeyd  etdiyim  sayca 

                                            

    


78

 «Biharu-l-ənvar», 22/305, 306. 

    

79

 «əl-İhticac», səh.230, Kərbəla çapı. 



    

80

 «əş-Şafi», səh.238. 



    

81

 «Sığınacaq» deyəndə, arxalanacaqları mərkəz nəzərdə tutulur. 



    

82

 «Nəhcu-l-Bəlağə», səh:193 (tərcümədə səh.167-168). 



    

83

 Nizamlayıcı, muncuqların düzüldüyü ip mənasındadır. 



    

84

  «Əmrin  etibar  edildiyi  adamın»    ifadəsi    «əmr  edən»  mənasındadır.  Bununla  xəlifə 



nəzərdə tutulur. 


Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə