Rəşid bəy və Səadət xanım



Yüklə 226,17 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix18.06.2018
ölçüsü226,17 Kb.
#49516
1   2   3   4   5   6   7   8

VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

24 



ki, heç bir maneə onu ayıra bilməz. İndi sən mənə söylə görüm, biz ayrılandan 

bəri nə görüb, nə eşidibsən? 

Əziz  bu  işin  onu  və  ağasını  nə  qədər  təhlükələrə  düçar  edəcəyini  bir 

qədər düşündükdən sonra belə cavab verdi: 

- Bu gün bir az xırda-xuruş şey almaq üçün bazara getdim, iki-üç dükan 

keçməmişdim  ki,  birdən  bir  səs-küy  qopdu.  Bütün  dükançılar  və  müştərilər 

dükanlardan  çıxdılar,  hamı  səs  gələn  küçəyə  tərəf  yüyürdü,  mən  də  onların 

dalınca getdim. Bir evin eyvanına çıxıb tamaşa etdim, gördüm ki, toy atlısına 

bənzər bir dəstə atlı gəlir. Gəlin aparmağa gəldikləri görünürdü.  

Dəstənin  başında  iki  nəfər  gözəl  geyinmiş  atlı,  yedəklərində  qar  kimi 

dümağ,  cilovu  bəzəkli  bir  at  gəlin  üçün  aparılırdı.  Hər  iki  tərəfdən  piyada 

həbəşi  gəlirdi.  Dalda  zurna-balaban  çalınır,  bir  dəstə  pəhləvan  mil  oynada-

oynada gedirdi. Bunlardan sonra at boyda iki qatıra qoşulmuş, qızıl-gümüş ilə 

bəzənmiş bir təxt-rəvan gəlirdi. 

Bu  dəstənin  içərisində  iki  nəfər  də  yengə  qadın  vardı.  Onların  üzləri 

rübənd  ilə  örtülü  olsa  da,  çalğıçıları,  xanəndələri,  rəqs  edən  mütrübləri  və 

cənkiləri  görə  bilirdilər.  Bu  iki  yengədən  sonra  bir  neçə  qadın  təxt-rəvanın 

dalınca  at  üstə  gəlirdi...  Nəhayət,  qiymətli  paltarlar  geymiş  iki  yüz  atlının 

başında bir qırmızı libaslı şəxs gəlirdi.  

Mən  bu  adamın  kim  olduğunu  soruşdum.  Dedilər  ki, bu  Əsgər  ağanın 

əmisidir. Mənim ağam, şəhərdən sizə gətirdiyim qəmgin əhvalat budur.  

Bu  hekayə  Rəşid  bəyi  çox  həyəcana  gətirdi.  Onun  bütün  bədəni 

hiddətindən  titrədi,  qara  qaşları  çatıldı,  gözlərindən  od  parladı,  əsəbi  bir 

hərəkətlə bığını bura-bura sükut edib xəyala daldı.  

Gecənin  qaranlığı  şəhəri  bürüməyə  başlarkən,  Rəşid  bəy  atının  belinə 

sıçrayıb, Əzizə dalınca gəlməsini əmr etdi və Səadətin evinə tərəf çapdı. Onun 

səbirsizliyi  o  dərəcə  idi  ki,  getdikcə  yolun  uzandığını  zənn  edirdi.  Gecə, 

möminlərin  qəlbi  kimi  sakit,  xainlərin  və  canilərin  könlü  kimi  qaranlıq  və 

xəyanətkar  idi.  Əgər  bü  iki  yolçunun  nəfəs  alması  və  atlarının  tappıltısı 

hərdənbir eşidilməsəydi, onların varlığına belə şübhələnmək olardı. Rəşid bəy 

bir kəlmə də olsa danışmırdı. O, Səadətin evinə girməyə bir yol axtardısa da, 



VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

25 



heç  bir  çarə  tapmadı.  Səadətin  evinin  hər  tərəfi  hasar  və  qapı  darvazaların, 

xüsusən gecələr qıfıllı olmasını o, indi xatırladı.  

Kimsəyə  görünmək  istəmədiyi  üçün  camaat  girən  küçə  qapısından 

girməyi  heç  fikrinə  belə  gətirmirdi,  əksinə,  gəl-get  olmayan  bir  yerdən  yol 

axtarırdı. Nəhayət, gecə yarısından bir saat keçmiş o evin dal tərəfinə keçdi. 

Burada Rəşid bəy atından enib, atı Əzizə tapşırdı və onu gözləməsini əmr etdi, 

özü isə bir yol tapmaq üçün ora-bura boylanmağa başladı. Yol tapmayıb təkrar 

Əzizin yanına qayıtdı. 

- Əzizim, gəl mənə kömək et, - dedi. - ümidsizlikdən başımı itirmişəm, 

yolda çəkdiyim planı yaddan çıxartmışam. Bu məlun hasar mollaların bizə hər 

gün söylədiyi sirat körpüsündən də bədtər maneə oldu. Mən isə indi bu hasarın 

qabağında  çarəsiz  və  avara  dayanmışam!  Mən  öz  cənnətimə  girə  bilmirəm, 

pərəstiş  etdiyim  mələyimə  çata  bilmirəm!  Ah...  Nə  olaydı  ki,  bu  hasarın 

qabağında mənim axır nəfəsim çataydı, bu ağacların dibində mənim həyatım 

bitəydi! Kim bilir neçə dəfə Səadətin mehriban nəzəri bu ağaclara düşmüşdür. 

Onun  sərməstedici  səsini  eşitmək  üçün  neçə  dəfə  bütün  təbiət  müğənniləri 

buraya toplanmışdır? 

Əziz, ağasının halından çox mütəəssir olub atları hasarın yanına sürdü 

və ağasına atın birinin üzərinə qalxmasını işarə etdi. Bu surətdə Rəşid bəy atın 

üstündə  ayaq  üstə  durub  əlini  divarın  başına  yetirdi.  Hasarın  üstünə  çıxıb 

asanlıqla  sürüşüb  həyətə  düşdü  və  tez  Səadətin  pəncərəsinə  tərəf  yüyürdü. 

Pəncərədən zəif bir işıq gəlirdi. Səadət pəncərənin yanında Şamah ilə söhbətə 

məşğul  idi.  «Mənim  gələcək  taleyim,  bu  söhbətdədir.  Bu  söhbət  məni  ya 

çıxılmaz bir bəlaya və ya böyük bir səadətə sövq edəcəkdir» - deyə Rəşid bəy 

diqqətlə söhbətə qulaq asmağa başladı. Səadət dayəsinə deyirdi: 

-  Ah!  Əziz  dostum,  nə  yaman  günlərə  qaldım.  Mənim  başımda  nə 

bəlalar  varmış?  Nə  çıxılmaz  bir  çətinliyə  düşdüm.  Mən  sabah  Əsgər  ağanın 

elçiləri gətirdiyi cehizi və nişanları qəbul edib, onun əmisinə qoşulub getməyə 

məcburam! Xeyr! Rəşid bəyə vəfasızlıq göstərməkdənsə, ona verdiyim sözdən 

dönməkdənsə, mən ölməyə razıyam! 

 



VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

26 



Bilmirəm,  ifadəmin  nöqsanlı  olmasındanmı,  yoxsa  bu  yazdığım  dilə 

kafi  dərəcədə  aşina  olmadığımdanmı,  nəhayət,  öz  qəhrəmanlarımla  şiddətlə 

maraqlandığımdanmı,  Səadətin  bu  sözlərinin  Rəşid  bəyə  olan  təsirini  tərif 

etməkdən  acizəm.  Rəşid  bəyin  ağzından  çıxan  sevinc  qışqırığı  Səadətin 

diqqətini ona cəlb etdi. Səadət gecənin bu vaxtında onun gəlməyindən diksinib 

həyəcanından bir söz söyləyə bilməyərək mat qaldı.  

Rəşid  bəy  bir  müddət  danışa  bilməyib,  nəhayət,  özünü  topladı  və 

Səadətə müraciətlə:  

- Ey mənim ruhum! Ey mənim Səadətim, - dedi, - artıq vaxt yetişdi, bu 

saat  ya  verdiyin  vədə  əməl  etməlisən,  ya  mənimlə  əbədilik  ayrılığı  qəbul 

etməlisən.  Aman,  yalvarıram  sənə,  gün  doğmamış  gedək!  Əgər  mənim  bu 

təklifimi rədd etsən, həyatın mənim gözümdə bir qiyməti qalmaz,  mən sənin 

gözünün  qabağında  bu  xəncəri  ürəyimə  sancaram  və  sənin  ayaqlarını  öz 

qanımla boyaram. 

Səadət  bu  sözləri  eşitdikdə  və  sevgilisinin  sinəsinə  dirənmiş  olan 

xəncəri  gördükdə  «Gedək!»  -  deyə  bağıraraq  huşsuz  düşdü.  Bir  dəqiqə 

itirmədən Rəşid onu qucağına götürüb yola düşdü. Vəfalı dayə ona bələdçilik 

edib, kiçik bir qapını açıb onu küçəyə çıxartdı. Rəşid bəy qapıdan çıxan kimi 

atının üstünə sıçrayaraq sevgilisini də qucağına basıb, Şamah ilə vidalaşdı və 

onunla görüşməyi vəd etdi. Sonra ata bir mahmız vurdu, yorulmaz, vəfalı Əziz 

də dalınca, şəhərdən uzaqlaşmağa üz qoydu.  

Möhtərəm ağalar! Siz bu hekayəni oxuduqda Səadətin tərifini uzaqdan 

eşitməklə  Rəşid  bəyin  bütün  dünyanı  tərk  etməyə  hazır  olmasını,  özünü 

bağban və dilənçi surətinə salmasını və nəhayət, ikinci dəfə görüşdükdə onu 

qaçırmasını gördünüz. Mən əminəm ki, siz bu hekayəni uydurma və imkandan 

xaric bir şey zənn edəcəksiniz.  

Yox,  ağalar!  Siz  ki,  bütün  həyatınızı  qadınlar  məclisində  keçirirsiniz, 

onların  zərif  səslərini,  lətif  söhbətlərini  dinləyirsiniz.  Şərq  ölkələrində  bir 

qadının  ancaq  bir  baxışının,  hətta  ancaq  qadın  adının  cavan  oğlanlara  nə 

dərəcədə  təsir  etdiyini  bilmirsiniz.  Bu  cavanlar  üçün  qadınların  səsində  nə 

qədər  lətafət  olduğunu  və  onların  dodaqlarından  qopan  ilk  sevgi  kəlməsinin 



Yüklə 226,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə