Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

 

22



 -

 

çoxluğuna  gəlincə,  biz  keçmişdə  də  say  çoxluğu  hesabına  deyil,  Allahın 



köməyi və yardımı ilə döyüşmüşük»

85



19)  Ömərlə  (r.a.)  Əli  (r.a.)  arasında  möhkəm  dostluğun  olmasına  Əlinin 

(r.a.)  Fatimeyi  Zəhradan  (r.a.)  olan  qızını  ona  ərə  verməsi  də  dəlalət  edir. 

Kuleyni  Müaviyə  bin  Əmmardan  Əbu  Abdullah  əleyhissəlam  haqqında  bir 

rəvayət  söyləyir.  Müaviyə  deyir  ki,  mən  ondan  əri  ölmüş  arvadın  öz  evində, 

yoxsa  harada  istəsə  qalmalı  olduğunu  soruşduqda,  o  dedi:  «Əlbəttə,  harada 

istəsə. Çünki Əli (r.a.) də Ömər (r.a.)  öləndən sonra Ümmü Gülsümün talağını 

alıb, onu öz evinə gətirdi».

86

 



20) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını 

gördüm.  İçinizdə  onlara  bənzər  bir  adam  belə  görmürəm.  Onlar  saçları 

dağılmış,  toz-torpağa  bulanmış  bir  halda  sabahı  açar,  gecələrini  namazla 

keçirərdilər.  Kimi  alnını  torpağa  sürtərdi,  kimi  üzünü,  qiyaməti 

xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə 

dönmüş,  qabıq  bağlamışdı.  Allahı  yada  salanda  əzab  qorxusundan,  savab 

ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və 

yelin əsdirdiyi ağac kimi titrəyərdilər».

87

 

 



 

 

 



                                            

    


85

 «Nəhcu-l-Bəlağə» səh: 203-204 (tərcümədə səh:166-167 Tehran çapı-1995). 

    

86

  «əl-Kafi  fi-l-furu»  -  Ər  evinə  köçəndən  sonra  əri  ölmüş  qadın  onun  vəfatından  sonra 



harada qalmalıdır- fəsli, 2-ci cild, səh:311. 

    


87

 «Nəhcu-l-Bəlağə» səh: 143 (tərcümədə səh.257, Tehran çapı, 1995). 




 

23



 -

 

III XƏLİFƏ: 



OSMAN BİN ƏFFAN (r.a.) 

 

 



Adı: Osman bin Əffan 

Atasının adı: Əffan bin Əbi-l-As 

Anasının adı: Ərva bint Kureyz 

Künyəsi: Əbu Amr 

Ləqəbi: zi-n-Nureyn

88

 



Anadan olduğu tarix: Fil ilindən altı il sonra (təxminən 576-cı il) Məkkə 

şəhərində anadan olmuşdur. 

 

Osman  (r.a.)  Əbu  Bəkrin  (r.a.)  dəvəti  ilə  islamı  qəbul  etmiş  ilk  on 



müsəlmandan  biridir.  O,  34  yaşında  islam  dinini  qəbul  etmiş  və 

Həbəşistana  hicrət  etmiş  ilk  müsəlmanlardan  olmuşdur.  O,  peyğəmbərin 

(s.a.s.)  ən  yaxın  səhabələrindən  və  cənnətlə  müjdələnmiş  on  nəfərdən 

biridir.  Bir  çox  döyüşlərdə  işqtirak  etmiş,  malı  və  canı  ilə  İslam  dininə 

yardım  etmişdir.  Ömər  (r.a.)  şəhid  olduqdan  sonra,  səhabələrin  şurası 

tərəfindən  xəlifə  seçilmişdir.  O,  11  il  11  ay  xəlifə  olmuş  və  islam  dininə 

fayda verən bir çox xeyirli işlər görmüşdür: 

1. Dəniz donanmasını yaratmışdır. 

2.  Fars  imperiyasının  qalan  hissəsini,  Nil  çayının  Nobə  diyarını  və 

Məğribi fəth etmişdir. 

3. Quranı cəm etmişdir (yəni kitab halına salmışdır). 

 

Osmanın zövcələri və övladları.



89

 

1.  Məhəmməd  peyğəmbərin  (s.a.s.)  qızları  Ruqiyyə  (r.a.)-(vəfat  etdik-



dən) sonra isə Ummu Gülsüm (r.a.) ilə evlənmişdir. Ruqiyyədən (r.a.) olan 

övladı: Abdullah. 

2.  Ummu  Amr  bint  Cundəb.  Övladları:  Amr,  Xalid,  Əbən,  Ömər, 

Məryəm. 


3. Fatimə bintu-l-Valid. Övladları: Valid, Osman. 

4. Ummu əl-Bənin bint Uyeynə. Övladı: Abdullah. 

5. Nailə bintu-l-Fərafisa. Övladı: Məryəm. 

                                            

    

88

 Peyğəmbərin (s.a.s.) iki qızını – Ruqiyyə (r.a.) və Ummu Gülsümü (r.a.) aldığına görə 



Peyğəmbər (s.a.s.) bu ləqəbi ona vermişdir. 

    


89

  Bu  tarixi  məlumatları ibn  Cərir ət-Tabəri  «Tarixu-l-uməm  val-muluk»  kitabında  (4-cü 

cild, səh.420) qeyd etmişdir. 



 

24



 -

 

Vəfatı:  hicri  tarixi  ilə  35-ci  il  zi-l-hiccə  ayının  18-i  cümə  günü  Osman 



(r.a.)  evində  Quran  oxuduğu  zaman  xaricilər

90

 



zorla  onun  evinə  girdilər. 

Onların  arasında  Sədus  qəbiləsindən  Cəbələ  adlı  birisi  onu  qılıncla 

vurduqda,  Osman  (r.a.)  müdafiə  olunmaq  üçün  əlini  uzatdı  və  qılınc  onun 

əlini  kəsdi. Osman: «Allaha and  olsun  ki, bu əl ilə Quran yazılıb» – dedi. 

Onun əlindən axan bir damla qan bir ayənin üzərinə  düşdü. Bu ayədə  Uca 

Allah buyurur: 

 

 

 



 

«Belə  olduqda  sən  onların  düşmənçiliyindən  qorxma!  Allah  sənə 

(tezliklə  sənin  intiqamını  onlardan  almağa)  kifayət  edər.  O  (hər  şeyi) 



eşidən və biləndir»

91

 



Sonra onu qılıncla vurub şəhid etdilər. 

 

 



Osmanın (r.a.) fəzilətinə dair 

ayə və hədislər: 

 

1) Uca Allah buyurur: 



 

 

 



 

 

 



«Əgər Peyğəmbərə qarşı bir-birinizə  kömək etsəniz, (bilin  ki) Allah 

onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) 

mələklər də onun köməkçiləridir!»

92

 



 

İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki 

əməlisaleh  möminlərin  Əbu  Bəkr  (r.a.)  Ömər  (r.a.)  Osman  (r.a.)  Əli  (r.a.) 

və başqalarının olduqlarını təfsir etmişlər.

93

 

                                            



    

90

 İslam camaatından ayrılıb onlara qarşı vuruşanlar. 



    

91

 «əl-Bəqərə» surəsi, 137. 



    

92

 «ət-Təhrim» surəsi, 4. 



    

93

 «Təfsir ibn Kəsir», 4/500. 




Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə