Rəşid bəy və Səadət xanım



Yüklə 226,17 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix18.06.2018
ölçüsü226,17 Kb.
#49516
1   2   3   4   5   6   7   8

VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

27 



cavanların  bütün  hissiyyatını  nə  dərəcədə  qaplamasını  təsəvvürünüzə  gətirə 

bilməzsiniz!  

Bu halları anlamaq və hiss etmək üçün bu ölkələrdə doğulmaq və ya bir 

neçə il bu ölkələrdə həyat sürmək lazımdır. Bu hekayəni oxumağa etina edən 

lütfkar xanımlar! Əgər siz, gənc Səadətin ata-anasının əmrindən boyun qaçırıb 

bir  zəngin  və  nəcib  xana  ərə  getməyi  rədd  etdiyinə  və  Rəşid  bəyin  uzaqdan 

tərifini eşidib özünü də yalnız bir dəfə görməklə ona qoşulub qaçmasına təəc-

cüblənirsinizsə,  o  zaman, xanımlar,  mən  cürətlə söyləyə  bilərəm  ki,  siz  Şərq 

aləmindən bixəbərsiniz.  

 

Sizə  xoş  görünməyə  var  qüvvəsilə  çalışan  dəstə-dəstə  gənclər  daim 



sizin ətrafınızı bürüməkdədirlər. Onlar sizin külək vurmuş rübəndləriniz kimi 

ətrafınızda  qalxıb-düşürlər,  məclislərdə  sizə  pərəstiş  edənlərdən  başqa  kimsə 

görmürsünüz.  

 

Müsamirələrdə şəninizə minlərlə mədhlər söyləyirlər. Şərq qadını isə, 



öz  ata  və  qardaşlanndan  başqa  heç  kəsi  görmür.  Əlbəttə,  belə  bir  şəraitdə 

yaşayan  qadının  bu  qədər  asanlıqla  atəşli  bir  sevgiyə  düşməsi  sizin 

təsəvvürünüzə  sığmaz.  Ah!  Əgər  siz  bu  qadınların  yerində  olsaydınız,  onlar 

kimi daim dörd divar arasında, pərdə altında yaşasaydınız, o zaman Səadətin 

bizim qəhrəmana qoşulub qaçmasını, ümidvaram ki, bağışlar və bu hekayənin 

dalını lütf il oxuyardınız. 

 

Şəhərdən  çıxdıqda  Rəşid  bəy  üçüncü  bir  atı  haradan  tapacağını 



düşünürkən birdən qulağına bir at tappıltısı gəldi. Rəşid bəy tez atdan sıçrayıb 

düşdü,  tüfəngini  əlinə  alıb  tappıltı  gələn  tərəfə  yönəldi.  Bir  atlı  gəldiyini 

gördülər. Rəşid bəy tüfəngin lüləsini onun sinəsinə dayayıb qışqırdı:  

-  Sal  silahını,  burax  atını,  yoxsa  bu  dəqiqə  səni  ayağımın  altına 

döşərəm!  Atlı  onun  əmrlərini  tez  yerinə  yetirdi.  Rəşid  bəy  onun  atını  alıb 

içində otuz qızılı olan öz kisəsini ona bağışladı. Atlı yalvardı ki, onun bütün 

silahlarını alsın, lakin atına dəyməsin, çünki Kazımxan onu mühüm bir işdən 

ötrü şəhərə göndərmişdir.  

Rəşid  Kazımxan  adını  eşitcək,  qasidi  tutub  bir  ağaca  sarıdı  və  ondan 

şəhərə nə üçün göndərilməsini soruşdu. Qasid dedi ki, Kazımxan Rəşid bəyin 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

28 



Səadət  xanımı  istədiyini  və  hazırda  Qəbələ şəhərində  olduğunu  öz  qardaşına 

xəbər vermək üçün məni göndərmişdir.  

Rəşid  bəy  özünü  ona  tanıdıb,  sıçrayaraq  atına  mindi  və  öz  yoldaşı  ilə 

bərabər  qalın  meşəli  bir  dağa  tərəf  getməyə  üz  qoydu.  Onlar  meşəyə  yeni 

girmişdilər  ki,  birdən-birə  hava  dəyişildi,  göydə  gurultu-nərilti  qopdu,  yağış 

şırhaşır tökülməyə başladı.  

Şimşəklər  çaxır,  ildırımlar  şaqqıldayırdı.  Guya  bütün  təbiət  Səadətin 

huşsuzluqdan  ayılması  üçün  və  Rəşid  bəyin  yol  çətinliklərini  artırmaq  üçün 

toplanmışdı. Rəşid bəy yerli əhaliyə özünü göstərməmək üçün meşənin qalın 

yerinə  çəkilməyə  tələsirdi.  Bir  az  getdikdən  sonra  yolu  itirdi  və  meşənin 

içərisində azdı. Səadət artıq ayılmışdı. Rəşid bəy ondan üzr istəyərək: 

- Ey ruhum, - dedi, - mənim yolumda çəkdiyin bütün zəhmətləri, bütün 

ürək sıxıntılarını etdiyin bütün fədakarlıqları gözəlcə düşünü-rəm və dərindən 

hiss edirəm. Mən səni ailə qucağından, ana nəvazişindən ayıraraq gecənin bu 

vaxtında belə bir pis havada, bu vəhşi yerlərə gətirdim. Bu uzun yollarda səni 

yordum.  Bu  qədər  xəcalət  içərisində  yalnız  bir  şeylə  təsəlli  tapıram  ki,  o  da 

səninlə bir yerdə olmağımdır, sənin məni sevdiyinə əmin olmağımdır və sənin 

məni  bağışlayacağına  ümid  etməyimdir,  çünki  bütün  bu  işləri  səndən 

ayrılmamaq məqsədilə etdim. Mən bu vəhşi yerlərin əhli olmaq, bu yağış kimi 

çölləri  göz  yaşımla  suvarmaq,  küləyin  şiddətindən  ağaclardan  qopub  dağa, 

daşa,  qayaya  toxunan  bu  yarpaqlar  kimi  dağlarda,  meşələrdə  sərgərdan  gəz-

mək istəmədim.  

-  Ah,  əzizim,  Rəşid!  -  deyə  Səadət  onun  sözünü  kəsdi,  -  Ata-anamın 

adını  çəkmə,  çünki  onların  adı  çəkiləndə  o  qədər  məyus  oluram  ki,  huşum 

başımdan  çıxır.  Sıxıntı  və  zəhmət  məsələsinə  gəldikdə,  sən  heç  fikirləşmə! 

Bilsən  bu  zəhmətlər  mənə  nə  qədər  xoşdur!  Sənin  vucudun  bütun  bu 

çətinlikləri nəinki unutdurur, hətta bu qorxulu yerlərdə mənə cəsarət verir. 

Hər  ikisi  bir-birinə  olan  dərin  məhəbbətlərindən  danışaraq  yolu 

büsbütün  azdılar.  Nəhayət,  səhər  açılanda  onlar  özlərini  bir  qayanın  altında 

dərin bir dərənin dibində gördülər. Oradan çıxılacaq yol görünmürdü. Hər iki 

sevgili  ağaclar,  kollar  arasında  dolaşaraq  yorğun  düşmüşdü,  paltarları 

yağışdan tamamilə islanmışdı. Ona görə atdan enib qayanın böyük daşlarının 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

29 



altına pənah gətirməyi qət etdilər ki, ta od qalayıb paltarlarını qurutsunlar və 

günəşin  çıxmasını  gözləsinlər,  çünki  günəş  çıxanda  dağlarda  bəzən  hava 

dəyişir.  

Onlar  yenicə  daldalanmışdılar  ki,  şiddətli  bir  külək  qopub  bütün 

dumanları buludları qovdu. Bunu görən Rəşid bəy, qarşısındakı bütün çətinlik-

lərin aradan qaldırılacığını düşündü. Göy təmizləndi, hava açıldı, günəş sanki 

paltarları  və  Səadətin  göz  yaşlarını  qurutmaq  üçün  parladı.  Rəşid  havanın 

dəyişməsindən  çox  şad  olub  harada  olduqlarını  düşünməklə  və  bir  yol  izi 

axtarmaqla məşğul oldu. Bu məqsədlə bir təpənin üstünə çıxdı. Orada gözünə 

bir ceyran sataşdı, vurmaq istədi, birdən bir güllə səsi eşitdi, ceyran yıxıldı, bir 

ovçu ağacın dalından çıxıb ceyrana tərəf yüyürdü.  

Rəşid yol sorağı üçün ona yaxınlaşdı. Böyük bir sevinclə Rəşid Tikanlı 

kəndinin  kəndxudası  Mərdanı  tanıdı!  Mərdan  da,  bir  vaxt  onu  quldurların 

əlindən xilas edən Rəşid bəyi tanıdı. Yüyürüb onun əllərini duz kimi yaladı və 

onun hər bir xidmətinə can-başla hazır olduğunu söylədi. Rəşid onun bu qədər 

qədrşünaslığından mütəəssir olub, ona bu yerə gəlməsinin səbəbini və başına 

gələn  sərgüzəşti  nağıl  etdi.  Sonra  Səadətə  bir  neçə  gün  dincəlib  istirahət 

vermək  üçün  kənar  yerdə  xəlvət  ev  tapmaq  istədiyini  söylədi.  Bu  sözləri 

eşitcək  Mərdan  tez  öz  evini  ona  təklif  etdi.  Rəşid  ona  min  təşəkkür  edib, 

Səadətə və Əzizə xəbər verdi.  

Onlar  atlarına  minib  Mərdanın  kəndinə  yola  düşdülər.  Mərdan  da 

qabaqda  gedib  bələdçilik  edirdi.  Günəş  batdıqdan  sonra  onlar  kəndə  daxil 

olub,  Mərdanın  evinə  yetişdilər.  Vəfalı  Mərdan  elə  bir  ehtiyat  göstərdi  ki, 

kənddə  heç  kəs  bu  əziz  qonaqların  gəlməsini  bilmədi.  Arvadı  canla-başla 

qonaqlara xidmət edirdi.  

Əziz atları yaxşıca rahatladı və onları, gəldiklərindən də uzun bir səfərə 

hazırladı. Rəşid bir neçə saat istirahət etdikdən sonra Səadətin yanına gəlib iki 

günlüyə  evə  getmək  niyyətində  olduğunu  ona  xəbər  verdi.  Evə  getməkdə 

məqsədi  atasından  icazə  alıb  Səadəti  onun  evinə  gətirmək  olduğunu  söylədi. 

Bu sözlərdən sonra Rəşid Səadəti qucaqlayıb, üzünü atəşli busələrlə öpdü və 

vidalaşıb öz evinə tərəf yola düşdü. 

 



VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

30 



İndi  mən  sizin  diqqətinizi  bir  az  da  Qəbələ  şəhərinə  cəlb  etməliyəm. 

Şamah Səadətin qoşulub qaçmasına kömək etdikdən sonra, ağalarının gözünə 

görünməkdən qorxub, xəlvət şəhərdən çıxdı və ailəsi yaşayan Tikanlı kəndinə 

getdi.  Sübh  tezdən  Tutu  xanım  Səadətin  və  dayəsinin  evdə  olmadıqlarından 

təşvişə  düşüb,  şəhərdə  yaşayan  bütün  qohumlarına  adam  göndərdi  ki,  bəlkə 

Səadət  onların  evinə  getmiş  ola.  Səadəti  heç  bir  yerdə  tapa  bilmədilər.  Tutu 

xanımın bütün təşəbbüsləri nəticəsiz qaldıqda qorxusu daha da artdı. 

Günorta  vaxtı  Rəşid  bəyin  gecə  ağaca  bağladığı  şəxs  Tutu  xanıma 

qızının  igid  Rəşid  bəy  ilə  qaçdığını  xəbər  verdi.  Tutu  xanım  bu  əhvalatdan 

məyus  olsa  da,  bir az  təskinlik  tapdı,  çünki  Rəşid bəyin  tərifini  o,  hər  yerdə 

eşitmişdi və bilirdi ki, qızı onunla xoşbəxt yaşaya bilər.  

Əsgər  ağanın  əmisinə  gəldikdə,  o  işin  müvəffəqiyyətsizliyini  görüb, 

hiddətindən partlamaq dərəcəsinə gəldi və Rəşid bəyin onun saqqalına gülmə-

sinə yol verməyəcəyinə and içdi. Atlılarını bir neçə hissəyə bölüb Rəşid bəyin 

dalınca göndərdi və harada tapsalar, onu tutub gətirmələrini əmr etdi. Atlılar 

çox axtarışdan sonra gecə heç bir müvəffəqiyyət əldə etməyərək geri döndülər. 

Ertəsi  günü  onların  ağası  ürəyi  kin  və  kədər  dolu  ikən  öz  dəstəsilə 

şəhərdən çıxıb, axşama qədər yol gedib Ərəşə yetişdi və bütün əhvalatı qardaşı 

Kazımxana xəbər verdi. Kazımxan isə həmin saat bütün qoşunun toplanmasını 

əmr etdi. 

Ertəsi günü sübh tezdən Kazımxan öz qoşunu ilə bərabər İsmayıl bəyin 

mülk və mahalının sərhədinə yeridi. 

Həmin sərhəddə Rəşid çoxdan bəri öz müttəfiqlərindən yardım qüvvəsi 

gözləyirdi.  Atası  onu  bağışlamışdı  və  düşmənə  qarşı  göndərdiyi  əsgəri  qüv-

vənin  sərkərdəliyini  də  ona  tapşırmışdı.  Hər  iki  düşmənin  məmləkətində 

müharibəyə hazırlığı gedirdi. 

Rəşid bəy qoşunun bir hissəsilə Kazımxana yaxın yerdə gözəl bir səngər 

tutmuşdu. Bir neçə güllə mənzili qabaqda atlılarından bir neçəsini uca ağaclara 

çıxarıb  gözətçi  qoyduqdan  sonra,  qoşununa  meşənin  bir  qalın  yerində 

kölgələnməyi əmr etdi. Rəşid bəy özü oturdu, əsgərləri də onun ətrafında diz 

üstə oturub istirahətə məşğul oldularsa da, tüfənglərini əllərində hazır tutdular. 

Əsgərlər müharibələrdən və qələbələrdən bəhs edirdilər.  




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

31 



Söhbət çox şirin idisə də, Rəşid bəy fikirli görünürdü. O, öz xəyalında 

Kazımxana qan tökməmiş qələbə çalmaq üçün bir yol axtarırdı. Birdən onun 

başına bir fikir gəldi və tez bu fikri həyata keçirməyə qərar verdi. Rəşid bəy 

yerindən  qalxıb  ən  igid  nökərlərindən  dörd  nəfərini  seçdi  və  özü  ilə  bərabər 

getmələrinə  əmr  verdi.  Gün  batar-batmaz  onlar  kimsəsiz  bir  cığır  ilə  Ərəş 

şəhəri tərəfə yola düşdülər. 

Sübh  açılan  zaman  şəhərin  kənarına  yetişdilər.  Rəşid  bəy  atlarını  və 

adamlarından ikisini şəhərin darvazası yanında qoydu və özü adamların ikisi 

ilə  şəhərə  daxil  oldu.  Onun  niyyəti  öz  rəqibi  Əsgər  ağanı  qaçırtmaq  idi  və 

bilirdi ki, sübh vaxtı Əsgər ağa bir mürəbbi ilə bərabər şəhərin darvazasına və 

Kazımxanın evinə yaxın bir bağa gəzməyə çıxır.  

Qəhrəmanımız  öz  adamları  ilə  bərabər  həmin  bağa  yaxınlaşıb,  çəpər 

arasından Əsgər ağanı bağda gəzən gördü. Əsgər ağa bir kolun dalına keçib, 

mürəbbisindən  ayrı  düşmüşdü.  Rəşid  bəy  cəld  uşağa  yaxınlaşdı  və  ona 

Kazımxanın  geri  döndüyünü  və  mürəbbinin  onu  qarşılamağa  getdiyini  xəbər 

verdi.  


Uşağı  da  aldatdı  ki,  mürəbbi  məni  sənin  dalınca  göndərdi  və  səni 

yapıncının altına alıb birdən-birə Kazımxana göstərməyi mənə tapşırdı. Uşaq 

sevinərək özünü Rəşidin qucağına atdı. 

Rəşid  onu  yapıncının  altına  alıb  atları  saxlanan  yerə  gətirdi,  o  öz 

adamları  ilə  atlara  sıçrayıb,  dağlardan  əsən  yel  kimi  gəldiyi  yerə  üz  qoydu. 

Rəşid bəyin qoşunu həmin qoyub getdiyi yerdə idi, ancaq yeni gələn kömək 

onların sayını artırmışdı.  

Onlar  səbirsizliklə  çarpışmağa  müntəzir  idilər.  Lakin  sevimli 

başçılarının  gecikməsindən  çox  təşvişə  düşmüşdülər.  Onun  haraya  getdiyini 

heç  kəs  bilmirdi.  Yalnız  Rəşid  bəyin  öz  yerində  naib  qoyduğu  Hacı  İbrahim 

adlı hörmətli bir nökər öz ağasının getdiyi yeri və niyyətini bilirdi.  

O  da  bütün  günü  Rəşid  bəy  gedən  yollara  gözlərini  dikib  ağasına  rast 

gələcək  təhlükə  ehtimallarını  düşünürdü.  Artıq  günəş  batmışdı.  Sərkərdəsiz 

qalmış qoşun qəmgin oldu.  

Hacı  İbrahimin  gözləri  bir  nöqtəyə  baxmaqdan  yaş  ilə  dolmuşdu. 

Birdən-birə qoşundan qopan bir sevinc qışqınğı Hacının gözlərini işıqlandırdı. 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

32 



O,  yenidən  gözünü  yol  tərəfə  dolandırıb  beş  nəfər  atlının  sürətlə  gəlməsini 

gördü.  


Onların  ayaqlarının  altından  qopan  toz,  sütun  kimi  göyə  qalxırdı.  Ağ 

köpüyün içində qan-tərə batmış atların ağızlarından çıxan buğ, topdan da qalın 

idi. 

Nəhayət,  Hacı  İbrahim  Rəşid  bəyi  tanıdı.  Onun  qabağına  yüyürdü, 



bütün əsgərlər də onun dalınca yüyürdülər. Rəşid bəy atdan enib nökərlərindən 

neçəsini öpdü, sonra Hacı İbrahimə Əsgər ağanı təqdim edərək dedi:  

- Bu, Kazımxanın oğludur, indi arada bir damcı qan tökülmədən o, artıq 

məğlub olub və mənim bütün şərtimi qəbul etməyə məcburdur. 

Bu xoş, şadlıq xəbəri tez bütün əsgərlərin arasına yayıldı. Əsgər ağaya 

layiqincə böyük hörmət göstərməyi adamlarına tapşırdıqdan sonra, Rəşid bəy 

ertəsi  günə  qədər  istirahət  və  keflə  məşğul  oldu.  Sübh  tezdən  Rəşid  bəy 

Kazımxana bir sülh təklifi yazıb məktubu Hacı İbrahimlə göndərdi. Zavallı ata 

bircə oğlunun qaçırılması xəbərini yenicə almışdı ki,  Rəşid bəy tərəfdən elçi 

gəlməsini ona ərz etdilər. Xan elçinin hüzura daxil olmasını əmr etdi. Məktubu 

təlaş ilə oxuyub oğlunun halından xəbərdar oldu. Sonra üzünü Hacıya çevirib 

dedi: 


-  Mən  Rəşid  bəyin,  Səadət  xanımın  və  hətta  öz  oğlumun  yanında 

günahkaram. Çünki mən oğlumu özündən iki qat artıq yaşlı bir qız il evləndir-

mək niyyətinə düşdüm. Bunu fikirləşmədim ki, həmin qız bir başqasını sevir 

və  onun  tərəfindən  sevilmişdir.  Bu  saat  gedib  ağana  söyləyərsən  ki,  mən 

onunla  barışıram,  çünki  göz  dikdiyim  bir  oğlumdan  məni  məhrum  etmək 

ixtiyarında ikən, onu mənə qaytarmağı təklif edir. Həmin gün hər iki hökmdar 

sülh etdi: Kazımxan da oğlunu alıb Ərəşə, öz sarayına getdi. 

Rəşid  bəy  qoşunlarını  azad  edib  Mağal  tərəfə  yola  düşdü.  Evə 

yetişdikdə atasından xeyir-dua və toya icazə alıb bir böyük seçmə atlı topladı 

və  qohumlarından  bir  neçə  xanım  götürüb  Səadəti  gətirməyə  getdi.  Səadətin 

halı  çox  pərişan  olmuşdu.  O,  bir  tərəfdən  ata-anasından  və  o  biri  tərəfdən 

gələcək  ərindən  ayrı  düşmüşdü.  Rəşidin  geri  dönməyə  vəd  etdiyi  gün 

keçmişdi.  Onun  gecikməsi  Səadətin  iztirabını  artırırdı  və  onu  get-gedə  qəm 

dəryasına qərq edirdi. 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 

33 



Bir gün qəflətən qapı açıldı, sevdiyi Rəşid içəri daxil oldu və tez özünü 

Səadətin  qucağına  atdı.  İki  sevgili  yarın  belə  görüşündən  doğan  təəssüratı 

yazmaq üçün mən acizəm, çünki bir şəxsin sözlərini eşitmədən onun üzündə 

görünən  hissiyyatı  yazmaq  üçün  təcrübəli  bir  qələm  və  insanın  ruh  aləminə 

dərin bir aşinalığı lazımdır.  

Sevgi mütəqabil olarsa, o zaman dilsiz və bitkin bir hiss meydana çıxar. 

Belə  bir  halda  sevgililər  bir-birilə  çox  az  danışırlar.  Mən  də  bu  iki  aşiqi 

dinməz-söyləməz bir sevincə qərq olmuş buraxıram.  

 

Nəhayət, mən deməliyəm ki, Rəşid Səadətə bütün başına gələn macəra-



nı nağıl etdi. Səadət də onu böyük şadlıqla dinlədi. Sonra Səadət  anasına bir 

məktub yazıb Əziz ilə göndərdi və öz sirdaşı Şamahı gətirməsini ona əmr etdi.  

Şamah  isə  kimsənin  xəbəri  olmadan  həmin  kənddə  öz  qohumlarının 

evində yaşayırmış. O, Rəşid bəyin gəldiyini eşidib onu görmək üçün Mərdanın 

evinə gəldi. Ah! Şamah burada Səadətlə görüşməklə nə qədər şad oldu!  

Rəşid bəy və Səadət xanım həmin günü çox şad keçirtdilər. 

Ertəsi günü ev sahiblərinə çox-çox təşəkkür edib onları toya çağırdılar, 

özləri isə İsmayıl bəyin yanına gəlməyə tələsdilər. 



 

 

 



 

SON 

Yüklə 226,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə