Rəşid bəy və Səadət xanım



Yüklə 226,17 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix18.06.2018
ölçüsü226,17 Kb.
#49516
1   2   3   4   5   6   7   8

VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

15 



Yüksək  bir  hasar  o  iki  bağı  bir-birindən  ayırırdısa  da,  Rəşid  bəyə 

Səadətin nəğmələrini dinləməyə mane olmurdu. Bir dəfə, gecənin qara pərdəsi 

bağın  üzərinə  çəkiləndə  Rəşid  bəy  hasarın  üstündən  keçib  Səadətin  bağına 

atıldı və səhərə qədər böyük bir kolun arasında gizləndi. Səhər açılacaq, Rəşid 

bəyin  gözləri  qarşısında  bir  tərəfdən  günəş,  o  biri  tərəfdən  Səadət  göründü. 

Rəşid  bəy  Səadətə  baxdı,  güc  ilə  nəfəs  alaraq  bihuş  bir  halda  ağacın  dibinə 

yıxıldı. 

Səadət bir neçə dəfə bağı dolandıqdan sonra evə qayıtdı. Bizim zavallı 

aşiq də huşa gəlib öz bağına qayıdanda orada bağ sahibini gördü. Rəşid bəy 

bağda  işləmək  istədisə  də,  qıçları  titrədi,  əlləri  hərəkətdən  düşdü  və  gözləri 

Səadətin  xəyalından  başqa  bir  şey  görmədi.  Günəşin  üfüqdə  gizlənməsini 

səbirsizliklə gözlədi. 

Ulduzlar  göy  üzündə  görünər-görünməz,  öz  yarını  görmək  və  onun 

Şamah ilə Sədinin və başqa şairlərin qəzəllərindən danışmasını dinləmək üçün 

Rəşid bəy təkrar eşq yolunu tutdu. 

Hər gün Səadətin gözəlliyi, nəzakəti, fərasəti və xoşdilliyi Rəşid bəyin 

nəzərində artırdı. Bir gün Rəşid bəy özünü ona təqdim etmək, onun qarşısında 

diz çöküb adını söyləmək, ona gəlməyini rica etmək niyyətinə düşdü. Lakin, 

təklifinin  rədd  edilməsindən,  həm  də  Səadətin  anasında  və  qohumlarında 

şübhə oyandırmaqdan qorxaraq, yalnız bir neçə qəzəl oxumaqla kifayətləndi.  

Səadətə  o  qədər  dərin  təsir  bağışlayan  və  nəhayət,  bağın  qapılarını 

bağlatdıran qəzəllər bu qəzəllər idi. 

Rəşid  bəy  hər  gün  bağa  gəlir,  ancaq  bir  daha  Səadəti  görə  bilmir, 

darıxır, canı sıxılır, qəm dəryasına qərq olur, gözləri yaş ilə dolurdu. O, bağda 

sərgərdan  dolanır,  sevgilisinin  ən  çox  xoşladığı  çiçəkləri  bəsləyirdi.  Birdən 

qapının  yanına  düşmüş  bir  qızıl  üzük  onun  gözünə  sataşdı,  üzüyü  götürüb 

baxdı  və  Səadətin  adını  onun  üstündə  oxudu.  Üzüyü  dönə-dönə  öpdü  və 

bağrına basıb bağdan çıxdı. 

Rəşid bəy Səadətin bağa gəlməməsinin səbəbini öyrənmək üçün bağban 

paltarını çıxarıb şəhərə getdi. Orada əhvalatı öyrəndikdən sonra nökəri Əzizlə, 

ata minib öz yurduna qayıtdı. Rəşid bəy dərin iztirab içərisində susurdu. Onun 

uzun  qara  kirpikləri  o  dərəcədə  gözünü  qapamışdı  ki,  yolu  güclə  görürdü. 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

16 



Əllərində cilovu tutmağa taqət qalmamışdı. At da sahibinin qəmginliyini hiss 

edirmiş kimi, onu atasının evinə tez yetirməyə tələsirdi. 

Nəhayət,  Rəşid  bəy  evlərinə  yetişdi.  Atası  onu  bağrına  basıb  öpdü  və 

qəmginliyinin  səbəbini  soruşdu.  O  zaman  vəfalı  Əziz  ta  evdən  çıxandan  bu 

günə  qədər  oğlunun  başına  gələn  əhvalatı  bəyə  danışdı.  Əziz  Rəşid  bəyin 

məhəbbət dərdinə düçar olmasını və Səadət xanımı almaq istədiyini ona xəbər 

verdi. 

Mehriban ata onlara təsəlli verib, tez Qəbələ şəhərinə elçilər göndərdi. 



Elçilər rədd cavab xəbəri gətirdilər. Səadətin anası öz qızını o yerin varlı bir 

xanına  vermək  niyyətində  imiş.  Bu  xəbərin  Rəşid  bəydə  və  onun  atasında 

doğurduğu  kədəri  təsvir  etmək  mümkün  deyildir.  Tutu  xanımın  sərvəti  və 

rütbəni Rəşid bəyin alicənablığına tərcih etməsini Rəşid bəyin atası özü üçün 

böyük bir təhqir saydı və oğluna bir daha o qızın adını çəkməsini qəti qadağan 

etdi.  Lakin  Rəşiddə  eşqin  hücumuna  müqavimət  göstərmək  imkanı  qalmadı-

ğından gizlincə Qəbələyə qayıtdı. 

Səadət  xanım  yoxsul  və  dilənçilərin  pənahı  idi.  O,  yoxsullara  çoxlu 

ehsan verərdi. Səadət xanımın yanına dilənçilərdən başqa kimsənin yolu yox 

idi.  Ona  görə  Rəşid  bəy  Səadət  xanımın  yanına  bir  yol  tapıb  eşqini  ona 

bildirmək üçün dilənçi paltarı geyinməyi qət etdi.  

Vəfalı Əziz də paltarını dəyişib dilənçi paltarı geydi. Hər ikisi ağ, uzun 

saqqal  qoyub  Səadətin  evinə  gəldilər.  Sədəqə  almaq  üçün  onları  Səadətin 

yanına gətirdilər. 

Rəşid evə daxil olub sevgilisini görcək, bütün vücudu titrədi və ondan 

sədəqə diləmək əvəzinə camaatın içində onunla sevgisindən danışmaq istədi, 

lakin  bir  söz  belə  söyləməyə  qüdrəti  olmadı;  əl-ayağı  qurudu,  dizləri  titrədi, 

bihuş bir halda Səadətin qabağında yerə yıxıldı. 

Səadətin  qışqırığına  Şamah  və  başqa  qadınlar  gəldi.  Əziz,  yoldaşının 

xəstə və zəif olmasını bəhanə edib tez onu yerdən qaldırdı və otaqdan çıxartdı. 

Bir neçə gün sonra şəhərdə bir bayram büsatı quruldu. Bu bayramda cavanlar 

tüfəng, tapança, ox atmaq və qılınc oynatmaq məharətlərini göstərməli idilər.  

Məşq  üçün  hazırlanmış  meydan,  bayram  paltarı  geyinib  gözəl  atlar 

minmiş  cavanlar  ilə  dolmuşdu.  Meydanın  bir  tərəfində  qoca  kişilər,  o  biri 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

17 



tərəfində  isə,  üzləri  ağ  rübəndli  qadınlar  oturmuşdular.  Səadət  də  onların 

içərisində  idi.  Bu  zaman  Rəşid  bəy  də  bir  atın  belində  meydana  daxil  oldu. 

Onun qızıl yəhər və üzəngisinin, əlvan paltarının parıltısı günəşin işığına üstün 

gəlirdi. 

Rəşid  bəyi  camaat  böyük  bir  ehtiramla  salamlayır  və  belə  oyunlarda 

məharətli  olduğu  üçün  oyunu  başlamağı  ondan  rica  edirdilər.  Rəşid  bəy  bir 

neçə  igidlik  göstərdikdən  sonra  keçib  qadınlar  tərəfdə  atını  saxladı.  Onun 

igidliyinin  və  gözəlliyinin  tərifini  eşitmiş  Səadət  bu  dəfə  onun  boyunu  və 

gözəlliyini seyr etməyə imkan tapdı.  

Bu  görüşdən  Səadət  öz  qəlbində  gələcəyini  həll  edəcək  bir  sevgi 

doğduğunu  duydu.  Gün  batdıqdan sonra camaat  dağılıb  getdi.  Səadət də evə 

qayıdandan sonra ürəyi Rəşid bəyin fikri və xəyalilə çırpınmağa başladı.  

Gecə yatağa girdikdə, Səadət tez-tez dərin «ah» çəkib Şamah ilə Rəşid 

bəydən  danışırdı.  Şəfəqin  parlaq  ziyası  qarşısında  gecənin  pərdəsi  məhv 

olmaqda idi. Günəşdən bütün təbiətə həyat yayılırdı. Günəşin şüaları Səadətin 

otağına  düşür,  divarlara  parlaq  işıq  saçırdı.  Pəncərədəki  ətirli  çiçəklər  gənc 

qıza tərəf əyilmişdi, güllər sanki yaz yarpaqları tək onun lətif əllərini öpmək 

və şəbnəmlərilə onun üzünü sərinlətmək istəyirdi. Lakin pəncərənin qabağında 

oturub dərin sükuta dalmış Səadət yalnız Rəşid bəyin xəyalilə yaşayırdı.  

Şamah Səadətin kədərinin səbəbini bilsə də, yenə ondan: «Nə üçün bu 

qədər məhzun və qəmginsən?» - deyə soruşdu. Səadət iztirab içində ona cavab 

verdi: 


-Ah,  əzizim  Şamah!  Bütün  dünya  Rəşid  bəyin  tərifini  söyləyir,  mən  o 

gözəllikdə və qoçaqlıqda bir qardaşım, ya bir sevgilim olmasını nə qədər arzu 

edərdim.  Mən  onu  da  düşünürəm  ki,  bu  yaxın  zamanda  mən  öz  nəcabəti  və 

sərvətilə məğrur olan Əsgər ağanın arvadı olmalıyam. Mən onun xasiyyətinə 

bələd deyiləm, bəlkə o heç məni sevmir. Ah! Elə bir uşağa ərə getməkdənsə, 

mən  daim  anamın  və  sənin  yanında  yaşamağı  nə  qədər  xoş  bir  səadət  hesab 

edərdim!  Elə  bir  adam  məndən  nə  məhəbbət,  nə  də  həssas  bir  könül  uma 

bilməz.  Gənc  xanın  ata-anası  öz  oğullarını  evləndirmək  istəyirlər,  lakin  fikir 

eləmirlər ki, bu işdə iki şəxsin bədbəxtliyinə səbəb olurlar: biri öz oğulları, o 



Yüklə 226,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə