Rəşid bəy və Səadət xanım



Yüklə 226,17 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix18.06.2018
ölçüsü226,17 Kb.
#49516
1   2   3   4   5   6   7   8

VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 



 

Ön Söz 

 

 

Bu uzun hekayə fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir. 



Qəbələ  xanlarının  nəslindən  olan  Səadət  xanımla,  Şəki  xanlarının  nəslindən 

olan  Rəşid  bəyin  sevgisindən,  həmin  dövr  Azərbaycan  mühitinin  gerçəklik-

lərindən  bəhs  edilən,  AMEA-nın  Əlyazmalar  İnstitutunda  saxlanılan  kitabın 

sonunda Mirzə Fətəli  Axundzadənin avtoqrafı var. Axundzadə rus dilində bu 

cümləni yazıb: Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, 

nə  də  öz  kədərini  gizlədə bilər.  Buna  görə  də mən bugünkü  sevincimi  sizə 

xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin 

axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi 

tamamilə  inandıra  bilərəm  ki,  arzularımızın  həyata  keçirilməsi  günü 

yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 

 

15 mart 1846. Mirzə Fətəli”. 

 

 

Əlyazmanı  uzun  zəhmətin  bahasına  ilk  dəfə  Salman  Mümtaz  əldə 



edib.  Salman  Mümtaz  öz  məqaləsində,  kitabın  izinə  necə  düşdüyünü,  uzun 

illərdən  sonra  nəhayət  Xasay  xan  Usmiyevin  sayəsində  1922-ci  ildə  əldə 

etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz 

onu tərcümə etmək istəyib, lakin səpmə yatalaq xəstəliyinə tutulduğuna görə 

əmanəti geri qaytarıb, yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın 

xəstəliyi  6  ay  çəkib,  bu  müddətdə  isə  Xasay  xan  Vladiqafqazda  vəfat  edib, 

əsərin  izi  itib.  1932-ci  ildə  Salman  Mümtaz  Azərbaycan   Dövlət  Muzeyinə 

elmi işçi təyin olunub, xoş təsadüfdən məlum olub ki, Xasay xan kitabı başqa 

kitablarla birlikdə muzeyə satıb. 

 

Əsəri  ilk  dəfə  Səlim  bəy  Behbudov  tərcümə  edib,  lakin  Azərnəşrdə 



çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən 

sonra  əsər  yenidən  unudulub,  iki  il  sonra  1939-da  “Ədəbiyyat  qəzeti”ndə 

türkcəmizdə  dərc  olunub.  1956-da  isə  ilk  dəfə  olaraq  kitab  formasında  çap 

olunub.  



 


VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

10 



 

Rəşid bəy və Səadət xanım 

 

May  ayının  gözəl  bir  günü  idi.  Bütün təbiətin  canlandığı  və  bəzəndiyi 



bir zamanda Azərbaycan bəylərinin birinin Səadət adında yeganə bir qızı sübh 

vaxtı  günəş  şərq  tərəfdən  doğmağa  başlarkən,  kiçik,  lakin  gözəl  bir  evdən 

çıxıb  xoş  bir  hava  ilə  oxşanmaq,  çiçəklərin  nəşə  verən  ətirlərini  iyləmək  və 

quşların  nəvazişli  nəğmələrini  dinləmək  üçün  səfalı bir  bağa  girdi.  Qız  bağa 

girər-girməz bütün təbiət sanki başqalaşdı. Göyün üzü daha da gözəlləşdi. Şad 

və fərəhli quşlar ağaclardan onun ayağına töküldülər, hava lətif ətirlərlə doldu. 

Bütün təbiət sanki son dərəcə şən halda özünü ona bəyəndirmək istəyirdi. Belə 

bir gözəl vücuda özünü bəyəndirməyi kim istəməz! 

Gözəl Səadət bir qədər bağda gəzdikdən sonra böyük şabalıd ağacının 

dibində,  çəmənlikdə  əyləşdi.  O,  indi  fikir  dəryasına  qərq  olaraq,  özü  də 

səbəbini  bilmədən  tez-tez  «ah»  çəkirdi.  Onun  həyatında  sanki  heç  bir 

çatışmayan  cəhət  yox  idi.  Gözəl  Səadət  bir  sevgili  arzusunda  idi.  Sevgisiz 

həyat-bədbəxtlik  və  qəm-qüssədir.  Qızın  pənah  gətirdiyi  bu  romantik  bucaq 

ona  o  qədər  xoş  gəlirdi  ki,  səhərlər  həmin  bağa  gəlib  ətirli  qızılgüllərdən 

hörülmüş  köşkün  yanında,  ortasında  fəvvarə  vuran  bir  hovuzun  kənarında 

oturardı. 

Bir  gün  dərin  xəyallara  dalan  qızın  qulağına  həzin bir  səs  gəldi:  «Ah! 

Mən sevgimi gizli saxlamaq üçün nələr etməzdim. Ocaq üstündə qaynayan bir 

qab su mənim könlüm qədər qaynar ola bilməz». 

Bu  sözləri  eşitdikdə  nazənin  Səadət  əyləşdiyi  yerdən  çəkilib  getmək 

istədi.  Lakin  bu  təsirli  sözləri  oxuyan  şəxsi  görmək  üçün  utana-utana  ətrafa 

baxdı;  heç  bir  kəsi  görə  bilmədikdə,  bu  səsin  sehrkar  bir  səs  olduğunu  zənn 

etdi. Lakin sevgi kəlməsi onun könlünü həyəcana gətirdi və bütün hissiyyatını 

alovlandırdı. 

Bu  vaxt  Səadətin  mehriban  dayəsi  Şamah  bağa  girdi.  Şamah  Səadəti 

uzaqdan rəngi qaçmış və iztirab içində görüb cəld onun yanına gəldi və onu 

qucaqlayıb  öpərək,  həyəcanının  səbəbini  soruşdu.  Səadət  əli  ilə  güllərin  sol-



VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

11 



muş yarpaqlarına və ağacdan tökülüb yerdə çürümüş meyvələrə işarə edərək, 

dedi: 


- Mənim də taleyim belədir! 

Bu  sözlər  təcrübəli  qadına  gənc  qızın  həyəcanının  səbəbini  bildirdi. 

Vəfalı  Şamah  qızı  gecikmədən  evə  aparmaq  istədi,  lakin  bağın  qapısına 

yaxınlaşdıqda  yenə  həmin  səs  eşidildi:  «Sən  mənim  nəzərimdən  uzaqlaşmaq 

istəyirsən, lakin mənim qəlbimdən uzaqlaşa bilməzsən!» 

Hər  ikisi  heyran  bir  halda,  yerlərində  dayanıb  ətrafa  baxdılar,  lakin 

kimsəni  görmədilər.  Bağdan  çıxıb  qapını  bağladılar.  Nəhayət,  evə  yetişdilər. 

Evdə Səadətin anası Tutuxanım onları gözləyirdi. Səadətin və Şamahın sükutu 

və qəmginliyi qohumlarını təşvişə saldı. Gənc qızdan heç bir cavab almayaraq

Şamaha müraciət etdilər.  

Şamah  eşitdiklərini  onlara  müfəssəl  danışdıqdan  sonra,  onu  qız  ilə 

yalqız  buraxmaları  üçün  işarə  etdi.  Lakin  Şamah  bir  az  əvvəl  qızda  olan 

şadlığı təkrar oyandırmaq istədisə də, müvəffəq olmadı. 

Bağda  eşidilən  sehrkar  səsin  sahibini  aydınlaşdırmaq  üçün  bütün  ailə 

toplanmışdı. Xeyli fikirdən sonra belə qərara gəldilər ki, bağ sehrlənmişdir və 

o  gündən  sonra  qıza  bağa girmək  qadağan  edildi.  Zavallı  Səadətin  xəyalları, 

qəmləri və pərişanlığı günbəgün, saatbasaat artırdı. 

Nə dayəsinin qayğısı, nə anasının mehribanlığı, nə oyun, nə musiqi onu 

sakit  edə  bilmirdi.  O,  cazibəli  sözləri  bir  də  eşitmək  üçün  əbəs  yerə  bağa 

getmək  fikrinə  düşdü,  əbəs  yerə  üzüyünü  bağda  itirdiyini  anasına  söylədi. 

Anası onun bütün yalvarışlarını rədd edərək, cavab verdi: 

-  Əziz  qızım,  bağın  qapısı  bağlıdır,  tam  bir  möhtərəm  və  müqəddəs 

dərviş  gəlib  o  bağı  paka  çıxarmayınca,  kimsəyə  ora  daxil  olmağa  icazə 

yoxdur.  

Bəyin  ailəsini  dərvişin  yolunu  gözləməkdə  qoyaq.  Qafqaz  ölkələrində 

hər  evin  yanında  qadınların  yeganə  seyrəngahı  olan  bir  parça  olar.  Belə  bir 

seyrəngahdan məhrum olan Səadəti də öz otağında qüssə çəkməkdə qoyaq. Bir 

az da öz səsilə Səadətin qəlbini alovlandıran Rəşid bəydən danışaq. O zaman 

iyirmi  iki  yaşına  girmiş  Rəşid  bəy  İsmayıl  adlı  bir  bəyin  oğlu  idi.  Bu  bəyin 

alicənablığı  və  nəzakəti  sərvətindən  çox  idi.  Bəy,  oğluna  da  öz  səliqəsilə 




Yüklə 226,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə