Rəşid bəy və Səadət xanım



Yüklə 226,17 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix18.06.2018
ölçüsü226,17 Kb.
#49516
1   2   3   4   5   6   7   8

VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

21 



ibarət idi. Lakin bu qədər təlaş artıq idi. Səadətin cehizə ehtiyacı yox idi, çünki 

o, ərinə yeni bir həyat, tükənməz bir səadət, tərifəgəlməz bir zövq aparacaqdı. 

O gözəlliyə malik olmayan qızlar da bundan artıq cehiz aparmırdılar. Qafqazın 

cənub  tərəflərində  kişilər  cehiz  gətirməyə,  qadın  isə  itaət  etməyə  borcludur. 

Tutu  xanım  bacısı  ilə  gələcək  toydan  bəhs  edərək  ətirli  çay  və  şirin  qoğal 

hazırlayıb Səadəti gözləyirdilər. Birdən Şamah özünü itirmiş halda qapını açıb 

Tutu  xanıma  Səadətdən  bir  məktub  uzatdı.  Tutu  xanım  məktubu  açıb  bu 

sözləri oxudu:  



«Mehriban  anacan!  Əgər  mən  sizin  yanınızda  günahkar  olmasaydım, 

özümü ən xoşbəxt adam sayardım. Lakin, əfsus, mən özümü ən bədbəxt bir qız 

hesab etməyə məcburam. Dizlərinizi qucaqlayaraq, məni bağışlamanızı xahiş 

edirəm.  Mənim  başıma  gələn  qəzanı  sizə  hekayə  etməyə  Şamaha  icazə 

vermənizi rica edirəm». 

Vəfalı  sirdaş  Şamah  iki  gəncin  bir-birinə  olan  məhəbbətini,  onların 

görüşməsini və daim bərabər yaşayacaqlarına and içdiklərini müfəssəl hekayə 

etdikdən sonra Tutu xanım son dərəcə məyus oldu. Bacısı isə öz bacısı qızının 

məşhur  xana  ərə  getməsini  istədiyindən,  Tutu  xanımı  danlayıb  daha  da 

acıqlandırdı. 

Hər  ikisi  Səadətin  otağına  getdilər.  Səadət  anasını  görcək  özünü  onun 

ayaqlarına  döşədi.  Gənc  qızın  iztirabı,  rənginin  solğunluğu  və  qorxuya 

düşməsi Tutu xanımı yola gətirməyə səbəb oldu. Məhəbbət, Tutu xanımın bu 

tək qızına olan hiddətinə qələbə çaldı.  

Qızını bağrına basıb var qüvvəsilə toyun pozulmasına çalışacağına söz 

verdi. Bu qısa sözlər Səadətə kifayət idi, çünki anası ona bu sözü  verdikdən 

sonra, ona heç bir şey çətin və qeyri-mümkün görünmürdü. Anasının əllərini 

öpməyə  başladı.  Onlar  yenicə sakit olub  çətin  məsələnin  həlli  üçün  münasib 

bir  yol  axtarırdılar  ki,  birdən  hərəmxana  nökəri  daxil  olub  Əsgər  ağanın 

əmisinin xanıma özünü təqdim etmək arzusunda olduğunu xəbər verdi. Bu adı 

eşidən Səadət onun nə məqsədlə gəldiyini bilərək, yenidən iztiraba düşdü.  

Anası da iztirab içində nəcabətli qonaqdan bu günlük üzr istənilməsini 

və  ertəsi  gün  təşrif  gətirmələrinin  rica  edilməsini  hərəmxana  nökərinə  əmr 

etdi.  Tutu  xanım  və  bacısı  bir  neçə  saat  Səadətin  yanında  qalıb  ona  təsəlli 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

22 



verməyə və Kazımxanın oğlu üçün onun rəyini ələ gətirməyə çalışdılarsa da, 

bir şey çıxmadı. Nəhayət, axşam onlar oradan çıxıb Əsgər ağanın elçisinə nə 

cavab verəcəklərini düşünməyə başladılar. 

 

Ey  mənim  əziz  və  mehriban  dostum,  siz  ki  mənim  başıma  bu  balaca 



Asiya hekayəsini yazmaq fikrini saldınız, siz ki bu qədər lütf ilə mənim sərf-

nəhv xətalarımı düzəldirsiniz, siz şübhəsiz məndən soruşursunuz, nə üçün bu 

qədər müddətdə mən heç Rəşid bəydən bir xəbər verməyib yalnız Səadətdən 

danışıram. 

 

Ah!  Əziz  dostum,  bilsəniz  bu  ad  nə  qədər  gözəl  xatirələr  oyadır! 



Bilsəniz bu adı gündə min dəfə təkrar etməkdən mən nə dərəcədə həzz alıram! 

Hətta  «S»  hərfini  ən  adi  kəlmələrin  başında  yazarkən,  ya  dildə  söylərkən, 

bilsəniz  bu  hərf  nə  qədər mənim  gözümdə  və  qulağımda  lətafət  və  məlahətə 

malik olur! Bu sirləri bilsəniz, mən əminəm ki, bu adı daha artıq təkrar etməyə 

siz özünüz məni vadar edərsiniz və xəyalət səmasında qanad açdığım Səadətin 

evindən eşiyə çıxmağı mənə qadağan edərsiniz. 

Biz yuxarıda dedik ki, Rəşid bəy öz sevgilisinin yanından, od düşmüş 

bir evin buxarısından alov çıxan kimi çıxdı və alov kimi havada qeylə oldu. 

Nəhayət,  şəhərin  kənarında  bir  komaya  yetişdi.  Orada  vəfalı  Əziz,  atlar  ilə 

bərabər  onu  gözləyirdi.  Nökəri  ağasının  gəlməyindən  xeyli  xoşhal  olub,  bir 

bəhanə ilə ev sahiblərini evdən çıxartdı ki, ta Rəşid bəy ilə asudə dərdləşsin. 

Rəşid bəy üzündə sevinc olsa da, eyni zamanda fikri dağınıq görünürdü. Elə 

ki, hər ikisi yalqız qaldılar, Əziz sükutu pozub soruşdu: 

-  Sizin  harada  olduğunuzu  və  başınıza  necə  macəralar  gəldiyini 

soruşmağa mənə icazə varmı? 

Rəşid cavabında: 

-  Ah,  mənim  sevimli  Əzizim!  Bu  səhər  mən  bir  bədbəxt aşiq idim,  bir 

az  sonra  dilənçi  oldum,  nəhayət,  misilsiz  mələyimin  vəslinə  nail  olmaqla 

xoşbəxt oldum. Görünür, bu Azərbaycan qəzəli mənim mələyim üçün imiş:  

   


 

 

   



 

Güldür bu?  

   

 

Deyil, gül belə xəndan olmaz.  


VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

23 



   

 

Gündürmü?  

   

 

Deyil, gün keçə rəxşan olmaz.  

   

 

Derdim ki, mələk, mələk məhəbbət bilməz.  

   

 

Kimdir bu ki, təşbihinə imkan olmaz? 

 

Əziz dedi: 



-  Ağa,  mən  sizin  ən  sadiq  nökərinizəm,  ona  görə  cəsarət  edib  sizə 

deyirəm ki, sizin söyləməyinizə görə, Səadət xanıma aşiq olmamaq mümkün 

deyilsə  də,  sizin  ondan  uzaqlaşmağınız  məsləhətdir,  yoxsa  özünüzə  və 

məşuqənizə  tükənməz  əzablar,  kiçicik  məmləkətinizə  böyük  bir  bəla  və 

atanıza dərin bir qəmginlik rəva görmüş olarsınız. Atanız bu əmrə razılıq və 

xeyir-dua verməmişdir. 

-  Yox,  sevimli  Əziz!  -  deyə  Rəşid  cavab  verdi.  -  Mən  onu  elə  bir 

ehtirasla  sevirəm  ki,  ondan  uzaqlaşmağı  fikrimə  belə  gətirə  bilmirəm.  Onun 

xəyalı daim mənim gözümün önündədir, o dərəcəyə çatıb ki, ondan başqa heç 

bir şey görmürəm. Bizim evlənməyimizə heç bir maneə yoxdur, çünki hər bir 

çətinlik  bizim  eşqimizi  artıracaq,  cəsarətimizi  iki  qat  çoxaldacaq  və 

susuzluqdan  yanan  çiçəklər  sulandıqda  canlandığı  kimi  o  da  canlanacaq. 

Çiçəkləri suvararkən qabaqca onlarda düşkünlük olsa da, bir az sonra yeni bir 

qüvvə, yeni bir həyat qazanmış olurlar. Mənim atam və məmləkətim üçün heç 

bir təhlükə yoxdur. Bu xüsusda təşvişə düşmək mənasızdır. Əgər Kazım-xan 

qarşımıza  bir  düşmən  kimi  çıxsa,  o  zaman  mən  öz  atlılarımdan  başqa  məni 

candan sevən qonşularımızdan da böyük bir qüvvə toplaram. Bütün Dağıstan 

ellərini  dolaşıb  hökmran  xanlardan  kömək  istərəm.  Ondan  sonra  əldə  qılınc, 

ürəkdə eşq alovu və intiqam atəşi, mən öz qoşunum ilə rəqibimin atasının öz 

sərhədində onun qarşısına çıxaram. Bir neçə çarpışmadan sonra sən məni igid 

atlılarımla  bərabər  onun  Ərəş  sarayında  görərsən.  Bir  də  deyirsən  ki,  mən 

atamdan  xeyir-dua  almamışam.  Atam  bir  neçə  ay  bundan  əvvəl  Səadətə 

mənim üçün elçilər göndərib ondan rədd cavabı aldığını sən nə tez unutdun! 

Bu onun razılığını göstərmirmi? Ah, sevimli Əziz! Səadət ilə mən bir-birimiz 

üçün dünyaya gəlmişik, bizim taleyimiz bir-birinə o qədər möhkəm bağlanmış 



Yüklə 226,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə