Rəşid bəy və Səadət xanım



Yüklə 226,17 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix18.06.2018
ölçüsü226,17 Kb.
#49516
1   2   3   4   5   6   7   8

VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

12 



tərbiyə  vermişdi,  lakin  gəncin  nəcibliyi,  qəlbinin  həssaslığı  ilə  cəsarət  və 

mərdliyi  ilə  atasını  da  keçmişdi.  O,  «Şahnamə»ni  və  başqa  qəhrəmanlıq 

dastanlarını, xüsusilə fars qəzəllərini oxumağı çox sevirdi. Bundan başqa onun 

at sürməkdə, tüfəng, tapança atmaqda, silah oynatmaqda böyük məharəti var 

idi.  Onun  ikicə  arzusu  vardı:  bütün  məşhur  igidlərə  qalib  gəlmək  və  bütün 

zəiflərə, yoxsullara kömək etmək. On səkkiz yaşından başlayaraq, Rəşid bəy 

vaxtını gah at oynatmaqda, gah par-par parıldayan silahlara sarılaraq, vətənini 

çapıb-talayan və əkinçiləri incidən quldurlar ilə çarpışmaqda keçirirdi.  

Bəzən  məhsuldar  dağ  ətəklərində  ov  edərək,  atını  sürüb  daima  qar  və 

buludlarla  örtülmüş  dağların  başına,  qalın  meşələrə  və  çıxılmaz  qayalara 

dırmaşırdı;  oralarda  quldurların  ən  gizli  yuvalarını  axtarıb  tapır  və  onların 

əziyyətindən əkinçiləri xilas etmək üçün vuruşub yuvalarını tarmar edərdi. 

Bir  səhər  Rəşid  bəy  yüksək  bir  dağın  başında  oturub,  onun  atını 

yedəyində  saxlayan  və  ondan  heç  bir  zaman  ayrılmayan  Əziz  adlı  nökərilə 

söhbət  edirdi.  Ovdan  danışaraq  hər  ikisi  təbiətin  gözəllik  və  əzəmətini  seyr 

edirdilər.  Sübhün  dumanı  düzənlərdən  qalxaraq  göylərə  yüksəlir,  coşqun 

çaylar,  dərə  və  düzləri  suvarmağa  tələsərək  güllərin,  yasəmənlərin  və  başqa 

çiçəklərin arasilə axırdı.  

Ağaclar  yaşıl  yarpaqlarla  bəzənməyə  başlamışdı.  Bu  vaxt  onların 

qulağına zəif bir qışqırıq, həzin bir nalə səsi gəldi. Hər ikisi quş kimi uçaraq 

bu  səs  gələn  tərəfə  yüyürdü.  Bir  cavan  oğlanı  bir  neçə  quldurun  əlində  əsir 

gördülər.  Quldurlar  o  cavanı  başqa  quldurlara  satmaq  niyyətilə  aparırdılar. 

Qoçaq  Rəşid  bəy  atını  Əzizə  tapşıraraq,  xəncərini sıyırıb  quldurların  üzərinə 

atıldı.  Onlardan  ikisini  xəncərlə  vurub  öldürdü,  başqalan  isə  əsir  oğlanı 

buraxıb meşəyə qaçdılar.  

Qaçan quldurların da bir neçəsi Rəşid bəyin zərbəsindən xilas olmadı. 

Vuruşma  qurtardıqdan  sonra  rəhmdil  Rəşid  bəy  tələsik  cavan  oğlanın 

köməyinə yüyürdü; cavan yaralanmışdı. Yarasını qurşağı ilə sarıyıb, yaxın bir 

evə gətirmək üçün onu Əzizin atına mindirdi. 

Bir kəndə yetişər-yetişməz, onları bir dəstə qadın ağlaşma ilə qarşıladı. 

Əziz bunun səbəbini dərhal anlayıb ağasının göstərdiyi igidliyi onlara söylədi. 

Rəşid bəy də öz yükü ilə yetişdi. Aman, nə böyük səadət! Bir neçə saat əvvəl 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

13 



quldurlar əlində  əsir  olmuş  əziz  Mərdanı  yenidən  görmək  bu  biçarə  qadınlar 

üçün nə böyük xoşbəxtlik idi. 

Gənc  Mərdanın  anası,  arvadı  və  bacıları  qollarını  açıb  Rəşid  bəyin 

ayağına yıxıldılar və onun dizlərini öpməyə başladılar. Sonra Rəşid bəyi evə 

apardılar. Mərdanın gənc arvadı Rəşid bəyin paltarının qanını yudu, plov üçün 

düyü  hazırladı  və  Rəşid  bəyə  bir  tafta  qurşaq  bağışlayıb  ona  «qardaş»  dedi. 

Yalnız ərinin üzünə gülüb mehribançılıq etmək üçün o, bəzən Rəşid bəyi tərk 

edirdi. 


Bu mənzərə, evin daxili həyatı, bu gənc ər-arvad arasında olan nəzakət 

və zərif mehribançılıq, bunların hamısı Rəşid bəy üçün yeni bir aləm idi. Bu 

cazibəli  mənzərə  onu  heyran  edirdi.  Qafqazın  bir  çox  yerlərində  bacı  və 

qardaşı olmayan cavanlar ailə səadətindən bixəbər olurlar. Bizim qəhrəman da 

belə idi. 

Son  dərəcə  qonaqcıllıq  göstərdikləri  üçün  Rəşid  bəy  ev  sahiblərinə 

təşəkkür etdikdən sonra atına minib Əziz ilə bərabər evlərinə tərəf yola düşdü. 

Onlar  dərin  bir  sükut  içində  yol  gedirdilər.  Nəhayət  Rəşid  bəy  üzünü  Əzizə 

tutub dedi: 

- Mənim vəfalı yoldaşım Əziz, Mərdanın arvadındakı nəzakəti və ərinə 

olan  mehribanlığı  gördükdə,  özümün  yalqız  olmağımı  hiss  edirəm  və  bu 

qərara  gəlirəm  ki,  mənə  məni  ürəkdən  sevən  bir  həyat  yoldaşı  lazımdır.  Elə 

yoldaş ki, Mərdanın arvadı kimi, yorğun və təhlükəli zamanlarda mənə təsəlli 

versin. 


- Bəli, bu fikir çoxdan mənim başımda dolaşır, - deyə Əziz cavab verdi. 

-  Sizin  gözəl  bir  əmi  qızınız  var  ki,  uşaqlıqdan  ata-anası  tərəfindən  sizin 

deyikliniz  olduğunu  söyləyirlər  və  deyirlər  ki,  ata-anasının  arzusunu  yerinə 

yetirmək üçün o qız bir neçə nucəbaların elçilərini geri qaytarmışdır. Bundan 

başqa,  sizin  qonşu  bəylərindən  birinin  böyük  sərvəti  və  yeganə  bir  qızı  var. 

Deyirlər  ki,  həmin  qız  sizə  ərə  getməyi  arzu  edirmiş,  lakin  bu  şərt  ilə  ki,  siz 

ata-ananızı və rəiyyətinizi atıb onların evində yaşamağı qəbul edəsiniz. Bir də 

mən, Səadət xanım adlı qəşəng və gözəl bir qız sorağı eşitmişəm. O xanım bir 

o  qədər sərvətilə deyil,  ancaq  gözəlliyi  və  rəhmdilliyilə  şöhrət tapmışdır.  Bu 



VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

14 



xanım  Qəbələ  xanlarının  nəslindəndir,  öz  anasilə  bərabər  sizdən  səkkiz  ağac 

məsafədə yaşayır. 

Rəşid bəy Əzizə çox diqqətlə qulaq asdıqdan sonra ona cavab verdi:  

-  Ah!  Əziz,  mən  o  gözəl  əmiqızımı  təxtisəltənətdən  məhrum  etmək 

istəmirəm, bir də kim bilir, bəlkə gələcəkdə o, heç məni sevməyəcək, həm də 

tanımadığım,  bilmədiyim  bir  qızdan  ötrü  mən  candan  əziz  tutduğum  və 

pərəstiş  etdiyim  mehriban  atamı,  gözəl  vətənimi  və  vəfalı  rəiyyətlərimi  atıb, 

qonşu  bəyə  xidmət  etməliyəmmi?  Yox,  əzizim,  bu  iki  qızdan  mən  vaz 

keçirəm. Gedək Səadəti istəyək. 

Bu  sözləri  deyib  Rəşid  bəy  üzünü  Qəbələ  tərəfə  çevirib  atın  başını 

boşladı.  Bir  az  keçmədən  Əziz  ilə  bərabər  Səadətin  ata-anasının  mülkünə 

yetişdi. Bu mülk yaşıl meşələr, meyvəli bağlar və abad kəndlər ilə örtülmüşdü. 

Bir tərəfdə yüksək dağlar və onların üzərində uçan qartallar görünürdü. O, biri 

tərəfdə köçəri xalqın ilxıları və sürüləri otlayırdı. Bağbanlar meyvə ağacları və 

ya ətirli güllər əkməkdə, əkinçilər buğda, düyü, arpa, pambıq, tənbəki və sair 

məhsullar becərməkdə idilər.  

Bu  mənzərə  bizim  qəhrəmana  çox  xoş  gəlsə  də,  bir  dəqiqə  belə 

dayanmadan  atını  sürətlə  çaparaq,  nəhayət,  şəhərə  girdi.  Rəşid  bəyin  birinci 

fikri Tutu xanımın evinə gəlib-gedən qarıları və qoca kişiləri axtarıb tapmaq 

idi. Rəşid bəy belə qocalardan bir neçəsini tapıb, onları bir-bir Səadətin evinə 

göndərdi.  

Onlar qızın gözəlliyindən, həya və ismətindən, xasiyyətindən müfəssəl 

məlumat toplayıb Rəşid bəyin yanına qayıtdılar. Onların gətirdikləri məlumat 

Rəşid  bəyin  sevgisini  daha  da  alovlandırdı.  Xüsusən,  Səadətin  evində  Rəşid 

bəyin haqqında olan rəy onun öz məqsədinə çatmasına böyük ümidlər verdi. 

Verilən məlumatı yoxlamaq üçün Rəşid bəy Səadəti öz gözü ilə görmək 

niyyətinə düşdü. Bütün müsəlmanlar evlənənə qədər, gələcəkdə onların həyat 

yoldaşları  və  rəfiqələri  olacaq  qadınları  görmək  səadətindən  məhrumdurlar. 

Buna  görə  də  Rəşid  bəy  onun  könül  evini  bərbad  edən  sevgini  hələlik  gizli 

saxlamaq  istədi.  O,  bir  bağban  paltarı  geyib  Səadətin  hər  gün  gəlib  gəzdiyi 

qonşu bağa bağban oldu.  



Yüklə 226,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə