Rəşid bəy və Səadət xanım



Yüklə 226,17 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix18.06.2018
ölçüsü226,17 Kb.
#49516
1   2   3   4   5   6   7   8

VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

18 



biri də gələcək gəlinləri. Bəli, əzizim, qəmlərimin və iztirablarımın əsl səbəbi 

budur. 


Bu  sözlər  Səadətin  ağzından  çıxar-çıxmaz  bir  dəstə  dilənçi  əllərini 

açaraq  yalvara-yalvara  qapıdan  daxil  oldu.  Mərhəmətli  Səadət  onların  halına 

yanır, əhvallarını soruşur və mərhəmətli bir tövr ilə təsəlli verirdi. Dilənçilər 

Səadət  xanıma  təşəkkür  edə-edə  evi  tərk  etdikdə,  Rəşid  bəy  dilənçi  əbasına 

bürünmüş bir halda özünü camaatın içinə qatıb yarı ilə bir neçə söz danışmağa 

səy etdisə də, ürəyinin şiddətlə döyünməsi ona mane oldu.  

O, Səadətin üzünə baxmaq istəyirdi, lakin Səadətin gözlərində parlayan 

nur  onun  qüvvətini  əlindən  alırdı.  Rəşid  bəy  danışmaq  istəyirdi,  lakin  ağzı 

yarıya qədər açılırdı və dili kəkələyərək anlaşılmaz sözlər söyləyirdi. Nəhayət, 

gənc  qız  yalançı  dilənçiyə  müraciət  etdi,  lakin  ona  yanaşırkən  qızda  anlaşıl-

maz bir həyəcan oyandı. Qız dilənçiyə müraciətlə: 

- Möhtərəm qoca, məndən nə xahiş edirsiniz?! - dedi. 

Rəşid cavabında: 

- Ey zavallıların ümidi, pənahı, mənim bir dərdim var ki, heç bir dil onu 

izhar etməyə qadir deyil. 

-  Sizin  dərdinizin  davası mənim  qüdrətim  xaricində olmazsa,  mən  onu 

sizdən əsirgəmərəm, - deyə Səadət cavab verdi və yenə də sözünə davam etdi. 

-  Əgər  sizin  cəsur  bir  dilavərə  ehtiyacınız  varsa,  o  zaman  bütün  zavallılar 

yavəri  Rəşid  bəyə  müraciət  etmənizi  sizə  tövsiyə  edirəm,  onun  ləyaqət  və 

cəsarətinə heç bir şey çatmaz, mən onu dünən özüm gördüm... 

Sözünün bu yerində Səadətin səsi qırıldı, o, Rəşid bəyin mədhinə davam 

edə  bilmədi.  Bu  sözlərdən  sonra  Rəşid  bəy  Səadətin  ona  qarşı  bəslədiyi 

məhəbbəti duymazdımı? Onun alovlar saçan gözlərində zərif, lütfkar və atəşli 

bir hissin macərasını oxumazdımı? Artıq o, dilənçi əbası altında qoca saqqalı 

ilə  üzünü  gizlədə  bilərdimi?  Yox,  bu  olan  şey  deyil!  O,  özünün  qondarma 

paltarını  və  saqqalını  bir  tərəfə  ataraq,  qızın  ayaqlarına  döşənib  sevgilisinə 

müraciətlə: 

-  Sizin  bəhs etdiyiniz  xoşbəxt  Rəşid  mənəm.  Sizi  görmək  və  dinləmək 

məqsədilə  paltarımı  dəyişib  bağınızın  qonşuluğunda  aylarla  bağbanlıq  edən 

mənəm.  «Ah» və naləni bir cadugər təranəsi sayaraq sizi o səfalı bağçanızın 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

19 



seyrlərindən  və  özümü  sizi  görmək  səadətindən  məhrum  edən  də  mənəm. 

Nəhayət,  sizi  candan  artıq  sevən  və  sizə  pərəstiş  edən  mənəm.  Mənim 

xoşbəxtliyim  və  taleyim  sizin  əlinizdədir.  Mən  yalnız  sizin  bağda  itirdiyiniz 

üzüyə  sahib  olduğum  üçün  yaşayıram.  Ah,  Səadət!  Mənim  eşqimi  rədd 

etməyin, mənə nifrət etməyin, məndən etinanızı əsirgəməyin, məni sevin! Bu 

üzüyü də məndən ayırmayın. Siz onu mənim əlimdən alsanız, o zaman mənim 

əllərim  rəqibim  Əsgər  ağanın  qanına  boyanacaqdır.  O  halda  Kazımxan, 

oğlunun  intiqamını  almaq  üçün  bütün  qoşununu  atamın  kiçik  məmləkətinə 

yeridəcək. Atam isə, mənim sizə bəslədiyim eşqin yolunda öz mülkünü, məni 

və bütün yavərlərini itirəcəkdir. İndi, Səadət, mənə bir cavab verin, taleyimin 

müqəddəratını həll edin. 

Səadətin həyəcanı bir dərəcəyə yetişdi ki, yalnız:  

- Rəşid bəy, mən səni çoxdan sevirəm, - deyərək onun qucağına atıldı. 

Bu  qədər  kifayət  idi.  Rəşid  ona  yalvarmağa  başladı,  bir  uzaq  və  sakit 

məmləkətə  çəkilib,  ata-anadan  icazəsiz  evlənməyi  ona  təklif  etdi.  Səadət  elə 

bil  bir  günlük  ay  kimi  cavan  idi.  Çovğuna  düşmüş  gül  yarpağı  kimi  əsirdi. 

Nəhayət, titrək səslə Rəşidə: 

-  Mən  səni  sevirəm,  səninlə  hər  yerə  getməyə  hazıram,  üzüyüm  də 

qalsın səndə, lakin namusumu ləkələndirməmək üçün allaha and verirəm, tez 

buradan çıx get, şəhərdə qal və məndən xəbər gözlə. - dedi. 

Rəşid  nişanlısının  əlini  öz  sinəsi  üzərində  ovuşduraraq  onun  gözəl 

saçlarından bir həlqə kəsib barmağına sarıdı və Şamahın bələdçiliyilə otaqdan 

çıxdı. 

Şamah geri döndükdə Səadətə dedi: 



-  İndi  siz  ata-ananızın  razılığı  olmadan,  onların  xeyir-duasını 

gözləmədən naməlum bir şəxsə könül verdiniz. İndi söyləyin görüm, ananızın 

söz verdiyi o oğlana biz nə kimi üzr gətirəcəyik? 

Səadət cavabında: 

- Əzizim Şamah, mənim bu qədər şiddətlə çırpınan könlümü sən də bir 

tərəfdən həyəcana gətirmə! Mən Rəşidi ayaqlarıma döşənmiş gördükdə, ondan 

məhəbbətimi  əsirgəyə  bilərdimmi?  Onun  həssaslığı,  gözəlliyi  və  cəsarətinin 

şöhrəti  aləmə  o  qədər  yayılmışdır  ki,  onu  iki  dəfə  görməklə  könlümdə  ona 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

20 



bəslədiyim  məhəbbəti  gizlədə  bilmədim.  Mehriban  Şamahım!  Mənə  yazığın 

gəlsin. Mən onu sevdiyimi söylədiyim üçün məni dərdə salma, əksinə, mənim 

atəşli eşqimə nisbətən ona kafi dərəcədə məhəbbət izhar etmədiyim üçün məni 

günahkar  tut.  Ah!  Mənim  həqiqi  hissiyyatımı  ona  izhar  edəcək  bir  qüdrətə 

malik sözlər varmı?! Onun xurma ağacına bənzəyən zərif boyu, tağ şəklində 

olan qara qaşları yalnız mənim deyil, bütün qadınların könlünü ələ ala bilər. 

Onun  parlaq  gözləri  hər  baxdığı  şeyi  əritməyə  və  məlahətli  səsi  bütün 

hissiyyatı heyran etməyə qadirdir. Ah, mən onun vücudunda gördüyüm bütün 

məlahət və lətafətləri nə üçün onun qarşısında bir-bir söyləmədim. Mən İran 

şairinin  bu  kəlamının  həqiqi  mənasını  indi  anlayıram:  «Bülbül  güldən  uzaq 

olduqda, onun eşqilə bütün təbiətə zövq verir, lakin gülün yanına gəldikdə lal 

olur». İki sevgili də bir-birini gördükdə həmin hala düşür. 

Səadəti  öz  sirdaşilə  Tutu  xanıma  sirlərini  söyləmək  və  Kazımxan 

oğlunun diləyini rədd etmək üçün bir bəhanə axtarmaqda qoyaq, keçək Tutu 

xanımın  otağına.  Tutu  xanım  sübh  namazını  qıldıqdan  sonra,  evdə  lazımi 

əmrləri  verib,  adəti  üzrə,  Qurandan  bir  surə  oxumaqla  məşğul  idi.  Bu  halda 

hərəmxanaya  girməyə  icazəsi  olan  hərəm  nökəri  qapıdan  daxil  oldu.  Bu 

məmləkətin bütün əyanı hərəmxanaya ən vəfalı, ən ağzı möhkəm və xüsusən 

sinni  keçmiş  nökərlərdən  qulluqçu  seçərdilər.  Nökər  içəriyə  girdikdə  əllərini 

döşünə qoyub dərin bir təzim və ehtiramla xanıma baş endirərək dedi: 

-  Xanım,  sizə  bu  gün  bir  müjdə  gətirməyə  cəsarət  etdim.  Çoxdan  bəri 

gözlədiyimiz,  gözəl  xanımımızın  nişanlısının  göndərdiyi  elçi  bu  saat 

şəhərimizdədir.  Gələn  elçi  Əsgər  ağanın  əmisidir.  Onun  qiymətli  paltarlar 

geyinmiş  iki  yüz  atlısı  var.  Qız  üçün  çox  böyük  cehiz  və  qıza  yengə  olmaq 

üçün özü ilə bərabər bir neçə xanım da gətirmişdir. Bu xoş xəbərlə sizi təbrik 

edərək,  bacınızı  çağırmaq  üçün  əmrinizi  gözləyirəm.  O  da  buradan  gəlinə 

qoşulub ta oğlan evinə qədər bərabər getsin.  

  Hərəmxana  nökəri  bu  sözləri  deyib  çıxdı.  Bir  neçə  dəqiqədən  sonra 

Tutu  xanımın  bacısı  şad  bir  halda  qapıdan  girdi  və  bacısını  öpmək  üçün 

qollarını  açdı.  Hər  ikisi  Səadətə  veriləcək  cehizdən  danışmağa  başladılar. 

Cehiz  isə,  bir  yataq  otağının  avadanlığından,  qızıl  və  gümüş  ilə  tikilmiş  bir 

neçə şeydən və toya gələnlərə hədiyyə etmək üçün bir neçə silah zinətlərindən 




Yüklə 226,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə